Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə18/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   14   15   16   17   18   19   20   21   ...   163

39

Müdafi ə Sektorunda Dürüstlüyü Təmin Etmək və Korrupsiyanı Azaltmaq Üçün Ölkələrin Yanaşması

 Müdafi ə inistitutlarını qurulması üçün, dürüstlüyün təmin edilməsinin 

bölünməz və əvəz olunmaz zərurət olması haqda anlam ABŞ yanaşmasının 

3-cü əsasını təşkil edir. Qismən ABŞ-ın dürüstlüklə bağlı narahatlığı, birbaşa 

olaraq korrupsiya və onun doğurduğu aşındırıcı təsirdən kaynaklanır. Korrup-

siya bizim ümumi təhlükəsizliyimizə təhlükədir. Korrupsiya xarici düşmənin 

sizin müdafi ə imkanlarınızı sabotaj etməsindən də təhlükəlidir.Korrupsiya bi-

zim düşmənlərimizə kömək edir və rahatlıq verir.

Dürüstlüyün təmin edilməsi və korrupsiyanın azaldılması bir medalyo-

nun iki tərəfi  kimidir. Lakin dürüstlük üçün marağın daha çox müsbət əsasları 

var.Təhlükəsizlik üçün məsuliyyət daşıdığımız kimi, həmin təhlükəsizliyi də, 

bizim azadlıqlarımızı qorumaq üçün qurulmuş və demokratik, fərdi azadlıq-

lar və qanun aliliyi prinsipləri üzərində inşa edilmiş Şimali Atlantik İttifaqının 

təbiətini əks etdirən inistitutlar vasitəsilə qorumaq bizim məsuliyyətmizdir.

ABŞ, NATO və beynəlxalq və qeyri- hökumət təşkilatları ilə geniş şəffafl ıq 

və cababdehlik əsasında təkmilləşmiş müdafi ə təşkilatlarının yaranması üçün 

işləmək arzusundadır. 

Əsas Komponentlər 

Hərbi təşkilatlarda dürüstlüyün, şəffafl ığın, cavabdehlik və məsuliyyətin 

təmin edilməsi təşkilat daxili bacarıq və imkanlarla bərabər, bir çox xarici 

elementlərlə də xarakterizə olunur.Təşkilat daxili imkanlar dedikdə, insanları, 

prosesləri, təşkilat və infrastrukturu nəzərdə tuturuq. Bu imkanların hesabına 

milli təhlükəsizlik məqsədlərinə nail olmaq üçün hərbi vərdiş və bacarıqları 

inkişaf etdirir, saxlayır və tətbiq edirik.Ona görə də dürüstlüyü təmin etmək 

proqramlarında bütün bu komponentləri ifadə etmək çox vacibdir.



İnsanlar 

Uğur insanlardan başlayır.Təşkilatlar isə sadəcə örtüyə bənzəyir və iste-

dadlı mütəxəssislər özlərinin ideyaları  və resurslarını ora yığırlar və sonda 

təhlükəsizlik vasitələrinə çevirirlər. Ona görə də istər mülki, istərsə də hərbi 

mütəxəssislərin təlim və təhsili, hərbi təşkilatlarda dürüstlük mədəniyyətinin 

tərbiyə olunmasını diqqət mərkəzində saxlayır. Dürüstlük peşəkar inkişaf 

sistemində ən görkəmli xarakter kimi yer tutmalıdır. Hazırlıq təlimləri korrup-

siya halları daha çox baş verən sahələrdə, məsələn, təhcizat sahəsində işləyən 

mütəxəsislər üçün, həm etik məsələləri anlatmağa, həm korrupsiya halları ya-

randığı hallarda uyğun cavab verə bilmələri üçün hüquqi məsləhətlərin təmin 

edilməsinə yönəlməlidir.

Dürüstlük mədəniyyəti həlledici olsa da, hərbi mütəxəssislərin bu 

prinsiplər əsasında hərəkət etmələri üçün əllərində zəruri vasitələr olmalıdır. 

Hərbi mütəxəssislərin hazırlıq prosesi, öz təşkilatlarının şəffafl ıq və cavabdeh-




40

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

liyi ilə bağlı qiymətləndirmələr aparmaq üçün onları vasitələrlə təmin etməli, 

ən yaxşı praktikaları öyrətməli və bu praktikaları necə həyata keçirmək üçün 

praktiki biliklə təmin etməlidir. Dürüstlüyü və etikanı tərbiyə edən təhsil və 

təlim və təşkilatı dürüstlüyü qurmağa imkan verən vasitələr birdəfəlik hadisə 

yox, peşəkar karyera üçün davamlılıq tələb edir. 



Proseslər və Mexanizimlər 

Müdafi ə təşkilatının imkanlarını artırmaq üçün tələb olunan ikinci əsas 

element, təşkilatı işlədən proses və mexanizmlər içərisində dürüstlüyün təmin 

edilməsidir. Planlaşdırma,büdcə  tərtibatı  və  təhcizat sistemləri üçün vahid 

şəffafl ıq mexanizmlərinin olması olduqca önəmlidir.  

Müqavilələr hazırlanması prosesi və təhcizat sistemləri, onların üzərində 

nəzarəti təmin etmək üçün çox pilləli sistemlərdən və  bəyənilməli və 

yenidən nəzərdən keçirilməli punktlardan ibarət olmalıdır. Ölkənin milli 

təhlükəsizliyinə zərər vurmadan, bu prosesləri yoxlamaq imkanı olan xarici 

sistemlərin mövcud olması zəruridir.Bu sistemlərin köməyi ilə, həm də xarici 

yoxlamaların nəticələri əsasında qərarlar da qəbul edilir.Bu mexanizmlər və 

proseslər islahat gedən ölkənin tarixi, hüquq sistemi və mədəniyyəti ilə uyğun 

gəlməlidir. Ölkənin bu işi görməyə marağı olmasa, o zaman bu mexanizmlər 

də işləməyəcək. 



Təşkilat 

3-cü  ən önəmli element cavabdehlik və  nəzarəti təmin edən ölkə da-

xili təşkilatlardır, məsələn ABŞ –da bütün hökumət idarələrinin mustəqil 

izləyiciləri- baş müfəttişləri var.Onlar cavabdehliyi təmin edir və anonim 

hesabatları dəstəkləyir. Anonim hesabatlar, cəsarətli addımlarına görə cavab 

tədbirlərindən qorxan işçilər tərəfi ndən təqdim edilir.

Müstəqil müşahidəçilərdən başqa, problemlərin qarşısını almaq üçün da-

xili təşkilatlar da vardır.Məsələn, hüquqi və etik məsləhətçilər: onlar poten-

sial uğursuzluq ola biləcəyi hallarda, rəsmilərə və ya siyasətçilərə məsləhət 

verirlər. Kiçik bir önləyici tədbir, məsələn, təhcizat rəsmisinə periodik hüquqi 

bilik və ya məsləhət, gələcəkdə daha böyük xərclər tələb edən təhqiqat və ya 

ittihamların qarşısını alar. 



Şəbəkə

Dördüncüsü, dürüstlük, şəffafl ıq və cavabdehlik bir şəbəkədir.  Şəbəkə 

sözü həmişə binalar, kompyuterlər  şəbəkəsi kimi fi kirləri ağla gətirir. Biz 

burada hərbi təşkilatlarda dürüstlük üçün həlledici olan hüquqi və siyasi 

çərçivələri nəzərdə tuturuq. Məsələn,  şəffafl ıq və cavabdehliyin proses və 

mexanizmlərini kodlaşdıran davranış və prosedur qaydalarını hazırlamaq və 

çap etmək tələbləri. Dürüstlük Paktları- dürüstlüyü təmin etmək üçün “ən 

yaxşı praktikalardan biri”- dürüst şəbəkə qurmaq uçun ənənəvi vasitələrdən 




Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə