Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə17/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   13   14   15   16   17   18   19   20   ...   163

36

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

səhiyyə  və  nəqliyyat  şəbəkələri kimi sahələr ilə  rəqabətdə  nə  qədər uyğun 

olmasi yenidən nəzərdən kecirilir.

Dürüstlüyü Təmin etmə Təşəbbüsünün başladığı üç il ərzində, dəyərlərin, 

idarəçiliyin, islahat və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi birinci 

dərəcəli  əhəmiyyətini saxlayır. Bu təşəbbüs, ölkələrə dövlət idarəetməsini, 

cavabdehliyi və hüquqi islahatların icra mexanizmlərini yüksək standartla-

ra qaldırmaq üçün, uzunmüddətli əhəmiyyətə malikdir. Bu cür mexanizmlər, 

həmçinin korrupsiya üzündən baş verən israfçılığı azaltmaq yolu ilə, müdafi ə 

qabiliyyətini möhkəmləndirməyə yönəlmiş əlavə resurslarla təmin edəcəkdir. 



Sonda, Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrup-

siyanın Azaldılması:  Ən Yaxşı  Təcrübələrin Toplusu korrupsiya halları ilə 

məşğul olmaq üçün əhəmiyyətli dərəcədə  fi kirlər  və çoxlu sayda praktiki 

təcrübələrdən ibarət yanaşmalar irəli sürür. Bu fi kir və təcrübələr ölkələrə ge-

niş perspektivı olan hərbi islahatları yerinə yetirməyə kömək edir və nəticədə 

müdafi ə  və  təhlükəsizlik sektorunda korrupsiya hallarının azaldılmasina 

səbəb olur.




37

NATO və Dürüstlüyü Təmin etmə Təşəbbüsünün Təkamülü

 4-cü Fəsil 

Müdafi ə Sektorunda Dürüstlü-

yü Təmin Etmək və Korrupsiyanı 

Azaltmaq Üçün Ölkələrin

Yanaşması

Bütövlükdə ittifaq kimi yox, NATO –nun ayrı-ayrı üzvləri və  tərəfdaş 

ölkələr də dürüstlüyü təmin etmə  təşəbbüslərini dəstəkləyir. Bu fəsil, bu 

təşəbbüsləri dəstəkləyən və ən yaxşı təcrübələrdən doğan tövsiyələrdən ibarət 

müxtəlif nümunələri və ən son nailiyyətlər üzərində qurulmuş yanaşmaları 

təqdim edir. Haşiyə 4.1-də ifadə olunan İsveçrənin baxışı, NATO və Avro-

Atlantik Tərəfdaşlıq Şurasının(AATŞ) müdafi ə sektorunda dürüstlüyü təmin 

etmək və korrupsiya hallarını azaltmaq istiqamətində gördüyü geniş  işləri 

dəstəkləyir. 

Haşiyə 4.1. Müdafi ə Sektorunda Korrupsiya ilə Mübarizə: İsveçrədən 

Baxış 

Korrupsiya ilə mübarizə beynəlxalq təhlükəsizlik sahəsində artan əhəmiy  yət 

kəsb edir. Bu həm NATO-nun özündə, həm də onun qeyri hökümət təşkilatları 

tərəfdaşları  tərəfi ndən təsdiq olunur. Beynəlxalq təhlükəsizliyin hər bir 

önəmli məsələsində-kütləvi qırğın silahları,raketdən müdafi ə,vətəndaş 

müharibələri, iqlim dəyişikliyi-dürüstlüyün təmin edilməsi,  şəffafl ığın 

artırılması  və qanunun aliiyinin təmin edilməsi bu mühüm təhlükəsizlik 

məsələlərinə güclü təsir edəcək və  həmçinin, bütövlükdə beynəlxalq 

təhlükəsizliyə öz təsirini göstərəcəkdir.

Bütün bunları  qəbul edərək,  İsveçrə, Müdafi ə  İnstitutlarını Qurmaq 

üçün Avro-Atlantik Tərəfdaşlıq  Şurasının Tərəfdaşlıq Fəaliyyət Planını 

dəstəkləyir və Polşa,Böyük Britaniya ilə birlikdə dürüstlüyü təmin etmək 

Trast Fondunun (Trust Fund)aparıcı ölkəsi kimi çıxış edir. 

Mənbə: İsveçrənin NATO –da səfi ri Dedardelin ( Amb. Jean-Jacques de Dardel)Monterrey 

Konfransında çıxışı. Address to the Building Integrity and Defence Institution Building 

Conference, Monterey, CA (25-27 February 2009)



38

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Amerika Birləşmiş Ştatlarının Orduda Dürüstlüyün Təmin Edilməsi 

ilə bağlı Yanaşması

22

 

Əsaslar

ABŞ-ın, müdafi ə sektorunda korrupsiyanın azaldılmasl ilə  əlaqədar 

tərəfdaşlarının etdiyi səylərə yardımı, həmin ölkələrlə  tərəfdaşlıqların 

möhkəmlənməsi, təhlükəsizlik sektorunda islahata hərtərəfl i  yanaşma və 

hərbi təşkilatların işinin gücləndirilməsinə diqqət üzərində qurulmuşdur.

ABŞ, digər ölkələrlə  tərəfdaşlıqların mühümlüyünü qeyd edərək

bu tərəfdaşlıqların həmin ölkələrin təhlükəsizliyinə, həm də beynəlxalq 

təhlükəsizliyə yararlı olduğunu bildirir. ABŞ-ın Müdafi ə Naziri Robert 

Qeyts 2007-ci ildə Kanzas Dövlət Universtetində etdiyi çıxışında demişdir. 

”Yəqin ki, bizim terrorizmə qarşı savaşımızda ən mühüm hərbi komponent 

bizim apardığımız döyüşlər yox, öz tərəfdaşlarımızın özlərini müdafi ə edib 

öz idarəçiliyini qurması üçün, onlara necə  şərait yaratmağımız və onları 

möhkəmləndirməmiz olacaqdır”. Müdafi ə Nazirinin çıxışına uyğun olaraq, 

ABŞ Müdafi ə Nazirliyi  tərəfdaş ölkələrin idarəçilik imkanlarını gücləndirmək 

üçün ayırdığı resursların həcmini önəmli dərəcədə artırmışdır. 

İkincisi, Müdafi ə Nazirliyi, Dövlət Departamenti və Beynəlxalq  İnki-

şaf üzrə ABŞ agentliyi (USAİD) təhlükəsizlik sektorunda ümumi bir isti-

qamət verici  prinsiplərdən ibarət geniş yanaşmanın işlənib hazırlanması 

haqda razılığa gəliblər

23

. Bu sənəd, bu üç təşkilatın içindəki mütəxəssisləri, 



təhlükəsizlik sektorunda islahat proqramlarını xarici tərəfdaşlarla planlaşdı-

rıb yerinə yetirmələri üçün təməl prinsiplərlə təmin edir,həmçinin bu sənəd 

təhlükəsizliyi və qanunun aliliyini təmin edən inistitutlara, proseslərə və siya-

si güclərə yönəlmiş islahat tədbirləri ilə geniş surətdə məşğul olur. 

İstiqamətverici prinsiplərdən biri, operativ dəstəyi dövlət strukturla-

rının islahatı ilə tarazlığa gətirməkdir. Beləliklə, burada əsas vurğulanan 

məsələ ABŞ-ın köməyi ilə qurulan silahlı qüvvələrin necə idarə olunma-

sı, maliyyələşdirilməsi, monitorinq edilməsi və  dəstəklənməsidir. Bu hərbi 

qüvvələrin uğurları və  dayanıqlığı, bu qüvvələri dəstəkləyən inistitutlar və 

proseslərdən və həmçinin, təşkilatların başında duran və onları idarə edən in-

san amilindən asılı olduğu qəbul edilir. Bu istiqamətverici prinsiplər göstərdi 

ki, yaxşı idarəçiliyin  əsas prinsipləri- cavabdehlik və  məsuliyyət,  şəffafl ıq, 

insan hüquqlarına hörmət və legitimlik- təhlükəsizlik qüvvələrinin və inisti-

tutlarının inkişafı üçün öndə gedən prinsiplər olmalıdir.

22

  ABŞ-ın yanaşması ABŞ Müdafi ə nazirinin Qlobal Təhlükəsizlik Məsələləri üzrə müavini 



Cozef Benkert ( Joseph Benkert)-in çıxışında ifadə olunmuşdur.  Building Integrity and 

Defence Institution Building, Conference Report (Monterey, CA: 25–27 February 2009).

23 


 US Agency for International Development, US Department of Defense and US Department 

of State, Security Sector Reform (February 2009), www.state.gov/documents/organization/ 

115810.pdf.



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə