Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə27/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   23   24   25   26   27   28   29   30   ...   163

66

Kadr Siyasətləri

kadrlara tələbatın geniş və aydın başa düşülməsini təmin etməyə ehtiyac var. 

Bu halda, bütöv kadrlar sistemində hər kəsin ümumi bir baxışı olmasına və 

birgə  işləməsinə  şərait yaranır.  İkincisi, fərdi hərbi qulluqçuların  şəffafl ıq 

səviyyəsinin zəruriliyidir. Hərbi qulluqçuların özlərinin  şəxsi işləri ilə tam 

tanış olmaq imkanları olmalıdır. Onlar harda səhv yazılıbsa və ya görsələr ki, 

yazılanlar onların fəaliyyətlərini düzgün əks etdirmirsə,onda dəqiqləşdirmə və 

onu dəyişmə imkanına malik olmalıdırlar. Eynilə, komandirlər öz tabeçiliyində 

olan hərbçilərlə bağlı qiymətləndirmələrini onlara deməlidir və hərbçilər bu 

qiymətləndirmələrlə bağlı ya yazılı hesabat verə bilər,ya da qiymətləndirmə 

ilə razı olmazsa onun doğruluğu haqda şikayət edə bilər. Nəhayət, çoxlu sayda 

hərbi qulluqçular üçün edilən təşkilati qərarların nəticələri dərc edilməlidir. 

Məsələn, rütbələri artıran komissiyanın hesabatı  və ya ev almağı gözləyən 

hərbi qulluqçuların siyahısı və sırada yerləri. Bu siyahıların yerinə yetirilməsi 

hamıya məlum olmalıdır. 

Cavabdehlik

Kadrlar şöbəsi üçün üç səciyyəvi cavabdehlik prinsipləri xüsusi maraq 

doğurur. Birincisi, birləşmə komandirləri və  rəhbərliyin öz səlahiyyətləri 

çərçivəsində kadr məsələləri ilə bağlı qəbul etdikləri qərarlara görə baş kadr-

lar idarəsi qarşısında cavabdehlik daşımalarıdır. İkincisi, baş kadrlar idarəsi 

rəisinin siyasi rəhbərlik tərəfi ndən orduya məsul təyin olunmuş mülki vəzifəli 

şəxslər qarşısında cavabdehliyidir. Üçüncüsü, həmin məsul şəxslərin parla-

ment və xalq qarşısında cavabdehliyidir. 

Kadr məsələlərinin fərdi xarakter daşıması istənilən konkret vəziyyət üçün 

çoxlu sayda incə fərqləndirmələr və mühakimə tələb edir. Qabaqcıl praktika 

göstərir ki, fərdlə daimi əlaqədə olan rəhbərlər bu cür subyektiv mühakimələr 

irəli sürməkdə daha da əlverişli vəziyyətdədirlər. Beləliklə, bu cür qərarların 

yuxarıdakı rəsmilərə analiz və qiymətləndirmə üçün çatdırılması mümkün olsa 

da, bu mütləq obyektivliyin artmasına kömək etmir. Əgər qiymətləndirmə və 

nəzərdən keçirmə prosesi üçün yerlərdən gələn yeni informasiyaların təmin 

olunması mexanizmi yoxdursa, o zaman bu cür qiymətləndirmə və nəzərdən 

keçirmə prosesi subyektiv qərarlar vermək riskini daha da artıracaq- və 

xüsusilə də qiymətləndirmə və nəzərdən keçirməni həyata keçirən şəxs bir 

daha özünün verdiyi son qərarların nəticələri ilə üzləşməyəcək. Bu baxımdan 

baş kadrlar idarəsi komandirlərin qəbul etdiyi və avtomatik gözdən keçirməyə 

ehtiyac olduğu qərarların minimuma endirilməsinə çalışmalıdırlar, daha çox 

onlar avtomatik hesabat tələb etməli və onların, ardıcıl surətdə nizamnamə və 

qərarları nə cür yerinə yetirdiklərini izləməlidir. 



67

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Məsələn, məzuniyyətə  çıxmaq istəyən hərbçilər üçün son qərarı 

komandirlər verməlidir; yuxarı səviyyədə yoxlama halları o vaxt mütləq ol-

malıdır ki, məzuniyyətə getməyə izn verməməklə müəyyən neqativ hallar 

yaranır (məsələn, altı ay ərzində heç bir məzuniyyətin olmaması və ya izn 

verilməməsilə hərbi illik məzuniyyət pulu alına bilmir). Baş kadrlar idarəsi, 

statistik məlumatları izləyərək komandirlərin bütün şəxsi heyətlə bərabər dav-

ranmasını təmin edə bilər, məsələn, ayrı- ayrı hərbçilərin və ya komandirlərin 

daha çox məzuniyyətdə olduğu kimi pozuntulari üzə çixarmaqla. 

Eynilə, yuxarı  səviyyəli rəhbərlik tərəfi ndən hər bir şəxsin konkret 

problemınə müdaxilə edilməsini yox, daha çox ümumilikdə nəzarətə üstünlük 

vermələri istənilir. Əsas məqsəd insan resurslarının planlaşdırılması və kadr-

lar idarəsi sisteminin dürüstlüyünün təmin edilməsidir.  Əsas vasitələr kimi 

tələbatların qəbul edilməsi, planlaşdırma istiqamətlərinin müəyyən edilməsi 

və seçim komissiyalarının təlimatla təmin edilməsidir. Həmçinin, kadrlar 

üzrə proqramların nəticələrini diqqətlə gözdən keçirib, onların arzuolunan 

nəticəni verdiyini müəyyən etmək çox mühümdür. Əlbəttə, kadrlar idarəsinin 

rəhbərliyi konkret kadr qərarlarını çox yaxından gözdən keçirməli və orada 

ola biləcək potensial yüksək korrupsiya risklərini və eləcə də sistemin dürüst-

lüyünü yoxlamaq üçün ixtiyari yoxlamalar aparmalıdır.

Ayrı-ayrı qərarlara təsir etmək baxımından həlledici pol oynayan məsələ, 

siyasi motivlər və dəyərləndirmələr əsasında,ilkin mülki və ya hərbi attestasi-

ya komissiyalarından keçən və peşəkar seçim nəticəsində müəyyən edilən ali 

mülki və hərbi kadrların seçilməsidir. 

Vəzifəli şəxslər özləri hökümət və parlament qarşısında cavabdehlik daşı-

yırlar. Parlamentın strukturları rütbə vermək və seçim komissiyaları hesabat-

larını bəyənmək və həmçinin, yüksək səviyyəli fərdi təyinatları təsdiq etmək 

üçün səlahiyyətlərə malikdir. Qanunverici orqan həmçinin insan hüquqları və 

silahlı qüvvələrdə iş şəraiti ilə bağlı dəqiq hüquqi mexanizmlər hazırlamağı 

təmin etməlidir. Ombudsman isə  işçilərin iş yerlərində hüquqlarının təmin 

edilməsində mə’sul olur.

Yekun Müddəalar 

Kadrlar sahəsində korrupsiya şəxsi qazancların naminə ölkənin müdafi ə 

qabiliyyətini və milli təhlükəsizliyini sarsıdır. Şəxsi heyət üçün sərf olunan 

böyük miqdarda resursları  və vaxtı  nəzərə alsaq –yuxarı  səviyyəli liderlər 

və texniki ekspertlər üçün on illər sərf olunur-- dəyən zərər ciddi və uzun 

müddətli ola bilər. Bu cür korrupsiya kök salmış, sistemli və özünü bəsləyən 

hala keçir, çünki, kimlər ki, pul verib və ya nüfuzundan istifadə edib yuxarı 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə