Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə21/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   17   18   19   20   21   22   23   24   ...   163

46

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Haşiyə 4.2.  Qeyri Stabil Dövlətlərdə Faydalı Beynəlxalq Girişimlərin 

Prinsipləri

2007-ci ildə, inkişaf nazirlərindən və donor ölkələrdəki idarə və agentliklərin 

başçılarından təşkil olunmuş İƏİT –in İnkişafa Kömək Komitəsi (OECD 

Development Assistance Committee) Siyasi İstiqamətlər sənədini təsdiq 

edib, “Qeyri Stabil Ölkələrdə və Vəziyyətlərdə Faydalı Beynəlxalq İştirak 

üçün Prinsiplər”  müəyyən etdilər. Bu prinsiplər, gövrək dövlətlərdə 

görüləcək işlərin digər stabil ölkələrdə görülməli olan işlərdən fərqli olduğu 

haqda donor ölkələr arasındakı fi kir birliyindən doğmuşdur. Bu prinsiplər 

aşağıdakıları özundə ehtiva edir:

• Gövrək ölkələr inkişafa mane olan zəif idarəçilik,məhdud idarəetmə 

bacarıqları, xroniki humanitar böhran, davamlı social gərginlik

zorakılıq və ya vətəndaş müharibəsinin nəticələri kimi təhdidlərlə 

üzləşirlər;

• Yoxsulluq 

və təhlükədən tamamilə çıxmaq üçün bu ölkələrin xalqları 

və rəhbərliyi aparıcı rol oynamalıdır;

• Sadəcə beynəlxalq tədbirlər bu dövlətlərin gövrəkliliyini aradan 

qaldırmaq imkanında olmasa da, paylaşılan prinsiplərin qəbul edilməsi 

beynəlxalq girişimlərin faydasını  maksimuma çatdırar və qeyri-şüuri 

zərərləri minimuma endirər;

Gövrək dövlətlərdə beynəlxalq girişimin üzun müddətli missiyası yerli 

islahatçılara legitim, səmərəli və çevik dövlət institutlarını yaratmağa 

kömək etməkdir. Bu məqsədə doğru irəliləyiş hökümətlərin və təşkilatların 

daxilində və onların arasında razılaşdırılan, koordinasiya edilən ardıçıl bir 

hərəkət tələb edir. Bu prinsiplər ona görə də aşağıdakıları zəruri edir:

Başlanğıc nöqtə kimi həmin ölkədəki vəziyyətin analizi və qiymətləndirilməsi 

götürülür;

Elə etməli ki, heç bir görülən tədbir zərərli olmasın;

• 

Əsas məqsəd olaraq dövlət qurmağa yönəlməli;



• 

Təxirəsalınmaz məsələləri önə çəkməli;




47

Müdafi ə Sektorunda Dürüstlüyü Təmin Etmək və Korrupsiyanı Azaltmaq Üçün Ölkələrin Yanaşması

• Siyasi, 

təhlükəsizlik və inkişaf sahəsindəki məqsəd və  vəzifələrinin 

bir-biri ilə əlaqəli olduğunu etiraf etməli;

• Ayrıseçkiliyə qarşı mübarizə aparıb, stabil və hamının hüquqlarının 

təmin olunduğu stabil cəmiyyət qurmalı;

• Fəaliyyəti, ölkənin müəyyən olunmuş prioritlerlərinə müxtəlif 

yollarla, şəraitdən asılı olaraq uyğunlaşdırmalı;

• Beynəlxalq oyunçular arasında praktiki koordinasiya mexanizmlərini 

razılaşdırmalı;

• Tez 

hərəkət etməli, amma uğur  əldə edilməsi üçün üzunmüddətli 



işləməli;

• Kömək, kimlərin ehtiyacı varsa ona edilməlidir;

2007-ci ilə qədər bu prinsiplər doqquz ölkədə sınaqdan keçirilib və artıq 

donor ölkələrin davranışının dəyişməsinə yardım edib. İƏİT-in  İnkişafa 

Kömək Komitəsinin (OECD DAC Fragile State Group) Gövrək Dövlətlər 

Qrupunun apardığı  işlər, gövrək dövlətlərdə donor strategiyasını  və 

proqramlarını intensivləşdirmək üçün yuxarıdakı prinsiplərə uyğun olaraq 

daha çox konkret istiqamətləri irəli sürməyə yönəlmişdir.

Mənbə: OECD DCD-DAC, “Principles for Good International Engagement 

in Fragile States” website, www.oecd.org/document/46/0,3343,

en_2649_33693550_35233262_1_1_1_1,00.html; OECD, Whole of Govern¬ment 

Approaches to Fragile States (Paris: OECD, 2007), www.oecd.org/dataoecd/15/24/ 

37826256.pdf.

•  Həm fəaliyyət aparılan ölkə daxilində, həm də donor ölkələrində idarələr 

arası koordinasiya TSİ səylərinin uğurlu olması üçün həlledicidir.

•  Parlamentləri vaxtinda cavabdehlik mexanizmləri ilə  təmin edən və 

vətəndaş  cəmiyyətlərini cəlb edən,  şəffaf idarələrarası koordinasiya, 

təhlükəsizlik və inkişaf missiyalarının legitimliyi və davamlı  dəstəyi 

üçün həlledicidir. 



48

Kadr Siyasətləri


49

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

II Hissə 

Müdafi ə Sektorunun 

Korrupsiya Riskləri və

 Zəif Nöqtələri

 Toplunun II hissəsinə doqquz fəsil daxildir və bu fəsillər müdafi ə sek-

torunda korrupsiyanın mənbələrini və səbəblərini ətrafl ı olaraq nəzərdən ke-

çirir. Fəsillərdən yeddisi korrupsiyalaşmış davranışı, həmçinin,  əsas hərbi 

idarəetmə sahələrində dürüstlüyü təmin etmə  və  şəffafl ıqı  və cavabdehliyi 

artırma məsələləri üzrə  ən yaxşı  təcrübələri nəzərdən keçirir: kadr siyasəti 

və insan resurslarını idarəetmə, müdafi ə büdcəsinin tərtib edilməsi və yerinə 

yetirilməsi,nəzarət, və maliyyə idarəetməsi, təhcizat, ofset mexanizmləri, 

podratçılar tutmaq, özəlləşdirmə, müdafi ə sektorunda özəl-dövlət tərəfdaşlığı, 

artıq avadanlıq və şəbəkənin istifadəsi və hərbçilərin və hərbi aktivlərin iq-

tisadi fəaliyyətlərə  cəlb olunması.12- ci Fəsil, müasir hərbi  əməliyyatlarda 

korrupsiya riskləri və dürüstlük məsələlərinə yönəlmişdir. 13- cü Fəsil həll 

olunmamış ərazi mübahisələri və ya dondurulmuş münaqişələr olan ölkələrdə 

hərbi xarakterli korrupsiya hallarını araşdırır.




50

Kadr Siyasətləri


51

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

5-ci Fəsil

Kadr Siyasətləri

Geniş ictimaiyyət üçün kadr məsələlərində korrupsiya halları- o cümlədən 

kadrlar şöbəsi və onunla məhdudlaşmayan sahələrdə- nə çox görünən, nə də 

sensasiya yaradan korrupsiya formasıdır. Halbuki, bu hallar daha çox yayıl-

mış və yəqin ki, bütövlükdə müdafi ə sistemi üçün ən dağıdıcı təsiri olan amilə 

çevrilmişdir.  Çünki kadrlar üzərində korrupsiya, ordunun həyati resursları 

olan hərbçilərin səmərəli istifadəsini sarsıdır. Bu fəsil, kadrlar üzərində qu-

rulan korrupsiya praktikasının səbəbləri və  mənbələrini ayırd edəcəkdir və 

üğurlu anti-korrupsiya addımlarının prinsiplərini və həmçinin, bu prinsiplərin 

necə  uğurla praktikada həyata keçirildiyini göstərən nümunələri təqdim 

edəcəkdir. 

Hərbçilərin kadrlar idarəsinin məqsədi, hərbi nəticələri təmin etmək üçün 

uyğun iş bacarığı və təcrübəsi olan uyğun sayda hərbçilərin uyğun vəzifələrdə 

təmsil olunmasıdır: yəni mövcud əməliyyatlar, gələcək hərbi imkanlar, ko-

manda və nəzarət işləri, və s.üçün. Əgər kadrlar şöbəsi səmərəli işləyirsə, o 

əlavə olaraq iki funksiyanı da yerinə yetirməlidir(Bax Şəkil 5.1).  

1. Cari və gələcək müdafi ə tələbatları və gücləri planlaşdırma əsnasında 

insan ehtiyatları  tələbatlarını müəyyən etməli. Buraya mövcud hərbi 

qüvvələrin eytiyaclarını ödəmək üçün qısa-müddətli tələbatlar, qüvvələrin 

inkişafı üçün orta -müddətli (5-6 il) tələbatlar və uzun-müddətli inkişaf 

perspektivləri tələbatlarıni qarşılamaq üçün(15+ illər) tələblər daxildir.

2.  İnsan resurslarını idarə etmək və inkişaf etdirmək- həm fərdi qaydada

həm də bütövlükdə- hərbi tələblərə cavab verən insan ehtiyatlarının sayını 

artırmaq. Bütün bunlar orduya cəlb etmək, təlim keçmək, ruhlandırmaq, tap-

şırıq vermək,irəli çəkmək və orduda saxlamaq kimi sistemli səyləri tələb edir 

ki, nəticədə lazımi peşəkar təcrübə ilə (bilik, bacarıq və təcrübə)silahlanmış 

çoxlu sayda hərbçi yetişdirilməsinə nail olunsun. 

Korrupsiyalaşmış  rəsmilər üçün ikinci hissə daha maraqlıdır: kadrlar 

şöbəsinin qərarları hərbçilərin həyatına birbaşa təsir göstərir və ona görə də 

korrupsiya üçün önəmli imkanlar yaradır. Birinci hissədəki məsələlər az ma-

raq kəsb edir, cünki burada qəbul olunan qərarların şəxsi qazanclara çevrilməsi 

çətindir. Dürüstlüyü təmin etmək baxımından, səmərəli tələbatlar sisteminin 

mövcud olması önəmlidır, çünki o müdafi ə siyasəti və planları ilə bağlı aydın 

ölçü standartları hazırlayır və bu çərçivədə kadrlarla bağlı qərarların nə qədər 

düzgün olduğu üzə çıxır.



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə