89
Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu
Bu strategiya rəsmi sənəd olub verilən müxtəlif qərarları hesaba alır və
əsaslandırır. Burada bir daha, yatırım riskləri azaltmağa kömək edəcək və
işlərin uğurlu olması şansını qaldıracaq. Hərbi avadanlığı və ya xidmətləri
əldə etmək praktikası, bu avadanlıqların istismarı dönəmində ona göstərilən
xidmət və onun istismar dönəmi başa çatandan sonra silinməsi tez-tez
bir neçə mərhələlərə bölünür. Bu bölünmənin məqsədi görüləcək işlərin
idarə edilməsini yüngülləşdirmək və layihənin həyata keçirilməsi ilə bağlı
lazımi dəyişiklikləri edib yeni qərarlar vermək üçün mərhələləri müəyyən
etməkdir. Bu alqı-satqı dövrəsi adlanır .
Bu üç sahə bir-biri ilə qarşılıqlı bağlıdır və bu sahələr yuxarıdakı izahda
göstərildiyi ardıcıllıqla həmişə həyata keçirilmir. Hansı silah və xidmətlərin
əldə edilməsini müəyyənləşdirməyə və aydınlaşdırmağa yönəlmiş
fəaliyyətlərin alqı-satqı dövrəsinə daxil edilməsi cox önəmlidir.
Mənbə: Anthony Lawrence, “Acquisition
Management,” in
Defence
Management: An Introduction (Geneva: DCAF, 2009), 156–157.
Birincisi, siyasi rəhbərlik və planlaşdırıcılar müdafi ə məsələlərini həll
etmək baxımından hansı tələbatların olduğunu müəyyən etməlidirlər. Bu
sənəd
45
müəyyən müdafi ə imkanları ilə bağlı mövcud olan çatışmazlıqla-
rı aradan qaldırmaq zərurətini möhkəm analitik əsaslarla əsaslandırmalı və
ya müdafi ə məqsədləri və tələblərini daha səmərəli və məhsuldar həyata
keçirmək üçün texnoloji imkanlar aramalıdır. Bu sənəddə əks olunan
qiymətləndirmələr müdafi ə məqsədlərinin geniş analizi əsasında, məsələn,bir
tərəfdən, cari və gələcək üçün planlaşdırılan müdafi ə imkanları nisbəti nöq-
teyi nəzərindən, digər tərəfdən isə, silahlı qüvvələrin hər növü üçün planlaş-
dırılan məsələlər üzrə həyata keçirilə bilər
46
. Bu qiymətləndirmələr çoxlu
sayda məlumatların əsasında edilir və ehtiyac və tələbləri əsaslandıran for-
mada təqdim edilir. Fəaliyyətin ətrafl ı analizi başa çatdırılmalı və sənəd ha-
zırlanmadan öncə müdafi ə qabiliyyəti çatışmazlıqları aydınlaşdırılmalıdır.
Sənəd həmçinin bir çox tələbatlar yerinə yetirilmədiyi halda onun doğuracağı
nəticələri,bu tələbatların mühümlüyünün dəyərləndirilməsini, vaxt müddəti
və uzun müddətli resurs planlamalarının parametrərini də əhatə etməlidir.
İkincisi, operativ tələbatlar müəyyən edilməlidir. Sənəddə konkret si-
45
ABŞ Müdafi ə Nazirliyi və başqa Federal idarələr “Mission Need Statement.” adı altında
xüsusi sənəd ortaya qoymaları tələb olunur. Nümunəyə bax: Federal Aviation Administration,
“Mission Analysis. Appendix B: Mission Need Statement Template,” http://fast.faa.gov.
46
Orduda bu adətən müdafi ə siysətinin ətrafl ı nəzərdən keçirilməsinin bir hissəsidir, məsələn
“Strategic Defence Review” və ya “Quadrennial Defence Review” kimi.
90
Hərbi Təhcizat
lahların və hərbi texnika nümunəsinin tələblərinə cavab verən keyfi yyət və
kəmiyyət parametrləri işlənib hazırlanir və onların əsasında silah və texnika-
nın iş qabiliyyəti qiymətləndirilir və bu əsasla sistemin istifadə olunmasından
öncə operativ səmərəliliyi və tələblərə uyğunluğu müəyyən edilir.
Üçüncüsü, və ilk iki mərhələni keçəndən sonra,yəni müəyyən müdafi ə
imkanlarına lazım olan tələbatları müəyyən edib, bu imkanları təmin edəcək
silah və hərbi texnikaya operativ tələbləri aydınlaşdırıb və onları uyğun
sənədlərdə əks etdirib, texniki tələbləri və standartları hazırlayıb, silah və
texnika alışı mərhələsinə və uyğun büdcə planlaşmasına keçirik. Tələb olu-
nan müdafi ə imkanlarının müəyyən parametrləri və bu imkanları təmin etmək
üçün hərbi texnika və silahlara qoyulan operativ tələblər, gələcəkdə müxtəlif
təklifl əri qiymətləndirmək üçün kriteriyalar kimi istifadə olunur və uyğun
olaraq, təhcizatçını seçməyə, həmçinin, silah, hərbi texnika nümunələrini,
xidmətlərini alandan sonra onları qiymətləndirməyə imkan verir. Haşiyə 7.2-
də Polşa Müdafi ə Nazirliyinin təhcizat-xarakterli korrupsiyanın qarşısını necə
aldığı nümunə təqdim edir.
Təhcizat prosesi mərhələlərində səbəbiyyatın saxlanılması qərar-qəbul
etmə proseslərində dürüstlüyü təmin etmə üçün həyati məna daşıyır. O həm
də müstəqil qiymətləndirməyə, məsələn,büdcədən böyük məbləğdə maliyyə
resursları ayrılmadan öncə,-həmçinin alqı-satqı qərarlarının yerinə yetirilməsi
və nəticələrinin məsul dövlət təşkilatları və ya müstəqil monitor qrupları
vasitəsilə audit edilməsinə imkan yaradır.
47
Haşiyə 7.2 Polşada Hərbi Təhcizat Prosesində Dürüstlüyün Saxlanması
və Korrupsiyanın Qarşısının Alınması
Hərbi təhcizat yüksək korrupsiya riski olan sahədir. Bu prosesin bir
neçə əsas elementləri mövcuddur və korrupsiya risklərini minimuma
endirmək üçün onları xüsusi diqqətə almaq lazımdır. Onlar həm hazırlıq
mərhələsində, tender və ya danışıqlar gedən vaxtı, həmçinin müqavilə
yerinə yetirilən zamanı da mövcuddur. Konkret məsələləri həll etmək
çox zəruridir, məsələn, bütün o həlledici elementlərlə bağlı suallara cavab
tapılmalıdır. Onların ən mühümləri aşağıda verilmişdir. Polşa Müdafi ə
Nazirliyinin praktikasına uyğun olaraq, Anti-Korrupsiya Prosedur Bürosu
(Anti-corruptin Procedures Bureau) bu işlə məşğul olub, bu məsələləri
qaldırmalı, rəylər hazırlamalı və həll yolları göstərməlidir.
47
Bu qiymətləndirmə hər hansı alqı-satqı qərarını dəstəkləyən
qiymətləndirmə qrupundan
asılı deyil. Bu ola bilsin ki, müdafi ə təsisatları üçün xüsusi qrup tərəfi ndən,başqa dövlət
təşkilatı və ya bir müstəqil müşahidəçi tərəfi ndən həyata keçirilmişdir. Sonuncu üçün aşağıda
“Hərbi Dürüstlük Paktları” haşiyəsinə bax.