Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə87/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   83   84   85   86   87   88   89   90   ...   121

Yamnca gedirdi Çin hökmüdan.

Elə ki, yollan ölçdü bir qədər,

Xaqana işarə etdi İskəndər.

Durmayıb mülkünə qayıtsın yenə, 

Cilovu çevirsin türk ölkəsinə.

Şah ilə görüşdü, aynldı xaqan,

Üzünü islatdı kirpik suyundan.

O dünya dolaşan atım sürdü,

Qoşunla Ceyhuna doğru yürüdü.

Elə ki, yetişdi o dərin çaya, 

Dincəlmək əmrini verdi orduya.

O yerdə sevimli bir çəmən gördü, 

Enməkçin münasib bir məskən gördü. 

Kəndirlər çəkildi, çadır quruldu, 

Mərkəzin sütunu qüvvətə doldu. 

Gövhərlə işlənmiş o çadırlardan 

Ceyhunun sahili oldu gülüstan. 

Mavəraünnəhri görüncə guya,

Bir şəhər demirəm, gördü bir dünya. 

Nə qədər var-dövlət almışdı Çindən 

Qaldığı yerlərdə dağıtdı şən-şən. 

Şənləndi o yerdə viranə yerlər

Yenidən saldırdı bir neçə şəhər. 

Səmərqənd ki, dünya sevinir ona, 

Deyirlər, İskəndər etmişdir bina. 

Rumda, Xorasanda yayıldı xəbər: 

Getdiyi yerlərdən döndü İskəndər. 

Padişah zəfərlə gəlmişdir deyə,

Xalq çıxdı yollarda şənlik etməyə. 

Toy-bayram başlandı, ucaldı bayraq, 

Hər yerdə, hər evdə şənlik quraraq 

Varlılar səpdilər van, dövləti, 

Göndərdi padşaha ayaq zəhməti.

317



İSKƏNDƏRİN RUS QOŞUNUNUN 

HÜCUMUNDAN XƏBƏR TUTMASI

Saqi, dur bu gecə mənə ver şərab, 

Bu başağrısına vacibdir gülab.

Bir mey ver, suyu da eləsin huşyar. 

Verməsin başlara ağırlıq, xumar.

Xoş gəlir dünyam ölçən ərlərə 

Calasın səfəri başqa səfərə.

Görsün hər ölkədə yeni bir adət, 

Olsun hər mənzildə azacıq rahət. 

Hər yeni geyimə bir nəzər salsın, 

Gördüyü şeylərdən bir sınaq alsın. 

Azacıq düşünsən, bir nüktə vardır: 

Hər kəs öz şəhrində bir şəhriyardır. 

Öz şəhrində olsan ən alçaq insan 

Yaxşıdır qürbətdə sultan olmaqdan.

İskəndər hər yerdə qələbə çaldı, 

Lakin vətən eşqi qəlbim aldı. 

Hökmündə olsa da saysız vilayət, 

Əz doğma yurduna çəkərdi həsrət.

O gecə qət etdi, səhər qalxaraq 

Atma küləkdən taxsın bir ayaq. 

Qəlbində söndürsün vətən odunu, 

Xorasan havası şənlətsin onu.

Əcəm torpağına at salsın yenə, 

Oradan yol açsın Istəxr mülkünə. 

Dünyanın rəngi də uysun baxüna, 

Şöhrətlər qazansın uca taxtına. 

Keçsin Nuşafərin mülkündən bir də, 

Yaxşım, yamam görsün o yerdə. 

Yeni don geydirsin köhnə işlərə, 

Önündə bir dünya diz çöksün yerə. 

Hər kəsə yemdən versin var, dövlət, 

Töhfələr paylasın, göstərsin şəfqət. 

Bəxşişlər ayırsın istəyənlərə,



318


Yemdən yaşayış versin hər yerə. 

Gedərkən bunlan düşünür dərin,

Başqa cür düşünməz hökmüran, yəqin. 

Abxaz hökmüdan olan Dəvalı 

Ucalmış, padşaha yaxın olalı.

İskəndər hökmünə bağlarkən kəmər 

Dünyaları ölçər, ölkələr gəzər, 

Padşahın yanına gəlincə, birdən 

Təbiltək inləyib qopardı şivən: 

"Padşahın, ruslann zülmü çox dərin

Abxaz gərdəyindən qaçınr gəlin.

O gözəl ölkədən gəlmiş bir tanış, 

Deyir: o var-yoxdan çöp də qalmamış. 

Alan, Ərk ruslan edərək axın 

Yağmurtək ölkəyə etmişdir basqın. 

Dərbəndə, ətrafa fitnələr saçmış, 

Gəmiyə doluşub, dənizə qaçmış. 

Qədərsiz basqınlar etmişdir yenə, 

Yenidən yol vermiş o köhnə kinə. 

Qəflətən talamış hər yerdə nə var,

Bir də yol tapmasın o şum ayaqlar. 

Deyirlər, qədərdən çox ölən varmış, 

Həm qınb dağıtmış, həm də aparmış. 

Heç bir şey qalmamış dolu anbarda, 

Xəzinə boşalmış, yoxdur dinar da. 

Xəzinə geyimdən boşalmış, gerçək, 

Sandıqdan dür çalmış, taxümdan ipək. 

Gördüyün o Bərdə olmuşdur viran,

O zəngin şəhərdən qalmamış nişan. 

Gözəl Nüşabəm almışlar əsir, 

işrət qədəhim qırmışlar bir-bir.

Sarayda görmüşdün o qədər gəlin, 

Onlardan qalmamış heç bir nazənin. 

Vurmuş bir-birinə kəndi, şəhəri, 

Atəşdə yandırmış şən ölkələri.

O qızğın döyüşdə məhv olsaydım mən 

Asudə olardım bu dirilikdən.

Sənin xidmətində oldum bəxtiyar,



319


Orada əsirdir gəlinlər, qızlar. 

Düşməndən intiqam almazsa padşah, 

imdada yetişsin o böyük allah.

Çox keçməz ki, ruslar girər hər yana, 

Dağ çəkər Rum ilə Ermənistana.

Elə ki, keçirər ələ xəzinə,

Durmayıb tələsik qaçarlar yenə. 

Şəhərlər alaraq, talar hər yam,

Bəlkə də tutarlar bütün dünyam. 

Onlarda aslanla qurd ürəyi var,

Qana mərd, süfrəyə aciz olurlar. 

Mərhəmət umulmaz düşməndən bir an, 

Yalmz surətindən görünər insan! 

Eşşəyin cəvahir olsa da yükü,

Yenə də eşşəkdir, panldar tükü.

Madam ki, yol tapmış bunlar xəznəyə

Ziyanlıq verəcək bir çox ölkəyə. 

Zülümlə açacaq yeni qol-qanad, 

Karvanlar soyacaq, sönəcək həyat. 

Ölkəyə dərindən ziyan vuracaq,

Ruma, Xorasana əl uzadacaq." 

Acıqlandı padşah bunu dinlərkən, 

Onun övladma olan sitəmdən.

Nüşabə üçün də qəmləndi hədsiz. 

Çünki o ölkəni tuturdu əziz.

Acıqlı başım dikdi köksünə,

Başım kədərlə qaldırdı yenə.

Dedi: "Ey Dəvalı, verirəm fərman, 

Qəlbimdə çırpındı camnda olan. 

Vəğəni anlatdın, sən dur bir yana,

Bu işi büsbütün gəl tapşır mana. 

Görərsən nə səhman verrəm işlərə, 

Kəməndim nə qədər baş tökər yerə. 

Alaram ağılı, huşu başlardan.

Aslanlar qamna sallam həyəcan. 

Aslanla oynamaq deyildir asan, 

itləri salaram kinli qürurdan. 

Qoymaram Bərtasdan, ruslardan nişan.



320


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə