Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə47/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   43   44   45   46   47   48   49   50   ...   163

118

Ofset Mexanizmləri

həyata keçirilməli və sınaqdan keçməlidir.



Şəffafl ıq və Hesabatlılıq       

Tenderdə  iştirak etmək üçün təhciz edən (tədarükcü, mal verən) tərəf, 

irəli sürdüyü qiymətləri iki formada təqdim etməlidir: bir qiymət ofset paketı 

ilə birlikdə, digəri isə ofset paketı olmadan verilir, yəni ikinci halda sadəcə 

əsas müqavilənin qiyməti tenderə  çıxarılır.Bu cür təklif Monterreydə keçi-

rilmiş, “Dürüstlüyün təmin edilməsi və Müdafi ə Təşkilatlarının Qurulması” 

konfrasında irəli sürülən tövsiyələrlə uzlaşır:

“Ofset proqramlarının hazırlanması, icra edilməsi və idarə olunması 

prosesində  şəffafl ığın artırılması  və möhkəmləndirilməsi-- burada şəffafl ıq 

deyəndə hökümətlər tərəfi ndən ofsetlərin  əsil qiymətinin nə olduğu an-

laşılır-- nəzərdə tutulur. Hökümətlərin həm ofsetlər təklifi ni əhatə edən və 

etməyən tender layihələrinə baxıb, analiz edib və dəyərləndirməsi onlara of-

set təklifl ərinin xeyir və  zərərini qiymətləndirməyə imkan verir və ölkənin 

özünün ofset proqramlarının niyyətlərini, məqsəd və vəzifələrini nəzərə al-

mağa imkan verir.”

62

Hökümətin,  əsas hərbi alqı-satqı müqaviləsinə daxil olan bütün ofset 



sazişlərinin yerinə yetirilməsi ilə əlaqədar illik ətrafl ı hesabat tələbi olmalıdır. 

Bu hesabat çap olunmalıdır. Təəssüf ki, bu hələ ki, edilmir. 

Hökümət əsas hərbi müqaviləni və ofset təklifi ni qiymətləndirmək üçün 

kriteriyaları çap etməlidir,o cümlədən, hökümət bu müqavilədəki hər bir ele-

mentı necə qiymətləndirdiyini və tenderə  çıxarılanların bu kriteriyalara nə 

gədər uyğun olduqlarıni cəmiyyətə açıqlamalıdır.  Bu cür praktika da hələ ki

yayılmayıb. 

Ofset təklifl ərinin, itkilərlə  və gözlənilən faydaları ilə bağlı müstəqil 

qiymətləndirmələr haqda mütləq tələblər olmalıdır. Onlar əsas müqavilə im-

zalanandan 2-3 il sonra başa çatdırılmalıdır. Qiymətləndirmə ictimaiyyətə 

açıqlanmalıdır, lakin indiki zamanda bu heç vaxt baş vermir. 

Vətəndaş  cəmiyyəti araşdırmaları bu cür müqavilələrin qeyri-şəffaf 

tərəfl ərini üzə  çıxarmaq üçün faydalı ola bilər. Hökümətlər, vətəndaş 

cəmiyyəti üzvlərini təklif edilən ofset təklifl ərinin müzakirəsinə cəlb etməyə 

yardım etməlidirlər.

Cavabdehliyin və Dürüstlüyün Möhkəmləndirilməsi

Ölkələrin audit idarələri hərbi büdcəni və cari hərbi xərcləri analiz edib 

parlamentə və ya bir çox ölkələrdə ali qərar-vermə orqanına təqdim edirlər. 

Eyni cür müstəqil araşdırma imkanı bütün ofset sazişlərinə də aid edilməlidir. 

62 

Building Integrity and Defence Institution Building, Conference Report (2009), 101.



119

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Nəzərə almalıyıq ki, ofset proqramının içtirakçısını müqavilə şərtlərinin 

obyektiv qiymətləndirilməsi  əsasında yox, hər hansı  tədarükçüyə imtiyazlı 

status verməklə və ya kimlərinsə marağından çıxış edərək həyata keçirilməsi 

riskləri mövcuddur. Ona görə də, maraq toqquşmalarını açıqlamaq təhcizat 

işinə cəlb olunan bütün tərəfl ərdən tələb olunur. Eynilə, vasitəçilər və ofset 

dəllalları  tərəfi ndən qayda və prosedurlara uyğun qayğı göstərmələri tələb 

olunur. Müdafi ə sənayesi birlikləri bu sahədə təlimatlar tərtib edə bilərlər(bax 

aşağıda sənaye və birliklərin fəaliyyəti ilə bağlı tövsiyələr).

Haşiyə 8.2. Birbaşa Olmayan Ofsetlərin İdarəedilməsində Şəffafl ıq

Böyük hərbi təhcizatları müşaiyət edən ofsetlərə qoyulan tələblərdən sonra, 

2006-ci ildə Bolqarıstan höküməti İqtisadiyyat və Enerji Nazirliyi nəzdində 

“Ofset Proqramları” Direktorluğu yaratdı. Direktorluq birbaşa olmayan 

ofsetləri idarə etməyə məsuldur. Bu direktorluq website yaratmış və onu 

daimi məlumatlarla təmin edir (bax www.mee.government.bg/offsetp/

offsetp.html ). Bu website aşağıdakı məsələlər üzrə ətrafl ı məlumat verir:

•  Ofsetlərlə bağlı təlimatlar;

•  Hökümətin saydığı prioritet iqtisadi sahələrə ofset-xarakterli 

yatırımlar;

•  Sənaye sahəsindən və texnoloji səviyyədən asılı olaraq ofset 

layihələrinin analizinin metodologiyası (onun gətirdiyi faydanı 

hesablayaraq, və ya ofset öhdəliklərini həyata keçirmək üçün 

ofsetdən gələn qazancı);

•  Ofsetdə iştirak etmək istəyən və “ofset alanlar” kriteriyaları təmin 

edən şirkətlərin siyahısı.2009-cu ilin İyuluna qədər 64 Bolqarstan 

şirkəti bu siyahıda yer almışdır;

•  İqtisadiyyat və Enerji Nazirliyi tərəfi ndən bəyənilən ofset təklifl ərinin 

siyahısı. 2009-cu ilin İyuluna qədər 24 yatırım təklifl əri siyahıya 

alınmişdır. Yatırımların dəyəri ilə bağlı  məlumatlar ictimaiyyətə 

açıqdır. Hərbi podratçılar özlərinin ofset öhdəliklərini qarşılamaq 

üçün bu təklifl ərdən bir və ya bir neçəsini götürə bilərlər;

•  Cari ofset layihələri, onların tam dəyəri və gətirdikləri qazanc ilə 

(2009-cu ilin iyuluna olan ofset layihələrinin iqtisadi səmərələlik 

əmsalı onların dəyərinə görə 3:1 nisbətində olmuşdur);



120

Müdafi ə Sektorunda Outsorsinq, Özəlləşdirmə və Dövlət- Özəl Sektor Tərəfdaşlığının Üstünlükləri və Riskləri

•   Bolqarıstan silahlı qüvvələrini silah sistemləri və avadanlıqla 

təmin edən hərbi podratçılarla bağlanmış ofset sazişlərinin siyahısı 

və uyğun ofset layihələri. Hər bir layihənin xalis dəyəri, iqtisadi 

səmərəlilik  əmsalı  və ofsetdən gələn qazancı,həyata keçirmə 

vaxtı,mərhələlər arası  nəticələr və  hər bir layihənin kicik izahatı 

website- də göstərilir.

Bundan  əlavə, website uyğun hesabatlara və konfrans materiallarina da 

çıxış üçün ünvanlar göstərir. Geniş məlumatlar Bolqar dilində verilib. Ən 

mühüm informasiyalar İngilis dilində də aşağıdakı ünvanda hamıya açıqdır  

www.mee.government.bg/eng/offsetp/offsetp.html .    

Bütün tenderdə  iştirak edənlər, tender qiymətləndirən komissiyalar və 

uyğun nazirlər daxil, illik maraq toqquşması bəyanatları təqdim etmələri tələb 

olunmalıdır.



Səmərəli Əməliyyat Prosesləri

Ofset müqaviləsinin korrupsiya riski, onun dəyərinin  əsas müqavilə 

dəyərindən asılı olaraq proporsional surətdə azalır. Aşağı çəkili,məsələn,ofset 

sazişi  əsas müqavilənin 10-15% -i olursa normal sayılır. Bu nisbət yüksək 

olduqda korrupsiya riskləri də uyğun olaraq yüksək olur və əlavə tədbirlər 

görməyi tələb edir.

Hökümətin təhcizat idarələri başa düşməlidirlər ki, ofset müqavilələrini 

hazırlayıb yerinə yetirmək onların özlərinin qəbul etdikləri öhdəlikdir. Ofsetlər 

sadəcə  əsas müqavilələrə  “əlavə” deyildir. Ofsetlərlə  məşğul olan xüsusi 

qrup qurulmalı və ofset sazişlərinin hazırlanmasına əsas müqavilə kimi, eyni 

diqqətin ayrılmasını təmin etməlidir. Əlavə olaraq, aparıcı nazirlik, təhcizat 

prosesi başlamadan öncə bu işə qarışan nazirliklərin məsuliyyətlərinin dəqiq 

bölünməsini açıq aydın və yazılı surətdə aydınlaşdirmalıdır(əgər bir neçə na-

zirlik bu işə qarışırsa). Aparıcı nazirlik, həmçinin əsas müqavilədən öncəki 

ofset öhdəliklərini də aydınlaşdırmağı tələb etməlidir.

Hərbi Şirkətlərin Aktiv İştirakı        

Müqaviləyə gedən ayrı-ayrı şirkətlər öz şirkətlərindəki qanun və norma-

tiv aktları ofset proqramlarına və bu proqramların nəzdində işə cəlb olunan 

işçilər və məsləhətçılərə tətbiq etməlidirlər. İndiki zamanda görünür bunu heç 

kim etmir. İkincisi, hərbi şirkətlərin biznes davranışı və biznes etik standartla-

rı ofset proqramlarına aid edilməli və uyğun nəzarət də həyata keçirilməlidir. 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə