Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə36/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   32   33   34   35   36   37   38   39   ...   163

89

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Bu strategiya rəsmi sənəd olub verilən müxtəlif qərarları hesaba alır və 

əsaslandırır. Burada bir daha, yatırım riskləri azaltmağa kömək edəcək və 

işlərin uğurlu olması şansını qaldıracaq. Hərbi avadanlığı və ya xidmətləri 

əldə etmək praktikası, bu avadanlıqların istismarı dönəmində ona göstərilən 

xidmət və onun istismar dönəmi başa çatandan sonra silinməsi tez-tez 

bir neçə mərhələlərə bölünür.  Bu bölünmənin məqsədi görüləcək işlərin 

idarə edilməsini yüngülləşdirmək və layihənin həyata keçirilməsi ilə bağlı 

lazımi dəyişiklikləri edib yeni qərarlar vermək üçün mərhələləri müəyyən 

etməkdir. Bu alqı-satqı dövrəsi adlanır . 

Bu üç sahə bir-biri ilə qarşılıqlı bağlıdır və bu sahələr yuxarıdakı izahda 

göstərildiyi ardıcıllıqla həmişə həyata keçirilmir. Hansı silah və xidmətlərin 

əldə edilməsini müəyyənləşdirməyə  və aydınlaşdırmağa yönəlmiş 

fəaliyyətlərin alqı-satqı dövrəsinə daxil edilməsi cox önəmlidir.



Mənbə: Anthony Lawrence, “Acquisition Management,” in Defence 

Management: An Introduction (Geneva: DCAF, 2009), 156–157.

Birincisi, siyasi rəhbərlik və planlaşdırıcılar müdafi ə  məsələlərini həll 

etmək baxımından hansı  tələbatların olduğunu müəyyən etməlidirlər. Bu 

sənəd


45

 müəyyən müdafi ə imkanları ilə bağlı mövcud olan çatışmazlıqla-

rı aradan qaldırmaq zərurətini möhkəm analitik əsaslarla əsaslandırmalı  və 

ya müdafi ə  məqsədləri və  tələblərini daha səmərəli və  məhsuldar həyata 

keçirmək üçün texnoloji imkanlar aramalıdır.  Bu sənəddə  əks olunan 

qiymətləndirmələr müdafi ə məqsədlərinin geniş analizi əsasında, məsələn,bir 

tərəfdən, cari və gələcək üçün planlaşdırılan müdafi ə imkanları nisbəti nöq-

teyi nəzərindən, digər tərəfdən isə, silahlı qüvvələrin hər növü üçün planlaş-

dırılan məsələlər üzrə  həyata keçirilə bilər

46

.  Bu qiymətləndirmələr çoxlu 



sayda məlumatların əsasında edilir və ehtiyac və tələbləri əsaslandıran for-

mada təqdim edilir. Fəaliyyətin ətrafl ı analizi başa çatdırılmalı və sənəd ha-

zırlanmadan öncə müdafi ə qabiliyyəti çatışmazlıqları aydınlaşdırılmalıdır. 

Sənəd həmçinin bir çox tələbatlar yerinə yetirilmədiyi halda onun doğuracağı 

nəticələri,bu tələbatların mühümlüyünün dəyərləndirilməsini, vaxt müddəti 

və uzun müddətli resurs planlamalarının parametrərini də əhatə etməlidir.

İkincisi, operativ tələbatlar müəyyən edilməlidir. Sənəddə konkret si-

45

 ABŞ Müdafi ə Nazirliyi və başqa Federal idarələr “Mission Need Statement.” adı altında 



xüsusi sənəd ortaya qoymaları tələb olunur. Nümunəyə bax: Federal Aviation Administration, 

“Mission Analysis. Appendix B: Mission Need Statement Template,” http://fast.faa.gov.

46

  Orduda bu adətən müdafi ə siysətinin ətrafl ı nəzərdən keçirilməsinin bir hissəsidir, məsələn 



“Strategic Defence Review” və ya “Quadrennial Defence Review” kimi.


90

Hərbi Təhcizat

lahların və hərbi texnika nümunəsinin tələblərinə cavab verən keyfi yyət və 

kəmiyyət parametrləri işlənib hazırlanir və onların əsasında silah və texnika-

nın iş qabiliyyəti qiymətləndirilir və bu əsasla sistemin istifadə olunmasından 

öncə operativ səmərəliliyi və tələblərə uyğunluğu müəyyən edilir.

Üçüncüsü, və ilk iki mərhələni keçəndən sonra,yəni müəyyən müdafi ə 

imkanlarına lazım olan tələbatları müəyyən edib, bu imkanları təmin edəcək 

silah və  hərbi texnikaya operativ tələbləri aydınlaşdırıb və onları uyğun 

sənədlərdə  əks etdirib, texniki tələbləri və standartları hazırlayıb, silah və 

texnika alışı mərhələsinə və uyğun büdcə planlaşmasına keçirik. Tələb olu-

nan müdafi ə imkanlarının müəyyən parametrləri və bu imkanları təmin etmək 

üçün hərbi texnika və silahlara qoyulan operativ tələblər, gələcəkdə müxtəlif  

təklifl əri qiymətləndirmək üçün kriteriyalar kimi istifadə olunur və uyğun 

olaraq, təhcizatçını seçməyə, həmçinin, silah, hərbi texnika nümunələrini, 

xidmətlərini alandan sonra onları qiymətləndirməyə imkan verir. Haşiyə 7.2-

də Polşa Müdafi ə Nazirliyinin təhcizat-xarakterli korrupsiyanın qarşısını necə 

aldığı nümunə təqdim edir. 

Təhcizat prosesi mərhələlərində  səbəbiyyatın saxlanılması  qərar-qəbul 

etmə proseslərində dürüstlüyü təmin etmə üçün həyati məna daşıyır. O həm 

də müstəqil qiymətləndirməyə, məsələn,büdcədən böyük məbləğdə maliyyə 

resursları ayrılmadan öncə,-həmçinin alqı-satqı qərarlarının yerinə yetirilməsi 

və  nəticələrinin məsul dövlət təşkilatları  və ya müstəqil monitor qrupları 

vasitəsilə audit edilməsinə imkan yaradır.

47

Haşiyə 7.2  Polşada Hərbi Təhcizat Prosesində Dürüstlüyün Saxlanması 



və Korrupsiyanın Qarşısının Alınması

Hərbi təhcizat yüksək korrupsiya riski olan sahədir. Bu prosesin bir 

neçə  əsas elementləri mövcuddur və korrupsiya risklərini minimuma 

endirmək üçün onları xüsusi diqqətə almaq lazımdır. Onlar həm hazırlıq 

mərhələsində, tender və ya danışıqlar gedən vaxtı, həmçinin müqavilə 

yerinə yetirilən zamanı da mövcuddur. Konkret məsələləri həll etmək 

çox zəruridir, məsələn, bütün o həlledici elementlərlə bağlı suallara cavab 

tapılmalıdır. Onların  ən mühümləri aşağıda verilmişdir. Polşa Müdafi ə 

Nazirliyinin praktikasına uyğun olaraq, Anti-Korrupsiya Prosedur Bürosu 

(Anti-corruptin Procedures Bureau) bu işlə  məşğul olub, bu məsələləri 

qaldırmalı, rəylər hazırlamalı və həll yolları göstərməlidir.

47

  



Bu qiymətləndirmə hər hansı alqı-satqı qərarını dəstəkləyən qiymətləndirmə qrupundan 

asılı deyil. Bu ola bilsin ki, müdafi ə  təsisatları üçün xüsusi qrup tərəfi ndən,başqa dövlət 

təşkilatı və ya bir müstəqil müşahidəçi tərəfi ndən həyata keçirilmişdir. Sonuncu üçün aşağıda 

“Hərbi Dürüstlük Paktları” haşiyəsinə bax.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə