77
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
• YSB sahibinin səlahiyyətinə ötürülmüş maliyyə, kadr,
kommersiya səlahiyyətləri və digər səlahiyyətlər;
Sazişə, həmçinin, YSB-nın görəcəyi işlər də daxildir. Bu işlər Müdafi ə
Planında əksini tapmış hərbi məqsəd və hədəfl ərin əsasında formalaşır.
YSB müdürləri öz təşkilatlarının fəaliyyətinə cavabdehdirlər, o cümlədən,
onların tabeçiliyində olan iş yerləri və agentliklərin fəaliyyətinə də
məsuldurlar. Bu cür müəsisələrin və agentliklərin müdürləri, müəyyən
uyğun səlahiyyətlər alırlar və YSB müdürü qarşısında istifadə etdikləri
vəsaitlərə görə məsuldurlar.
YSB müdürləri ortaya qoyacaqları nəticələrə görə və istifadə olunan
vəsaitlərə görə Müdafi ə Komitəsinin vasitəsilə Müdafi ə Nazirinin daimi
muavini və baş ştabın rəisi qarşısında cavabdeh və məsuldurlar. Daimi
müavin isə- Nazirliyin mühasibat işlərinə baxan şəxs kimi- birbaşa
olaraq şəxsən parlament qarşısında hərbi vəsaitlərin qənaətlə, məhsuldar
və səmərəli istifadəsinə, tədbirli rəhbərliyə və müdafi ə xərclərinin
əsaslandırılmış, düzgün xərclənməsinə görə məsuliyyət daşıyır.
Səlahiyyətin ötürülməsi və cavabdehlik və məsuliyyəti birləşdirərək Böyük
Britaniyanın Müdafi ə Nazirliyi “balanslaşdırılmış göstəricilər sistemi” (
Balanced Scorecard) yanaşması tətbiq edir. Bu strateji planlaşdırma və
idarəetmə sistemi, bütün səviyyələrdəki biznes fəaliyyətlərini nazirliyin
baxış və strategiyası ilə uzlaşdırmağa, planlaşdırılmış məqsədləri
və parametrləri nizama salmağa, daxildə və kənarda xəbərləşməni
təkmilləşdirməyə və strateji məqsədlər fonunda hərbi təşkilatın gördüyü
işləri müşahidə etməyə istifadə olunur.
Mənbələr: UK Ministry of Defence, How Defence works. Defence Framework (London:
Ministry of Defence, 2009); UK Ministry of Defence, Defence Plan 2007 (London:
Ministry of Defence, 2007)
.
2. Düzgün mühasibatın yerində olması lazım. Mühasibat sistemı də
çoxtərəfl i, vaxtlı-vaxtında və daimi audit üçün açıq olmalı.
3. Bütün əsas proqramların və layihələrin həyata keçirilməsi ilə bağlı
risklərin olması başadüşüləndir və müvafi q risk idarəetmə mexanizmləri və
vasitələri olmalıdır.
Büdcə etibarlılığını təmin etmək üçün müdafi ə büdcəsi tərtibinin
əhatəliliyinin üç cəhəti aşağıda verilmişdir:
1. Büdcəni planlaşdıranlar hərbi nazirliyin bütün illik əməliyyatlarını
və bütün fəaliyyətlərini əhatə edirlər. Hərbi büdcədən kənarda heç nə edil-
78
Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi
mir və heç bir ödəniş edilmir. Müdafi ə Nazirliyi iqtisadi fəaliyyətlə məşğul
olursa və ya müştərilərdən müəyyən xidmətə görə pul almasına icazə verirsə,
bütün uyğun əməliyyatlar büdcələmə prosedurları ilə həyata keçirilir. Buraya
bir büdcə ilindən o birisinə edilən beynəlxalq əməliyyatlar və köçürmələr,
həmçinin, müdafi ə xərcləri üçün xərclənən maliyyənin geriyə ödəmələri də
daxildir.
2. Büdcələmə prosesinə uc-uca bir geniş proses kimi bütöv baxılır və si-
yasi məqsədlərin formalaşdırılmasından başlayaraq, hərbi tələbatlar və proq-
ramlardan keçərək, büdcənin istifadəsi, hesabatı və hesabatları audit etməyi
nəzərdə tutur.Bu prosesın dürüstlüyü həmişə saxlanılır.
3. Büdcənin planlaşdırma prosesləri, özünün bir neçə mərhələsində,
alternativ qərarlara da baxır. Büdcə planlaşdırılan zaman, onlar mümkün
alternativ yolları da arayırlar. Məhdud analitik bacarıqlara görə bu mümkün
olmasa, əgər söhbət konkret müdafi ə imkanları üçün tələbatdan gedirsə, onlar
yenə də iki və ya çox keyfi yyətcə fərqli alternativ yolları qiymətləndirirlər.
Həyata keçirilmiş proqramların nəticələrinin geniş miqyaslı auditi
müdafi ə büdcələməsi və maliyyə idarəetməni möhkəmlədir və əlavə örnək
qazandırır. Büdcədən əhəmiyyətli dərəcədə ehtiyatlar ayrılmadan öncə plan-
lama prosesinə birbaşa cəlb olunmayan adamlar tərəfi ndən ayrı-ayrı qərarların
ilkin olaraq audit edilməsi, müdafi ə sektorunda korrupsiyanın azaldılması və
dürüstlüyün təmin edilməsi baxımından mühüm vasitə kimi görünməkdədir.
35
Beynəlxalq Layihələrdə Şəffafl ıq
Son onilliklər ərzində,hərbi büdcələmə və büdcələrin səffafl ığı mühüm
təhlükəsizlik və inam yaradan vasitə kimi görünməkdədir. Təəccüblü deyil
ki, 1990-cı illərdə Yuqoslaviyada müharibələr bitəndən sonra start verilən
Cənubi Şərqi Avropa üçün Stabillik Paktının ilk təşəbbüslərindən biri Büdcə
Şəffafl ığı Təşəbbüsü (BTİ) idi. O 6.5 Haşiyəsində qısa təqdim edilib.
Bu təşəbbüsün məqsədlərindən biri, büdcələmə prosesləri və onun
əsaslandırılması, həmçinin müdafi ə büdcələri haqqında informasiya
mübadiləsi etmək idi. Uzun illər ərzində, bu təşəbbüsün katibliyinin çap et-
diyi iki illik-toplular, Cənubi Şərqi Avropa ölkələri üçün hərbi büdcələmə
məlumatları ilə bağlı ən geniş və nüfuzlu mənbəyə cevrilmiş və geniş
ictimaiyyət üçün də açıq olmuşdur.
36
35
Valeri Ratchev, “Effective Defence Policy through Integrated Management, Transparency,
and Accountability,” in Integrity in Defence: Effective, Transparent and Accountable Man-
agement (Sofi a: Euro-Atlantic Education Initiative, 2009), 1–94.
36
Budget Transparency Initiative Secretariat,
Yearbook on Defence Spending in South-