yeni xərclər əlavə olunmalıdır. Mə’lum məsələdir ki, qısamüddətli dövr üçün bu əlavə xərclər yalnız
dəyişən xərc-
lərdən ibarətdir. Bu əlavə xərclərin kəmiyyəti məhsul həcminin genişləndirilməsi ilə əlaqədar ümumi istehsal
xərclərinin artımının miqdarını göstərir. Bu baxımdan, əlavə xərclərin kəmiyyətinə nəzarət edilməsi və
dinamikasının öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.
Əlavə xərclərin kəmiyyətinin dəyişilməsinə nəzarət etmək üçün adətən, sonuncu bir məhsulun istehsalı ilə
əlaqədar ümumi xərclərdə baş verən dəyişikliklər təhlil edilir. İstehsal olunmuş sonuncu məhsul ilə əlaqədar
xərcləri, n miqdar məhsul istehsal edərkən çəkilən ümumi xərclərlə, n-1 miqdarda məhsul istehsalına
çəkilən
xərclərin arasındakı fərq kimi hesablamaq olar. Bu kəmiyyət məhsul buraxılışının əvvəlki həcminə çəkilən xərc-
lərin son həddinə əlavə olunduğundan, göstərici kimi onu
son hədd xərcləri adlandırırlar.
Beləliklə,
son hədd xərcləri növbəti məhsul istehsalı ilə əlaqədar ümumi xərclərin artan kəmiyyətini göstərir.
Məhsul istehsalı bir-bir artdıqda, yuxarıda
göstərdiyimiz kimi, son hədd xərclərinin miqdarını ümumi istehsal
xərclərinin qonşu kəmiyyətlərinin fərqi kimi müəyyən etmək olar. Məhsul istehsalını çox miqdarda artırdıqda isə
son hədd xərcləri, ümumi xərclərin artım miqdarının məhsul buraxılışının sayının artımına olan nisbəti kimi
müəyyən edilir.
Я
С
Я
С
М
М
Х
Х
=
С„ЩХ
−
−
Burada: SHX - son hədd
xərcləri
X
S
- son miqdarda məhsul istehsalı ilə əlaqədar ümumi istehsal xərcləri;
X
Ə
- əvvəlki miqdarda məhsul istehsalı ilə əlaqədar ümumi istehsal xərcləri;
M
S
- məhsul buraxılışının sonuncu həcmi;
M
Ə
- məhsul buraxılışının əvvəlki miqdarı.
Son hədd xərclərinin öyrənilməsinə firmaların, müəssisələrin təsərrüfat
fəaliyyəti təhlilində xüsusi
əhəmiyyət verilir. Bu birinci növbədə, onun kəmiyyətinin daha asan müəyyənləşdirilməsi, ikinci, onun
kəmiyyətinin firma tərəfindən bilavasitə tənzim və nəzarət etmək imkanı ilə, üçüncüsü, onun kəmiyyətinin
istehsalın həcminin optimal miqdarının müəyyənləşdirilməsindəki əhəmiyyəti ilə əlaqədardır. Doğrudan da hər bir
istehsalçı adətən əlavə məhsul istehsalına başlamazdan əvvəl istehsal xərclərinin necə dəyişəcəyini hesablayır.
Bunu əlavə məhsul üçün istifadə olunacaq xammal, material, işçi qüvvəsi və başqa bu kimi dəyişən
xərclərin qiy-
mətlərini cəmləmək kimi asan əməliyyat nəticəsində hesablamaq olar.
Bu cür hesablanan xərclərin hesabını aparmaq, tənzimləmək və onların dinamikasına nəzarət etmək böyük
çətinlik təşkil etmir. Ən başlıcası isə məhsul buraxılışın həcminin dəyişdirilməsi ilə əlaqədar, dəqiq mə’lumat
verildiyi üçün son hədd xərclərinin dinamikasının öyrənilməsi zəruridir. Qeyd edək ki, orta istehsal xərcləri belə
mə’lumat almaq üçün kifayət etmir. Məsələn, deyək ki, firma 200 ədəddən çox məhsul istehsal edib-etməməsində
tərəddüd edir. Aşağıda göstərdiyimiz
cədvəldən görünür ki, 200 məhsul istehsal edəndə orta istehsal xərci 65-ə
bərabərdir (Bax: Cədvəl 6). Lakin bu o demək deyil ki, əlavə məhsul istehsal etdikdə, onun hər bir vahidinin
istehsalı ilə əlaqədar istehsal xərcləri 65 miqdar artır. Cədvəldən göründüyü kimi 200-dən artıq istehsal olunmuş
hər bir məhsul vahidi ilə əlaqədar
istehsal xərcləri, son hədd xərcləri miqdarında, 30 vahid artacaq.
Məhsul buraxılışı 400 olduqda orta xərclər 40-a, son hədd xərcləri 10-a bərabərdir. Bu o deməkdir ki, hər bir
növbəti məhsul buraxılışı ilə əlaqədar firmanın ümumi xərcləri 10 miqdarda artır. Dəyişən xərclərdən ibarət olan
bu xərclərin belə artması orta xərclərin kəmiyyətini artırmır. Deməli, məhsul buraxılışını artırmaq olar. Həm də
mənfəətin artırılması üçün bu addımı atmaq zəruridir. Lakin nəzərə almaq lazımdır ki, yuxarıda göstərdiyimiz
kimi 400 ədəddən artıq məhsul buraxılışı, dəyişən xərclərin məhsuldarlığının aşağı düşməsi anına təsadüf edir.
Bundan əlavə, məhsulun bazara çıxarılması ilə əlaqədar
nəqliyyat, reklam, marketinq və s. xərcləri də artır. Real
təcrübədə həmişə elə bir vaxt olur ki, məhsul buraxılışının müəyyən həcmindən sonra əlavə məhsul buraxılışı ilə
əlaqədar olaraq xərclər sür’ətlə artır. Bu səbəbdən 401-ci məhsul istehsalı ilə əlaqədar cəlb olunmuş yeni dəyişən
xərclər, son hədd xərcləri (40), 400-cü məhsulun istehsalı ilə əlaqədar çəkilən əlavə xərclərdən (10) daha çox
olacaq. Bununla belə istehsalı daha 100 ədəd artıraraq məhsul buraxılışını 500-ə çatdıraq. Bu məqsəd üçün
firmaya 4000 miqdarında dəyişən xərclər tələb olunur. Başqa sözlə, 400-dən artıq istehsal olunmuş hər məhsulla
əlaqədar firmanın ümumi xərcləri 40 miqdar artır. Son
hədd xərcləri
20000 16000
500 400
40
−
−
=
olur. Hər bir əlavə
məhsula 40 miqdarında yeni xərclər tələb olunması, cədvəldən göründüyü kimi, orta xərcləri artırmır, onlar bazar
qiymətlərinə bərabər olaraq qalır. Diqqətlə baxsaq görərik ki, 500 məhsul istehsal etdikdə son hədd xərcləri də
(40) bazar qiyməti ilə eyniləşib. Bu istehsalın böhran nöqtəsidir. Bu andan məhsul istehsalının həcmini, yalnız
əlavə məhsulun buraxılışı ilə əlaqədar yeni xərclərin sabit qalması şərti ilə artırmaq olar. Əgər müəssisə növbəti
məhsul istehsalı ilə əlaqədar əlavə xərcləri sabit saxlamaq imkanına malikdirsə, məhsul buraxılışını çoxaltmaq
lazımdır, çünki orta xərclər bazar qiymətinə bərabərdir, satılan məhsul mənfəət verir. Cədvəl 6-da son hədd xərcləri 40
qalmaq şərtilə, 600 məhsul istehsalı bu halı göstərir.
Son hədd xərclərini sabit saxlamaq mümkün deyilsə istehsalı saxlamaq və bazardan çıxmaq lazımdır. Əks
halda cədvəldən göründüyü kimi 700 məhsul istehsalı ilə əlaqədar mənfi dəyişikliklər baş verir. Son hədd xərcləri
54 olmuşdur, orta xərclər 42-yə bərabərdir, bu isə bazar qiymətindən çoxdur. Məhsul buraxılışının artırılması
firmanın ziyanlı işləməsinə səbəb olar. Əlavə hər məhsul satışından əldə edilmiş pulun miqdarı satış qiyməti qədər
olub, 40-a bərabər olduğu halda, əlavə hər məhsul istehsalı ilə əlaqədar əlavə istehsal xərcləri 54-ə bərabərdir.
92