Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə29/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   25   26   27   28   29   30   31   32   ...   163

71

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Bu həmişə belə olmamışdır. Kamerallı büdcə  tərtibatı  və mühasibat 

sistemləri, orta əsrlərin sonunda Avropada tətbiq edilmişdir. Hökmdarın 

maliyyə ili ərzində müəyyən qədər pul xərcləmək hüququ var idi. Xərclərə 

nəzarət edilsə  də, nəticələrin ciddi qiymətləndirilməsi getmirdi. Bu cür 

sistemlər həmçinin “büdcə resurslarının” büdcə tərtibatı və maliyyə idarəetmə 

sistemləri də adlanır və bir çox ölkələrdə müdafi ə sektorunun maliyyə 

idarəetməsində istifadə olunur. Bu ölkələrdə, parlamentlər, hökümətin tərtib 

etdiyi və pul miqdarı ilə ifadə olunmuş, məsələn, hərbi və mülki heyət üçün, 

əməliyyatlar və ordunun saxlanması üçün, yatırım üçün, tədqiqat və inkişaf 

üçün büdcə təklifi nə səs verir. Praktikada,hətta bundan daha ətrafl ı səviyyədə 

müdafi ə  tələbatlarını  nəzərə alan və pul miqdarı ilə ifadə olunan müdafi ə 

büdcəsi təklifi , siyasi məqsədlər və büdcə tələbi arasında bağlılığı təmin et-

mir.


Öz növbəsində, məqsədlər, strategiya və icra arasında açıq və audit olu-

na biləcək bağlılığın təmin edilməsi həm nəticələri, həm də fəaliyyəti analiz 

və qiymətləndirmək üçün əvəzsizdir. 6.2 Haşiyəsi dövlət maliyyə idarəetmə 

sistemlərinin və praktikalarının fəaliyyətini qiymətləndirmək üçün mühüm 

ölçülər təqdim edir.

Proseslərin Dürüstlüyü

“Xərcləmə-orientasiyalı” büdcə tərtibatının əksinə olaraq, təhlükəsizlik 

və hərbi məqsədləri hərbi imkanlar tələbatına və uyğun proqramlara və sonra 

da büdcə tələb etmə mərhələsinə  keçirmək üçün  “nəticə” və “məhsuldarlığa” 

meylli sistemlərdən istifadə olunur. Bunun məlum olan ən yaxşı sistemı ABŞ 

Müdafi ə Nazirliyinin Planlaşdırma, Proqramlaşdırma və Büdcə Tərtibatı Sis-

temidir (PPBS). Bu sistem 1960-cı illərin əvvəlində Müdafi ə Naziri Robert 

MakNamaranın (Robert S. McNamara) göstərişi ilə Müdafi ə Nazirliyinin 

Baş Müfəttişi  Çarlz Hitç ( Charles J. Hitch) tərəfi ndən hazırlanmışdır. Çox-

lu sayda ölkələr, xüsusilə  də  Şərqi və  Mərkəzi Avropa və post-sovet keçid 

dönəmində olan keçmiş Sovet Respublikaları da bu sistemi təkrar edərək və 

ya uyğunlaşdırma apararaq, özlərinin müdafi ə sistemində məhsuldar və təsirli 

idarəetmə və səmərəli nəzarəti təmin etmək üçün istifadə edirlər.




72

Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi

Haşiyə 6.2.  Dövlət Maliyyə  İdarəetməsində  İdarə Etməni Dəyərləndirmək 

üçün Mühüm Parametrlər 

Dünya Bankının  İctimai Xərclər və Maliyyə Cavabdehliyi (Public 

Expenditure and Financial Accountability-PEFA) təşəbbüsü açıq və qaydalı 

icra (Performance Measurement Framework system) fəaliyyəti ilə bağlı altı 

parametrli ölçü sistemini aşağıdakı kimi müəyyən etmişdir.

1.Büdcənin etibarlılığı: Büdcə realdır və  nəzərdə tutulduğu kimi həyata 

keçirilməlidir;

2.Əhatəlilik və  şəffafl ıq: Büdcə  və maliyyə ili üçün risklərə  nəzarət 

çoxtərəfl idir və maliyyə və büdcə məlumatları ictimaiyyətə açıq olmalıdır;

3.Hökümətin siyasəti əsasında büdcə tərtibatı: Büdcə hökümət siyasətinin 

məqsədlərinə uyğun hazırlanır;

4. Proqnozlaşdırma və büdcənin istifadəsinə  nəzarət: Büdcə qayda ilə 

və proqnozlaşdırıla bilən formada istifadə olunur və dövlət büdcəsinin 

istifadəsinə  nəzarəti və  rəhbərliyi həyata keçirmək üçün mexanizmlər 

mövcud olmalıdır;

5. Mühasibat, məlumatların yığılması və hesabat: Müvafi q hesabat sənədləri 

haqda məlumatlar və  xəbərlər qərar qəbul-etmə, idarəetmə  və hesabat 

üzərində nəzarəti təmin etmək üçün dərc olunur, saxlanılır və yayılır. 

6.  Kənar nəzarət və audit: Dövlət maliyyəsinin işlənməsinə dair və 

icra orqanlarının pozuntular olduğu zaman davranışı ilə bağlı  nəzarət 

mexanizmləri.

Mənbə: World Bank, Public Financial Management: Performance Measurement 

Framework (Washington, DC: PEFA Secretariat, June 2005), 2.

PPBS kimi sistemlər hərbi məqsədlər və büdcə arasında və həmçinin uzun 

və orta müddətli planlar və proqramlar ilə cari fəaliyyət arasında şəffaf əlaqə 

təmin edir. Bu cür əlaqənin olduğu zaman, həm icra, həm də qanunvericilik 

orqanlarındakı  qərar verənlər, qəbul etdikləri qərarın müdafi ə üçün ümumi 

büdcə ayrılmalarına və onların müdafi ə tədbirləri və ya fəaliyyət proqramları 

üçün paylanmasına, müdafi ə məqsədlərinin qarşılanmasına və eynilə ölkənin 

təhlükəsizliyi üçün mövcud olan risklərə nə cür təsir etdiyini başa düşmək 

iqtidarında olacaqlar.  Bu cür sistemlər şəffafl ıq və cavabdehliyi qoruyaraq, 

dəyişən şəraitlərdə büdcə tərtibatı çevikliyini də təmin etməyə xidmət edir. 

Lakin,PPBS özü-özlüyündə qərar qəbul etməyə dəstək verən güclü me-



73

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

xanizm olsa da, bütövlükdə müdafi ə sektoru idarəetmə dövrəsində dürüstlüyə 

təminat vermir. O məqsədə görə, PPBS büdcənin istifadəsinə  nəzarət, 

cavabdehlik,qiymətləndirmə  və audit kimi mohkəm mexanizmlər ilə ta-

mamlanmalıdır. Ona görə də, son zamanlar ABŞ Müdafi ə Nazirliyi İcra və 

Qiymətləndirmə(Execution and Assesment) mərhələlərini də “PPB”-yə əlavə 

etmişdir və indiki zamanda PPBEA sistemındən istifadə edir. PPBEA sistemı 

büdcə resursları və legitimlik, səmərəli və məhsuldar idarəetmə üzərində ge-

niş nəzarəti təmin edir.

33

Bir çox ölkələr müdafi ə məqsədlərinin, strategiyanın, planlar və fəaliyyət 



nəticələrinin uzlaşdırılmasının zəruriliyini önə  çəkərək, onların dəyişən 

mühitdə  strateji müdafi ə idarəetməsi  çərçivəsində bir-biri ilə uzlaşmasını 

saxlayan mexanizmlər yaradırlar. 6.3 Haşiyəsi müdafi ə büdcəsi tərtibatının 

və maliyyə idarəetməsinin, strateji idarəçilik çərçivəsinə necə salınması haq-

da nümunə gətirir. Bu çərçivə dinamik planlaşdırma və icra etmə şəraitində

siyasi orientasiya, şəffafl ıq, etibarlılıq və həmçinin daxili və kənar yoxlama-

lara zəmanət verir.

34

Dəyişən şəraitdə büdcə tərtibatı prosesinin dürüstlüyünün təmin edilməsi 



çox mühümdür və xüsusilə də uzun müddət üçün büdcə perspektivləri hazır-

lanan ölkələrdə olduğu kimi. 6.4 Haşiyəsində, Böyük Britaniyanın timsalın-

da dörd illik büdcə perspektivi nümunəsi təqdim olunur. Burada büdcədən 

istifadə səlahiyyəti budcələmə prosesində iştirak edən digər təşkilata verilir. 

Hollandiyanın hərbi təşkilatları, məsələn, gündəlik  əməliyyat 

proseslərındə təcili tələb olunan hərbi imkanları ödəmək üçün qısa-müddətli 

düzəlişlər etmək mexanizmlərinə malikdirlər və o “sürətləndirmə” təhçizatı 

adlanır. Bu mexanizmlər kiçik proqramlar olub, büdcə sahibinin səlahiyyətinə 

daxildir. Bu cür hallar əhəmiyyətli dərəcədə etibarlı, real planlar irəli sürən,  

gözlənilməyən halları vaxtinda həll etməyə hazır olan planlaşdırma sistemində 

baş verir. İstənilən halda, bu cür büdcə xərcləri daimi olaraq daxili və kənar 

yoxlamalara və audit mexanizmlərinə tələbatların təxirə salınmazlığı və ya 

məxviliyindən asılı olmayaraq açıq olmalıdır.

33 


 Francois Melese, “Instruments for Measuring Accountability, Transparency and Control 

of Expenditures in the Security and Defence Sector,” presentation to the NATO-RACVIAC 

conference on Better Management of Defence Resources, Including Building Integrity in the 

Armed Forces, Zagreb, Croatia (14-16 September 2009).

34   


Bu nümunə  hərbi büdcələmənin və maliyyə idarəetməsinin təkmilləşməsinə yönəlmiş 

prosess yanaşmasıdır. Dəstəkləyici təşkilati dəyişikliklər nümunəsi üçün Haşiyə 17.1-ə bax.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə