Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə22/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   18   19   20   21   22   23   24   25   ...   163

52

Kadr Siyasətləri

Tələbatların müəyyənləşdirilməsi



Hazırlıq 

Şəkil 5.1. Kadrlar İdarəsinin Funksiyalari (Sadələşdirilmiş)

29

.

Kadr Məsələləri üzrə Ortaya Çıxan Korrupsiya Formaları

Kadr məsələləri üzrə qərar verən rəsmilərin olduqca böyük miqyasda kor-

rupsiya imkanları var. Bu həm hərbi qulluqçuların ierarxiya sistemində, həm 

də xüsusi kadr idarələrində  işləyənlərə aiddir. Hərbi qulluqçunun həyatına 

təsir edəcək hər hansı bir qərar stimul ola bilir: sərfəli təyinatlar,maliyyə və 

peşəkar mükafatlar və ya nadir güzəştlərin paylanması (məsələn yaşayış evı). 

Eynilə, gündəlik həyatla bağlı olan, məsələn,gündəlik iş tapşırıqları  və ya 

istirahət izni və s. də bura daxildir. Bundan əlavə, rəhbərliyin tabeçilikdə olan-

lar üzərində geniş səlahiyyətləri- həm qanunla, həm də vərdişlə- korrupsiya 

üçün imkanlar yaradır. Tabeçilikdə olan hərbçilər təhlükəli və çətin işlərdən 

azad olmaq üçün ya özləri yuxarıya rüşvət verirlər, ya da rəhbərlik və ya yaşlı 

zabitlər onlardan hədə və şantaj yolu ilə pul qoparırlar. Ümumiyyətlə, kadrlar 

sahəsindəki korrupsiya üç əsas prinsipal formada olur: oğurluq/pul qoparma, 

rüşvət və nüfuz şəbəkələri.



Oğurluq/Dələduzluq

Hərbi qulluqçuların maaşı və ya maddi rifahı üçün lazım olan şeylərə, 

məsələn, yemək,paltar və ya ev məsələlərinə  məsul olanlar bu imkanlar-

dan şəxsi qazancları üçün də faydalanırlar. Bunların bir qismi, açıq surətdə 

əmtəəni verməməklə həyata keçirilir, ancaq çox vaxt “ölü canlar” kimi alda-

dıcı texniklərdən və ya nəğd pulu geri almaqla həyata keçirilir. Korrupsiyanın 

29

  Jack Treddenick-kitabından istifadə edilmişdir, “Manpower Management,” in Defence 



Management: An Introduction (Geneva: DCAF, 2009), 127.

Strategiya

Planlaşdırma/

Proqramlaşdırma

Güc strukturu

Şəxsi heyət tələbatları

(Vaxta indekslənmiş)

Əldə olan qüvvələrin 

komplektləşdirilməsi

Buraxılış

Təyinat

Hazırlıq 



səviyyəsi İrəli 

çəkmə


Təlim/Tədris

Çağırış


 

 

 



 

 

 



 

 

 




53

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

digər formasına da rast gəlinir. Rəhbərlik- istər zabitlər və ya başqa hərbçilər 

olsun- öz səlahiyyətlərindən istifadə edib şəxsi  əmlakı  oğurlayır və ya 

tabeçiliyində olanların karyerasını və ya təhlükəsizliyini birbaşa hədələyərək 

onlardan əvəzinə pul qopardır və ya özünə xidmət etdirir. Sovet-üslublu “No-

menklatura” sistemləri, güclü komandir səlahiyyətləri ilə və söyüşlə hopmuş 

təhqir sistemi, səlahiyyətlərdən sui-istifadə üçün əhəmiyyətli dərəcədə mün-

bit şərait yaradır.



Rüşvət

Yaxşı kadr təyinatı verən səlahiyyətli rəsmilər bu qərardan faydalanan 

tərəfdən ya kompensasiya alır, ya da onu gözləyir. Aldıqları, kiçik hədiyyədən 

tutmuş (məsələn bir butulka şərab və ya araq) böyük nağd pula qədər dəyişir. 

Başqa cür işləyən sistemlərdə, hər hansı şəxs qaydalar və prosedurların ciddi 

tətbiq olunduğu halda özü üçün ala bilmədiyi faydalı  qərarı  vəzifəli  şəxsə 

rüşvət verməklə, qaydaları pozmaq və ya ondan yan keçmək yolu ilə əldə edir. 

(məsələn, sərfəli təyinat, təhsil almaq üçün seçim, uzadılmış istirahət günləri). 

Korrupsiya harada xroniki hal alıbsa, orada rüşvət gözləntiləri sistemlı şəkil 

alır; korrupsiya olmadığı halda, işin mahiyyətindən asılı olmayaraq, sistem 

həm alan ücün, həm də pul verən üçün arzuolunan nəticəni verməz. Kadrla 

bağlı qərar şəxsin maliyyə durumunu əlverişli edirsə (məsələn, əlavə maaşla 

təyinat), gözlənilən rüşvət də həmən gələcək əlavə qazancla mütənasub olur. 

İlk baxışdan, məlum qiymətlərlə və tərəfl ər arasında bərabər istifadə olunan 

bu cür sistemli korrupsiya işgüzar görünə bilər, ancaq əsil mənada bu bir 

məcburetmədir- vəzifədə olan, inam və məsuliyyət daşımalı olan şəxslərin-

hərbçilərin legitim haqlarının inkar edilməsidir.

Nüfuz Şəbəkələri

Bu rüşvətxorluğun başqa növüdür və çox vaxt onlar bir yerdə mövcudlu-

ğunu davam etdirir. Puldan daha çox, informasiya,nüfuzetmə,himayə,ilik də 

korrupsiyanın forması sayılır. Avtoritar sistemlərdə informasiyaya tələb böyük 

olduğundan, rəsmi kanallardan kənarda qeyri-rəsmi informasiya mübadiləsi 

hər hansı məsələyə nüfuz etmək üçün həlledici fayda gətirə bilir(və ya kor-

rupsiya imkanları). Bundan əlavə, rəsmi koordinasiya sistemləri yorucu oldu-

ğundan qarşılıqlı olaraq bir-birinin xeyrinə görülən işlər, arzu olunan nəticələr 

əldə etmək üçün normaya çevrilir. Nəticədə qarşılıqlı nüfuz mübadiləsi 

və bir-birinin xeyrinə  işləmək kimi mürəkkəb  şəbəkələr yaranır. Bu sovet 

sistemində mövcud olan “blat” sisteminə və nəticədə qeyri-rəsmi “klanlar” 

və himayəçi-müştəri münasibətləri yaradır. Müdafi ə sektoru daxilindəki 




54

Kadr Siyasətləri

himayədarlıq, cəmiyyətdəki klan sistemi vasitəsilə və ya ailə münasibətləri 

ilə et mənə -edim sənə və himayəçi-müştəri münasibətləri ilə birləşə bilir.        

Səciyyəvi İdarəetmə Sahələrində Risklər və Onların Azal-

dılması

Kadrların idarəetmə dövrəsinin istənilən mərhələsində( Bax Şəkil 5.1) 

səciyyəvi korrupsiya riskləri, kök salmış fırıldaqlar və onların qarşısını almaq 

üçün mümkün reseptlər vardır. Bu bölmə bir çox risklər və fırıldaqları ayırd 

edəcək və korrupsiya risklərini azaltmaq üçün ən yaxşı təcrübələrin bir neçə 

nümunəsini təqdim edəcəkdir. Lakin, bu tam səhnəni əks etdirən nümunələr 

deyil; korrupsiya fırıldaqları ancaq imkanlar və təxəyyüllərlə məhdudlaşır.

Yığım/Çağırış

Çağırış. Çağırışdan qaçmaq, Napolyonun ilk dəfə Fransada müasir çağı-

rış sistemini qəbul etdikdən sonra, əsas korrupsiya mənbəyinə çevrilmişdir. 

Bu gün çağırış bir çox ölkələrdə əsas biznesə çevrilmişdir; Rusiyada, çağırış 

ordudakı xidmət zamanı qəddar şəraitlə ad çıxardığından, çağırışdan möhlət 

almağın qiyməti $7000 civarındadır və ölkə boyu çağırış-əlaqəli rüşvət illik 

olaraq $350 milyonla ölçülür

30

. Çagırışdan yayınmanın əsas metodu, çağırış-



çının orduya yararsız olduğu haqda saxta tibbi kağız alması və ya təhsil üçün 

möhlət almasıdır. Çağırışçının, orduda xidmət etdiyi haqda saxta sənədi al-

ması da mümkündür. Bu cür sənədlərin verilməsi çağırış məntəqələrində kor-

rupsiyalaşmış rəsmilərin, o cümlədən həkimlərin və müəllimlərin şəbəkəsinin 

olmasını tələb edir. Tam çağırışdan yayınmadan əlavə,çağırışla məşqul olan 

rəsmilər rüşvət müqabilində döyüş bölgəsi olmayan və ya tələbkarlıq az olan 

yerlərə  də  əsgərləri saldırırlar. Onlar, həmçinin təhlükəli yerə göndərəcəyi 

haqda təhdidlərlə də, rüşvət ala bilirlər.Çağırışdan yayınma sxemləri sistemli 

və piramida şəklindədir. Yığılan pulların faizi yuxarıdakı rəsmilərə, bu sxem 

kimin himayəsi altındadırsa, ya Müdafi ə Nazirliyindəki yuxarı  səviyyəli 

rəsmilərdisə, ya da baş  ştabdakı adamlardırsa, “xərrac” kimi çatdırılır. Bu 

cür gəlirli əməliyyata nəzarət Müdafi ə Nazirliyində islahat səyləri üçün dilə 

gətirilməyən, həlledici məsələ ola bilər və müqavilə əsaslı orduya keçməyə 

qarşı gizli lobbiyə çevrilə bilər.



Təlim/Təhsil

Hərbi xidmətin nüfuzu yüksək olan ölkələrdə hərbi məktəblərə qəbul çox 

30 

 Moskvadakı  İndem QHT-nin dəyərləndirməsidir: Alastair Gee, “In Russia, the Favorite 



Pastime of Draft Dodging,” US News & World Report (29 December 2008).


Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə