Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə44/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   40   41   42   43   44   45   46   47   ...   163

109

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Ofsetin Üstünlükləri  

Hərbi iqtisadçılar arasında ofsetlərin gətirdiyi faydalar haqda geniş 

müzakirələr gedir. Lakin bu sahədə gedən mübahisələr ofset təklifl ərinin 

nə  qədər faydalı olduğuna cavab verə bilmir,çünki faktiki olaraq heç kim 

ofsetlərin iqtisadi faydası ilə bağlı iqtisadi analizlə  məşğul olmur. Digər 

tərəfdən ofset müqavilələrinin icrası ilə bağlı ictimaiyyət də heç bir məlumata 

malik deyildir. Corc Vaşinqton Universitetinin ( George Washington Univer-

sity) təhcizat hüququ üzrə Dekanı Stev Skoner-ın ( Steve Scooner) dediyi 

kimi: “Hərbi təhcizat məsələsində şəffafl ığın, dürüstlüyün və cavabdehlik və 

məsuliyyətin təmin edilməsi üçün geniş konsensus mövcuddur. Bu meyarların 

ofset məsələsinə də şamil edilməsi üçün konsensus əldə edilməsindən hələ çox 

uzaqdayıq. Bu haqda beynəlxalq müqavilə mövcud deyil və ayrı-ayrı ölkələr 

də bu müqaviləni imzalamaqdan uzaqdırlar. Bu barədə konsensusdan nə qədər 

uzaq olduğumuzu sübut etmək üçün, Avropa Müdafi ə Agentliyinin (European 

Defence Agency Code of Conduct)davranış kodeksı həm ölkələri ofset prak-

tikasının genişləndirməyə çağırır, həm də ofset müqavilələrinin qiymətlərinin 

aşağı salınmasına çalışır (əsas müqavilə ilə əlaqədar). Eynilə Dünya Ticarət 

Təşkilatı (World Trade Organization) ofseti qəbul etmir və müdafi ə sektorun-

dan başqa digər sahələrdə onun tətbiqini qadağan edir. Ölkə səviyyələrində 

də  hələlik razılıq yoxdur. ABŞ ofsetlərə kinayə ilə yanaşır, ancaq müdafi ə 

avadanlıqları ilə bağlı “Amerikan malı al” siyasətinı  təmin etməyə çalışır. 

Ona görə də, real olaraq sadəcə ofset idarəçiliyini təkmilləşdirmək yolu ilə 

bir şey etmək olar. Eyni zamanda ofsetlərin ümumiyyətlə məqsədə uyğunluğu 

haqqında ümumi fi krə də yavaş-yavaş irəliləmək lazımdır.

57

 “

Ofsetlərin bütün üstünlüklərinə baxmayaraq, mütəxəssislər onların şəffaf 



olmasının vacibliyi və ilk addım kimi müqavilələrdə dürüstlük standartlarının 

təmin olunması fi krindədirlər.



Ofsetlərin Siyasi Ölçüləri   

Bir çox hökümətlər üçün ofsetlərdən istifadə, əsas hərbi xərclər üzərində 

gedən siyasi mübahisələri yumşaldır. Ofsetlər texnologiya əldə etmək, elmi-

tədqiqat, silah və texnikanın yeni nümunələri baxımından hərbi sənaye ba-

zasının inkişafı üçün və  həmçinin, yatırım imkanları  və yüksək-ixtisaslı  iş 

yerləri üçün ümidverici imkanlar yaradır. Ancaq ofset üzərindən siyasətin 

aparılması, ofset yolu ilə  hərbi texnika və silah alınması  tələbatına və 

ya məqsədəuyğunluğuna kölgə sala bilər. Bu həm də bu işə  cəlb olunan 

hökümətin iki mühüm qanadı, ofset alışına nəzarət edən Maliyyə və ya İqtisa-

57 


 İbid.,97


110

Ofset Mexanizmləri

diyyat Nazirliyi ilə hərbi məmulatlar alan Müdafi ə Nazirliyi arasında mühüm 

gərginlik yarada bilər. 

Ofset Korrupsiya Riskləri  

Ofset korrupsiya riskləri BŞ-ın ictimaiyyətə açıq olan rəsmi hesabatların-

da, tədqiqatlarında və BŞ-ın kecirdiyi müsahibələrdə və qəzet məqalələrində 

ifadə olunan şəhrlərdə və iddialarda müəyyən edilir.



Ofsetlərlə bağlı EDA hesabatı

Avropa Müdafi ə Agentliyi (European Defence Agency-EDA) sifarişi 

ilə bir qrup ekspert hərbi ofsetlərlə bağlı tədqiqat aparmış və ofsetlərin Av-

ropa hərbi sənayesinin inkişafına hansı  təsirləri olduğunu öyrənmişdir. Bu 

tədqiqatın nəticələri böyük bir hesabat formasında 2007-ci ildə dərc edilmiş-

dir.Korrupsiya riskləri tədqiqatın əsas qayəsi olmasa da, tədqiqatın müəllifl əri 

ofset sazişlərinin qapalı olduğunu və şəffafl ıq olmadığından korrupsiya im-

kanlarının mövcudluğu ilə əlaqədar narahatçılıqlarını bildirdilər. Hesabatda 

deyilir: 

“Bir çox mənbələrin əldə etdiyi bir cəhət diqqəti ona yönəltməyi zəruri 

edir. Söhbət hərbi müqavilələr bağlanan zaman ortaya çıxan korrupsiya hal-

larından və onların birbaşa və ya nəzəri olaraq ofsetlərlə əlaqəsindən gedir. 

Götürsək, korrupsiya ofsetlərə məxsus olan xüsusiyyət deyil, amma şəffaf ol-

mayan və qeyri-peşəkar həyata keçirilən ofsetlər korrupsiya üçün məkan ya-

radır və açıq və şəffaf bazar şəraitində olmalı sistemdən fərqli başqa sistemin 

seçilməsinə gətirir. Bizim müxtəlif mənbələrimizin xəbərlərinə görə, köhnə 

ofset təcrübələri səmərəli olmadığı hallarda, son nəticədə onların yerinə 

yeni sistemlər tətbiq edilməyə başlanmışdır. Avropa Birliyinin ölkələrinin 

nümayəndələri mövcud ofset sistemlərinin səmərəli işləməsini israr etsələr də 

biz hesab edirik ki, şəffafl ığın və peşəkarlığın standartları (ofset təcrübəsində) 

Avropanın müxtəlif ölkələrində fərqlidir və bu sahədə vəziyyəti düzəltmək 

üçün böyük imkanlar mövcuddur”.

58

 

Ofsetlər üzrə Elmi Tədqiqat İşləri



 Beynəlxalq  əməkdaşlıq və  təhlükəsizlik mərkəzinin( Centre for İnter-

national Cooperation and Security) ekspertləri  “Silah satışının yoxsulluq və 

inkişafa təsiri “ tədqiqatında aşağıdakıları qeyd edirlər:

58 


 E. Anders Eriksson with M. Axelson, K. Hartley, M. Mason, A.S. Stenérus and M. Trybus, 

Study on the effects of offsets on the Development of a European Defence Industry and 

Market (Brussels: European Defence Agency, 2007), 46, www.eda.europa.eu/Default.aspx.


111

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Korrupsiya halları üçün digər potensial vasitə “ofsetlər” vasitəsidir.  

Əvvələr ofsetlərin vacibliyinə, hərbi texnikaların alqı-satqısının hərbi xərclərə 

təsiri baxımından yanaşılırdı.  Ofset təklifl ərinin böyük rüşvət məbləğlərini 

və ya bu əməliyyatlar zamanı əldə olunan “komissiyaları” gizlədə biləcəyini 

və ya ölkənin hansı silahı alacağı qərarına əsassız olaraq təsir edəcəyi sual-

larına cavab vermək də çox önəmlidir. Ofset təklifl ərinin: “hərbi alqı-satqı 

müqavilələrinin  dəyərini 20% artırması halları da mövcuddur; nəzarət üçün 

onların monitor edilməsi də çətindir; əsas müqavilə imzalandığı zaman və’d 

edilən qazancı gətirə bilməməsı halları təsadüf edilir; və korrupsiyaya kömək 

etməsi halları vardır. Ofsetlər, həmçinin, siyasi əlaqələr hesabına seçilmiş da-

xili şirkətlər vasitəsilə keçirildikdə daxildə korrupsiyaya təkan verir.Cənubi 

Afrika halında, yerli şirkətlərlə bağlanmış sub-müqavilələr yerli rəsmilərin 

zənginləşməsi üçün əlavə imkanlar yaratmışdır.

59

Ofsetlərin iqtisadi təsiri ilə bağlı müxtəlif elmi analizlər edilmişdir və on-



lardan ən azı biri ofsetlərin korrupsiya riskləri ilə bağlıdır.

60

 Məsələn, Trevor 



Teylor vəzifəli şəxslərin ofsetin zəruriliyi ilə bağlı və ya hansı konkret ofset 

modeli ilə bağlı qərar qəbul etdikləri zaman, hansı iqtisadi və siyasi motivlərin 

əsasında onu etdiklərini müəyyən etməyə çaılışır. Bu modellərın müqayisəsi 

üçün, Teylor konkret köçürmələrlə bağlı empirik tədqiqat aparmış və dünyanın 

bir çox ölkələri üzrə nümunələri toplayıb ümumiləşmiş müqayisə  aparmışdır. 

Onun tədqiqatlarının nəticələri göstərmişdir ki, təhcizat sahəsindəki rəsmilər 

əsasən iqtisadi motivlərin  əsasında konkret ofset qərarları verirlər və  qərar 

qəbul edilməsində,ancaq iqtisadi-siyasi dəyişən mühüm rol oynayır. Bir çox 

ofset qərarlarında iqtisadi dəyişənlər (məsələn, qiymət, keyfi yyət, köçürmə 

xərcləri və sənaye inkişaf siyasəti) siyasi dəyişənlər üzərində (məsələn, bü-

rokratik aparatın maksimum rolu, milli təhlükəsizlik yanaşmaları və maraqlı 

qruplar nəzəriyyəsi) üstünlük qazanır. Başqa hallarda, məsələn, ofset təklifl əri 

siyasi prioritetləri əks etdirir. O aşağıdakıları misal çəkir:

“Bu cür korrupsiya ilə mübarizə üçün ofsetlər zamanı  şəffafl ığı ar-

tırmaq səyləri tövsiyə olunur. Məsələn, hər bir ölkə konkret ofset təklifi ni 

qiymətləndirən müstəqil,kənar auditor qrupu tutur və təklif yerinə yetiriləndən 

sonra,onun  ətrafl ı xeyir-zərər hesabatını verərək, təklifi n nə  qədər səmərəli 

olduğunu həyata keçirir. Bu cür xeyir-zərər mühasibatı çap edilməli və kənar 

yoxlamalara açıq olmalıdır.”

59

    Mike Bourne, Malcolm Chalmers, Tim Heath, Nick Hooper and Mandy Turner, The 



Impact of Arms Transfers on Poverty and Development, Centre for International Cooperation 

and Se curity (University of Bradford, September 2004), 44, http://www.bradford.ac.uk/acad/

cics/ publications/AVPI/transfers/AVPI_Arms_Transfers_and_Poverty.pdf.

60

  Trevor K. Taylor, “Modelling Offset Policy in Government Procurement,” Journal of 



Policy Mod elling 25:9 (2003): 985–98.


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə