Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə12/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   8   9   10   11   12   13   14   15   ...   163

21

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılmasına Yönəlmiş Srateji 

Yanaşma

Korrupsiyanı Azaltmaq Üçün Strateji Yanaşma 

Bu topluda təklif olunan strateji yanaşma (2.2 Şəkil) müdafi ə sektorunda 

korrupsiyanın azaldılmasının aşağıdakı yollarını görür:

•  Korrupsiyalı davranışın potensial faydalarının azaldılması (ən yüksək 

faydanın azaldılması);  və 

•  Gözlənilən itkilərin artırılması  (ən böyük itkilərin artırılması)

Bu hal, ordu rəsmilərinin davranışını  dəyişməyə xidmət edəcək, kor-

rupsiya hallarının aşağı salınmasına və korrupsiyanın törətdiyi zərərlərin 

ictimaiyyət üçün azaldılmasına aparacaqdır. Bütün bunlar Şəkil 2.2—də 

göstərilir.

Bu mexanizm dürüstlük, şəffafl ıq və məsuliyyətə xüsusi diqqət yetirən 

yanaşma üzərində qurulmuş qabaqcıl idarəetmə təklif edir:  

•  Dürüstlüyün təmin edilməsi korrupsiyalı davranışın mənəvi yükünü ar-

tırır və peşəkar davranış kodekslırı, etik tərbiyə, təhsil, mədəni mübadilələrlə 

bu yükün artmasında yardımcı olur. Nəticədə korrupsiya əməllərinin gətirəcəyi 

potensial qazancları da azaldır.  

 

Şəkil 2.2. Müdafi ə sektorunda korrupsiyanin azaldılması üçün stra-

teji yanaşmanın əsasları

•  Şəffafl ığın genişləndirilməsi aşgar olunma ehtimalını artıraraq 



gözlənilən cəzanı da artırır, o da öz növbəsində korrupsiya əməlinin zərərını 

artırır. Lakin müdafi ə sektorunda qərar qəbul etmə prosesində şəffafl ıq, açıq 

rəqabətli təynatlarla ,vəzifə böyüməsi ilə,  əmtəə  və xidmətlərin təhcizatı 

Qazancların 

və itkilərin pul  

ekvivalenti

Xalq üçün 

korrupsiyanın

gətirdiyi itkilərin  

azaldılması

 Korrupsiyalı dav-

ranışın gözlənilən 

xeyrini azaldır 

Ən yüksək qazanc

Ən çox itki    

Korrupsiyalı davranışın 

gözlənilən itkilərini artırır

Korrupsiya halları

Bir neçə korrupsiya halı



22

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

ilə birləşəndə ixtiyari səlahiyyətlərə  məhdudiyyət qoyulur və  nəticədə kor-

rupsiyadan  gələn potensial qazanc azalır.  Şəffafl ığın, səmərələliyin və 

məhsuldarlığın artırılması  fəaliyyətləri müdafi ə institutlarınin qurulmasına, 

xüsusilə də müdafi ə siyasəti və strategiyası, planlaşma, büdcə tərtibi və re-

surslarının idarə edilməsinə yönəlməlidir.

•  Qanunvericilik və hüquqi islahatlar yolu ilə cavabdehliyin 

təkmilləşdirilməsi, şübhələnən şəxsin məhkum edilməsi ehtimalını yuxarıya 

qaldırır və korrupsiyalı davranışa görə gözlənilən cəzanı artırır və məhkum 

olunursa korrupsiyaya bulaşmanın da hüquqi cəzası artır. Bu həmçinin kor-

rupsiyalı davranışın gətirəcəyi itkiləri artırır və  korrupsion əməlin gözlənən 

qazanclarını azaldır.



Haşiyə 2.4.   Seçilmiş Yanaşmaya Dəstək olan Empirik Dəlillər

Hərbi strukturlarda korrupsiyanın azaldılması üçün tətbiq edilən strateji 

yanaşma,qabaqcıl idarəetmə sistemində möhkəm empirik sübutlara 

əsaslanmışdır. 1996-cı ildən başlayaraq, Ümumidünya İdarəçilik 

Göstəriçiləri (Worldwide Governance Indicators project) layihəsi 212 

ölkənin və ərazilərin 1996-2008 dövrü üçün, idarəetmənin alti bölümünü 

əhatə edən həm ümumi həm də fərdi idarəçilik göstəricilərini bəyan edir: 

əhalinin  fi kirləri və dövlət strukturlarının məsuliyyəti; siyasi stabillik və 

zorakılığın olmaması; hökümətin səmərəliliyi; qanunçuluğun keyfi yyəti; 

qanun aliliyi və korrupsiyaya nəzarət.

NATO-ya 2004-ci ildə  qəbul olunmuş Bolqarıstan və Slovakiyanın 

idarəetmə  dəyərlərinin analizi, idarəçilik ilə korrupsiya arasında güclü 

qarşılıqlı əlaqənin olduğunu üzə cıxarmışdır. Nümünə kimi, Şəkil 2.3-də 

“hökümətin təsirliliyi” və “korrupsiyaya nəzarət” parametrləri üzrə yerləri 

göstərilib. Başqa hesablamalarda, korrupsiya dərəcəsi ilə başqa idarəçilik 

göstəriciləri arasındakı asılılıq göstərilir: açıqlıq, cavabdehlik, səmərəli 

hökümət və qanun alilliyi olan ölkələrdə korrupsiya ardıcıl olaraq aşağıdır.



23

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılmasına Yönəlmiş Srateji 

Yanaşma

Şəkil 2.3:Səmərəli Hökümət və Korrupsiyaya Nəzarət arasında 

Qarşılıqlı Əlaqə

Ölkələrin məhdud müdafi ə resurslarının olduğuna görə  və orduda 

dürüstlüyün, şəffafl ığın, məsuliyyətin  artırılması xərclər tələb etdiyindən, hər 

bir ölkənin, eyni ilə NATO-nun məqsədi  silahlı qüvvələrin səmərəliliyini və 

məhsuldarlığını saxlamaq şərti ilə, korrupsiyanı minimuma endirən optimal 

bir ortaqlıq tapıb dürüstlük,şəffafl ıq və cavabdehliyi təmin etməlidirlər. 

Bu cür optimal ortaq hər bir ölkənin mədəniyyətindən, oradakı şəraitdən 

və  həyata keçiriləcək tədbirlərin gətirəcəyi nəticələrdən asılı olacaqdır.  

Bir ölkədə optimal sayılan məqsəd, başqa ölkədə fərqli ola bilər. Nəzərə 

almaq lazımdır ki, hər bir ölkədə dürüstlüyün təmin edilməsi, şaffafl ığın 

artırılması  və cavabdehliyin təkmilləşdirilməsinə yönələn yatırımların 

səmərəliliyi həmin ölkənin tarixi ilə müəyyən dərəcədə bağlıdır və zaman 

keçdikcə də bu dəyişə bilər. 

Ona görə  də orduda dürüstlüyün təmin olunması  təşəbbüsləri çoxillik 

proqramlara  əsaslanmalıdır.  Bu da öz növbəsində, korrupsiyadan 

gözlənilən qazancların azalması  və onun itkilərinin ağır olmasını artırır.  

Ordunun imkanlarının və korrupsiyaya qarşı gördüyü tədbirlərin daimi 

qiymətləndirilməsi, o cümlədən, korrupsiyalı davranışın qarşısının alınması 

və  işıqlandırılması, həmçinin, uğurlu izahat işləri və  uğurlu nəticələrə 

aparan tədbirlər bu yanaşmaya daxildir.

Mənbələr:  Daniel Kaufmann, Aart Kraay and Massimo Mastruzzi, Governance Matters 

VIII: Aggregate and Individual Governance Indicators, 1996-2008 (June 29, 2009), World 

Bank Policy Research Working Pa¬per No. 4978; Ilin Stanev, “Daniel Kaufmann: Radical 

Transparency is the Best Solution for Reducing Cor¬ ruption,” Capital 29 (25 July 2009), 

22–23



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə