Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə24/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   20   21   22   23   24   25   26   27   ...   163

58

Kadr Siyasətləri

və ya yüzlərlə adam tələb olunduğu zaman, müraciət edənlərin sayı bu saydan 

dəfələrlə çox olur. Xüsusilə də sülhməramlı qüvvələrin ayrı-ayrı əsgərlərdən 

ibarət, bir-birindən çox fərqli qruplardan düzəldiyi ölkələrdə bu hallar daha 

çox yayılmışdır.

Maaşlar və Mənfəətlər

Ölü canlar

Komandirlər çox vaxt idarədə işləyən rəsmilərin razılığı ilə özlərinin si-

yahısında uydurma əsgər sayı saxlayır və onlar üçün maaş, yemək və ava-

danlıq alır və onları da ya çibinə qoyur, ya da satır. Bu cür “ölücanlar” bəzən 

bütün qüvvələrin 20-30%-nı  təşkil edir. “Ölücanlar”-dan seçki zamanında 

istifadə edirlər və təbii ki, çoxluqla hökümətin namizədini dəstəkləyirlər. 



Mükafat/Prizlər

Kompleks mükafatlar və ya hədiyyələr sistemindən, vəzifə daşıyan 

şəxslər himayədar-müştəri münasibətlərini və ya potensial korrupsiyanı təmin 

etmək üçün istifadə edirlər. 



Ev verilməsi   

Post-kommunist ölkələrdə xidmətdə  və  təqaüddə olan hərbçilərin ev 

tələbatları həddindən çox olduğundan təmin edilə bilmir. Ona görə də evlərin 

paylanması rüşvət və nüfuzdan istifadə ilə bağlı olur. Bir variant da odur ki, 

büdcədən qeyri- bərabər istifadə edərək fərqli ölçülərdə otaqlar tikilir, aşağı 

vəzifəli hərbçilərə standartlardan aşağı, yuxarı vəzifəlilər üçün isə dəbdəbli 

otaqlar ayırırlar.

Tibbi Xidmət  

Hərbi xidmətçilər, istefada olanlar və onların ailələri pulsuz tibbi yardım-

dan yararlanırlar. Ancaq, keyfi yyətli yardım bəzən həkimlərə və idarəçiliyə 

rüşvət verəndən sonra təmin olunur. 



Xidməti Karyeranın İdarə Edilməsi

Vəzifədə irəli çəkilmək üçün, uyğun rütbədə müəyyən vəzifəni tutmaq 

əsas  şərt sayılan sistemlərdə, karyera idarəetməsi  üçün ən mühüm məsələ 

vəzifəyə təyinat sayılır. Pul və ya himayə hesabına, kadrlar şöbəsi əvvəlcədən 

açılan vəzifə haqda maraqlı  tərəfl ərə  xəbər verərək bu təyinat üçün üstün-

lük verdikləri namizədləri irəli çıxarır və komandirlərə bu namizədləri 

təsdiq etməyə təsir edərək onları təşviq etməyə çalışırlar. Müraciət edənlərin 

komandirlərin qəbulunda olub şəxsi söhbət etmələrini və bu cür görüşlərdə 

hədiyyə və ya rüşvət verilməsinə təhrik edilə bilmələri gözlənilən hallardır. 



59

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Eyni sxem sakit, təhlükəsiz təyinatlar və ya potensial korrupsiya yeri olan 

vəzifəyə  təyin olunmasını istəyənlər üçün də qüvvədədir. Sonuncu halda, 

işə təyin olunmadan öncə, gələcəkdə qanunsuz gəlirlər gözləntisi ilə yuxarı 

səviyyəli rəsmilərə böyük miqdarda rüşvət verilməsi lazım gələcək.

Haşiyə 5.2. Xaricdə Təhsil və Təyinat Seçimində Dürüstlüyün Təmini

1990-cu ilin sonunda, Ukrayna, SNT və ikitərəfl i  hərbi  əməkdaşlıq 

proqramları  çərçivəsində çoxlu sayda təlim və  təhsil imkanlarından 

səmərəli istifadə etməkdə  çətinlik çəkirdi. Qərarlar, acıq tələbatlara 

uyğun olaraq yox – kurs varsa göndər-prinsipi ilə  həyata keçirilirdi. Bu 

kurslara seçim Müdafi ə Nazirliyinin(MN) Kadrlar İdarəsi və Beynəlxalq  

Əməkdaşlıq Şöbəsi tərəfi ndən çox kiçik nəzarətlə rahatca təşkil olunurdu. 

Seçim prosesində korrupsiya və nüfuz adi hala çevrilmişdi. 

Bir necə il ərzində, qəbul edilmiş  tədbirlərin hesabına vəziyyət dəyişdi. 

Baş  Ştab nəzdində  yaradılmış(General Staff  Partnership for Peace 

and Peacekeeping Operations Directorate) Sülh Naminə  Tərəfdaşlıq 

və Sülhyaratma Əməliyyatları Direktorluğu (STƏT) tələbatdan doğan 

beynəlxalq  əməkdaşlıq üçün institutlaşmış tövsiyyəçi qrup yaradaraq, 

hərbi strukturlar arası qarşılıqlı  əlaqə  səviyyəsinin təkmilləşdirilməsi və 

əməliyyatlara hazırlıq məsələlərinə diqqəti yönəltmişdir. Həmən il NATO 

öz  əlaqə  ofi sini  STƏT-lə bir yerdə yerləşən binada açdı  və o STƏT-in 

səylərinə  həyati məna daşıyan informasiyalar, resurslar və siyasi dəstək 

verdi. Bu səylərin mühüm tərəfi   konkret  tədbirləri, konkret tərəfdaşlıq 

məqsədlərinə birləşdirmək haqda Baş  Ştabın qərarı oldu (islahatların 

məqsədləri ilə və qarşılıqlı əlaqə imkanlarını gücləndirməklə bağlı).

Bu səylər 2002-ci ilə qədər müəyyən uğurlar qazandı: təlim və əməliyyat 

xarakterli SNT tədbirlərində iştirak daha da ardıcıl oldu və bu tədbirlərə 

qatılan hərbçilərin səviyyəsi təkmilləşdi. Ancaq, iki məsələ qalırdı. Birincisi, 

xaricdə uzun müddətli təhsil üçün seçim mexanizmində çox az irəliləyiş 

var idi. Bu daha çox həm NATO, həm də STƏT-in səlahiyyətindən kənarda 

olduğundan və ikitərəfl i razılıq əsasında olduğundan baş verirdi. İkincisi, 

sülh yaratma əməliyyatları üçün xüsusi məqsədli qrupların toplanması, yerli 

komissarlıqların  əli ilə  həyata keçirildiyindən, çoxlu sayda korrupsiyaya 

yol açırdı. 



60

Kadr Siyasətləri

2005-ci ildə, Narıncı İnqilabdan sonra Müdafi ə Nazirliyinə gələn rəhbərlik 

bu korrupsiya problemlərini aradan qaldırmaq üçün geniş  tədbirlər 

gördü. Nazir xaricdə olacaq tədbirlərin illik planının hazırlanmasını  əmr 

etdi. Bu tədbirlərə qatılacaq hərbçilərin adlarını, vəzifələrini tələb etdi 

və xaricdə olacaq butun təyinatları şəxsən özü imzalayacağına israr etdi. 

Çətin olsa da, bu cür yüksək-səviyyədə nəzarət sistemı intizama gətirildi 

və konkret tədbirlərdə  iştirakı gerçək tələblərə uyğunlaşdırdı. Nazirin 

qiymətləndirmələrinə kömək üçün Müdafi ə Nazirliyi Ali Atestasiya 

Komitəsi(High Attestation Committee), Müdafi ə Nazirinin 1-ci müavininin 

sədrliyi altında xaricdəki uzun müddətli mühüm kurslara, BMT-ın 

müşahidəçi missiyasına və NATO-da işləmək üçün göndəriləcək çoxlu 

sayda namizədləri rəqabət  əsasında yenidən araşdırmışdır. Nazir xüsusi 

direktiv imzalayaraq, əvvələr xaricdə oxuyan, beynəlxalq təşkilatlarda 

çalışan və ya BMT missiyalarında iştirak edənlərin ikinci dəfə bu cür uyğun 

tədbirlərdə içtirakı üçün beş illik məhdudiyyət qoyulması haqda xüsusi əmr 

imzalaşmışdır.

Sülhsaxlama  əməliyyatlarına gəlincə, MN-i,NATO-nun məsləhəti ilə, 

sülhməramlı qüvvələrin formalaşdırılması qaydasını dəyişdirdi.Əvvəllər bu 

qüvvələr ayrı-ayrı əməliyyatlar üçün hazırlanırdısa, indi isə daimi tərkibli 

və strukturlu qüvvələr olaraq sadəcə beynəlxalq sülhməramlı əməliyyatlar 

üçün hazırlandı. Bu qərar komissarlıqlar tərəfi ndən ehtiyatda olanların 

çağırılması praktikasını bitirdi və beləliklə korrupsiya hallarını əhəmiyyətli 

dərəcədə azaltdı.

Nəhayət, Ukraynanın Müdafi ə Nazirliyi NATO-nun Peşəkar  İnkişaf 

proqramı(NATO Professional Development Program-PDP) ilə birgə 

işləyərək mülki mütəxəssislər üçün rəqabət və konkret tələbat  əsasında 

xaricdəki missiyalarda və proqramlarda işləmək və iştirak üçün göndərmə 

mexanizmləri hazırlamışdır (Bax Fəsil 22-də PDP haqqinda ətrafl ı 

verilmişdir).

Bir çox ölkələrdə namizədlər irəli çəkilmək və ya yeni təyinat olduğu 

zaman komissiyaların qərarına geniş  mənada subyektivlik gətirərək yoxla-

ma komissiyalarının qarşısına çıxıb suallara cavab verməlidirlər. Komissi-

ya üzvləri sabit olduqda, namizədlər öncə komissiyanın həlledici üzvləri ilə 

görüşüb onların dəstəyini almaları gözlənilir- bu cür proses kifayət qədər 

korrupsiya imkanları yaradır. O həm də namizədlərin himayədar-müştəri 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə