82
Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi
riskləri qiymətləndirmə metodologiyası mövcuddur və bu metodologiya
həmən ölkənin ehtiyaclarına uyğun hazırlanır. Ölkə müəyyən edilmiş pro-
sedurlarla: güc tədbiq edilməsi üçün ssenarilər hazırlayır, hər bir ssenari-
nin aydin şəkildə bəyan edilən fərziyyələr əsasında baş verməsi ehtimalını
dəyərləndirir, planlaşdırılmış qüvvələrin həyata keçirəcəkləri əməliyyatları
simulyasiya edir, simulyasiya risklərini analiz edir və riskləri azaldır. Daha
sonra, risklərin qiymətləndirilməsi uyğun vasitələrlə təmin edilir, bu işlə
məşğul olan ekspertlər də zəruri bilik və təcrübəyə malik olurlar. Nəhayət,
risklərin qiymətləndirilməsi müdafi ə və güc planlaşdırma dövrəsinin tam və
səmərəli surətdə ayrılmaz hissəsini təşkil edir.
d. Məqsədli hərbi büdcələmə
Büdcə tərtibi proseduru ordunun strateji məqsədlərini və proqram
qərarlarını əks etdirməyə yönəlmişdir.Bu prosedur,strateji və proqram
qərarlarını səmərəli və məhsuldar şəkildə budcədə əks etdirməyə imkan verir.
2. Büdcə Planlaşdırılması
a. Hərbi büdcə planlaşdırılması
Hərbi büdcələmə ilə bağlı icra orqanlarının yerinə yetirəcəyi rollar və
hakimiyyət qollarının məsuliyyətləri çox açıq müəyyən edilmişdir. Bu rol və
məsuliyyətlər: icra strukturları, qanunvericilik və dövlət başcısı(ali baş ko-
mandan) arasında; ali hərbi rəhbərlik arasında və Müdafi ə Nazirliyinin mülki
rəsmiləri və Maliyyə Nazirliyi arasında bölünmüşdür. Həmcinin, dövlət sek-
torunun; kommersiya təşkilatlarının və lobbi qruplarının, xüsusilə də Müdafi ə
Nazirliyinin və digər hökümət idarələrinin tabeliyində olan icra və kommersi-
ya təşkilatlarının rol və məsuliyyətləri də bölünmüşdür;
b. Çeviklik
Hərbi büdcələmənin əsas cəhətlərinin rolları və məsuliyyətləri büdcə siste-
mı qanunu vasitəsilə əhatəli olaraq qanunvericilik, göstəriş və nizamnamələrlə
müəyyən edilmişdir. Ortaya çıxan məsələlərə çevik yanaşmaq üçün icra struk-
turlarının büdcədən istifadəsinin müəyyən səlahiyyət dərəcəsi olur. Proqram-
ları və hərbi büdcəni müntəzəm planlaşdırma dövrəsindən kənarda dəyişmək
olar.Bununla bərabər, icra strukturlarının ixtiyarında olan səlahiyyətlər qanun
aktlarında açıq göstərilir. Büdcə qanununda nəzərdə tutulmamış və ya ehtiyat
maddələr, büdcədən istifadənin açıq və sərt şərtlərini dəqiq müəyyən edir.
Nəzərdə tutulmayan hal baş verdikdə xərclənən büdcənin hesabatı müstəqil
surətdə yoxlanılır.
c. Hərbi büdcələr
Geniş mənada hərbi büdcə, bütün maliyyələşdirmə pul ayırmalarını (sub-
sidiyalar və gəlirlər/maaşlar ) və xərcləri əhatə edir. Hərbi büdcə, müfəssəl
83
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
olaraq, aydın müəyyən edilmiş mənbələrlə və aydın işlənib hazırlanmış
məqsədlə olan program və layihələri maliyyələşdirir. Hərbi büdcə aşağıda-
kıları nəzərdə tutur:Dövlətin büdcəsindən Müdafi ə Nazirliyinə ayrılan pul
yardımlarını;dövlət büdcəsindən, hərbi və hərbi xarakterli fəaliyyətlərlə
məşğul olan digər təşkilatlara pul yardımlarını, məsələn, müharibə dövrünün
maddi texniki bazasını saxlamaq və resurslarına xidmət; başqa ölkə proqram-
larından gələn maliyyə, məsələn, NATO üzvlüyünə hazırlıq üçün; beynəlxalq
və ikitərəfl i proqramlardan gələn maliyyə( artıq avadanlığın, infrastrukturun
satışindan gələn gəlir) və kommersiya təşkilatlarının gəlirlərindən və Müdafi ə
Nazirliyinin mülkiyyətində olan və ya payı olan təşkilatları əmtəə ilə təmin
edən və onlara xidmətlər göstərən təşkilatlardan.
Ölkə öz imkanları vasitəsilə- metodologiya,müvafi q bilik və təlim gör-
müş mütəxəssisləri ilə -bütün gələcək hərbi xərçləri dəqiq qiymətləndirmək
imkanına malıkdir.Buraya, həmçinin, Hərbi Xərclərin Standartlaşmış He-
sabatı üzrə BMT Vəsaiti-nə (UN İnstrument for Standardised Reporting of
Military Expenditures) uyğun olan xərclər də daxildir:vergilər,sosial və tibbi
sığorta xərcləri,pensiya xərcləri və ixtisar edilmiş hərbcilərin yeni ixtisasa
yiyələnməsi ücün sərf edilən xərclər,hərbi texnikanın və silahların,avadanlıq
və infrastrukturun istifadəsi üçün xərclər və kredit borcları və həmcinin, hər
hansı gözlənilməyən hadisələr ortaya çıxan zaman sərf olunan xərclər.
Bütün gəlir və xərclər beynəlxalq standartlara uygun sistemləşdirilir,
məsələn GFS
41
və BMT Vəsaitinə uygun edilir. Büdcə məlumatları, xərclərin
siyasi analizinə kömək edən və cavabdehlik və məsuliyyəti artıran tərzdə
təqdim edilir. Hərbi büdcə ayrılmalar formasında edilir və əhəmiyyətli dərəcədə
bütün xərclər sadalanır.Büdcə həm hərbi təşkilatlara, həm də hərbi proqram-
lara ayırdığı xərcləri ətrafl ı göstərir. Sonuncu halda, büdcə aydın şəkildə, hər
proqram və onun tərkib hissələri üçün təlim, təmir, təhcizat,tədqiqat və inki-
şaf üçün ayırdığı resursları təqdim edir.
3. Büdcədən istifadə və Büdcəyə Nəzarət
a. Büdcədən istifadə
Ölkənin geniş mühasibat sistemi uzadılmış borcları qiymətləndirmək
üçün etibarlı əsas yaradır. Mühasibat sistemi, büdcə ayrılmaları
çərçivəsində,həmçinin, proqramlar və təşkilatlar səviyyəsində həyata keçirilən
”gəlirlər” və ödənişlərin bütün mərhələləri üzrə statistik məlumatları vermək
imkanındadır.
41
GFS və ya Hökümət Maliyyə Statistikaları. Ətrafl ı: http://unstats.un.org/unsd/class/
family/family2.asp?Cl=218.