Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə15/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   11   12   13   14   15   16   17   18   ...   163

30

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

təmin olunması; korrupsiyaya qarşı mübarizədə  ədalət və qanun aliliyinin 

təmin edilməsində ölçülə biləcək dərəcədə təkmilləşmənin həyata keçirilməsi 

daxildir. 

Müdafi ə İnstitutlarının Qurulması ilə bağlı Tərəfdaşlıq Fəaliyyət Planının 

NATO-nun 2004 İstanbul Sammitində dövrəyə girməsindən sonra, müdafi ə 

resurslarının səmərəli və hesabatlı  idarəçilyinin təkmilləşdirilməsi ilə bağlı 

əsas hazirlandı. Korrupsiyaya qarşı praktiki proqramın hazırlanması, müdafi ə 

sektorunda idarəçiliyin möhkəmlənməsi və dürüstlüyün təmin edilməsi, 

təfəfdaşların şəffaf və məhsuldar müdafi ə institutları qurmaq səylərinə həyati 

kömək edir. Bu baxımdan Şimali Atlantika Əməkdaşlıq Şurası- nın anti-kor-

rupsiya təşəbbüslərini önə çəkməsi  səyləri mühüm əhəmiyyət kəsb etmişdir 

və etməkdə davam edir. 

Müdafi ə Sektorunda Transformasiya və  İdarəçilik 

Dəyişikliyi

Özünün mövcud olduğu altı onillik ərzində, NATO müdafi ə sektorunda 

baş verən dəyişiklikləri səmərəli idarə etməklə və onun transformasiyasına 

kömək etməklə, həm ittifaqı, həm də tərəfdaşlığı möhkəmlətməyə çalışmış-

dır. Müdafi ə Institutlarını Qurmaq üçün on prinsipdən ibarət Sülh Naminə 

Tərəfdaşlıq Çərçivə Sənədi(Partnership for Peace Framework Document on 

Defence  İnstitution Building), əvvələr qeyd etdiyimiz kimi, Sülh Naminə 

Tərəfdaşlıq proqramına daxil olan və olmayan ölkələr üçün müdafi ə institut-

larının qurulması və təhlükəsizlik sektorunda islahatlar aparılması üçün əsas 

təşəbbüs olmuşdur

21



Dürüslüyü Təmin etmə  Təşəbbüsünün, müdafi ə sektoru üçün örnək 



verilən metodologiyaları  və vasitələri ilə, NATO ölkələrində davam edən 

islahatları  və  həmçinin  Şərqi və  Mərkəzi Avropada, Yaxın  Şərq,Afrika və 

Körfəz ölkələrində gedən islahatları əhatə edən 40-dan çox ölkə ilə rəngarəng 

tərəfdaşlıq proqramlarını dəstəkləmiş və dəstəkləməkdə davam edir. Avstra-

liya, Yaponiya , Cənubi Koreya, Yeni Zelandiya kimi ölkələrdə də tətbiq olu-

nur. Dürüstlüyü təmin etmək vasitələri hazır olan kimi NATO-nun website-na 

qoyulacaq və bütün maraqlı tərəfl ər ondan faydalanacaqdır.

21

  Müdafi ə institutları qurmaq üzrə tərəfdaşlıq fəaliyyət planının məqsədi tərəfdaş ölkələrin 



öz hərbi institutlarında islahat və  dəyişiklər etməklə daxili və beynəlxalq  öhdəliklərin 

yerinə yetirilməsinə təkan verməkdir. Mülki və demokratik nəzarət altında olan səmərəli və 

məhsuldar hərbi institutlar Avro-Atlantik məkanın sabitliyi üçün önəm daşıyır və beynəlxalq 

təhlükəsizliyi üçün vacibdir.    




31

NATO və Dürüstlüyü Təmin etmə Təşəbbüsünün Təkamülü

Korrupsiya Hallarını Azaltmaq üçün Beynəlxalq Səylər

Nə NATO, nə  də AATŞ dürüstlüyü təmin etmək və ya korrupsiyanı 

azaltmaq üzrə beynəlxalq səylərə başçılıq etmirlər. NATO-nun səyləri geniş 

beynəlxalq səylərə  dəstək kimi edilir və bu  səylər, ölkələrə onların BMT 

(məsələn,korrupsiyaya qarşı BMT konvensiyası), İqtisadi Əməkdaşlıq və İn-

kişaf Təşkilatı  (İƏİT)və başqa beynəlxalq təşkilatlar qarşısında beynəlxalq 

öhdəliklərini yerinə yetirmək üçün, praktiki tədbirlərin hazırlanmasına dəstək 

verməyə yönəlmişdir.  Konkret olaraq,  NATO və AATŞ -nın səyləri müdafi ə 

və təhlükəsizlik sektorunda  dürüstlüyün təmin edilməsi, şəffafl ığın artırılma-

sı və cavabdehliyin təkmilləşdirilməsidir.

Müdafi ə Nazirliklərində idarəçiliyin daha da möhkəmləndirılməsi üçün 

NATO-nun yuxarıda müzakirə etdiyimiz dəyərləri çox önəmlidir. İttifaq və 

tərəfdaş ölkələrin Müdafi ə Nazirlikləri, korrupsiya mənbəli problemlərin 

olduğundan heç şübhə etmirlər və bu xəstəliyi müalicə etmək üçün ciddi, 

çoxtərəfl i və şəffaf tədbirlərin həyata keçirilməsinin zəruriliyini etiraf edirlər.  

Milli Yiyələnmə və Beynəlxalq Əməkdaşlıq     

Dürüstlüyü Təmin etmə təşəbbüsündə iştirak etmək və bu təşəbbüsü yerinə 

yetirmək ölkələrin qərarı və məsuliyyətidir. Ölkələrin bu işə yiyələnməsi və 

öhdəliyi bu işə girişmək üçün ön şərt və əsasdır. Bu təşəbbüs hazırlanarkən, o 

ölkələr arasındakı gözəl və davamlı əməkdaşlıqdan, NATO, müdafi ə sənayesi 

və Beynəlxalq  Şəffafl ıqla aktiv və davamlı  əməkdaşlıqdan faydalanmışdır. 

Bu əməkdaşlıq onu göstərdi ki, əgər uyğun strukturlar və oyunçular bir-biri 

ilə ümumi dəyərlərlə və maraqlarla bölüşürlərsə onların səyləri ilə çox şey 

əldə etmək olar.

Əvvələr qeyd edildiyi kimi, dürüstlüyü təmin etməyə  dəstək və ma-

raq, yaşanan iqtisadi böhran dönəmində Maliyyə Nazirliyinin müdafi ə  və 

təhlükəsizlik sektorlarının büdcəsinə qoyduğu maliyyə  təzyiqlərini, artan 

və  dərin beynəlxalq maliyyə durğunluğunu özündə  əks etdirir. İttifaq və 

Tərəfdaşlar  əldə olan məhdud ehtiyatları  səmərəli, məhsuldar və  nəticəsi 

görünə bilən bir surətdə  sərf etmənin lazımlığını başa düşürlər. Bu baxım-

dan Dürüslüyü Təmin etmə Təşəbbüsü praktiki vasitələr hesabına ordunun 

imkanlarının artırılmasını və ayrılan büdcənin səmərəli istifadəsinə yardımçı 

olar.         



Birgə Əməkdaşlıq İlləri

 NATO-nun Balkanlarda və Əfqanistandakı təcrübələri göstərdi ki, bu gün-




32

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

kü dünyanın təhlükəsizlik təhdidləri, beynəlxalq birliyi bir-birinin mülki və 

hərbi tədbirlərini birləşdirib, birgə əməkdaşlıq və koordinasiya etməyə məcbur 

edir. Səmərəli surətdə bir yerdə işləmək, bütün oyunçuların əməkdaşlığını və 

töhvəsini tələb edir. Bütün beynəlxalq oyunçuların uyğun mandatla və qüvvə 

ilə birgə  hərəkət etməsi çox vacibdir. NATO tərəfdaş ölkələrlə,beynəlxalq 

təşkilatlarla, qeyri-hökümət təşkilatları  və yerli hakimiyyətlər ilə  və bütün 

səviyyələrdə  səmərəli  əməkdaşlıq üçün öz imkanlarını gücləndirir. Bu cür 

əməkdaşlıq, eyni zamanda NATO-nun hərbi  əməliyyatlarına və XXl əsrin 

təhdidlərinə cavab vermək üçün özünün apardığı islahatlara da şamil edilir. 

Əsas böyük beynəlxalq təşkilatlar müdafi ə sektorunda islahat, təhlükəsizlik 

və iqtisadi inkişafa yönəlmiş siyasi mexanizmlərin hazırlanması və təqdim 

edilməsi ilə bağlı daha da birləşmiş yanaşmalar irəli sürməklə məşğuldurlar.

Bu cür birləşmiş yanaşmalar təkcə hərbi əməliyyatlara yox, habelə NATO-

nun başqa səylərinə də tətbiq olunur,məsələn, dürüstlüyün təmin edilməsi, ter-

rorçuluğa qarşı mübarizə və enerji təhlükəsizliyinin artırılması kimi məsələləri 

misal çəkmək olar. Bu və başqa səbəblərə görə NATO, tərəfdaş ölkələr və 

beynəlxalq təşkilatlar ilə daimi, strukturlaşmış  və  əməkdaşlıq  əsasında qu-

rulmuş münasibətləri davam etdirəcəkdir (o cümlədən BMT,Avropa Birliyi, 

Dünya Bankı,Beynəlxalq Valyuta Fondu və İqtisadi Əməkdaşlıq və İnkişaf 

Təşkilatı ilə).

2009-cu ilin Fevralında Monterreyde Keçirilən Konfransın 

Müzakirələri və Yekun nəticələri

2009-cu ilin Fevralın sonunda Monterreydə mühüm beynəlxalq konf-

rans keçirildi. Məqsəd orduda Dürüstlüyü Təmin etmək Təşəbbüsü ilə bağ-

lı hansı nailiyyətlərin  əldə olunduğunu qiymətləndirmək və bu təşəbbüsü 

genişləndirmək və  dərinləşdirmək üçün yollar arayıb ortaya qoymaq 

idi. NATO, Dənizçilik Məktəbi  (Naval Postgraduate School) (o Şima-

li Amerikada SNT-ın Təlim və Təhsil mərkəzidir)və  BŞ ilə birgə,  İstanbul 

Sammitində razılaşdırılmış Müdafi ə  İnstitutlarını Qurmaq üzrə  Tərəfdaşlıq 

Əməliyyat Planının həyata keçirilməsi üçün hazırlanan praktiki vasitələrin 

qiymətləndirilməsi və onlar ətrafında fi kir mübadiləsi aparmaq üçün bu konf-

ransı təşkil etmişdilər.    

Monterrey Tövsiyələri 

Monterrey konfransının tövsiyələri, AATŞ  Səfi rlərinə  təqdim olunmuş 

analiz və qiymətləndirmə hesabatına bir töhvə kimi nəzərdə tutulmuşdur. Bu 



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə