Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə38/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   34   35   36   37   38   39   40   41   ...   163

94

Hərbi Təhcizat

Haşiyə 7.3. Hərbi Təhcizat Zamanı Şəffafl ığın Olmamasının Nəticələri

Aydın ifadə olunmayan və ya örtülü silah alışı siyasətləri, həmçinin, çox 

konfi densiyal silah alışı mexanizmləri daimi aşağıdakılara gətirir:

•  Hərbi texnika və silah təhcizatının məqsədə uyğunluğunun kifayət 

qədər aşağı səviyyədə analiz edilib qiymətləndirilməsi;

•  Hökümət qərarlarının aşağı səviyyədə olması və nəticədə milli və 

bölgə təhlükəsizliyinin zəifl əməsi;

•  Qonşu ölkələr tərəfi ndən inamsızlığın yaranması;

•  Silah alınması qərarlarında və bütün başqa hərbi-xarakterli 

təhcizat qərarlarında korrupsiyanın meydana gəlməsi;

•  İctimaiyyətin inamını zədələyərək silahlı qüvvələrə olan inamın 

etibardan düşməsinə və cəmiyyətdə lazımsız mübahisələrə.



Mənbə

:

 Hans Born, et al., Parliamentary Oversight of the Security Sector: Principles



Mechanisms and Practices, 6

th

 edition (Lausanne: Inter-Parliamentary Union and the 



Geneva Centre for the Democratic Control of Armed Forces, 2007), 173.

Hər bir mərhələ,hərbi avadanlığın həyat dövrünün konkret bir mühüm 

hissəsini əks etdirir. Hərbi avadanlığın həyat dövrünün ayrı-ayrı mərhələlərə 

bölünməsi, işin kiçik, başa düşülən və vaxtlı-vaxtında atılacaq addımlar-

la həyata keçirilməsinin praktikliyinə  əsaslanır. Bu mərhələlər,əlavə olaraq 

meydana çıxan qeyri-müəyyənlikləri və xərclərlə, layihənin yerinə yetirilmə 

cədvəli ilə və ümumi məqsədlər və qərar-qəbul edilmə prosesləri ilə əlaqəli or-

taya çıxan riskləri həll etməyə imkan verir. Hər bir mərhələnin fərqli məqsədi 

və bütövlükdə avadanlığın həyat dövrü üçün öz rolu var. Mərhələlər-arası 

keçid haqda o zaman qərar verilir ki, cari mərhələdəki işlərə yekun vurulur və 

görülən işlərin əvvəlcədən müəyyən edilmiş tələblərə nə qədər cavab verdiyi 

yoxlanılır və uyğun keçid baş tutur.

Beləliklə,  İSO15288 və AAP-48 standartlarının tətbiqi, sistemlərin 

işlənib- hazırlanması prosesini və layihələrin idarə olunmasını vahid birləşmiş 

mexanizmlə təmin edir və tam işləmə dövrü ərzində, layihənin idarə edilməsi 

və bütün istiqamətlərdə  fəaliyyətlərin koordinə edilməsinə  və  iştirakçı 

təşkilatlar arasında şəffaf qarşılıqlı əlaqənin yaradilmasına şərait yaradır.

Müdafi ə sisteminin həyat dövrünün bu cür strukturlaşdırılması  həm də 

hərbi təhcizat məsələlərində parlament nəzarətini də təmin edir. Haşiyə 7.4 

təhcizat üzərində nəzarət üzrə Hollandiya parlamentinin təcrübəsini təqdim 




95

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

edir


51

. Boynumuza almalıyıq ki, parlamentin bu işə qarışması silah alma pro-

sesinin sürətini azaldır, lakin, eyni zamanda dürüslüyə yardımçı olur və qərar-

qəbul etmə prosesinin şəffafl ığını mühüm dərəcədə artırır və beləliklə,hərbi 

təhcizatla bağlı potensial korrupsiyanı önəmli şəkildə azaldır.

Xüsusi narahatlıq doğuran məsələ, offset anlaşmaları zamanı meydana 

gələn korrupsiya riskləridir. Bu haqda növbəti fəsildə danışılır.

İştirakçı Təşkilatların Dürüstlüyü

Silahlanma prosesinin dürüstlüyündən əlavə tələbat və təhcizatla məşğul 

olan təşkilatların özləri də korrupsiya risklərinin aşağı olması üçün dürüst 

olmalıdırlar.

Bu fəsil tələbatçı tərəfi , yəni müdafi ə nazirliyinin və hərbi idarələrin hərbi 

təhcizata məsul olan təşkilatını və hərbi podratçılara hökümətlərin tələblərini 

analiz edir və qiymətləndirir.  20- ci Fəsil təminatçı tərəfə həsr olunur, yəni 

müdafi ə  sənayelərinin və onların birliklərinin beynəlxalq miqyasda dürüst-

lük standartlarını müəyyən etmək və icra etmək səylərinə həsr olunur. Hərbi 

texnika və silah alqı-satqısı üçün əsaslanmış ümumi modellər yoxdur. Bir 

dənə ümumi qayda ondan ibarətdir ki, hərbi texnika və silah alqı-satqısi başqa 

əsas müdafi ə planlaşdırması və idarəetmə prosesləri ilə bərabər üst səviyyədə 

koordinasiya edilməlidir. Yaxşı təşkil olunmuş silah və texnika alışının baş-

qa bir əlaməti tələb olunan funksiyaların, qərar vermə  səlahiyyətlərinin və 

nəzarət etmə məsuliyyətlərinin dəqiq bölünməsidir. 7.5 Haşıyəsində müdafi ə 

sektorunda idarəçilik və ordu üzərində demokratik nəzarətin düzgün qurul-

duğu ölkələrdə silah və hərbi texnika alma prosesində iştirak edən maraqlı 

tərəfl ərin səlahiyyətlərinin bölünməsi izah edilir.  Lakin, post-totalitar müdafi ə 

nazirliklərində, uyğun səlahiyyətləri müəyyən etmək və  qərar-qəbul etmə 

mexanizmlərinin şəffaf olması və həqiqi qərar verənlərin hamıya məlum ol-

ması üçün lazımi təcrübəni təmin edib koordinasiya etmək çox vaxt problemə 

çevrilir.

Bolqaristanın təcrübəsi burada maraq doğurur.  2009-cu ilin payızın-

da, Bolqarıstan Müdafi ə Naziri Nikolay Mladenov, ölkənin Müdafi ə və Si-

lahlı Qüvvələr haqda Qanununa düzəlişlər təklif etdi və bu düzəlişlər onun 

hərbi təhcizat məsələsində  səlahiyyətlərini məhdudlaşdırdı. Bu düzəlişlərə 

görə nazir ancaq 25 milyon Euro-dan aşağı silah alışları ilə bağlı qərar verə 

bilər. Əgər silah alma 25 milyon ilə 50 milyon Euro arasında olarsa, o zaman 

Müdafi ə Nazirliyi   öncədən Nazirlər Kabinetindən səlahiyyət almalıdır. Əgər 

bu məbləğ 50 milyon Euro-nı keçərsə, o zaman Nazirlər Kabineti əvvəlcə bu 

51

    Daha  ətrafl ı bax: Willem F. van Eekelen, The Parlia mentary Dimension of Defence 



Procurement: Requirements, Production, Cooperation and Acquisition, Occasional Paper 

No. 5 (Geneva: Geneva Centre for the Democratic Con trol of Armed Forces, 2005).




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə