Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə31/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   27   28   29   30   31   32   33   34   ...   163

77

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

•   YSB sahibinin səlahiyyətinə ötürülmüş maliyyə, kadr, 

kommersiya səlahiyyətləri və digər səlahiyyətlər;

Sazişə, həmçinin, YSB-nın görəcəyi işlər də daxildir. Bu işlər Müdafi ə 

Planında əksini tapmış hərbi məqsəd və hədəfl ərin əsasında formalaşır.

YSB müdürləri öz təşkilatlarının fəaliyyətinə cavabdehdirlər, o cümlədən, 

onların tabeçiliyində olan iş yerləri və agentliklərin fəaliyyətinə  də 

məsuldurlar. Bu cür müəsisələrin və agentliklərin müdürləri, müəyyən 

uyğun səlahiyyətlər alırlar və YSB müdürü qarşısında istifadə etdikləri 

vəsaitlərə görə məsuldurlar. 

YSB müdürləri ortaya qoyacaqları  nəticələrə görə  və istifadə olunan 

vəsaitlərə görə Müdafi ə Komitəsinin vasitəsilə Müdafi ə Nazirinin daimi 

muavini və baş  ştabın rəisi qarşısında cavabdeh və  məsuldurlar. Daimi 

müavin isə- Nazirliyin mühasibat işlərinə baxan şəxs kimi- birbaşa 

olaraq  şəxsən parlament qarşısında hərbi vəsaitlərin qənaətlə, məhsuldar 

və  səmərəli istifadəsinə, tədbirli rəhbərliyə  və müdafi ə  xərclərinin 

əsaslandırılmış, düzgün xərclənməsinə görə məsuliyyət daşıyır.

Səlahiyyətin ötürülməsi və cavabdehlik və məsuliyyəti birləşdirərək Böyük 

Britaniyanın Müdafi ə Nazirliyi “balanslaşdırılmış göstəricilər sistemi” ( 

Balanced Scorecard)  yanaşması  tətbiq edir. Bu strateji planlaşdırma və 

idarəetmə sistemi, bütün səviyyələrdəki biznes fəaliyyətlərini nazirliyin 

baxış  və strategiyası ilə uzlaşdırmağa, planlaşdırılmış  məqsədləri 

və parametrləri nizama salmağa, daxildə  və  kənarda xəbərləşməni 

təkmilləşdirməyə  və strateji məqsədlər fonunda hərbi təşkilatın gördüyü 

işləri müşahidə etməyə istifadə olunur.        

Mənbələr: UK Ministry of DefenceHow Defence works. Defence Framework (London: 

Ministry of Defence, 2009); UK Ministry of Defence, Defence Plan 2007 (London: 

Ministry of Defence, 2007)

.

2. Düzgün mühasibatın yerində olması lazım. Mühasibat sistemı  də 



çoxtərəfl i, vaxtlı-vaxtında və daimi audit üçün açıq olmalı.

3.  Bütün əsas proqramların və layihələrin həyata keçirilməsi ilə bağlı 

risklərin olması başadüşüləndir və müvafi q risk idarəetmə mexanizmləri və 

vasitələri olmalıdır.

Büdcə etibarlılığını  təmin etmək üçün müdafi ə büdcəsi tərtibinin 

əhatəliliyinin üç cəhəti aşağıda verilmişdir:



1. Büdcəni planlaşdıranlar hərbi nazirliyin bütün illik əməliyyatlarını 

və bütün fəaliyyətlərini əhatə edirlər. Hərbi büdcədən kənarda heç nə edil-


78

Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi

mir və heç bir ödəniş edilmir. Müdafi ə Nazirliyi iqtisadi fəaliyyətlə məşğul 

olursa və ya müştərilərdən müəyyən xidmətə görə pul almasına icazə verirsə

bütün uyğun əməliyyatlar büdcələmə prosedurları ilə həyata keçirilir. Buraya 

bir büdcə ilindən o birisinə edilən beynəlxalq  əməliyyatlar və köçürmələr, 

həmçinin, müdafi ə xərcləri üçün xərclənən maliyyənin geriyə ödəmələri də 

daxildir.

2. Büdcələmə prosesinə uc-uca bir geniş proses kimi bütöv baxılır və si-

yasi məqsədlərin formalaşdırılmasından başlayaraq, hərbi tələbatlar və proq-

ramlardan keçərək, büdcənin istifadəsi, hesabatı və hesabatları audit etməyi 

nəzərdə tutur.Bu prosesın dürüstlüyü həmişə saxlanılır.



3.  Büdcənin planlaşdırma prosesləri, özünün bir neçə  mərhələsində, 

alternativ qərarlara da baxır. Büdcə planlaşdırılan zaman, onlar mümkün 

alternativ yolları da arayırlar. Məhdud analitik bacarıqlara görə bu mümkün 

olmasa, əgər söhbət konkret müdafi ə imkanları üçün tələbatdan gedirsə, onlar 

yenə də iki və ya çox keyfi yyətcə fərqli alternativ yolları qiymətləndirirlər.

Həyata keçirilmiş proqramların nəticələrinin geniş miqyaslı auditi 

müdafi ə büdcələməsi və maliyyə idarəetməni möhkəmlədir və  əlavə örnək 

qazandırır. Büdcədən əhəmiyyətli dərəcədə ehtiyatlar ayrılmadan öncə plan-

lama prosesinə birbaşa cəlb olunmayan adamlar tərəfi ndən ayrı-ayrı qərarların 

ilkin olaraq audit edilməsi, müdafi ə sektorunda korrupsiyanın azaldılması və 

dürüstlüyün təmin edilməsi baxımından mühüm vasitə kimi görünməkdədir.

35

Beynəlxalq Layihələrdə Şəffafl ıq   

Son onilliklər ərzində,hərbi büdcələmə və büdcələrin səffafl ığı mühüm 

təhlükəsizlik və inam yaradan vasitə kimi görünməkdədir. Təəccüblü deyil 

ki, 1990-cı illərdə Yuqoslaviyada müharibələr bitəndən sonra start verilən 

Cənubi Şərqi Avropa üçün Stabillik Paktının ilk təşəbbüslərindən biri Büdcə 

Şəffafl ığı Təşəbbüsü (BTİ) idi. O 6.5 Haşiyəsində qısa təqdim edilib.

Bu təşəbbüsün məqsədlərindən biri, büdcələmə prosesləri və onun 

əsaslandırılması, həmçinin müdafi ə büdcələri haqqında informasiya 

mübadiləsi etmək idi. Uzun illər ərzində, bu təşəbbüsün katibliyinin çap et-

diyi iki illik-toplular, Cənubi  Şərqi Avropa ölkələri üçün hərbi büdcələmə 

məlumatları ilə bağlı  ən geniş  və nüfuzlu mənbəyə cevrilmiş  və geniş 

ictimaiyyət üçün də açıq olmuşdur.

36

35  


Valeri Ratchev, “Effective Defence Policy through Integrated Management, Transparency, 

and Accountability,” in Integrity in Defence: Effective, Transparent and Accountable Man-



agement (Sofi a: Euro-Atlantic Education Initiative, 2009), 1–94.

36 


Budget Transparency Initiative Secretariat, Yearbook on Defence Spending in South-


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə