74
Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi
Haşiyə 6.3. Strateji Müdafi ə İdarəetməsi Mexanizmlərində Maliyyə
İdarəetməsinin Yeri
Etibarlılıq, şəffafl ıq, planların siyasi istiqamətləri,büdcələr və auditləri
təmin etmək üçün, Bolqarıstan Müdafi ə Nazirliyi yeni çoxtərəfl i strateji
müdafi ə idarəçiliyi mexanizminı yerinə yetirmək üzrədir. Bu mexanizm
beş əsas prosesi əhatə edir:
1. Hərbi siyasətin nəzərdən keçirilməsi;
2. Siyasi
istiqamətlər;
3. Hərbi hazırlıq imkanları tələbatlarının gözdən keçirilməsi;
4. Hərbi imkanların təmin edilməsi;
5. Həyata keçirilən fəaliyyətin və onun nəticələrinin qiymətləndirilməsi;
Hərbi siyasətin nəzərdən keçirilməsi hər bir yeni hökümət hakimiyyətə
gəldiyi zaman baş verir və nəticələr Hərbi Ağ Dəftər (Defence White
Paper) –lə işıq üzü görür və həmçinin parlamentə təqdim edilir. Gözdən
keçirilmə halları hərbi-təhlükəsizlik mühitində əhəmiyyətli dəyişikliklər
olduğu zaman, həmən yuxarda deyilən dövrdə keçirilə bilər, məsələn,
iqtisadi və maliyyə böhranı olduğu zaman (və ya NATO-ya girmək istəyən
ölkəyə dəvət gələrsə).
Müdafi ə Naziri hər bir illik planlaşdırma dövrəsinin əvvəlində siyasət
və planlaşdırma əmrini verir və həmçinin, büdcə ilinin ərzində aparılan
dəyərləndirmələr məqsədlərin, planların və resurs məhdudluğunun yenidən
gözdən keçirilməsi zərurətini yaradır.
Hərbi imkanlar üçün tələbatlar iki ildən bir NATO və AB müdafi ə
planlaşdırma prosesləri ilə koordinasiyada nəzərdən keçirilir. Bu gələcəkdə
hərtərəfl i və həqiqi hərbi qabiliyyət təmin etmək üçün kompleks qərarlar
qəbul edilməsi ilə nəticələnir. Bu paket kompleksinin ayrı-ayrı istiqamətləri,
hərbi imkanlar yaratmaq hədəfl əri kimi, uyğun proqramların rəhbərlərinə
tapşırılır və onlar da növbəti əsas addımlarla həyata keçirilir.
Hərbi imkanların təmin edilməsi prosesinə proqramlaşdırma, qısa-müddətli
planlaşdırma və praktiki həyata keçirmə daxildir. Hərbi proqramlar
qarşımızdakı illərdə hərbi imkanları artıraraq hədəfl ərə necə nail olacağımızı
müəyyənləşdirir.Hərbi proqramlar haqda qərarlar qəbul edildikdən sonra,
ilk bir və ya iki il ərzində müdafi ə proqramları müdafi ə qabiliyyətini
gücləndirmək üçün lazım olan elementlər üzrə,(və ya resursların növləri
üzrə) müdafi ə büdcəsi, təhcizat planı, orduya çağırış, təlim, infrastruktur
inkişafı, və s. təsnifl əşdirilir. Bütün bu planlar sonralar büdcə ili ərzində
həyata keçirilir.
75
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Analiz və qiymətləndirmə prosesi, sərf edilən xərclərin nə qədər qanuna
uyğun olduğunu, görülən işlərin və nəticələrin dəyərləndirilməsini və bütün
müdafi ə xarakterli fəaliyyətin nəticələrini qiymətləndirmək üçün istifadə
olunur. O hər dörd aydan bir keçirilir və planlaşdırma dəqiqləşdirmələrini
də əhatə edir.O siyasi rəhbərliyi tənqidi fi kir və qeydlərlə təmin edir, planlar
və proqramları yenidən nəzərdən keçirərək hərbi məqsədləri, strategiyaları
və resurs məhdudluğunu və ya əgər proqnozlaşdırılan planlaşdırma mühüm
dərəcədə dəyişirsə, hərbi imkan tələbatlarını və ya hətta ölkənin müdafi ə
siyasətini yenidən müəyyənləşdirə biləcək tövsiyələrlə də nəticələndirə
bilər.
Bu yanaşma Müdafi ə Nazirliyinin əvvəlki illərdəki təcrübəsi üzərində
və Planlaşdırma, Proqramlaşdırma və Büdcələmə sisteminin tətbiqindən
meydana gələn nəticələrin üzərində qurulur. O siyasi rəhbərliyin məqsədləri
üçün qurulmuş büdcə tərtibatını təmin etməkdə davam edir və bir neçə
mühüm fərqliliklər əlavə edir: (1) O müdafi ə qabiliyyətləri dedikdə,
onlara bütün müdafi ə idarəçiliyi fəaliyyətlərinin, o cümlədən maliyyə
idarəetməsinin toplusu kimi və həmçinin, müdafi ə xarakterli fəaliyyətlərin
və onun nəticələrinin səmərələliyinin əsas qiymətləndirmə parametrı kimi
baxır; (2) Maliyyə nəzarəti baxımından səmərəliliyin və məhsuldarlığın
daimi qiymətləndirməsini aparır; (3) Bu cür yanaşma siyasətçilərə,
müdafi ə məqsədlərini, planları və ehtiyatları bir- biri ilə əlaqələndirib
balanslaşdırmağa imkan verir və daha əhəmiyyətlisi odur ki, bu lazımı
balansı dəyişən şəraitdə saxlayır.
Bu cür strateji idarəetmə yanaşmasından istifadə, müdafi ə büdcəsinin
etibarlılığının keyfi yyətcə təkmilləşməsinə, büdcədən istifadənin
proqnozlaşdırılmasına və ona olan nəzarətin artmasına imkan verir və
kənar yoxlamalar və auditə kömək edir və işlərin gedişinə və planlaşdırma
metodlarının təkmilləşməsinə şərait yaradır.
Mənbələr: Process # 4 üçün ətrafl ı məlumat , bax Todor Tagarev, “Introduction to
Program-based Force Devel¬opment” in Defence Management: An Introduction (Geneva:
DCAF, 2009), 75–92; For policies and prac¬tices of other countries in strategic defence
management, the reader may refer to Stephan De Spiegeleire, et al., Closing the Loop:
Towards Strategic Defence Management (The Hague: The Hague Centre for Strategic
Studies, April 2009).
Səlahiyyətlərin Ötürülməsi və Cavabdehlik və Məsuliyyət
Büdcələmə sisteminin bir çox ölkələrdə məhsuldar olmamasının
səbəblərindən biri təkcə büdcə planlaması yox, həm də onun yerinə yetirilməsi
mərhələsinin mərkəzləşdirilməsidir. Qərar vermə mexanizmlərinin son dərəcə
mərkəzləşdirilməsi, səciyyəvi Sovet sistemı kimi, hələ də keçmiş post-sovet
76
Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi
ərazisindəki idarəetmə üslublarına təsir edir. Çox hallarda, Müdafi ə Nazirinin
özü çox kiçik xərclərlə bağlı əmr verməlidir.
Bu cür mərkəzləşmiş sistemin özü, qərar qəbul- etmə prosesini yubadır
və alternativ variantlara baxmaq üçün imkan yaratmır. Ən narahatlıq yaradan
məsələ isə şəffafl ığın olmamasıdır: hərbi xərclərlə bağlı tərtib edilmiş təklifi n
ierarxiya üzrə yuxarı getdiyi zaman, hərbi təşkilatın uyğun birləşmələrinin
məsul şəxslərinin onu imzalamasına baxmayaraq, kimin bu təklifi tərtib et-
diyini və onun başqa hərbi fəaliyyətlərə necə təsir etdiyini müəyyən etmək
asan olmur.
Məhsuldar idarəetməsi olan bir çox hərbi təşkilatlar bu problemi öz
səlahiyətlərini və məsuliyyətlərini başqalarına verməklə həll edirlər. Haşiyə
6.4 möhkəm cavabdehlik , hesabatlılıq və audit mexanizmləri ilə müşaiyət
olunan səlahiyyət verilməsi nümunəsini təqdim edir.
Büdcənin Etibarlılığı və Əhatəliliyi
Büdcənin etibarlılığı dedikdə, müdafi ə büdcəsinin reallığı əks etdirməsi
və büdcədə göstərildiyi kimi xərclənməsi nəzərdə tutulur. Etibarlılığı təmin
etmək üçün, büdcələmə prosesı və hərbi büdcə çoxtərəfl i olmalı və etibarlı
məlumat bazası və faktlar üzərində qurulmalıdır.
Etibarlılığa burada üç əsas perspektivdən yanaşılır:
1. Müdafi ə proqramları və layihələrin ilkin xərcləri etibarlı statistik
məlumatlar üzərində qurulur və ya bu cür statistikalar olmadıqda möhkəm
ilkin qiymətləndirmələrə əsaslanır. Müəyyən proqram və layihəyə geniş ehti-
yatlar ayrılmazdan öncə, müstəqil qiymətləndirmələrdən daimi istifadə, bütün
büdcə təklifl ərinə etibarlılıq qazandırmaq baxımından çox yardımçı ola bilər.
Haşiyə 6.4. Səlahiyyətin ötürülməsi və Böyük Britaniya Müdafi ə Nazirliyində
Büdcə Sahiblərinin Cavabdehliyi və Məsuliyyəti
Böyük Britaniya Müdafi ə Nazirliyində aparılan maliyyə əməliyyatlarının
çoxu səkkiz Yüksək Səviyyəli Büdcə (Top Level Budget) müdürləri (YSB)
tərəfi ndən idarə olunur. Onlardan tələb olunan işlərin nəticələri, həmçinin
bu işləri görmək üçün onlara ayrılmış maliyyə resursları Müdafi ə Planında
tərtib edilir.
Müdafi ə Nazirinin daimi müavini hər bir YSB müdürünə şəxsi heyət,
infrastruktur və büdcə üzərində geniş səlahiyyətlər verir. Hər bir YSB
müdürü daimi nazir mavini və baş ştabın rəisi ilə Xidmət Göstərmə Sazişi
(Service Delivery Agreement) imzalayır. O saziş aşağıdakıları dəqiqləşdirir:
• YSB -dən tələb olunan nəticələr;
• Bu nəticələri əldə etmək üçün YSB -yə ayrılan vəsaitlər; və
Dostları ilə paylaş: |