Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə16/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   12   13   14   15   16   17   18   19   ...   163

33

NATO və Dürüstlüyü Təmin etmə Təşəbbüsünün Təkamülü

tövsiyələrə, həmçinin gələcək iş proqramını təkmilləşdirmək üçün, o cümlədən 

NATO və AATŞ -nın BMT rəhbərliyi ilə aparılan müdafi ə sektorunda dü-

rüstlüyü təmin etmək,  şəffafl ığı artırmaq və cavabdehliyi təkmilləşdirmək 

səylərinə dəstək olaraq, praktiki tədbirləri aydınlaşdırmağa yönəlmiş təlimat 

kimi də baxmaq olar. 



Hərbi Əməliyyatlarda Dürüstlüyün Artırılması

Başqa beynəlxalq təşkilatlarla  əməkdaşlıq edərək, NATO diqqətini 

Əfqanıstan Beynəlxalq Yardım Təhlükəsizlik Qüvvələri (İnternational As-

sistance Security Force-İSAF) və  Əyalət Bərpa Qruplarının (ƏBQ) qoy-

duqları iqtisadı izləri qiymətləndirməyə yönəlmişdir. Bu səpkidə dürüstlüyü 

təmin etmək, şəffafl ığı artırmaq və cavabdehliyi təkmilləşdirməyi təmin edə 

biləcək mexanizmlərin ayırd edilməsi üçün işlər görüldü. Məqsəd, əldə olan 

resursların hərbi əməliyyatlar gedən bölgələrdə daha səmərəli və məhsuldar 

sərfi ni təmin etmək, iqtisadi inkişafı sürətləndirmək və ən yaxşı təcrübələrdən 

istifadə etməkdir. 

Başqa beynəlxalq təşkilatlarla birgə əməkdaşlıq edərək NATO, bilik və 

təcrübə mübadilələrinə yönəlik görüşlər və  həmçinin  ƏBQ üçün ən yaxşı 

təcrübələri irəli atmaq üçün tədbirlər hazırlayır və dəstəkləyir (o cümlədən, 

başqa ölkələrin paytaxtında və Əfqanıstanda).



Təhsil vasitəsilə Dürüstlüyün Artırılması 

Konfransda tövsiyə olundu ki, aparıcı dövlətlər Dürüstlüyü Təmin etmə 

Trast Fondu vasitəsilə, ordu rəhbərliyində dürüstlüyü təmin etmə (Building 

İntegrity in Defence Establishments-BİDE) paketini yerinə yetirmək üçün öz 

maliyyə  dəstəklərini davam etdirsinlər. Bu paket 2009-cu ildə Ukraynada

Bosniyada və Əfqanıstanda təşkil olunan sınaq kurslarını əhatə edirdi. 

NATO məktəbinin elektronik təhsil sistemləri üzrə olan təcrübəsini və 

başqa ölkələrin də təcrübələrini nəzərə alaraq (məsələn,Afrika Təhlükəsizlik 

Sektoru İslahatı Şəbəkəsi), ən yaxşı təcrübələri ortaya qoyan, təcrübə və in-

formasiya mübadiləsi etmək iqtidarında olan mütəxəssislər  şəbəkəsi yarat-

maq və inkişaf etdirmək səyləri davam etdirilir.

Böyük Britaniya Hərbi Akademiyasının başqa maraqlı tərəfl ərlə birlikdə 

hazırladığı “tayı bərabəri olmayan” kurs materialları həm ayrıca, həm də “ 

uzaqdan öyrənmə moduluna” dəstək kimi istifadə oluna bilər. 2008-ci ilin 

özünü qiymətləndirmə prosesini və 2009 -cu il sınaq kurslarının nəticələrini 

nəzərə alaraq, NATO-nun SNT proqramının güc planlaşdırılması fəaliyyətləri 




34

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

və Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı kimi başqa xüsusi iş proqramları arasın-

da əlaqələrin gücləndirilməsi haqda tövsiyələr hazırlanır. 

NATO və başqa bu işdə maraqlı olan milli təhsil müəsisələri ilə, o 

cümlədən, SNT Təlım və  Təhsil Mərkəzləri, həmçinin vətəndaş  cəmiyyəti 

təşkilatları ilə birgə işləyərək, 2010-2012 üçün Müdafi ə Strukturlarında Dü-

rüstlüyü Təmin etməyə yönələn fəaliyyət planı tərtib edilmişdir. Bu fəaliyyət 

planına, hazırlanan yeni modulların mövcud təlim və  təhsil proqramlarına 

birləşdirilməsi də daxildir(məsələn, qoşunların yeridilməsindən öncəki təlim 

modulları).

Başqa təşkilatlarla, məsələn, NATO Parlamentlər-arası Assambleya-

sı ilə də əməkdaşlıq edib, parlament üzvlərinin təcrübəsindən faydalanaraq 

əməkdaşlıq üçün potensial imkanlar aranır. Burada parlament üzvləri və on-

ların ştatlı işçiləri üçün xüsusi modulların hazırlanması imkanı da yaranır.



Təhcizat Zamanı Dürüstlüyün Möhkəmləndirilməsi

Konfrans aerokosmos və müdafi ə sənayesi müəsisələrinin ümumi Trans-

Atlantik sənaye davranış kodeksı hazırlamaq üzrə təşəbbüslərini və səylərini 

nəzərə aldı. Bu cür təklifl əri, Müdafi ə Strukturlarında Dürüstlüyü Təmin 

etmək təşəbbüsləri ilə birləşdirmək səyləri davam eidr. Bu əsasda konfrans iş-

tirakçıları dürüslüyü təmin etmək, şəffafl ıq və cavabdehliyi təkmilləşdirmək 

üçün Ümumi Sanaye  Normaları haqda ən yaxşı təcrübələr ortaya qoya bilən 

bir seminar-konfrans haqda razılığa gəldilər. 

Daha sonra, hərbi təhcizat zamanı korrupsiya hallarının azaldılması üzrə 

ölkələrin təcrübələrinin mübadilə edilməsi niyyətləridir. Bu mübadilələrə se-

minar və  dəyirmi masalar vasitəsilə, maliyyə qaydaları  və  tənzimləmələri, 

dürüstlüyü təmin edən etik proqramların yerinə yetirilməsi və elektronik 

təhcizat sistemindən istifadə edərək rəqabətin artırılması  və cavabdehliyin 

təkmilləşdirilməsi kimi məsələlər daxil ola bilər. “Etik və Təhcizat” haqqında 

ən yaxşı təcrübə seminarı 2009-cu ilin payızinda Norvecdə keçirilmişdir.

Bundan  əlavə, etiraf olundu ki, hərbi təhcizat zamanı baş verən offset 

əməliyyatları  əlavə korrupsiya risklərini artırır və resursların tam təhciz 

edilməsinə kömək etmir. Bütün ölkələr ofsetlərlə bağlı siyasətlərini yenidən 

gözdən keçirərək, ofsetlərin yerinə yetirildiyi zaman riskləri ayırd etmək və 

şəffafl ığı artırmaq və cavabdehliyi təkmilləşdirmək istiqamətində addımlar at-

malıdırlar. Bu cür addımlara, ofset müqavilələri ilə müşaiyət olunan prosedur-

ların nəzərdən keçirilməsi,tender qiymətlərinin offset ilə və onsuz müqayisəsi 

nəticəsində qazanc və itkilərin kəmiyyət baxımından qiymətləndirilməsi də 

daxildir.




35

NATO və Dürüstlüyü Təmin etmə Təşəbbüsünün Təkamülü

Tədqiqat və Analiz yolu ilə Dürüslüyün Möhkəmlən-

dirilməsi

NATO Hərbi Kollecınin (NATO Defence College), NATO 

Məktəbinin(NATO School), SNT Təlim və Təhsil mərkəzləri və NATO Ek-

selens mərkəzlərinin(NATO Centres of Excellence) Dürüstlüyü Təmin etmə 

Təşəbbüsünün öz dərs proqramlarına və tədqiqat mövzularına çevirmələrinə 

sövq edilməsinin mühümlüyü geniş mənada qəbul edildi. Bu cür işlərə ƏBQ 

səviyyəsində dürüstlüyün təmin edilməsinin möhkəmləndirmək və ən yaxşı 

təcrübələri ayırd edib nəticələrini NATO ilə, konfranslarda və kitablarda pay-

laşmaq daxildir. 

NATO /AATŞ-nın Dürüstlüyün Artırılmasına Dəstəyi

Aydındır ki, bütün ölkələr Dürüslüyü təmin etmə iş proqramını inkişaf 

etdirmək və  həyata keçirmək üçün mövcud səylərini daha da artırmalıdır-

lar. Könüllü maliyyə yardımları və təcrübə keçmək yolu ilə bu cür yanaşma 

ölkələrin bilik və bacarıqlarını artırar və ən yaxşı təcrübələri oyrənməyə təkan 

verər. 


İndiki zamanda bu təşəbbüsün əsas işi, ölkələri Dürüstlüyü Təmin etmə 

Trast Fondunun II Mərhələsi üçün maliyyə yardımını davam etdiməyə sövq 

etməkdir. Bundan başqa, NATO-nun Beynəlxalq İdarəsi, İqtisadi Əməkdaşlıq 

və İnkişaf Təşkilatı ilə işləməyə davam edərək, onun Trust Fonduna Rəsmi 

İnkişaf Yardımı (Offi cial Development Assistance) çərçivısində edə biləcəyi 

töhvəni aydınlandırmağa çalışacakdır.



Gələcək İşlər və İddialar

Monterrey konfransı, Dürüstlüyü Təmin etmə  Təşəbbüsünün irəli 

getməsində həlledici hadisə oldu. Müdafi ə Strukturlarında Dürüstlüyü Təmin 

etmə qiymətləndirmə konfransı yenidən 2011-ci ildə Hərbi Dəniz Məktəbində 

(Naval Post Graduate School) keçirilməsi qərara alındı. Bu tövsiyələrdən çı-

xış edərək yenidən AATŞ Səfi rləri üçün yeni qiymətləndirmə hesabatı hazır-

landı və ora 2010-2012 illəri üçün təklif edilən proqram da daxil edildi.  

Turbulent Dünyada Dürüstlüyün Təmin Edilməsi 

Çoxlu ölkələrin müdafi ə  və  təhlükəsizlik sektoru davam edən maliyyə 

böhranlarinin təsiri altına düşərək sərt büdcə problemləri ilə üzləşmişdir. 

Bir çox ölkələrdə müdafi ə və təhlükəsizlik sektoruna axan resursların,təhsil, 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə