Nizami CƏFƏrov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/69
tarix11.03.2018
ölçüsü5,01 Kb.
#31240
1   ...   45   46   47   48   49   50   51   52   ...   69

 
Dəlilər Koroğlunu nə  qədər sevirlərsə, Nigar xanımı da az qala o qədər sevirlər. Koroğludan 
inciyib dağılışmaq istəyən dəliləri məhz Nigar xanım sakitləşdirir, Koroğlunu isə ərkyana tənbeh edir: 
 
Utan, qoç Koroğlu, utan! 
Dağların damənin tutan! 
Sənin kimi başa çatan 
Elin qədrini nə bilir?.. 
 
 
Nigar xanım — Türkiyə sultanının (xotkarın) qızıdır; olduqca fədakar, gözəl, ağıllı, lakin real, 
həyati bir insandır... Koroğlunu görmədən, adına-sanına görə ona aşiq olur və  mərd-mərdanə belə bir 
namə yazıb göndərir: 
 
Başına döndüyüm, ay qoç Koroğlu, 
Əgər igidsənsə gəl apar məni! 
Həsrətindən yoxdu səbrim, qərarım, 
İncidir sərasər ahu-zar məni! 
 
Çənlibel üstündə əsrəmiş nərsən
Düşmən qabağında dayanan ərsən, 
Tamam dəlilərə igid, sərkərsən, 
Axtarsan, taparsan düz ilqar məni. 
 
Mən xotkar qızıyam, Nigardır adım, 
Şahlara, xanlara məhəl qoymadım. 
Bir sənsən dünyada mənim muradım, 
İstərəm özünə eylə yar məni! 
 
 
Yəqin ki, bu, dastan yaradıcılığında sonrakı dövrlərə  məxsus "reallaşdırma", "dünyəviləşdirmə" 
prosesinin məhsuludur,  əslində isə, görünür, Nigarın Çənlibelə  gəlməsi nə isə mifik (bəlkə  də mifik 
təsəvvüfi) bir ehtiyacdır (yəni Nigar Koroğluya buta verilmişdir) — diqqət yetirin:
 
 "Elə ki, Koroğlu naməni oxuyub, əhvalatdan hali oldu, Dəli Mehtəri çağırdı ki:
 
 — 
Qıratı yəhərlə, mən İstanbula gedəsi oldum.
 
 
Dəlilər yerbəyerdən dedilər: "Koroğlu, dəli olma, sənin  İstanbulda nə  işin var? Bilmirsənmi ki, 
paşalar sənin qanına yerikləyir? Gedərsən, tutularsan".
 
 Koroğlu dedi:
 
 
— Yox, boynuma deyin, gəlib getməliyəm...".
 
 Burada 
Koroğlu əslində öz butasının arxasınca gedən bir aşiqdir...
 
 Koroğlu ilə Nigar arasında olan sevgi, qarşılıqlı  eşq, biri-birini anlamaq, duymaq qabiliyyəti 
dastanın əvvəlində nə qədər güclüdürsə, sonunda da bir o qədər güclüdür. Düşmənlər Nigarı ondan ayırıb 
padşahın hüzuruna aparmaq istəyəndə, qan tökməməyə söz versə də, qoç Koroğlu dözə bilmir — "...Elə 
bir nərə çəkdi ki, dağlar, daşlar lərzəyə gəldi. Dedi: 
 
Ay həzərat, ay camaat, 
Ürək zərd oldu, zərd oldu!.. 
Genə namərdin sözləri 
Cana dərd oldu, dərd oldu! 
 
Dostumu atdım damana, 
Rəqibi gəlsin yamana, 
Kor olsun belə zamana, 
Namərd mərd oldu, mərd oldu! 
 
Koroğluyam, dad hazaram, 
Adım dəftərə yazaram, 
Nə qədər səfil gəzərəm, 
Adım qurd oldu, qurd oldu!" 
 


 Koroğlunun Nigara, Nigarın Koroğluya məhəbbətini (həmin məhəbbətin zərifliyini) göstərən 
epizodlardan biri də övladsızlıq həsrəti çəkən Nigara Koroğlunun təskinlik vermək istədiyi, lakin 
bacarmadığı yerdir... 
 
Telli Nigar məlul durar, 
Əl qoynunda, boynun burar. 
Müjganın sinəyə vurar, 
Göz oxşayar, qaş inildər. 
 
 
Eyvaz — Koroğlunun yalnız igid dəlilərindən biri deyil, həm də  oğulluğudur — Koroğlu ilə 
Nigar xanımın övlad həsrətini görən Aşıq Cünun Təkə-Türkməndə (Koroğlu da həmin tayfadandır) 
qəssab Alının (Koroğlunun da atası Alıdır!) oğlu Eyvazı axtarıb tapır və Koroğluya məsləhət görür ki, 
onu özünə  oğul eləsin. Koroğlu Təkə-Türkmənə  gəlir, fürsət tapıb Eyvazı qaçırır, lakin onları görən 
qəssab Alının xatirinə  dəyməmək üçün atı saxlayıb ondan xahiş edir ki, Eyvazın Çənlibelə getməsinə 
mane olmasın: "Eyvazı mənim əlimdən alma. Qoy aparım, səndən kəm baxsam, bu papaq mənə haram 
olsun. Hər vaxt da istəsən, genə  də öz oğlundur. Elə o da, mən də...". Və  qəssab Alı Koroğlunun bu 
yalvarışları qarşısında daha etiraz eləmir.
 
 Nigar 
xanım Eyvazın gözlərindən öpür, köynəyinin yaxasından keçirib özünə  oğul eyləyir və 
Eyvaz, doğrudan da istər Nigar xanıma, istərsə də Koroğluya sədaqətli oğul olur.
 
 
Aşıq Cünunun təqdimatından belə  məlum olur ki, Eyvaz hələ  Çənlibelə  gəlməmişdən Təkə-
Türkməndə, gənc olmasına baxmayaraq, həm igidliyi, mərdliyi, həm də gözəlliyi, nəcibliyi ilə ad 
çıxarmış, hörmət-izzət qazanmışdır... 
 
Əyri qılınc belində, 
Tərifi mərdlər dilində, 
O, Təkə-Türkmən elində 
Qəssab oğlu Eyvaz gördüm. 
 
Mərəkədə başda duran, 
Meydanda igidlər yoran, 
Hərdən pişvazına varan 
Qırx incəbelli qız gördüm. 
 
Laçın kimi göydə süzər, 
Namərdlər bağrını əzər, 
Məclisində saqi gəzər, 
Ortada söhbət-söz gördüm. 
 
 
Çənlibeldə həm dəlilər, həm xanımlar, həm də Koroğlu ilə Nigar xanım tərəfindən ən çox sevilən 
Eyvazdır — ona Xan Eyvaz da deyirlər... "Bir də baxdılar ki, budu, bir dəstə atlı çapa-çapa gəlir, 
qabaqlarında Eyvaz. Amma Eyvaz nə Eyvaz... Ərəb atın üstündə, misri qılınc dəstində, elə süzür, elə 
süzür ki, elə bil oxdu, yayından qopub. Durna telini də ki, sancıb başına, elə bil qeysər balasıdır, başına 
cıqqa qoyub...".
 
 Eyvazın da Koroğlu kimi Təkə-Türkməndən olması, hər ikisinin atasının Azərbaycan 
"Koroğlu"sunda məhz Alı adlanması, Koroğlunun məhz Eyvazı oğulluğa götürməsi və s. həmin obrazlar 
arasında mifoloji məişət baxımından nə isə yaxın əlaqənin, hətta vəhdətin olduğunu deməyə əsas verir. 
Dastanda həmin əlaqə, yaxud vəhdətin mifoloji məzmunu unudulmuş, ayrı (real!) motivlər ortaya çıxaraq 
mifologiyanı sıxışdırmışdır: 
 
Canım qəssab, gözüm qəssab, 
Qoy aparım mən Eyvazı, 
Yerə salma sözüm, qəssab, 
Qoy aparım mən Eyvazı. 
 
Eyvaz deyib Nigar ağlar
Köysünü çal-çarpaz dağlar, 
Aparmasam, qara bağlar: 
Qoy aparım mən Eyvazı
 


Koroğluyam, mən çaparam, 
Qiyamət olub qoparam. 
Razı olma zornan aparam, 
Qoy aparım mən Eyvazı. 
 
 
Eyvaz dara düşəndə Koroğlunun keçirdiyi həyəcanı  təsəvvür etmək mümkün deyil — bu 
həyəcanın bir səbəbi Eyvazın igid bir Koroğlu dəlisi olmasıdırsa, ikinci (və əsas) səbəb Koroğlunun ona 
bəslədiyi atalıq məhəbbətidir... "Dünya Koroğlunun gözündə qaraldı. Elə bil ki, Çənlibel başına dolandı. 
Əlini atıb Qıratın yüyənindən tutdu. Elə qəzəblə ata sıçradı ki,
 
Qıratın əvəzinə ayrı at olsaydı, çoxdan beli 
sınmışdı. Onda üzünü Kosa Səfərə tutub dedi: 
 
Xəbər verin dəlilərim oyansın, 
Tutulubdur bir Eyvazım,əldədi! 
Misri qılınc qızıl qana boyansın, 
Tutulubdur, bir Eyvazım əldədi! 
 
Yatmışdım, aşkara gördüm duşumu, 
Əzəldən mən bilirdim öz işimi, 
Çəkin, yəhərləyin çərləmişimi, 
Tutulubdur, bir Eyvazım əldədi! 
 
Düşmanlarım tamaşaya durarlar, 
Şad oluban keyf məclisi qurarlar. 
Koroğlu getməzsə, yəqin qırarlar, 
Tutulubdur, bir Eyvazım əldədi!.." 
 
 Eyvazın Ərəb Reyhanla vuruşması, Hürü xanıma sevgisi dastanın ən gözəl, ən təsirli, ən dramatik 
səhifələrindəndir, lakin həmin səhifələrdə də Koroğlunun həyəcanları, psixoloji reaksiyası Eyvazınkından 
daha güclüdür. Eyvaz, demək olar ki, emosiyasızdır...
 
 Dastanda 
Aşıq Cünunla Xoca Əzizin obrazları daşıdıqları ictimai-estetik semantikaya görə 
diqqəti çəkir.
 
 
Aşıq Cünun, əslində,  Ərzurumlu Cəfər paşanın aşığıdır — "Cünun çox dövranlar sürmüş, çox 
məclislər görmüş bir ustad idi. Çox özündən dəm vuran aşıqların sazını əlindən alıb yola salmışdı, çox 
cavanları da öyrədib, əlinə saz verib aşıq eləmişdi".
 
 
Cəfər paşa paşaları yığıb məşvərət edir ki, Koroğlunun artmaqda olan nüfuzunun qabağını necə 
alıb, onu necə  məhv etsinlər. Həmin məclisdə olan Aşıq Cünun düşünür ki, "ey dili-qafil, bu necə ola 
bilər ki, mən Aşıq Cünun olam, ayağım dəyməmiş yer, gözüm görməmiş adam olmaya, amma Çənlibelə 
gedib Koroğlunu görmüyəm". Və bu fikirlə  də bir gün Çənlibelə gedir... Aşıq Cünun haqq aşığı deyil, 
ancaq halal aşıqdır. Çənlibeldə çox böyük hörmətlə qarşılanır. Koroğlunun  ən yaxın dostuna, sirdaşına 
çevrilir.
 
 
Aşıq Cünun həqiqətən, "daxili aləmi, mənəvi keyfiyyəti ilə özündən çox-çox əvvəl yaranmış 
ozanlara bənzəyir" və prof. V. Vəliyevin onu Dədə Qorqudla müqayisə etməsi tamamilə  təbiidir, lakin 
görkəmli folklorşünasın "Aşıq Cünun XVII əsr aşıqlarına yalnız saz çalıb-oxuması ilə oxşayır mülahizəsi, 
fikrimizcə, özünü doğrultmur. Hər  şeydən  əvvəl ona görə ki, XVII əsrin, demək olar ki, bütün böyük 
aşıqları "dədə" adını
 
daşımış, ozan ənənəsinə söykənmişlər — Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı 
Aşıq təkcə  aşıq-şair deyil, həm də "dədələr" idilər. Və  Aşıq Cünun da haqqında söhbət gedən dövrə 
müvafiq bir sənətkardır...
 
 
Aşıq Cünun haqqın,  ədalətin tərəfindədir və elə ona görə  də  Çənlibelə  gəlib çıxır, lakin onun 
sənəti — funksiyası elədir ki, el-el, oba-oba gəzir (bu missiya da aşığa ozandan keçir), dünyanı görür: 
 
...Dolandım neçə oylağı, 
Keçdim düzü, aşdım dağı. 
Hələb qəsri, Bağdad bağı, 
Döşənmiş payandaz gördüm. 
 
Gedəndə mənə oldu tuş, 
Qars, Kağızman, İstanbul, Muş, 
Çanaqqala, Sarıqamış 
İgidlərin şahbaz gördüm. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə