Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə28/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   24   25   26   27   28   29   30   31   ...   163

68

Kadr Siyasətləri

qalxırsa, onlar da bu sistemin qalmasında və gələcək nəsillərin də bu yolla 

getməsində maraqlı olurlar. Nəticə, şəxsi əlaqələr,sadiqlik və korrupsiyanın 

hesabına “kölgə sisteminin” yaradılması olur və bu sistem çox vaxt dövlətin 

daxilindəki geniş klan sistemləri ilə bağlı olan təqaüddə olan zabitlər və on-

ların ailələri vasitəsilə edilir. Bu hal komandanlıq sistemini dağıdır və hərbi 

etikanın əsas prinsipi olan ümumi riskləri və hərbçilərin hərbi rəşadətlərinə 

görə yüksək hərbi vəzifə almaq və ümumi məqsədlər üçün şəxsi mənfəətlərini 

qurban verməyə hazır olmaq iradələrini sarsıdır. 

Kadrlar sistemində korrupsiyaya qarşı mübarizə üçün -və müdafi ə 

qabiliyyətinə və hərbi etikaya vurulan zərərin qarşısını almağa və ya geriyə 

qaytarmağa- xüsusi səylər göstərmək lazımdır. Xüsusi səylər ali rəhbərliyin 

və  həmçinin uyğun strukturların xüsusi diqqətini tələb edir. Bu struktur-

da işləyənlərin sayı  (əgər onlar peşəkardırlarsa) az ola bilər, onlar uyğun 

səlahiyyətlərə malik olmalıdırlar və rəhbər məsul şəxsə birbaşa çıxışları ol-

malıdır. 

Əlbəttə, bu cür struktur üçün əsas tapşırıq kadrlar idarəsi sistemində 

korrupsiya risklərini və  fırıldaq sxemlərini ayırd etmək və onlara qarşı  iş 

görməkdir. Ancaq bu addımlar diqqəti  əsas məqsəddən,  əsas qərar qəbul- 

etmə proseslərində dürüstlüyü, şəffafl ığı  və cavabdehliyi təmin etməkdən 

yayındırmamalıdır. Bunları  təmin etmək üçün sistem quraraq, bir tərəfdən 

siyasi rəhbərliyin siyasəti, qərar qəbul etmə və nəzarət funksiyalarını, digər 

tərəfdən, komandirlərin sərbəst hərəkətləri və  təşəbbüslərini bir- birinə 

birləşdirib, tarazlıq yaradan ən yaxşı yolla yerinə yetirmək olar. Fikirlər və 

qərar vermə prosedurları üçün kriteriyalar aydın olmalıdır. Məlumatlar bü-

tün maraqlı tərəfl ərə açıq olmalıdır (məxviliyin sərhədləri daxilində) və bu 

məlumatların dəqiqliyini təmin edəcək ölçülər olmalıdır.Yəgin ki, ən başlıca-

sı, ümumi baxışı və hərbi etikanı əks etdirən tələblər dəstinə baxaraq elə şərait 

yaratmaq lazımdır ki, ordunun qabiliyyətini zəifl ədən və nəticədə onu hərbi 

məğlubiyyətə aparan əsas səbəb kimi korrupsiya lə’nət sayılsın.          



                                

                            


69

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

6-cı Fəsil

Hərbi Büdcə Tərtibatı və Maliyyə 

Resurslarının İdarəetməsi

Hərbi büdcə tərtibatı ( büdcələmə) hərbi xarakterli tədbirlər üçün maliyyə 

resurslarının ayrılması prosesidir. Bu çoxtərəfl i proses olub, büdcə planlaşdır-

ması, yerinə yetirilməsi, hesabat və auditi nəzərdə tutur. Şəffaf büdcə tərtibatı 

və  məsuliyyətli maliyyə idarəetməsi bütün müdafi ə xarakterlı  tədbirlərin 

dürüstlüyünü təmin etmək üçün və müdafi ə sektorunda korrupsiyanın azal-

dılması üçün həlledici rol oynayır. Müdafi ə sektorunda qeyri-şəffaf maliyyə 

idarəetməsi və    məsuliyyətsizlik birləşəndə korrupsiya fəaliyyəti üçün ən 

münbit sərait yaranır. Açıq korrupsiya halları olmasa da belə, əgər pis planla-

ma baş verərsə və siyasi qərarlar, planlaşdırma və büdcələmə arasında əlaqə 

olmazsa və xərclər üzərində pis nəzarət təşkil olunarsa, o zaman müdafi ə sek-

torunun fəaliyyəti ciddi surətdə sarsılar və  hərbi və mülki heyətin işə olan 

həvəsi azalar.

Bu fəsil büdcə tərtibatı prinsiplərinə və prosesinə yönəlmişdir. Əsas maraq 

kəsb edən məsələ büdcə tərtibatı prosesində dürüstlüyün təmin edilməsidir. 

Parlamentın, audit idarəsinin, cəmiyyətin və başqa əlaqədar təşkilatların bu 

prosesdə roluna Toplunun uyğun fəsillərində, III hissədə baxılır.

Prinsiplər və Tələblər

 Müdafi ə sektorunda büdcə tərtibatı və maliyyənin idarə edilməsi dövlət 

sektorunda istifadə olunan prosedur və praktikaları əks etdirir. Bu səbəbdən, 

müdafi ə sektorunda maliyyə idarəetməsi ilə  əlaqəli korrupsiyaya kömək 

edən amillərin analiz edilməsi,dövlət sektorunda sağlam büdcə  tərtibatının 

əsas prinsiplərinin necə yerinə yetirildiyi analizi ilə baslanması uyğun olardı 

(Haşiyə 6.1). Dünya Bankının mandatı müdafi ə və təhlükəsizlik sektoru ilə 

məşğul olmağı əhatə etməsə də, bu prinsiplər eyni səkildə müdafi ə sektoru-

nun büdcə tərtibatı və maliyyə idarəçiliyi üçün də tətbiq edilə bilir.

Büdcə tərtibatının müasir anlamında, hərbi fəaliyyət üçün pul ayrılma-

sı-- və uyğun olaraq müdafi ə tədbirləri üçün lazım olan insan resursları, hərbi 

texnika və infrastruktur- müdafi ə və təhlükəsizlik sahəsində qarşıya qoyulan 

məsələləri həll etməyə və hərbi strategiyanı həyata keçirməyə imkan verir. 

ABŞ prezidenti Harri Trumenın dediyi kimi “strategiya, proqramlar və büdcə 

eyni mühüm qərarları formalaşdıran hissələrdir”.

32

32



    Public Papers of Presidents of the USA, Harry Truman, 1945 (Washington, DC: US 


70

Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi

Haşıyə 6.1. Dövlət Sektorunda Sağlam Büdcə Tərtibatının Əsas Prinsipləri

Dünya Bankı, müdafi ə sektoru büdcə  tərtibatı üçün də tamamilə  tətbiq 

oluna bilən, sağlam büdcə tərtibatı və maliyyə idarəetməsi üzrə aşağıdakı 

prinsipləri müəyyən edir:

•  Əhatəlilik: Büdcə bütün il boyu ərzindəki  əməliyyatları  əhatə 

etməlidir;

•  İntizam: Qərarlar resurs reallığını  nəzərə alaraq orta perspektivə 

hesablanmalıdır. Büdcə,  ancaq hökümətin siyasətini yerinə 

yetirməyə  zəruri olan resurslardan istifadə etməlidir;  və büdcə 

ayrılmaları aşağıdakılara riayət etməlidir;

•  Legitimlik: Siyasi qərarların formalaşdırılmasında iştirak edən və 

hazır qərarla razılaşan siyasətcilər, bu qərarların yerinə yetirmə 

dönəmində onları dəyişə bilər;

•  Çeviklik: Elə qərarlar qəbul edilməlidir ki, orada bütün məlumatlar 

açıq olsun;

•  Proqnozlaşdırıla bilən: Makro və strateji siyasətdə  və mövcud 

siyasətin  maliyyələşdirilməsində stabillik olmalıdır;

•  Rəqabətlilik: Dövlət idarəçiliyinin bütün sektorları, büdcə 

planlaşdırılması zamanı öz maliyyə tələbatları üçün büdcə almağa 

bərabər hüquqları olmalıdır;

•  Düzlük: Büdcə, gəlir və  xərclərin tərəfsiz hesablamalarının 

nəticəsində formalaşmalıdır;

•  İnformasiya: Orta perspektiv üçün hesablanmış ümumi xərclərin 

ilkin vəziyyətinin fonunda, siyasət dəyişməsinin büdcəyə  təsiri 

qiymətləndirilə bilər və itkilər,nəticə  və  məhsuldarlıq haqqında 

dəqiq informasiyalar açıq olmalıdır;

•  Şəffafl ıq: Qərar verənlər, qərar verməzdən öncə bütün uyğun 

məsələlər və  məlumatları öyrənməli və verilən qərarların nəyin 

əsasında edildiyi xalqa çatdırılmalıdır;

•  Cavabdehlik: Qərar vericilər onlara verilən səlahiyyətlərdən isti-

fadəyə görə məsuldurlar.

Mənbə World Bank, Public Expenditure Management Handbook (Washington, DC: The 

World Bank, 1998), 1–2.

Govern ment Printing Offi ce, 1961), 551.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə