68
Kadr Siyasətləri
qalxırsa, onlar da bu sistemin qalmasında və gələcək nəsillərin də bu yolla
getməsində maraqlı olurlar. Nəticə, şəxsi əlaqələr,sadiqlik və korrupsiyanın
hesabına “kölgə sisteminin” yaradılması olur və bu sistem çox vaxt dövlətin
daxilindəki geniş klan sistemləri ilə bağlı olan təqaüddə olan zabitlər və on-
ların ailələri vasitəsilə edilir. Bu hal komandanlıq sistemini dağıdır və hərbi
etikanın əsas prinsipi olan ümumi riskləri və hərbçilərin hərbi rəşadətlərinə
görə yüksək hərbi vəzifə almaq və ümumi məqsədlər üçün şəxsi mənfəətlərini
qurban verməyə hazır olmaq iradələrini sarsıdır.
Kadrlar sistemində korrupsiyaya qarşı mübarizə üçün -və müdafi ə
qabiliyyətinə və hərbi etikaya vurulan zərərin qarşısını almağa və ya geriyə
qaytarmağa- xüsusi səylər göstərmək lazımdır. Xüsusi səylər ali rəhbərliyin
və həmçinin uyğun strukturların xüsusi diqqətini tələb edir. Bu struktur-
da işləyənlərin sayı (əgər onlar peşəkardırlarsa) az ola bilər, onlar uyğun
səlahiyyətlərə malik olmalıdırlar və rəhbər məsul şəxsə birbaşa çıxışları ol-
malıdır.
Əlbəttə, bu cür struktur üçün əsas tapşırıq kadrlar idarəsi sistemində
korrupsiya risklərini və fırıldaq sxemlərini ayırd etmək və onlara qarşı iş
görməkdir. Ancaq bu addımlar diqqəti əsas məqsəddən, əsas qərar qəbul-
etmə proseslərində dürüstlüyü, şəffafl ığı və cavabdehliyi təmin etməkdən
yayındırmamalıdır. Bunları təmin etmək üçün sistem quraraq, bir tərəfdən
siyasi rəhbərliyin siyasəti, qərar qəbul etmə və nəzarət funksiyalarını, digər
tərəfdən, komandirlərin sərbəst hərəkətləri və təşəbbüslərini bir- birinə
birləşdirib, tarazlıq yaradan ən yaxşı yolla yerinə yetirmək olar. Fikirlər və
qərar vermə prosedurları üçün kriteriyalar aydın olmalıdır. Məlumatlar bü-
tün maraqlı tərəfl ərə açıq olmalıdır (məxviliyin sərhədləri daxilində) və bu
məlumatların dəqiqliyini təmin edəcək ölçülər olmalıdır.Yəgin ki, ən başlıca-
sı, ümumi baxışı və hərbi etikanı əks etdirən tələblər dəstinə baxaraq elə şərait
yaratmaq lazımdır ki, ordunun qabiliyyətini zəifl ədən və nəticədə onu hərbi
məğlubiyyətə aparan əsas səbəb kimi korrupsiya lə’nət sayılsın.
69
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
6-cı Fəsil
Hərbi Büdcə Tərtibatı və Maliyyə
Resurslarının İdarəetməsi
Hərbi büdcə tərtibatı ( büdcələmə) hərbi xarakterli tədbirlər üçün maliyyə
resurslarının ayrılması prosesidir. Bu çoxtərəfl i proses olub, büdcə planlaşdır-
ması, yerinə yetirilməsi, hesabat və auditi nəzərdə tutur. Şəffaf büdcə tərtibatı
və məsuliyyətli maliyyə idarəetməsi bütün müdafi ə xarakterlı tədbirlərin
dürüstlüyünü təmin etmək üçün və müdafi ə sektorunda korrupsiyanın azal-
dılması üçün həlledici rol oynayır. Müdafi ə sektorunda qeyri-şəffaf maliyyə
idarəetməsi və məsuliyyətsizlik birləşəndə korrupsiya fəaliyyəti üçün ən
münbit sərait yaranır. Açıq korrupsiya halları olmasa da belə, əgər pis planla-
ma baş verərsə və siyasi qərarlar, planlaşdırma və büdcələmə arasında əlaqə
olmazsa və xərclər üzərində pis nəzarət təşkil olunarsa, o zaman müdafi ə sek-
torunun fəaliyyəti ciddi surətdə sarsılar və hərbi və mülki heyətin işə olan
həvəsi azalar.
Bu fəsil büdcə tərtibatı prinsiplərinə və prosesinə yönəlmişdir. Əsas maraq
kəsb edən məsələ büdcə tərtibatı prosesində dürüstlüyün təmin edilməsidir.
Parlamentın, audit idarəsinin, cəmiyyətin və başqa əlaqədar təşkilatların bu
prosesdə roluna Toplunun uyğun fəsillərində, III hissədə baxılır.
Prinsiplər və Tələblər
Müdafi ə sektorunda büdcə tərtibatı və maliyyənin idarə edilməsi dövlət
sektorunda istifadə olunan prosedur və praktikaları əks etdirir. Bu səbəbdən,
müdafi ə sektorunda maliyyə idarəetməsi ilə əlaqəli korrupsiyaya kömək
edən amillərin analiz edilməsi,dövlət sektorunda sağlam büdcə tərtibatının
əsas prinsiplərinin necə yerinə yetirildiyi analizi ilə baslanması uyğun olardı
(Haşiyə 6.1). Dünya Bankının mandatı müdafi ə və təhlükəsizlik sektoru ilə
məşğul olmağı əhatə etməsə də, bu prinsiplər eyni səkildə müdafi ə sektoru-
nun büdcə tərtibatı və maliyyə idarəçiliyi üçün də tətbiq edilə bilir.
Büdcə tərtibatının müasir anlamında, hərbi fəaliyyət üçün pul ayrılma-
sı-- və uyğun olaraq müdafi ə tədbirləri üçün lazım olan insan resursları, hərbi
texnika və infrastruktur- müdafi ə və təhlükəsizlik sahəsində qarşıya qoyulan
məsələləri həll etməyə və hərbi strategiyanı həyata keçirməyə imkan verir.
ABŞ prezidenti Harri Trumenın dediyi kimi “strategiya, proqramlar və büdcə
eyni mühüm qərarları formalaşdıran hissələrdir”.
32
32
Public Papers of Presidents of the USA, Harry Truman, 1945 (Washington, DC: US
70
Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi
Haşıyə 6.1. Dövlət Sektorunda Sağlam Büdcə Tərtibatının Əsas Prinsipləri
Dünya Bankı, müdafi ə sektoru büdcə tərtibatı üçün də tamamilə tətbiq
oluna bilən, sağlam büdcə tərtibatı və maliyyə idarəetməsi üzrə aşağıdakı
prinsipləri müəyyən edir:
• Əhatəlilik: Büdcə bütün il boyu ərzindəki əməliyyatları əhatə
etməlidir;
• İntizam: Qərarlar resurs reallığını nəzərə alaraq orta perspektivə
hesablanmalıdır. Büdcə, ancaq hökümətin siyasətini yerinə
yetirməyə zəruri olan resurslardan istifadə etməlidir; və büdcə
ayrılmaları aşağıdakılara riayət etməlidir;
• Legitimlik: Siyasi qərarların formalaşdırılmasında iştirak edən və
hazır qərarla razılaşan siyasətcilər, bu qərarların yerinə yetirmə
dönəmində onları dəyişə bilər;
• Çeviklik: Elə qərarlar qəbul edilməlidir ki, orada bütün məlumatlar
açıq olsun;
• Proqnozlaşdırıla bilən: Makro və strateji siyasətdə və mövcud
siyasətin maliyyələşdirilməsində stabillik olmalıdır;
• Rəqabətlilik: Dövlət idarəçiliyinin bütün sektorları, büdcə
planlaşdırılması zamanı öz maliyyə tələbatları üçün büdcə almağa
bərabər hüquqları olmalıdır;
• Düzlük: Büdcə, gəlir və xərclərin tərəfsiz hesablamalarının
nəticəsində formalaşmalıdır;
• İnformasiya: Orta perspektiv üçün hesablanmış ümumi xərclərin
ilkin vəziyyətinin fonunda, siyasət dəyişməsinin büdcəyə təsiri
qiymətləndirilə bilər və itkilər,nəticə və məhsuldarlıq haqqında
dəqiq informasiyalar açıq olmalıdır;
• Şəffafl ıq: Qərar verənlər, qərar verməzdən öncə bütün uyğun
məsələlər və məlumatları öyrənməli və verilən qərarların nəyin
əsasında edildiyi xalqa çatdırılmalıdır;
• Cavabdehlik: Qərar vericilər onlara verilən səlahiyyətlərdən isti-
fadəyə görə məsuldurlar.
Mənbə: World Bank, Public Expenditure Management Handbook (Washington, DC: The
World Bank, 1998), 1–2.
Govern ment Printing Offi ce, 1961), 551.
Dostları ilə paylaş: |