71
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Bu həmişə belə olmamışdır. Kamerallı büdcə tərtibatı və mühasibat
sistemləri, orta əsrlərin sonunda Avropada tətbiq edilmişdir. Hökmdarın
maliyyə ili ərzində müəyyən qədər pul xərcləmək hüququ var idi. Xərclərə
nəzarət edilsə də, nəticələrin ciddi qiymətləndirilməsi getmirdi. Bu cür
sistemlər həmçinin “büdcə resurslarının” büdcə tərtibatı və maliyyə idarəetmə
sistemləri də adlanır və bir çox ölkələrdə müdafi ə sektorunun maliyyə
idarəetməsində istifadə olunur. Bu ölkələrdə, parlamentlər, hökümətin tərtib
etdiyi və pul miqdarı ilə ifadə olunmuş, məsələn, hərbi və mülki heyət üçün,
əməliyyatlar və ordunun saxlanması üçün, yatırım üçün, tədqiqat və inkişaf
üçün büdcə təklifi nə səs verir. Praktikada,hətta bundan daha ətrafl ı səviyyədə
müdafi ə tələbatlarını nəzərə alan və pul miqdarı ilə ifadə olunan müdafi ə
büdcəsi təklifi , siyasi məqsədlər və büdcə tələbi arasında bağlılığı təmin et-
mir.
Öz növbəsində, məqsədlər, strategiya və icra arasında açıq və audit olu-
na biləcək bağlılığın təmin edilməsi həm nəticələri, həm də fəaliyyəti analiz
və qiymətləndirmək üçün əvəzsizdir. 6.2 Haşiyəsi dövlət maliyyə idarəetmə
sistemlərinin və praktikalarının fəaliyyətini qiymətləndirmək üçün mühüm
ölçülər təqdim edir.
Proseslərin Dürüstlüyü
“Xərcləmə-orientasiyalı” büdcə tərtibatının əksinə olaraq, təhlükəsizlik
və hərbi məqsədləri hərbi imkanlar tələbatına və uyğun proqramlara və sonra
da büdcə tələb etmə mərhələsinə keçirmək üçün “nəticə” və “məhsuldarlığa”
meylli sistemlərdən istifadə olunur. Bunun məlum olan ən yaxşı sistemı ABŞ
Müdafi ə Nazirliyinin Planlaşdırma, Proqramlaşdırma və Büdcə Tərtibatı Sis-
temidir (PPBS). Bu sistem 1960-cı illərin əvvəlində Müdafi ə Naziri Robert
MakNamaranın (Robert S. McNamara) göstərişi ilə Müdafi ə Nazirliyinin
Baş Müfəttişi Çarlz Hitç ( Charles J. Hitch) tərəfi ndən hazırlanmışdır. Çox-
lu sayda ölkələr, xüsusilə də Şərqi və Mərkəzi Avropa və post-sovet keçid
dönəmində olan keçmiş Sovet Respublikaları da bu sistemi təkrar edərək və
ya uyğunlaşdırma apararaq, özlərinin müdafi ə sistemində məhsuldar və təsirli
idarəetmə və səmərəli nəzarəti təmin etmək üçün istifadə edirlər.
72
Hərbi Büdcə Tərtibatı və Maliyyə Resurslarının İdarəetməsi
Haşiyə 6.2. Dövlət Maliyyə İdarəetməsində İdarə Etməni Dəyərləndirmək
üçün Mühüm Parametrlər
Dünya Bankının İctimai Xərclər və Maliyyə Cavabdehliyi (Public
Expenditure and Financial Accountability-PEFA) təşəbbüsü açıq və qaydalı
icra (Performance Measurement Framework system) fəaliyyəti ilə bağlı altı
parametrli ölçü sistemini aşağıdakı kimi müəyyən etmişdir.
1.Büdcənin etibarlılığı: Büdcə realdır və nəzərdə tutulduğu kimi həyata
keçirilməlidir;
2.Əhatəlilik və şəffafl ıq: Büdcə və maliyyə ili üçün risklərə nəzarət
çoxtərəfl idir və maliyyə və büdcə məlumatları ictimaiyyətə açıq olmalıdır;
3.Hökümətin siyasəti əsasında büdcə tərtibatı: Büdcə hökümət siyasətinin
məqsədlərinə uyğun hazırlanır;
4. Proqnozlaşdırma və büdcənin istifadəsinə nəzarət: Büdcə qayda ilə
və proqnozlaşdırıla bilən formada istifadə olunur və dövlət büdcəsinin
istifadəsinə nəzarəti və rəhbərliyi həyata keçirmək üçün mexanizmlər
mövcud olmalıdır;
5. Mühasibat, məlumatların yığılması və hesabat: Müvafi q hesabat sənədləri
haqda məlumatlar və xəbərlər qərar qəbul-etmə, idarəetmə və hesabat
üzərində nəzarəti təmin etmək üçün dərc olunur, saxlanılır və yayılır.
6. Kənar nəzarət və audit: Dövlət maliyyəsinin işlənməsinə dair və
icra orqanlarının pozuntular olduğu zaman davranışı ilə bağlı nəzarət
mexanizmləri.
Mənbə: World Bank, Public Financial Management: Performance Measurement
Framework (Washington, DC: PEFA Secretariat, June 2005), 2.
PPBS kimi sistemlər hərbi məqsədlər və büdcə arasında və həmçinin uzun
və orta müddətli planlar və proqramlar ilə cari fəaliyyət arasında şəffaf əlaqə
təmin edir. Bu cür əlaqənin olduğu zaman, həm icra, həm də qanunvericilik
orqanlarındakı qərar verənlər, qəbul etdikləri qərarın müdafi ə üçün ümumi
büdcə ayrılmalarına və onların müdafi ə tədbirləri və ya fəaliyyət proqramları
üçün paylanmasına, müdafi ə məqsədlərinin qarşılanmasına və eynilə ölkənin
təhlükəsizliyi üçün mövcud olan risklərə nə cür təsir etdiyini başa düşmək
iqtidarında olacaqlar. Bu cür sistemlər şəffafl ıq və cavabdehliyi qoruyaraq,
dəyişən şəraitlərdə büdcə tərtibatı çevikliyini də təmin etməyə xidmət edir.
Lakin,PPBS özü-özlüyündə qərar qəbul etməyə dəstək verən güclü me-
73
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
xanizm olsa da, bütövlükdə müdafi ə sektoru idarəetmə dövrəsində dürüstlüyə
təminat vermir. O məqsədə görə, PPBS büdcənin istifadəsinə nəzarət,
cavabdehlik,qiymətləndirmə və audit kimi mohkəm mexanizmlər ilə ta-
mamlanmalıdır. Ona görə də, son zamanlar ABŞ Müdafi ə Nazirliyi İcra və
Qiymətləndirmə(Execution and Assesment) mərhələlərini də “PPB”-yə əlavə
etmişdir və indiki zamanda PPBEA sistemındən istifadə edir. PPBEA sistemı
büdcə resursları və legitimlik, səmərəli və məhsuldar idarəetmə üzərində ge-
niş nəzarəti təmin edir.
33
Bir çox ölkələr müdafi ə məqsədlərinin, strategiyanın, planlar və fəaliyyət
nəticələrinin uzlaşdırılmasının zəruriliyini önə çəkərək, onların dəyişən
mühitdə strateji müdafi ə idarəetməsi çərçivəsində bir-biri ilə uzlaşmasını
saxlayan mexanizmlər yaradırlar. 6.3 Haşiyəsi müdafi ə büdcəsi tərtibatının
və maliyyə idarəetməsinin, strateji idarəçilik çərçivəsinə necə salınması haq-
da nümunə gətirir. Bu çərçivə dinamik planlaşdırma və icra etmə şəraitində,
siyasi orientasiya, şəffafl ıq, etibarlılıq və həmçinin daxili və kənar yoxlama-
lara zəmanət verir.
34
Dəyişən şəraitdə büdcə tərtibatı prosesinin dürüstlüyünün təmin edilməsi
çox mühümdür və xüsusilə də uzun müddət üçün büdcə perspektivləri hazır-
lanan ölkələrdə olduğu kimi. 6.4 Haşiyəsində, Böyük Britaniyanın timsalın-
da dörd illik büdcə perspektivi nümunəsi təqdim olunur. Burada büdcədən
istifadə səlahiyyəti budcələmə prosesində iştirak edən digər təşkilata verilir.
Hollandiyanın hərbi təşkilatları, məsələn, gündəlik əməliyyat
proseslərındə təcili tələb olunan hərbi imkanları ödəmək üçün qısa-müddətli
düzəlişlər etmək mexanizmlərinə malikdirlər və o “sürətləndirmə” təhçizatı
adlanır. Bu mexanizmlər kiçik proqramlar olub, büdcə sahibinin səlahiyyətinə
daxildir. Bu cür hallar əhəmiyyətli dərəcədə etibarlı, real planlar irəli sürən,
gözlənilməyən halları vaxtinda həll etməyə hazır olan planlaşdırma sistemində
baş verir. İstənilən halda, bu cür büdcə xərcləri daimi olaraq daxili və kənar
yoxlamalara və audit mexanizmlərinə tələbatların təxirə salınmazlığı və ya
məxviliyindən asılı olmayaraq açıq olmalıdır.
33
Francois Melese, “Instruments for Measuring Accountability, Transparency and Control
of Expenditures in the Security and Defence Sector,” presentation to the NATO-RACVIAC
conference on Better Management of Defence Resources, Including Building Integrity in the
Armed Forces, Zagreb, Croatia (14-16 September 2009).
34
Bu nümunə hərbi büdcələmənin və maliyyə idarəetməsinin təkmilləşməsinə yönəlmiş
prosess yanaşmasıdır. Dəstəkləyici təşkilati dəyişikliklər nümunəsi üçün Haşiyə 17.1-ə bax.
Dostları ilə paylaş: |