61
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
münasibətlərinin bir hissəsi olduğunu təmin etməyə imkan verir.
Haşiyə 5.3. Rütbə Artırılması Seçimində Dürüstlüyün Təmin edilməsi
Zabitlərin rütbələrinin artırılması ilə bağlı, ABŞ seçim komissiyaları seçim
zamanı obyektivliyin tam təmin edilməsi üçün yüksək səviyyədə tənzimləmə
sisteminə malikdirlər. Oxşar proses mühüm karyera məsələlərində də tətbiq
olunur.
Komissiyaların çağırılması və onların iş prosesinin istiqamətləri.
Komissiyalar, müdafi ə naziri tərəfi ndən (ən yuxarı siyasi təyinat) lazım
olduğu zaman (adətən ildə bir dəfə) çağırılır. Hər bir rütbə və hərbi
birləşmələr (məsələn, döyüş hissələrinin zabitləri, mühəndislik zabitləri,
tibbi zabitlər) üçün ayrıca komissiyalar mövcuddur, lakin onlar çox vaxt
eyni zamanda və eyni yerdə görüşürlər. Nazir təlimat memorandumu ilə
komissiyanı təmin edir.Təlimat seçim metodlarını, seçim zamanı hansı
amillərin nəzərdən kecirilməsini, seçilməli olan maksimum zabitlərin
sayını və hesabatın verilməsi vaxtını açıqlayır.
Komissiyaya üzvlük. Komissiya ən azı beş xidmətdə olan zabitdən
təşkil olunur. Onlar yüksək peşəkarlıq səviyyəsinə və dürüstlüyünə görə
komandirlər tərəfi ndən təklif edilən siyahıdan ixtiyarı olaraq seçilir.
Onların rütbəsi, rütbə veriləcək zabitlərin rütbəsindən yuxarı olmalıdır.
Çox vaxt komissiya üzvləri komissiyanın görüşü olacaq yerə gələnə kimi,
iştirak edəcəkləri komissiyanın spesifi k olaraq hansı məsələyə baxacağı
onlara məlum olmur. Hər bir zabit ikinci dəfə eyni rütbə və qoşun növləri
üçün komissiya üzvü ola bilməz. Hər bir komissiyaya katib təyin olunur və
o gedən görüşü protokollaşdırır və təşkilati baxımdan kömək edir. Adətən
onlar kadrlar şöbəsi müdürü olur, ancaq hər hansı namizədin birbaşa rəisi
olmur.
Komissiya üzvləri özlərinin tabe olduğu hərbi vertikaldan başqa, heç kimə
seçim komissiyasının üzvü olduğu haqda xəbər verməməlidir. Komissiya
iclasının getdiyi ərazidə, qeyri rəsmi telefon zəngləri və ya kiminləsə
görüşmək qadağandır. Heç bir komissiya üzvü iclasın gedişi ilə bağlı
informasiyaları kənar adamlara, o cümlədən tabe olduğu və ona tabe olan
zabitlərə verə bilməz. Həmçinin rəsmi nəticələr məlum olmayınca heç bir
komissiya üzvü nəticələri açıqlaya bilməz. Komissiya üzvləri and içərək
işə başlayır və öhdəlik götürürlər ki, heç bir namizəd və ya zabitlər qrupuna
qarşı xüsusi münasibət bəsləməyəcək və ya bu istiqamətdə iş görən
komissiya üzvləri ilə də əməkdaşlıq etməyəcək. Həmkarları da hər hansı
pozuntu edərlərsə, komissiya üzvləri o haqda xəbər verməlidirlər.
62
Kadr Siyasətləri
Prosesin dürüstlüyü. Komissiya üzvləri üçün lazım olan məlumatlar ciddi
olaraq tənzimlənir və zabitin şəxsi işindən və yazışmalarından götürülür.
Komissiyaların iclası 30 gün öncə elan olunur. Komissiya tərəfi ndən
baxılacaq zabitlərin adları,onlarla görüş vaxtı və onlar haqda bütün
yenilənmiş və düzgün rəsmi məlumatlar elan olunur. Üçüncü tərəfdən,
istər yaxşı, istər pis olsun,zabitin yazışmasına bərkidilmiş qeyddən başqa
heç bir qeyd komissiyaya verilə bilməz. Bir çox məlumatlar, məsələn, ərin/
arvadın iş yerinin göstərilməsi qadağan edilir.
Hər bir komissiya üzvü, pis və ya yaxşı olmasından asılı olmayaraq,
təlimatın izn vermədiyi heç bir başqa məsələni iclasın gündəliyinə sala
bilməz. Komissiya üzvlərinin şəxsi bilgiləri və ya irəli sürülən namizədin
peşəkar keyfi yyətlərinin qiymətləndirilməsi, ancaq general rütbəsi
verilməsinə baxıldığı zaman nəzərə alına bilər.
Heç kimin komissiya və ya Müdafi ə Naziri qarşısında çıxış edib öz
fi krini söyləmək və ya başqasının adından çıxış etmək hüququ yoxdur.
Komissiya üzvləri ilə danışıb qərarlara təsir etmək hərbi təlimatı
pozmaqdır. Müdafi ə Naziri komissiya qarşısında çıxış edə bilər: lakin onun
çıxışlarının səsi yazılır, sonra yazılı formaya salınır və bütün komissiya
üzvlərinə paylanır. Müdafi ə Naziri və ya onun nümayəndəsi, komissiya
sədrləri, komissiya üzvlərı, protokol katibləri və təşkilatı işçilərlə ixtiyarı
görüşlər keçirib,komissiyanın qanunlara, təlimatlara və müəyyən edilmiş
istiqamətlərə nə qədər uyğun hərəkət etdiyini öyrənir.
Qərarların dürüstlüyü. Komissiya üzvlərinin çoxluğunun
səsi ilə tövsiyələr
qəbul olunur: komissiya sədrinə hər hansı bir namizəd haqda səsvermənin
qarşısını almağa izn verilmir. Heç bir mülki və hərbi rəsmi şəxs hər hansı
bir fərdin komissiya tərəfi ndən tövsiyə edilməsinin lehinə və əleyhinə
göstəriş verə bilməz. Komissiyanın hesabatı Müdafi ə Nazirinə təqdim
olunur, o isə hesabatı bəyənilmək üçün prezidentə göndərir və ya yenidən
komissiyaya göndərərək müəyyən məsələlərin yenidən baxılmasını tələb
edir. Əgər Nazir hər hansı şəxsin adını çıxartmağı tələb edirsə, onda o
komissiyanı əlavə informasiya ilə təmin edir və bu informasiya həmən
şəxsə də mütləq təqdim edilir və ona izahat verməyə də şans verilir. Lakin,
Nazirin komissiyanın hazırladığı hesabatı dəyişməyə hüququ yoxdur.
Ancaq ABŞ prezidentinin hesabat bəyənilməzdən öncə, rütbəsi artırılmaq
üçün tövsiyə edilmiş hər hansı şəxsin adını çıxarmaq hüququ var. Hesabat
bəyənildikdən sonra, o ABŞ Senatına gedir. Senat mayor və ondan yuxarı
rütbələri təsdiq edir.
Mənbə: Department of the Army, Offi cer Promotions, Army Regulation 600–8–29 (25
February 2005), www.army.mil/usapa/epubs/pdf/r600_8_29.pdf.