Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə19/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   15   16   17   18   19   20   21   22   ...   163

41

Müdafi ə Sektorunda Dürüstlüyü Təmin Etmək və Korrupsiyanı Azaltmaq Üçün Ölkələrin Yanaşması

çox uzağa gedən ən gözəl nümunədir.

24

 

Xarici elementlər 



Dürüstlük, şəffafl ıq və cavabdehliyin bir çox elementləri müdafi ə struk-

turları üçün kənar elementlər sayılır, amma onların uğurları üçün önəmli rol 

oynayır. Müdafi ə inistitutlarının qurulması kampaniyası o vaxt uğurlu olacaq 

ki, o müdafi ə strukturlarının xaricində aparılan geniş  təhləkəsizlik sektoru 

islahatları ilə birləşsin. 

2009- cu ilin Fevralında, təhlükəsizlik sektoru islahatı istiqamətləri ilə 

bağlı ABŞ hökuməti üçün hazırlanan sənədin unikallığı ondan ibarət idi ki, 

o Müdafi ə Nazirliyi, Dövlət Departamenti və Beynəlxalq  İnkişaf Agentli-

yi (USAİD) tərəfi ndən birgə hazırlanıb təqdim edilmişdir. Bu sənədlərin 

əhəmiyyəti ondadır ki, onlar özündə  təhlükəsizlik sektorunda islahatla 

əlaqədar olan təşkilatları və strukturları, o cümlədən təhlükəsizlik inistitutla-

rından kənarda olan elementləri özündə birləşdirən daha əhatəli yanaşmaya 

ehtiyacın olduğunu ortaya qoyur. 

Birinci və yəqin ki, ən mühüm xarici konponentlər siyahısında, müdafi ə 

sektorunun fəaliyyətini  əsaslı hüquqi baza ilə  təmin edən parlamentlər və 

qanunvericilər durur. Bu qanunlar şəffafl iq tələbləri əsasında məhdudlaşdırıcı 

xarakter daşımalı, qanunsuz hərəkətləri müəyyən edərək və cavabdehlik tələb 

edərək qadağanedici olmalıdır. Parlament təhlükəsizlik orqanları üzərində 

nəzarəti təmin etməli və müdafi ə büdcələməsi və təhcizat işlərində şəffafl iğın 

və cavabdehliyin təmin edilməsində xüsusi rol oynamalıdır. Hərbi təşkilatlarda 

dürüstlüklə əlaqədar bizim yanaşmamız, seçilmiş qanunvericilərin həlledici 

rol oynamasına dəstək verən proqramların olmasıdır.

İkincisi, müdafi ə sektorunda şəffafl ığın və cavabdehliyin səmərəli yolla 

təmin edilməsi, ölkədə qanunun aliliyini təmin edən güclü mexanizmlərin 

olmasını  tələb edir. Məsələn,  əgər ölkənin  ədliyyə sisteminin işi düzgün 

təmin edilmirsə, o zaman hərbi təşkilatların cinayət axtarış qabiliyyətlərinin 

güclənməsi üçün edilən təşəbbüslərin mənasız olduğu üzə çıxacaqdır. Ölkənin 

təhlükəsizlik siyasəti və təcrübələri qanun aliliyi üzərində qurulmalıdır və ge-

niş  ədalət sistemi ilə  əlaqədə olmalıdır. Bizim səylər ona yönəlməlidir ki, 

hərbi təşkilatlar daxili və beynəlxalq hüququn çərçivəsində hərəkət etsinlər 

və bu təşkilatlar qanun aliliyini təmin edən səyləri dəstəkləsinlər və həyata 

keçirsinlər. 

NATO üzvlüyü məsuliyyətlərinə həm siyasi, həm də hərbi elementlər daxil-

dir. Ölkənin başqa sahələrindəki idarəçiliklə hərbi təşkilatların bir-birinə bağ-

lı olduqları haqdakı konsepsiya ittifaq tərəfi ndən çox yaxşı əsaslandırılmışdır. 

24

  7, 16 və 17 Fəsillərı Hərbi Dürüstlük Paktları-nın yerinə yetirilməsi ilə bağlı istiqamətlər 



və nümunələrlə təmin edir.


42

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Beləliklə, hərbi təşkilatlarda dürüstlüyün təmin edilməsi başqa nazirliklərdə 

təhlükəsizlik sahəsində islahatlar səyləri ilə üst- üstə düşməlidir.

25

Üçüncüsü, hərbi təşkilatlarda  şəffafl ıq və cavabdehliyin təmin 



edilməsində vətəndaş cəmiyyətlərinin də rolu var. Peşəkar təşkilatlar,araşdırma 

mərkəzləri,qeyri hökümət və müdafi ə qrupları, mətbuat və digər qruplar da 

bura daxildir. Hərbi təşkilatda dürüstlüyü təmin etmək kimi ümumi məqsədə 

yetmək üçün, məsuliyyətli vətəndaş cəmiyyətlərinə tərəfdaşlar və köməkçilər 

kimi baxıla bilər. 

Təhlükəsizlik sektoru fəaliyyətinin müşahidəsindən  əlavə, hökümətin 

bütün səviyyələri və strukturlarında dürüstlük, şəffafl ıq və cavabdehliyin 

təmin olunması üçün, xalqın səsinin ifadəçisi kimi, vətəndaş cəmiyyətlərinin 

mühüm rolu var. Ölkə  rəhbərləri,  əlavə olaraq dövlət təşkilatları daxilində 

dürüstlük mədəniyyəti tələblərinə riayət etməni təmin etməlidirlər. Bu 

mədəniyyət hökümətin bütün strukturlarına bütün səviyyələrdə aid olmalı və 

vətəndaş cəmiyyətləri bu mədəniyyətin möhkəmlənməsinə çalışmalıdır. Bi-

zim ümumi işimiz ayrı-ayrı ölkələrə özlərinin təhlükəsizliyini təmin etmək 

üçün potensial imkanlar yaratmaq və- müttəfi q  və  tərəfdaşlar kimi- bizim 

ümumi təhlükəsizliyimizə töhvə verməkdir. Bu iş təkcə bacarıqlı təhlükəsiz 

qüvvələri qurmaq yox,həmçinin, bu qüvvələri idarə edən və fəaliyyətini təmin 

edən hərbi təşkilatların bacarıq və imkanlarını da gücləndirməkdir. Təsirli və 

legitim olması üçün bu institutlar dürüstlük nümayiş etdirməli, şəffaf və ca-

vabdeh olmalıdırlar.

 ABŞ bu cür institutlar qurmaq üçün kömək edir. 



Təhlükəsizlik Sektorunda İslahata (TSİ) Kanada baxışı və 

Kanadanın Əfqanıstanda Rolu

26

Əfqanıstanın iqtisadi inkişafı üçün Kanadanın ortaya qoyduğu resursları 

və bu münaqişədə özünün ənənəvi sülhpərvər rolundan doğan və üzərinə gö-

türdüyü hərbi məsuliyyətıəri nəzərə alsaq, o zaman Kanadanın Əfqanıstanda 

öz imkanlarından daha çox iş gördüyünün şahidi oluruq. Kanada, Əfqanıstanda 

çalışan çoxlu sayda başqa ölkələrin və onların sülhməramlı qüvvələrinin, QHT-

lərin,hökümətlərarası təşkilatların, özəl hərbi və təhlükəsizlik şirkətlərinin və 

yerli və beynəlxalq medianın yaratdığı geniş koalisiyanın sadəcə bir üzvüdür.

(Əfqan hökümətinin özünün də rolu çox mühümdür). 

25  


NATO-nun gözləntisi odur ki, bu anlam tərəfdaş ölkənin“Üzvlük Fəaliyyət Planı”-na daxil 

ediləcəkdir.

26   

Bu bölmə  aşağıdakı yazı üzərində qurulmuşdur: David Law, “Canada in Afghanistan: 



Concepts, Policies, Actors, and Prospects,” Connections: The Quarterly Journal 8:3 (Summer 

2009): 25–51.




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə