Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,99 Mb.
Pdf görüntüsü
səhifə25/163
tarix20.10.2017
ölçüsü2,99 Mb.
#5927
1   ...   21   22   23   24   25   26   27   28   ...   163

61

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

münasibətlərinin bir hissəsi olduğunu təmin etməyə imkan verir.



Haşiyə 5.3. Rütbə Artırılması Seçimində Dürüstlüyün Təmin edilməsi

Zabitlərin rütbələrinin artırılması ilə bağlı, ABŞ seçim komissiyaları seçim 

zamanı  obyektivliyin tam təmin edilməsi üçün yüksək səviyyədə tənzimləmə 

sisteminə malikdirlər. Oxşar proses mühüm karyera məsələlərində də tətbiq 

olunur. 

Komissiyaların çağırılması  və onların iş prosesinin istiqamətləri. 

Komissiyalar, müdafi ə naziri tərəfi ndən (ən yuxarı siyasi təyinat) lazım 

olduğu zaman (adətən ildə bir dəfə) çağırılır. Hər bir rütbə  və  hərbi 

birləşmələr (məsələn, döyüş hissələrinin zabitləri, mühəndislik zabitləri, 

tibbi zabitlər) üçün ayrıca komissiyalar mövcuddur, lakin onlar çox vaxt 

eyni zamanda və eyni yerdə görüşürlər. Nazir təlimat memorandumu ilə 

komissiyanı  təmin edir.Təlimat seçim metodlarını, seçim zamanı hansı 

amillərin nəzərdən kecirilməsini, seçilməli olan maksimum zabitlərin 

sayını və hesabatın verilməsi vaxtını açıqlayır.

Komissiyaya üzvlük.  Komissiya ən azı beş xidmətdə olan zabitdən 

təşkil olunur. Onlar yüksək peşəkarlıq səviyyəsinə  və dürüstlüyünə görə 

komandirlər tərəfi ndən təklif edilən siyahıdan ixtiyarı olaraq seçilir. 

Onların rütbəsi, rütbə veriləcək zabitlərin rütbəsindən yuxarı olmalıdır. 

Çox vaxt komissiya üzvləri komissiyanın görüşü olacaq yerə gələnə kimi

iştirak edəcəkləri komissiyanın spesifi k olaraq hansı  məsələyə baxacağı 

onlara məlum olmur. Hər bir zabit ikinci dəfə eyni rütbə və qoşun növləri 

üçün komissiya üzvü ola bilməz. Hər bir komissiyaya katib təyin olunur və 

o gedən görüşü protokollaşdırır və təşkilati baxımdan kömək edir. Adətən 

onlar kadrlar şöbəsi müdürü olur, ancaq hər hansı namizədin birbaşa rəisi 

olmur.

Komissiya üzvləri özlərinin tabe olduğu hərbi vertikaldan başqa, heç kimə 



seçim komissiyasının üzvü olduğu haqda xəbər verməməlidir. Komissiya 

iclasının getdiyi ərazidə, qeyri rəsmi telefon zəngləri və ya kiminləsə 

görüşmək qadağandır. Heç bir komissiya üzvü iclasın gedişi ilə bağlı 

informasiyaları kənar adamlara, o cümlədən tabe olduğu və ona tabe olan 

zabitlərə verə bilməz. Həmçinin rəsmi nəticələr məlum olmayınca heç bir 

komissiya üzvü nəticələri açıqlaya bilməz. Komissiya üzvləri and içərək 

işə başlayır və öhdəlik götürürlər ki, heç bir namizəd və ya zabitlər qrupuna 

qarşı xüsusi münasibət bəsləməyəcək və ya bu istiqamətdə  iş görən 

komissiya üzvləri ilə də əməkdaşlıq etməyəcək.  Həmkarları da hər hansı 

pozuntu edərlərsə, komissiya üzvləri o haqda xəbər verməlidirlər. 




62

Kadr Siyasətləri

Prosesin dürüstlüyü. Komissiya üzvləri üçün lazım olan məlumatlar ciddi 

olaraq tənzimlənir və zabitin şəxsi işindən və yazışmalarından götürülür. 

Komissiyaların iclası 30 gün öncə elan olunur. Komissiya tərəfi ndən 

baxılacaq zabitlərin adları,onlarla görüş vaxtı  və onlar haqda bütün 

yenilənmiş  və düzgün rəsmi məlumatlar elan olunur. Üçüncü tərəfdən, 

istər yaxşı, istər pis olsun,zabitin yazışmasına bərkidilmiş qeyddən başqa 

heç bir qeyd komissiyaya verilə bilməz. Bir çox məlumatlar, məsələn, ərin/

arvadın iş yerinin göstərilməsi qadağan edilir. 

Hər bir komissiya üzvü, pis və ya yaxşı olmasından asılı olmayaraq, 

təlimatın izn vermədiyi heç bir başqa məsələni iclasın gündəliyinə sala 

bilməz. Komissiya üzvlərinin şəxsi bilgiləri və ya irəli sürülən namizədin 

peşəkar keyfi yyətlərinin qiymətləndirilməsi, ancaq general rütbəsi 

verilməsinə baxıldığı zaman nəzərə alına bilər.

Heç kimin komissiya və ya Müdafi ə Naziri qarşısında çıxış edib öz 

fi krini  söyləmək və ya başqasının adından çıxış etmək hüququ yoxdur. 

Komissiya üzvləri ilə danışıb qərarlara təsir etmək hərbi təlimatı 

pozmaqdır. Müdafi ə Naziri komissiya qarşısında çıxış edə bilər: lakin onun 

çıxışlarının səsi yazılır, sonra yazılı formaya salınır və bütün komissiya 

üzvlərinə paylanır. Müdafi ə Naziri və ya onun nümayəndəsi, komissiya 

sədrləri, komissiya üzvlərı, protokol katibləri və təşkilatı işçilərlə ixtiyarı 

görüşlər keçirib,komissiyanın qanunlara, təlimatlara və müəyyən edilmiş 

istiqamətlərə nə qədər uyğun hərəkət etdiyini öyrənir.



Qərarların dürüstlüyü. Komissiya üzvlərinin çoxluğunun səsi ilə tövsiyələr 

qəbul olunur: komissiya sədrinə hər hansı bir namizəd haqda səsvermənin 

qarşısını almağa izn verilmir. Heç bir mülki və hərbi rəsmi şəxs hər hansı 

bir fərdin komissiya tərəfi ndən tövsiyə edilməsinin lehinə  və  əleyhinə 

göstəriş verə bilməz. Komissiyanın hesabatı Müdafi ə Nazirinə  təqdim 

olunur, o isə hesabatı bəyənilmək üçün prezidentə göndərir və ya yenidən 

komissiyaya göndərərək müəyyən məsələlərin yenidən baxılmasını  tələb 

edir.  Əgər Nazir hər hansı  şəxsin adını  çıxartmağı  tələb edirsə, onda o 

komissiyanı  əlavə informasiya ilə  təmin edir və bu informasiya həmən 

şəxsə də mütləq təqdim edilir və ona izahat verməyə də şans verilir. Lakin, 

Nazirin komissiyanın hazırladığı hesabatı  dəyişməyə hüququ yoxdur. 

Ancaq ABŞ prezidentinin hesabat bəyənilməzdən öncə, rütbəsi artırılmaq 

üçün tövsiyə edilmiş hər hansı şəxsin adını çıxarmaq hüququ var. Hesabat 

bəyənildikdən sonra, o ABŞ Senatına gedir. Senat mayor və ondan yuxarı 

rütbələri təsdiq edir.

Mənbə: Department of the Army, Offi cer Promotions, Army Regulation 600–8–29 (25 

February 2005), www.army.mil/usapa/epubs/pdf/r600_8_29.pdf.



Yüklə 2,99 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə