Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə20/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   16   17   18   19   20   21   22   23   ...   163

43

Müdafi ə Sektorunda Dürüstlüyü Təmin Etmək və Korrupsiyanı Azaltmaq Üçün Ölkələrin Yanaşması

Kanadanın  Əfqanıstanda  TSİ -la bağlı  işlərindən 7 il ötür. Kanadalı-

lar bu istiqamətdəki işlərində çoxtərəfl i  və birləşmiş yanaşmaya üstün-

lük verməyə çalışırlar və digər hökümətləri, o cümlədən- donor və  Əfqan 

hökümətini də- bu cür hərəkət etməyə sövq edirlər. İdarəçiliyin səmərəliliyini 

artırmaq təşəbbüsləri ilə,  Əfqan təhlükəsizlik qüvvələrinin ölkə  əhalisinin 

təhlükəsizliyini qorumaq gücündə olması üçün öz imkanlarını artırmaq 

təşəbbüsləri arasında bir tarazlıq yaradılması da axtarılır. Bu cür müsbət 

yanaşma Kanada hökümətinin Əfqanistanla bağlı yeni yanaşmasının tərkib 

hissəsi idi.

Soyuq müharibə bitəndən bəri, Kanada höküməti iqtisadi inkişafa və 

xüsusilə  də, problemli ölkələrin iqtisadi inkişafına yönəlmiş 4 punktdan 

ibarət əhatəli çərçivə sənədi qəbul etmişdir: insan təhlükəsizliyi,3-D yanaş-

ması, “hökümətin bütövlüyü” yanaşması və təhlükəsizlik sektorunda islahat 

işləri. Bu konsepsiyalar müxtəlif zamanlarda siyasi debatların mövzusu olsa 

da onlar bir-birini istisna etmirlər.(Şəkil 4.1). Əvəzində, onlar eyni müstəvidə 

istifadə olunsa da, fərqli dərəcələrdə Kanadanın  Əfqanıstanda fəaliyyətini 

səfərbər edən elementlər kimi görünürlər. 

Kanadanın 2001-02-ci illərdə Əfqanistana ilk gəlişindən bəri, baxmaya-

raq ki, o zamandan bəri Kanadada üç hökümət dəyişmişdir, məqsədlərində 

cüzi dəyişiklik olmuşdur.  Əsas məqsədlərdən biri də, Kanadanın gövrək 

ölkələrdə əhalinin təhlükəsizliyini təmin etmək strategiyasına uyğun olaraq

Əfqanistanda stabilliyə və iqtisadi inkişafa təkan verməkdir

27

.



Kanadanın  Əfqanistanda hərbi varlığı,Əfqanıstanda təhlükəsizlik sek-

torunda müxtəlif cür islahatlar aparmaq üçün Kanada hərbi kontingentini 

əsas elementə çevirmişdir. Bu cür fəaliyyətlər üçün əhatəli çərçivə  sənədi 

Əfqanıstan Paktında (Afganistan Compact)və daha ətrafl ı Əfqan Milli İnkişaf 

Strategiyasında(Afganistan National development Strategy(ANDS) ifadə edil-

mişdir. Bu sənədlər, Əfqan höküməti ilə başqa ölkələr arasında üç istiqamətdə 

5-illik proqram həyata keçirməyi planlaşdırır: təhlükəsizlik; idarəcilik, qanun 

aliliyi və insan hüquqları; və iqtisadi və social inkişaf (narkotikə qarşı geniş 

dördüncü proqram). Kanada hökümətinin  Əfqanıstanda fəaliyyət göstərən 

əsas idarələri göstərilən proqram sahələrinin ilk üç sahəsi ilə  tam uyğunluq 

təşkil edir. 

Təhlükəsizlik sektorunda islahatlar üçün Əyalət Bərpa Qruplarının işi 

həyati məna daşıyır. ƏBQ-ları Əfqanıstan bölqələrində təhlükəsiz bir şərait 

27  


“Kanadanın  Əfqanıstanda gələcək rolu ilə bağlı müstəqil Panel” (Manley Report kimi 

bilinir) (2008), http://dsp-psd.pwgsc.gc.ca/collection_2008/dfait-maeci/FR5-20-1-2008E.

pdf.



44

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

yaratmaq üçün yaradılmış mülki-hərbi tərəfdaşlıq qruplarıdır.  ƏBQ-ların 

strukturları da mülki-hərbi tərəfdaşlıqlar üzərində qurulmuşdur. ƏBQ-nın an-

caq hərbi qanadı  İSAF-ın komanda strukturuna daxildir. ƏBQ-larının  əsas 

məqsədlərindən biri, öz imkanları və vəsaitləri çərçivəsində, uyğun şəraitdə 

Əfqanıstanda bərpa işlərini irəli aparmaq üçün təhlükəsizlik sektorunda isla-

hat tədbirlərini dəstəkləməkdir. 

Şəkil 4.1. Təhlükəsizlik Sistemi və  İnkişafın Konsepsiyaları  və 

Əlaqələri

Menli Hesabatından sonra, “Kanadanın Əfqanıstanda fəaliyyəti ilə bağ-

lı: 2011 üçün Kursun Müəyyən edilməsi” hesabatı Ottava tərəfi ndən elan 

edildi

28

. Bu hesabat, Əfqanıstandakı vəziyyətlə bağlı tərəfsiz, açıq analiz və 



qiymətləndirmə ortaya qoyur. İdarəçiliklə əlaqədar olaraq, o davam edən ça-

tışmazlıqları Əfqan hökümət strukturlarının zəif iş qabiliyyətlərində, xalqın 

28 

 Kanada höküməti, Kanadanın Əfqanıstanda Fəaliyyəti: 2011 üçün Kursun Müəyyən 



edilməsi (Ottawa: Government of Canada, June 2008)

Kim tərəfi ndən?

Necə ?

Nə?


Kim üçün?


45

Müdafi ə Sektorunda Dürüstlüyü Təmin Etmək və Korrupsiyanı Azaltmaq Üçün Ölkələrin Yanaşması

inamının  getdikcə azalmasının günahını isə geniş yayılmış korrupsiyada gö-

rür.Hesabat bir necə təşəbbüs irəli sürmüş və onların bir qismi həyata keçmiş-

dir:


•  Hökümət daxilində,  Əfqanıstan üzrə Kabinetə bağlı xüsusi Komitə 

yaradılmış və bu məsələ üzrə Kanada siyasətinin idarələr- arası koordinasi-

yası Baş Nazirin Gizli Şurasının ixtiyarına keçmişdir. Gizli Şuraya rəhbərlik 

xarici işlər, müdafi ə, ictimai asayiş və Kanadanın beynəlxalq inkişaf agentliyi 

nazirlərinin müavinləri səviyyəsində tam ştatla təmin edilir. 

•  Hökümət, həmçinin, parlamentə və Əfqanıstan üzrə yeni yaradılmış 

Xüsusi Komitəyə  rüblük hesabatlar verir və  Əfqanıstanda gördükləri işlər 

haqda mətbuata və xalqa daha çox məlumatların verilməsi haqda öhdəliklər 

götürür. Hökümət, həmçinin Əfqanıstanda təhlükəsizlik, idarəetmə və iqtisa-

di inkişafl a bağlı gördükləri işləri qiymətləndirmək üçün kriteriyalar sistemi-

ni hazirlamağı vəd etmişdir. 

•  Kanadanın  Əfqanıstanda səyləri yenidən düzənlənmişdir. Təhlü-

kəsizlik və iqtisadi inkişaf yardımları Kandahar əyalətınə yönəlmişdir. 

Kandaharda yüksək səviyyəli mülki şəxs ƏBQ-ya rəhbər təyin olunmuş və 

Kanada vətəndaşlarının ölkədəki sayı əhəmiyyətli dərəcədə artmışdır. Ölkə 

içində Kanadalılara yerli şəraiti nəzərə alaraq sərbəst qərarlar verməyə daha 

çox azadlıq veriləcək. Bütövlükdə ölkəni götürsək, Əfqanıstanda demokratik 

idarəçilik və  səmərəli hökümət qərarları  qəbul edilməsi üçün və  həmçinin, 

Əfqanıstanda siyasi barışığın əldə edilməsi üçün Kanada öz səylərini davam 

etdirir.


         Tövsiyələr

•  Müdafi ə sektorunda dürüstlüyün təmin edilməsi təşəbbüslərinə

əsasən, müdafi ə institutları qurulması kontekstində yanaşılmalıdır.

•  Müdafi ə institutlarının,xüsusilə də gövrək ölkələrdə qurulmasına, in-

kişaf yardımı proqramları ilə bilavasitə koordinasiya edilən geniş təhlükəsizlik 

sektoru islahatları çərçivəsində baxılmalıdır. 

  



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə