Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə30/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   26   27   28   29   30   31   32   33   ...   163

74

Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi

Haşiyə 6.3. Strateji Müdafi ə  İdarəetməsi Mexanizmlərində Maliyyə 

İdarəetməsinin Yeri

Etibarlılıq,  şəffafl ıq, planların siyasi istiqamətləri,büdcələr və auditləri 

təmin etmək üçün, Bolqarıstan Müdafi ə Nazirliyi yeni çoxtərəfl i  strateji 

müdafi ə idarəçiliyi mexanizminı yerinə yetirmək üzrədir. Bu mexanizm 

beş əsas prosesi əhatə edir:

1. Hərbi siyasətin nəzərdən keçirilməsi;

2. Siyasi 

istiqamətlər;

3. Hərbi hazırlıq imkanları tələbatlarının gözdən keçirilməsi;

4. Hərbi imkanların təmin edilməsi

5. Həyata keçirilən fəaliyyətin və onun nəticələrinin qiymətləndirilməsi;     

Hərbi siyasətin nəzərdən keçirilməsi hər bir yeni hökümət hakimiyyətə 

gəldiyi zaman baş verir və  nəticələr Hərbi Ağ  Dəftər (Defence White 

Paper) –lə işıq üzü görür və həmçinin parlamentə təqdim edilir. Gözdən 

keçirilmə halları  hərbi-təhlükəsizlik mühitində  əhəmiyyətli dəyişikliklər 

olduğu zaman, həmən yuxarda deyilən dövrdə keçirilə bilər, məsələn, 

iqtisadi və maliyyə böhranı olduğu zaman (və ya NATO-ya girmək istəyən 

ölkəyə dəvət gələrsə). 

Müdafi ə Naziri hər bir illik planlaşdırma dövrəsinin  əvvəlində siyasət 

və planlaşdırma  əmrini verir və  həmçinin, büdcə ilinin ərzində aparılan 

dəyərləndirmələr məqsədlərin, planların və resurs məhdudluğunun yenidən 

gözdən keçirilməsi zərurətini yaradır.

Hərbi imkanlar üçün tələbatlar iki ildən bir NATO və AB müdafi ə 

planlaşdırma prosesləri ilə koordinasiyada nəzərdən keçirilir. Bu gələcəkdə 

hərtərəfl i və həqiqi hərbi qabiliyyət təmin etmək üçün kompleks qərarlar 

qəbul edilməsi ilə nəticələnir. Bu paket kompleksinin ayrı-ayrı istiqamətləri, 

hərbi imkanlar yaratmaq hədəfl əri kimi, uyğun proqramların rəhbərlərinə 

tapşırılır və onlar da növbəti əsas addımlarla həyata keçirilir. 

Hərbi imkanların təmin edilməsi prosesinə proqramlaşdırma, qısa-müddətli 

planlaşdırma və praktiki həyata keçirmə daxildir. Hərbi proqramlar 

qarşımızdakı illərdə hərbi imkanları artıraraq hədəfl ərə necə nail olacağımızı 

müəyyənləşdirir.Hərbi proqramlar haqda qərarlar qəbul edildikdən sonra, 

ilk bir və ya iki il ərzində müdafi ə proqramları müdafi ə qabiliyyətini 

gücləndirmək üçün lazım olan elementlər üzrə,(və ya resursların növləri 

üzrə) müdafi ə büdcəsi, təhcizat planı, orduya çağırış, təlim, infrastruktur 

inkişafı, və s. təsnifl əşdirilir. Bütün bu planlar sonralar büdcə ili ərzində 

həyata keçirilir.



75

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Analiz və qiymətləndirmə prosesi, sərf edilən xərclərin nə qədər qanuna 

uyğun olduğunu, görülən işlərin və nəticələrin dəyərləndirilməsini və bütün 

müdafi ə xarakterli fəaliyyətin nəticələrini qiymətləndirmək üçün istifadə 

olunur. O hər dörd aydan bir keçirilir və planlaşdırma dəqiqləşdirmələrini 

də əhatə edir.O siyasi rəhbərliyi tənqidi fi kir və qeydlərlə təmin edir, planlar 

və proqramları yenidən nəzərdən keçirərək hərbi məqsədləri, strategiyaları 

və resurs məhdudluğunu və ya əgər proqnozlaşdırılan planlaşdırma mühüm 

dərəcədə dəyişirsə, hərbi imkan tələbatlarını və ya hətta ölkənin müdafi ə 

siyasətini yenidən müəyyənləşdirə biləcək tövsiyələrlə  də  nəticələndirə 

bilər.

Bu yanaşma Müdafi ə Nazirliyinin əvvəlki illərdəki təcrübəsi üzərində 



və Planlaşdırma, Proqramlaşdırma və Büdcələmə sisteminin tətbiqindən 

meydana gələn nəticələrin üzərində qurulur. O siyasi rəhbərliyin məqsədləri 

üçün qurulmuş büdcə  tərtibatını  təmin etməkdə davam edir və bir neçə 

mühüm fərqliliklər  əlavə edir: (1) O müdafi ə qabiliyyətləri dedikdə, 

onlara bütün müdafi ə idarəçiliyi fəaliyyətlərinin, o cümlədən maliyyə 

idarəetməsinin toplusu kimi  və həmçinin, müdafi ə xarakterli fəaliyyətlərin 

və onun nəticələrinin səmərələliyinin əsas qiymətləndirmə parametrı kimi 

baxır; (2) Maliyyə  nəzarəti baxımından səmərəliliyin və  məhsuldarlığın 

daimi qiymətləndirməsini aparır; (3) Bu cür yanaşma siyasətçilərə, 

müdafi ə  məqsədlərini, planları  və ehtiyatları bir- biri ilə  əlaqələndirib 

balanslaşdırmağa imkan verir və daha əhəmiyyətlisi odur ki, bu lazımı 

balansı dəyişən şəraitdə  saxlayır.

Bu cür strateji idarəetmə yanaşmasından istifadə, müdafi ə büdcəsinin 

etibarlılığının keyfi yyətcə  təkmilləşməsinə, büdcədən istifadənin 

proqnozlaşdırılmasına və ona olan nəzarətin artmasına imkan verir və 

kənar yoxlamalar və auditə kömək edir və işlərin gedişinə və planlaşdırma 

metodlarının təkmilləşməsinə şərait yaradır.

Mənbələr:  Process # 4 üçün ətrafl ı  məlumat ,  bax Todor Tagarev, “Introduction to 

Program-based Force Devel¬opment” in Defence Management: An Introduction (Geneva: 

DCAF, 2009), 75–92; For policies and prac¬tices of other countries in strategic defence 

management, the reader may refer to Stephan De Spiegeleire, et al., Closing the Loop: 

Towards Strategic Defence Management (The Hague: The Hague Centre for Strategic 

Studies, April 2009).

Səlahiyyətlərin Ötürülməsi və Cavabdehlik və Məsuliyyət

Büdcələmə sisteminin bir çox ölkələrdə  məhsuldar olmamasının 

səbəblərindən biri təkcə büdcə planlaması yox, həm də onun yerinə yetirilməsi 

mərhələsinin mərkəzləşdirilməsidir. Qərar vermə mexanizmlərinin son dərəcə 

mərkəzləşdirilməsi, səciyyəvi Sovet sistemı kimi, hələ də keçmiş post-sovet 



76

Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi

ərazisindəki idarəetmə üslublarına təsir edir. Çox hallarda, Müdafi ə Nazirinin 

özü çox kiçik xərclərlə bağlı əmr verməlidir.

Bu cür mərkəzləşmiş sistemin özü, qərar qəbul- etmə prosesini yubadır 

və alternativ variantlara baxmaq üçün imkan yaratmır. Ən narahatlıq yaradan 

məsələ isə şəffafl ığın olmamasıdır: hərbi xərclərlə bağlı tərtib edilmiş təklifi n 

ierarxiya üzrə yuxarı getdiyi zaman, hərbi təşkilatın uyğun birləşmələrinin 

məsul şəxslərinin onu imzalamasına baxmayaraq, kimin bu təklifi  tərtib et-

diyini və onun başqa hərbi fəaliyyətlərə necə təsir etdiyini müəyyən etmək 

asan olmur. 

Məhsuldar idarəetməsi olan bir çox hərbi təşkilatlar bu problemi öz 

səlahiyətlərini və məsuliyyətlərini başqalarına verməklə həll edirlər. Haşiyə 

6.4  möhkəm cavabdehlik , hesabatlılıq və audit mexanizmləri ilə müşaiyət 

olunan səlahiyyət verilməsi nümunəsini təqdim edir. 



Büdcənin Etibarlılığı və Əhatəliliyi

Büdcənin etibarlılığı dedikdə, müdafi ə büdcəsinin reallığı əks etdirməsi 

və büdcədə göstərildiyi kimi xərclənməsi nəzərdə tutulur. Etibarlılığı təmin 

etmək üçün, büdcələmə prosesı və hərbi büdcə çoxtərəfl i olmalı və etibarlı 

məlumat bazası və faktlar üzərində qurulmalıdır.

Etibarlılığa burada üç əsas perspektivdən yanaşılır:

1. Müdafi ə proqramları  və layihələrin ilkin xərcləri etibarlı statistik 

məlumatlar üzərində qurulur və ya bu cür statistikalar olmadıqda möhkəm 

ilkin qiymətləndirmələrə əsaslanır. Müəyyən proqram və layihəyə geniş ehti-

yatlar ayrılmazdan öncə, müstəqil qiymətləndirmələrdən daimi istifadə, bütün 

büdcə təklifl ərinə etibarlılıq qazandırmaq baxımından çox yardımçı ola bilər.

Haşiyə 6.4.  Səlahiyyətin ötürülməsi və Böyük Britaniya Müdafi ə Nazirliyində 

Büdcə Sahiblərinin Cavabdehliyi və Məsuliyyəti

Böyük Britaniya Müdafi ə Nazirliyində aparılan maliyyə əməliyyatlarının 

çoxu səkkiz Yüksək Səviyyəli Büdcə (Top Level Budget) müdürləri (YSB)

tərəfi ndən idarə olunur. Onlardan tələb olunan işlərin nəticələri, həmçinin 

bu işləri görmək üçün onlara ayrılmış maliyyə resursları Müdafi ə Planında 

tərtib edilir.

Müdafi ə Nazirinin daimi müavini hər bir YSB müdürünə  şəxsi heyət, 

infrastruktur və büdcə üzərində geniş  səlahiyyətlər verir. Hər bir YSB 

müdürü daimi nazir mavini və baş ştabın rəisi ilə Xidmət Göstərmə Sazişi 

(Service Delivery Agreement) imzalayır. O saziş aşağıdakıları dəqiqləşdirir:

•  YSB -dən tələb olunan nəticələr; 

•   Bu nəticələri əldə etmək üçün YSB -yə ayrılan vəsaitlər; və




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə