Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə45/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   41   42   43   44   45   46   47   48   ...   163

112

Ofset Mexanizmləri

Hərbi Ekspertlərlə BŞ-ın Açıq Müsahibələri

Frank Boland, NATO-nun Güc Planlaşdırılması, Müdafi ə Siyasəti və 

Planlaşdırma Bölməsinin Direktoru.

Ofsetlər çox yayılır, çünki ilk baxışdan onlar hökümətlər üçün faydalı gö-

rünür. Onlar import üçün pul xərclədiyi zaman, ofsetlər hökümətlərə ödənilən 

valyutanın əvəzini çıxmağa imkan verir. Bu baxımdan ofsetlər cəlbedici görü-

nür. Lakin, çox ofsetlərin nəticə vermədiyi hallara da rast gəlinir. Əsas prob-

lem odur ki, ofsetlər qərar-qəbul etmək mexanizmlərini təhrif edirlər. Hərbi 

qüvvələr xüsusi ehtiyac üçün konkret avadanlığı istəyir; ofsetlər isə təhcizat 

qərarlarını konkret tələbata uyğun deyil, başqa məqsədlərdən doğan fi kirlərlə 

həyata keçirməyə imkan verir.

61

Qanim Əl Najjar, Siyasi elmlər üzrə professor, Küveyt Universiteti:



Ofset proqramları  sərf edilmiş  xərclərin geri qaytarılması baxımından, 

Küveytdəki yeni proqramların transformasiyası üçün nəzərdə tutulmuşdur. 

Ancaq faktiki olaraq ofsetlər işləmir. Hec kim nə baş verdiyini bilmir. Ayrı-

lan pulların çoxu istifadə olunmayıb. Ofset əməliyyatı zamanı təhvil edilən 

mallar üzərində bir nəzarət varmı? Mən deyərdim ki, yox. Sərf edilən xərclər 

hələlik çox deyil. Məncə yaxşı nəzarət də yoxdur. İnsanlar yerli layihələrdə 

ofset proqramlarının nə qədər səmərəli olduğunu görmək istəyirlər, lakin çox 

zaman prosedurlar çox mürəkkəb olur və ya proqramlar gözlənilən nəticəni 

vermir. Bəzən, pul guya ki ayrılıb, amma ortada qalır və heç kim tərəfi ndən 

istifadə olunmur.

 Korrupsiya ilə bağlı heç bir şübhə olmasa da, ofset praktikaları bir çox 

qayğılar yaradır,məsələn:

•  Ofset təklifl ərinin qiymətləndirilməsi ilə bağlı aydınlığın olmaması; 

•  Ofsetlərin nə əldə edəcəyi haqda aydın milli strategiyanın  olmaması;

•  Ofsetlərə görə birdən çox nazirliyin cəlb olunması, təhcizat prosesi 

üzərində nəzarətin itməsi imkanının genişlənməsi və qiymət məsələsində uy-

ğun qiymətləndirmənin olmaması;

•    Əsas müqavilə imzalanandan sonra alıcı ilə ofset danışıqlarına 

təşəbbüs edilməsi;

•    Əsas müqavilə bağlanandan  əvvəl və sonra mövcud olan qeyri-

qənaətbəxş ofset nəzarət mexanizmləri (o cümlədən, ofset proqramının həyat 

dövrü zamanı və əsas və sub-podradçılara tətbiqi baxımından);

61 

 Dərc oluna müsahibə: “ Transparency International Defence Anti-Corruption Digest”, No. 



17 (June 2007), www.defenceagainstcorruption.org.


113

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Haşiyə 8.1  Ofsetlərin  İstifadəsi Zamanı Ortaya Çıxan Korrupsiya 

İddiaları Haqda Qəzetlərdə Gedən Yazılar

Portuqaliya:  İstintaq və  Cərimə  İdarəsinin Mərkəzi  Şöbəsi (The Central 

Department of İnvestigation and Penal Action-DCİAP) Alman Submarin 

Konsorsiyumundan( German Submarine Consortium) alınacaq iki sualtı 

gəmi üçün bağlanan ofset müqaviləsini araşdırır. 1,21milyard Euro 

dəyərində olan ofset müqaviləsinin məqsədi həmin məbləği Portuqaliya 

iqtisadiyyatına qoyulacaq yatırımla əvəz edəcək. Ofset müqaviləsi ilə bağlı 

danışıqları, Müdafi ə Nazirliyi ilə Espirito Santo Qrupunun Escom şirkəti 

aparmışdır və o da araşdırma obyektidir.



Cənubi Afrika:  Cənubi Afrikanın 1999-cu ildə silah alışı  həm Avropa 

şirkətlərinin, həm də  Cənubi Afrika yüksək vəzifəli rəsmilərinin cəlb 

olunduğu müxtəlif korrupsiya iddialarına görə mübahisəli olmuşdur. 

Cənubi Afrika höküməti dəfələrlə ofset sazişlərini (hərbi alışlarla bağlı)

ictimaiyyətə xəbər versə də, media bu xəbərlərə çox skeptik yanaşmışdır. 

Business Daily qəzetinin verdiyi xəbərə görə, ofset sazişlərinin uğurlu 

olduğunu müstəqil surətdə müəyyən etmək çox çətindir, çünki onların 

məlumat almaq xahişləri kommersiya sirləri adı altında rədd edilmişdir. 

Cənubi Afrika ağır cinayətlər üzrə qrupunun təhqiqatı altında olan Tissen 

Krupp (ThyssenKrupp), sualtı  gəmilərin satışında korrupsiya əməllərinə 

görə araşdırılırdı. Xəbərlərə görə, ofset, proqramın arxasındakı müqavilədə 

müəyyən edilmiş müddəaları yerinə yetirməmişdi. Bundan əlavə SAAB 

və BAE şirkətlərindən Gripen hərbi təyyarələrinin alınmasında da, ofsetlə 

korrupsiya arasında açıq əlaqənin olduğu xəbər verilirdi. Cənubi Afrikanın 

Mail &Guardian qəzetinin yazdığına görə, alqı baş verən zaman, Cənubi 

Afrikanın Müdafi ə Naziri, Joe Modise, Conlog/Log-Tek elektronik 

qrupdan, gizli olaraq, aktivlər paketi almışdır. Bu şirkətin hərbi alqılar üzrə 

ofset sazişlərində iştirakı ona əhəmiyyətli dərəcədə qazanc gətirərdi.



Çex Respublikası:  Gripen qırıcılarının alışı ilə bağlı, Çexiya Respublikasında 

da müqaviləyə salınmış ofset təklifl ərinin rüşvətlə  əlaqəli araşdırması 

olmuşdur. Araşdırma vəzifəli Çex rəsmisinə 2001-ci ildə ödənən məbləğin 

üzərinə yönəlmişdir.  İddialar tenderin gedişi ilə bağlı  şikayətlərdən 

doğmuşdur. Belə ki, rəqabətdə olan bir çox şirkətlər tenderdən çəkilmiş və 

bəyan etmişlər ki, hökümət elə müqavilə hazırlamış ki,o bilərəkdən Gripen 

qırıcıları üçün öncədən qalibiyyəti təmin edir. Təklifl əri müşaiyət edən



114

Ofset Mexanizmləri

ofset sazişləri də alış zamanı çox tənqid edilmiş və onların həyata keçirilə 

bilinməyən formada olduğunu bildirmişlər. Nəticədə iki maliyyə naziri bir-

birinin ardınca istefa vermişdir.



Böyük Britaniya və  Səudiyyə  Ərəbistanı:  1980-ci illərdə Böyük Britaniya 

hökümətinin BAE şirkəti adından Səudiyyə  Ərəbistanı ilə imzaladığı 

müqavilə Böyük Britaniya tarixində ən boyük eksport müqaviləsi olmuş və 

indiyə kimi mübahisə mənbəyi kimi qalır. Müqaviləyə əlavə edilən məşhur 

bir ofset maddəsi BAE-nin əldə edəcəyi gəlirlərin bir qismini yenidən Böyük 

Britaniya müdafi ə sanayesinə yatırım kimi qoyulacağını  nəzərdə tuturdu. 

Xəbərlərə görə, ofsetın gətirdiyi xeyir az miqdarda olmuşdur. ABŞ Ədliyyə 

Nazirliyi üçün də həmən ofset maddəsi araşdırma mövzusu olmuşdur(onlar 

da özlərinin araşdırmalarını aparmışlar).

İsrael:  Defence news-un verdiyi xəbərlərə görə, 2005-ci ilin Sentyabrında 

xaricə edilən saxta ödənişlər iddiası ilə əlaqədar olaraq, İsraelin ən böyük 

aerokosmik və hərbi şirkəti olan İsrael Aircraft İndustries-in qərargahı polis 

tərəfi ndən basqına məruz qalmışdır. Araşdırmalar on il ərzində  vəzifəli 

şəxsləri satın alma və  “şapka”lara doğru yönəlmiş  və eksport satışları  və 

ofset sazişləri zamanı edilən xərclər üzərində qurulmuşdur.



Rumıniya: 2003-cü ildə Rumıniya öz hərbi dəniz qüvvələri üçün iki 

freqat aldığı zaman “komissiya” ödədiyi haqda iddialar ortaya çıxmışdır. 

Araşdırmanın əsas hissəsi müqavilədəki pozuntular üzərində toplanmış və 

ofset təklifi ndəki itirilən maliyyənin üzərində  cəmləşmişdir. 2006-cı ilin 

İyununda Bucharest Daily News xəbər vermişdir ki, əsas korrupsiya marağı 

ofset sazişinin həyata keçirilməsi ilə əlaqədar olmuşdur.  Bu müqaviləyə görə 

BAE Systems alqı məbləğinin 80%-ni birbaşa və dolayı ofsetlər vasitəsilə, 

Rumıniya istehsalı olan mal və xidmətlər əldə etməyə sərf edəcəkdi. Jurnalul 

National-ın xəbərlərinə görə, ofsetlər mübahisələr doğurmaqda davam 

etdiyindən,  əgər ofset sazişinə görə BAE Systems öz öhdəliklərini yerinə 

yetirməsə Rumıniya Müdafi ə Nazirliyi BAE Systems şirkətini məhkəmiyə 

vermək istəyirdi. Xəbərlərə görə, bu saziş Böyük Britaniyadakı  Ağır 

Pozuntular İdarəsi (Serious Fraud Offi ce) tərəfi ndən araşdırlır.   

Tayvan.  Tayvanda hərbi təhcizat prosesləri zamanı, ABŞ-ın narahatlığını 

ifadə edən və Defence News-da çap olunan məqalədə, hərbi sazişlər zamanı 

rəsmilərə ödənən korrupsiya və ödənişlərlə bağlı məsələlər əsas problemlər 

kimi vurğulanmışdır. Bu prosesləri yaxşılaşdırmaq üçün irəli sürülən




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə