Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə32/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   28   29   30   31   32   33   34   35   ...   163

79

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Haşiyə 6.5. Hərbi Büdcələmədə Şəffafl ığa Kömək Edən Bölgə Yanaşması 

Nümunəsi

1990-cı illər boyu, Cənubi Şərqi Avropa (CŞA) qarışıqlıq içində idi. CŞA 

ölkələri həm müharibə  və münaqişələrdən, həm də bazar iqtisadiyyatına 

keçid dönəmində yaşadıqları iqtisadı  məhrumiyyətlərdən  əziyyətlər 

çəkirdilər. Münaqişələrin sona çatması ilə başlanan demokratik 

dəyişikliklər, silahlı qüvvələrin köklü surətdə yenidən qurulmasına və 

ordunun siyasi sistemlərdə rolunun dəyişməsinə  gətirdi. Bütün CŞA 

ölkələri silahlı qüvvələr üzərində səmərəli demokratik nəzarətin qurulması 

istiqamətlərində  səylərə başladılar, hökümətin bütün strukturlarında, o 

cümlədən, hərbi sahədə şəffafl ığı, cavabdehlik və məsuliyyət təmin etməyə 

səfərbər oldular.

Ona görə də, Cənubi Şərqi Avropada Stabillik Paktının ilk təşəbbüslərindən 

biri hərbi büdcələmənin şəffaf olmasına təşviq etmək idi; burada şəffafl ıq 

həm büdcələrlə  və büdcənin istifadəsi ilə bağlı  məlumatların  əldə 

edilməsini, həm də vətəndaş cəmiyyətlərinin də cəlb olunmasını nəzərdə 

tutan acıq siyasi strategiyaların qərar-vermə proseslərini də nəzərdə tutur. 

Hərbi büdcələmənin silahlı qüvvələr üzərində demokratik nəzarətin və 

əhatəli reqional stabilliyin  əsas meyarı olduğunu başa düşərək, Stabillik 

Paktınin Büdcə Şəffafl ıq Təşəbbüsü (Budget Transparency Initiative) bütün 

Cənubi  Şərqi Avropa üzrə müdafi ə büdcələri və müdafi ə büdcələmələri 

proceslərinin ölkədaxili və beynəlxalq  şəffafl ığını  və  qərar-qəbul etmə 

proseslərini, hesabatlılığı xüsusi vurğulayaraq, ən yaxşı praktikaları təşviq 

edir (siyasət müəyyən etmə,planlaşdırma, proqramlaşdırma və büdcə 

tərtibatı).

İkinci məqsəd,eyni təhdidlərlə üzləşən ölkələrin daxilindəki yaxşı prak-

tikaları seçib ayırmaq və onlardan istifadə edərək müdafi ə sektorunda qa-

baqcıl idarəçiliyi irəliyə aparmaqdır. Müdafi ə büdcələməsi ilə əlaqədar yax-

şı praktikaları ayırd edib yaymaq vasitələrindən biri ümumi metodologiya-

nın qəbul edilməsidir. 2003-cü ildə  rəsmən qəbul olunmuş metodologiya, 

qiymətləndirmə üçün lazım olan etalon parametrlərdən, sorğu anketindən 

və təkmilləşməyə daha çox ehtiyacı olan sahələri (şəffafl ıq, cavabdehlik və 

məsuliyyət) müəyyən etmə prosesindən və müxtəlif məsələlərlə  əlaqədar 

məsləhət mənbələrindən ibarətdir. Etalon parametrı növbəti bölmədə təqdim 

olunur.


Yerli və beynəlxalq layihələrdə bu cür yanaşmaların reallaşdırılma-

Eastern Europe – 2001 (Sofi a: Budget Transparency Initiative Secretariat, 2002).


80

Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi

sı, ekspert dəyərləndirməsini nəzərdə tutur. Bu yanaşmaya, həmçinin, 

büdcə  məlumatlarının yayılması, büdcə  tərtibatı  təcrübəsinin paylaşması 

və  şəffafl ıq, cavabdehlik və  məsuliyyətin gücləndirilməsi daxildir. Prakti-

ki sübutlar göstərir ki, bu cür beynəlxalq yanaşma müdafi ə büdcələməsi və 

maliyyə idarəetməsi üçün ən yaxşı təcrübələri tətbiq etmək baxımından çox 

məhsuldar, asanlaşdırıcı amildir. Bu yanaşma, həm də dürüstlüyün inkişafı və 

müdafi ə sektorunda korrupsiyanın azaldılması baxımından da çox ümidveri-

cidir.

Büdcələmə Prosesinin Cənubi Şərqi Avropa Ölçü Parametri

Hərbi büdcə  tərtibinin  şəffafl ığının Cənubi  Şərqi Avropa ölkələrində 

qiymətləndirilməsi metodologiyası, konkret sərəncamları  və praktikaları 

etalon kimi qəbul edilən ideal sistemlərin fonunda müqayisə etməyi nəzərdə 

tutur

37

. Bu cür sistemin mövcud olması mütləq deyil. Aşağıda təsvir olu-



nan büdcələmə prosesinə  səmərəliliyin,  şəffafl ıq və cavabdehliyin təmin 

edilməsində  “ən yaxşı” “idarəçilik” kimi baxıla bilər və bir çox hallarda 

məlumatların həssaslığı, məxviliyi və  məlumatlara çıxışın məhdudluğu ilə 

bağlı legitim qayğıları nəzərə almır.

Etalon sistemi, kriteriya qiymətləndirilməsinin beş  əsas kateqoriya-

sı üzrə  təsvir edilmişdir:(1)  büdcələmə prosesinin məqsədyönümlüyü;( 2) 

büdcə planlaşdirma prosesinin miqyası və səmərələliyi; (3) büdcənin həyata 

keçirilməsi və  səmərəli nəzarət;(4) müdafi ə büdcəsinin tərtibində və müdafi ə 

büdcəsində şəffafl ıq;( 5) müdafi ə büdcəsi tərtibində dürüstlük. 

1. Hərbi Büdcələmə Müdafi ə və Təhlükəsizlik Siyasətinin 

Tərkib Hissəsi Kimi

a.Məqsədlər, baxışlar,strategiya

Hərbi büdcə tərtibi bir proses kimi, müdafi ə planlaşdırma mexanizminin 

tərkib hissəsi olaraq, orta və uzun müddətə elan olunmuş müdafi ə siyasətinin 

yerinə yetirilməsinə  təminat verir. Ölkə özünün müdafi ə  və  təhlükəsizlik 

siyasətinin məqsədlərini, bir-biri arasında qarşılıqlı əlaqədə olan kiçik say-

da qanunverici aktları ilə açıq-aydın elan edir. Müdafi ə  və  təhlükəsizlik 

siyasətində  məqsədlərə çatmaq üçün, məsələn hər hansı ittifaqa girmək 

üçün geniş  əhatəli strategiya mövcuddur. Qanunverici aktla işlənib- hazır-

37

  Bu metodologiya, o cümlədən parametrlər və sorğu Todor Taqaryevin aşağıdakı yazısında 



ətrafl ı təqdim edilmişdir, “A Means of Comparing Military Budgeting Processes in South 

East Europe,” Information & Security: An International Journal 11 (2003): 95–135.




81

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

lanmış bu strategiya, geniş mənada, həyata keçirilə bilən olmalıdır.  Hər bir 

ölkənin özünün güc strukturlarıni inkişaf etdirmək üçün qarşıdakı on və ya 

çox illər üçün baxışları olur.  İşlək olan bu baxış, elmi-texniki tədqiqatların 

aparılması,texnologiyanın inkişafı  və  hərbi texnika alınması üçün kifayət 

qədər ətrafl ı işlənib hazırlanmışdır.  Onun həyata keçirilməsi təqribi hesab-

lanmış  xərclərlə, ordunun uzun müddətli güclənməsinə hesablanmışdır. Bu 

baxış və uzun müddətli plan ya hökümət, ya da qanunverici orqan tərəfi ndən 

bəyənilir. 

b. Proqram yanaşması

Ölkə orta müddətli planın hazırlanması  və ya bəyan olunmuş  hərbi 

siyasətin məqsədlərinə nail olmaq  üçün oturuşmuş mexanizmə sahibdir.

38

 



Hərbi proqram və onun tərkib hissələri siyasi məqsədləri yerinə yetirmək üçün 

aydın şəkildə tərtib edilir. Bu proqram müxtəlif hərbi tələbatları, o cümlədən, 

milli müdafi ə  və ittifaq planlaşdırmasından irəli gələn tələbatları özündə 

birləşdirir. Müdafi ə proqramı siyasi məqsədlər üçün ən çox prioritet təşkil 

edən proqramları və layihələri əhatə edir. Əhatəli miqyasda baxsaq, o bütün 

müdafi ə xarakterli tədbirləri və xərcləri, o cümlədən şəxsi heyət,əməliyyatlar 

və ordunu saxlamaq, təhcizat, kommunal xərclər,təlim və təhsil, tədqiqat və 

texnologiya inkişafı məsələlərini əhatə edir. Hərbi proqram hazırlandığı za-

man vəsait çatışmazlığı da nəzərə alınır. Hərbi proqram, həmçinin, müdafi ə 

qabiliyyəti üçün önəmli olan başqa müdafi ə ehtiyatları tələbatlarını, məsələn, 

təhcizat və ya əməliyyat  planlarını da məhdudlaşdırır.Proqrama yuxarıda 

ifadə olunan gözlənilməyən halları əks etdirən alternativ variantlar da daxil-

dir. Müdafi ə proqramı fəaliyyət göstəricilərini( səmərəlilik və məhsuldarlıq) 

səmərəli surətdə müəyyən edir. Müdafi ə proqramının birinci ili üçün plan-

laşmanın ətrafl i hesablanması,sonrakı büdcə ilinə onun əsasında daha dəqiq 

keçid üçün kifayət edir.

39

c. Müdafi ə və hərbi güc planlaşdırılması riskləri

Həm qısa, həm də orta-müddətli perspektivlər üçün,büdcədə  nəzərdə 

tutulmuş güc strukturları  və müdafi ə sistemləri üçün risklərin olması acıq 

aydın başa düşülür.

40

 Ölkənin müdafi ə  və güc planlaşdırması ilə  əlaqədər 



38

  Məsələn, ABŞ-da Future Years Defense Program (FYDP) terminini işlədirlər. A number of 

South East European countries have also accepted the term programme to denote a resource 

constraint mid-term plan for development of defence and the armed forces.

39 


 Və ya ilk iki planlaşdırma ilində əgər ölkə iki illik büdcəyə malikdirsə 

40 


  Planlaşdırma riskləri ilə bağlı bu müəllifl ərə isnad edə bilərsiniz: Hari Bucur-Marcu, 

Philipp Fluri, Todor Tagarev, eds., Defence Management: An Introduction (Geneva: DCAF, 

2009), 67–71, www.dcaf.ch/publications/kms/details.cfm?ord279=title&q279=management

&lng=en&id=105077&nav1=5.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə