Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə42/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   38   39   40   41   42   43   44   45   ...   163

102

Hərbi Təhcizat

Əgər podratçılar bu cür pozuntuları bilərəkdən vaxtında xəbər verməzsə 

və hökümət müqavilələrinə görə  əlavə pul aldıqlarını açıqlamazsa, o 

zaman edilmiş yeni düzəlişlərə uyğun olaraq onların hər hansı hökümət 

müqavilələrində iştirakı ya dayandırılır, ya da tamamilə çıxarılır. FAR hər 

bir podratçının özünün daxili nəzarət sistemlərinin olmasını tələb edir:

• Uyğunsuz davranışın üzə çıxarılmasına yardımçı olmaq;

• Pozuntuları aradan qaldırmaq tədbirlərinin tez yerinə yetirilməsini təmin 

etmək;

• Etik davranışı  təkmilləşdirən təşkilati mədəniyyət səviyyəsini artırmaq 



və qanuna sadiqliyi nümayiş etdirmək.

2009-cu ilin Yanvarından başlayaraq, Müdafi ə Nazirliyinin təlimatları, 

podratçı  təşkilatın işçilərinin israfçılıq və pis idarəetmə, ictimai asayişə 

və sağlamlığa təhlükə  və ya Müdafi ə Nazirliyinin müqavilə  və ya qrant 

haqda qanununun pozulması ilə bağlı  məlumatları hökümət orqanlarına 

xəbər verdiyi zaman, onların hüquqlarını qoruyur. Konkret olaraq, əgər işçi 

müqavilə-xarakterli pozuntuları hökümət strukturlarına bildirsə, o zaman 

o qisas kimi işdən çıxarıla bilməz, vəzifəsi azaldıla bilməz və ayrımçılıq 

yapıla bilməz. Həmçinin, podratçı  təşkilatlar öz işçilərini yazılı surətdə 

bu cür xəbər-vermə hüquqlarının və qorunma haqlarının olduğu haqda 

məlumatlandırmalıdırlar.

Mənbə: United States Government Accountability Offi ce, Defense Contracting Integrity: 

Opportunities Exist to Improve DOD’s Oversight of Contractor Ethics Programs, GAO-

09-591 (Washington, DC: United States Government Accountability Offi ce, September 

2009), 6–7 and 16.  

 Şəkil 7.1-də ABŞ Müdafi ə Nazirliyinin bu cür xəbər vermə xətlərini rek-

lam edən plakatlari göstərilir.

53

NATO-ya son dönəmlərdə daxil olan Polşada, hər bir yüksək rütbəli 



zabit, hərbi həkim və prokurordan başqa( onlar üçün ölkədə hakimlər və 

prokurorlar üçün qəbul olunan ümumi qaydalar tətbiq olunur), maliyyə  və 

ya maddi-texniki sahədə çalışan aşağı rütbəli zabitlər öz gəlirlərini bəyan 

etmək öhdəliklərini götürürlər. Doldurulmuş formalar xalqa elan olunmur 

və Hərbi Polis tərəfi ndən nəzarət olunur. Hərbi xidmətlərinin son üç ilində 

hərbi təhcizat məsələləri ilə  məşğul olanlar, yəni tender prosedurlarının 

planlaşdırma,hazırlıq  və  həyata keçirilməsində  və ya müqavilənin həyata 

53  


Bax www.dodig.mil.


103

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

keçirilməsində  iştirak edənlər hərbi  şirkətlərdə  işləyə bilməzlər. Hərbi 

şirkətlər isə hərbi məmulatlar istehsal edən,xidmətlər təklif edən və ya tikinti 

ilə məşğul olan şirkətlər sayılır və onlar Müdafi ə Nazirliyinin tenderlərində 

iştirak edib-etməməyindən asılı olmayaraq hərbi şirkətlər sayılır.

54

Dürüstlük  Paktları

Təhcizat xarakterli korrupsiya risklərini aradan qaldırmaq üçün tədbirlər 

istiqamətində əsas diqqət çoxmillətli, idarələr- arası mexanizmlərə və kənar 

müşahidəçilərin təhçizat proseslərində iştirakına verilir. 

Hökümət-sənaye münasibətləri, həmçinin müdafi ə  sənayeləri arasında 

beynəlxalq əməkdaşlıq, beynəlxalq anti-korrupsiya konsorsiyumuna və onun-

la bağı davranış kodekslərinə gətirir. Bu cür konsorsiyumların yaradılması, 

dövlətlərə daha sərt anti-korrupsiya normaları yaratmağa təzyiq göstərir və 

qlobal tənzimləmə mexanizmi yaratmağa sövq edir. Məqsəd, beynəlxalq silah 

bazarında rüşvətin yox edilməsi mühitini yaratmaqdır. 

                               

Şəkil 7.1. Anonim Xəbərçilər üçün Plakatlar

İstənilən uzun səyahət kiçik addımlarla başladığı kimi, dürüstlüyü təmin 

etmə yoluna qədəm qoyan ölkələr də xüsusi səylərdən başlaya bilərlər,məsələn, 

hər hansı hərbi təhcizat halını xarici yoxlamaya izn vermək yolu ilə. Haşiyə 

7.8 “Hərbi Dürüstlük Paktları” təcrübəsini təqdim edir-bu vəsait Beynəlxalq 

Şəffafl ıq tərəfi ndən spesifi k olaraq təhcizat-xarakterli korrupsiya risklərinə 

qarşı mübarizə üçün hazırlanıb və dünyanın çox yerində artan uğurla tətbiq 

olunub.


54

 Maciej Wnuk-la şəxsi məktublaşma, 2 Dekabr 2008




104

Hərbi Təhcizat

Haşiyə 7.8. “Hərbi Dürüstlük Paktları” ilə Böyük Alqı-Satqı 

Proseslərinin Gücləndirilməsi

BŞ 1990-cı illərdə, hərbi təhcizat prosesinin tender və müqavilə hazırlanma 

mərhələlərində, korrupsiya hallarını aradan qaldırmaq üçün, hökümətlərin 

istifadə edəcəyi vasitə olaraq Dürüstlük Paktı hazırladı . BŞ-ın hərbi 

qrupu dürüstlüyü hərbi təhcizat proseslərinə  də  tətbiq etmək üçün bu 

vəsaiti hazırlamışdır. Hərbi Dürüstlük Paktı (The Defence İntegrity Pact) 

müqavilədir və o alıcı və satıcıların üzərinə konkret silah və texnika alqı-

satqısı zamanı rüşvətsiz davranmaq öhdəliyi qoyur. BŞ son on beş il ərzində 

bu metodu mülki sektorda tətbiq edir və bir çox ölkələrdə, o cümlədən 

Meksikada, o adi praktikaya çevrilmişdir.

Hərbi Dürüstlük Paktları bütün təhcızatçıları və höküməti bir müqaviləyə 

bağlayaraq, korrupsiyanın tenderdən əvvəl, tender vaxtı və tenderdən sonra 

baş vermə ehtimalını azaltmağa çalışır. Adətən bu Pakt alıcının rüşvət təklif 

etməməsi və almaması öhdəliyi və vədləri üzərində qurulur. Eyni öhdəlikləri 

məsləhətçilər və müşavirlər daxil, hökümətlər də boynuna götürür. Əgər 

alıcılar öz öhdəliklərini pozursa, o zaman o tenderdən çıxmağa razılıq verir 

və bu cür hallarda əlavə sanksiyalar da tətbiq edilə bilər,məsələn, yeni 

müqavilələr almaq hüququndan məhrum edilərək, tenderdən uzaqlaşdırıla 

bilər. 

Hərbi Dürüstlük Paktları bundan əlavə hökümət rəsmilərinin və onların 



ərini/arvadını tenderdən sonrakı bir dövr ərzində  həmən tenderdə  iştirak 

edən şirkətdə işləməsini məhdudlaşdırır və agentlər və ya vasitəçilər haqda 

məlumatlar tələb edir. Tender və müqavilə imzalamaq mərhələlərini daha 

da şəffaf etməkdən ötrü Hərbi Dürüstlük Paktları müstəqil nəzarətçı və ya 

nəzarətçi qrupları təyin edir. Müstəqil monitor bütün görüşlərə buraxılmalı 

və bütün sənədlərə qeyri-məhdud çıxış  əldə etməlidir. Uğur və inam 

qazanılması üçün, böyük hörməti və ölkədaxili və beynəlxalq təcrübəsi 

olan müstəqil nəzarətçi seçilməlidir və onların maliyyə ehtiyacları lazımi 

qədər, missiyası bitənə qədər uyğun surətdə ödənilməlidir. 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə