MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə22/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   18   19   20   21   22   23   24   25   ...   149
2018-1050-5

7. Pedaqoji texnikayayiy
ələnmək.
Pedaqoji texnikaya yi-
y
ələnmək müəllim peşəkarlığı üçün vacib kriteriyalardandır. Pe-
daqoji texnikaya malik olan mü
əllim öz peşəsini ustalıqla, peşə-
kar
casına və səriştəli şəkildə həyata keçirməyi bacaran müəllim-
dir. Pedaqoji prosesd
ə bəzən əhəmiyyət verilməyən, lakin elə incə 
texnikalar  vardır  ki,  bunların  nəzərə  alınmaması  çox  vaxtmüəl-
limin pedaqoji proses
ə peşəkarlıqla yanaşmasına maneə törədir və 

əllim  peşəkarlığını  aşağı  salır.  Yenilikçi  pedaqoq A.S.Ma-
karenko bu münasib
ətlə  yazırdı:  “Pedaqoqlarımızın  oxuduğu  ali 
m
əktəblərdə onları başqa cür tərbiyə etmək lazımdır.Mən öz təc-
rüb
əmdə  görmüşəm, siz də  bir çox təcrübəli müəllimlər də  öz 
t
əcrübənizdə görmüşsünüz ki, bir çox “boş şeylər” həlledici əhə-
miyy
ət qazanır, məsələn: müəllim necə dayanmalıdır, necə otur-
ma
lıdır,stolun  dalında  qoyulmuş  stuldan  necəqalxmalıdır,  səsini 
nec
ə  ucaltmalıdır,  necə  gülümsəməlidir, necə  baxmalıdır.  Bizə 
bunları heç kim öyrətməmişdir, amma bunları öyrətmək lazımdır, 
böyük m
əharət də bundadır və bunda olmalıdır. Burada biz dram 
inc
əsənətində, yaxud balet incəsənətindəhamıya məlum olan sahə 
il
ə  üz-üzə  gəlirik; bu sahə  də  səsi düzgün  çıxarmaq  sənətindən, 


33 
ton, baxış və dönüş sənətindən ibarətdir.Tərbiyəçiyə bütün bunlar 
lazımdır  və  bunlarsız  yaxşı  tərbiyəçi ola bilməz. Məharətin bir 
çox bel
ə əlamətləri, bir çox gözə çarpan adətlər və vasitələr vardır 
ki, h
ər bir pedaqoq, hər bir tərbiyəçi bunları bilməlidir”(15, 105). 
Çox t
əəssüf ki, böyük pedaqoqun zəruri bildiyi bu prob-
lemin h
əlli bu gün də açıq qalır. Nə ali pedaqoji məktəblərdə, nə 
d
ə kolleclərdə belə bir mühüm problemə diqqət yetirilmir. Çox 
yaxşı  olardı  ki,  İncəsənət Universitetində  tədris olunan “Səhnə 
danışığı” fənni pedaqoji ali məktəblərin də tədris planına daxil 
edil
əydi və gələcək müəllimlər necə danışmaq, sinifdə necə hə-
r
əkət etmək, davranış tərzləri və s. haqqında praktik bacarıqlara 
v
ə vərdişlərə yiyələnə biləydilər.  
Pedaqoji  texnikanın  növləri  çoxdur.  Bunlarıln  içərisində 
nitq texnikası önəmli yer tutur.  

əllim dərsi izah edərkən səsinin tonunu tənzimləməyi 
bacarmalıdır. Bütün dərs boyu monoton nitqdən istifadə edilməsi 
şagirdləri yorur və dərsi maraqsız edir. Buna görə də mövzunun 
t
ədrisinə müvafiq olaraq nə zaman, haradasəsinin tonunu yüksəlt-
m
əyi, harada pauza verməyi, harada alçaq tonla danışmalı oldu-
ğunu bilməli, nitqini idarə  etməyi  bacarmalıdır.  Lazım  gəldikdə 
bil
ərəkdən müəyyən səhvlər etməli,  onun  şagirdlərə  necə  təsir 
etdiyini  yoxlamalı  və  keçdiyi dərsin  uşaqlara  necə  təsir edib-
etm
ədiyini  yoxlamalıdır.  Uşağa  heç  vaxt  “sən bunu bilmir-
s
ən”,”düzgün demədin” - kimi sözlər deyilməməli, başqa şagird-
l
ərin  cavablarına,  edilmiş  düzəlişlərə  əsasən  buraxılan  səhvlərin 
onların özləri tərəfindən dərk olunmasına çalışmaq lazımdır.  
“Başa  düşdünüzmü?”  –  ifadəsindən  çox,  “başa  sala  bil-
dimmi?”–  ifad
əsi  şagirdlərə  daha çox təsir göstərdiyindən bu 
ifad
ə müəllimi şagirdlərin gözündə daha çox nüfuzlu edir. 
Pedaqoji peşəkarlıq müəllimin fəaliyyətinin bütün bu incə-
likl
ərini zəncir kimi bir-birinə bağlayaraq bütöv bir sistem yara-
dır. Beləliklə, yuxarıda deyilənləri ümumiləşdirməklə müəllimin 
malik olmalı olduğu peşə keyfiyyətlərinin aşağıdakılardan ibarət 
olduğunu söyləmək olar: 


34 

əllim 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə