Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə88/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   84   85   86   87   88   89   90   91   ...   121

Başlan qurtarmaz ayaq altından. 

Ruslar, Misr olsa da, tökərəm Nilə, 

Şüuru azınca əzdirrəm filə.

Taxümı qaldırram dağından yüksək. 

Daşlan dəhşətdən ərisin gərək.

Nə əndər qoyaram bu köhüllərdə,

Nə də ot ki, dərman olsun bir dərdə 

Ruslardan bu öcü almayıb getsəm. 

Feyləqusun oğlu deyiləm, itəm. 

Bərtasın qurdunu tora salmasam, 

Bərtas tülküsündən daha alçağam. 

Dövranın gərdişi verərsə imkan, 

Alaram öcümü kinli düşmandan. 

Qaytarar nə ki şey aparmış bizdən, 

Düşər ayağıma o qarət edən.

Nüşabə qurtarar zəncir ahından,

Mən şəkər alaram qamışdan, inan!

O gümüş, daşlarda gizlənsə belə

Xamırdan tük kimi çəkərəm çölə. 

Tədbirlə açılar bu çətin işlər,

Ağacda zamanla açar çiçəklər 

Hər işdə tədbirdən əl götürməmək. 

Zamandan-zamana dolanır fələk,

Bu yola vanmdır ərzaq, hazırlıq. 

Murada çatınca dözərəm, artıq. 

Qocaman dağlardan dənizə qədər 

Üsullu-üsullu iş axıb gedər.

Fikrim at sürməkdi əcəm mülkünə,

O yerdə əylənmək istədim yenə, 

indi ki, üz vermiş belə bir dastan. 

Taxtımdan aynlmaq yaxşıdır bundan. 

Qoşunum əzm etdi tərpənsin, ancaq 

Bu yolda yəhərim taxtım olacaq. 

Düşməndən intiqam almayınca mən 

Qaçaram yatmaqdan, istirahətdən." 

Dəvalı o halı gördüyü zaman 

Azaldı qəlbində kinli həyəcan. 

Dodağı doldurdu yeri ənbərlə,



321


Üz sürtdü, torpağı suvardı zərlə.

İSKƏNDƏRİN QIPÇAQ ÇÖLÜNƏ 

ÇATMASI

Dur, saqi, qədəhi al ələ, doldur! 

Kimsəyə içməkdən başqa yol yoxdur. 

Günəş parçasıdır, badə deyil bu, 

Gövhərində vardır həm atəş, həm su.

iki pərvanədir bağlanmış bura,

Birinin üzü ağ, birinin qara

243


Kimsənin şamına deyil pərvanə. 

Dinləməz kimsəm, baxmaz fərmanə

244


Çıraqdan işıq ver, ev işıqlansın,

Hər iki pərvanə atəşdə yansın.

Bu yaşıl baxçaya verən yaraşıq 

Çıraqdan parladır belə bir işıq. 

Feyləqusun oğlu böyük İskəndər 

Rusun talanından alınca xəbər,

Gecəni yatmadı, əzm etdi kinə,

Hər sayaq düşündü, daşındı yenə. 

Neyləsin, bu işə necə don biçsin, 

Üstündən atlayıb qolayca keçsin.

Dan yeri yaqutdan şəfəq saçanda, 

Şəbdizin belindən təngi açanda

245


İskəndər yenə də ata minərək 

Yel kimi tərpəndi, oldu bir şimşək., 

Ceyhun sahiliylə atım saldı,

Oradan Xarəzmə doğru yol aldı. 

Arxada ordusu dəniztək axır,

Çöllərin hesabı barmağındadır. 

Xarəzmin çölünü ölçərək biçdi, 

Ceyhuna gələrək, Amildən keçdi. 

Aləmi qurtarmaq fikriylə rusdan 

Suda və qumda durmadı bir an.

322



Yeməyib, yatmayıb, hey sürürdü at, 

Səqlab çöllərinə açınca qanad,



323


Qıpçaqla qaynaşan boz çöllər gördü, 

Baldın ağappaq gözəllər gördü.

Üzü od, yanağı su kimi oynaq, 

Günəşdən və aydan daha şux, parlaq. 

Hamı kiçik gözlü, könül ovlayan,

Bir pəri səbrim əlindən alan.

Nə örtü, nə yaşmaq bilirdi onlar,

Nə də qardaşından, ərindən qorxar. 

Darlıqda keçinən subay əskərlər

Görüncə örtüsüz bir dəstə dilbər, 

Dözməyib, qaynadı gəncliyin qam, 

Dinləməz oldular əmri, fərmanı. 

Padşahın qorxusu çökdü əskərə,

Əl ata bilmədi o gözəllərə.

İskəndər görüncə o afətləri,

Xoşuna gəlmədi bu adətləri.

Ağ bədənlər gördü, gümüş vücudlu, 

Ordu bütün susuz, onlar sərin su. 

Ordunun halına yandı, nə demək,

Hər qadın qadındır, erkək də erkək! 

Bu işə sərf etdi öz hünərim,

Çağırdı qıpçağın böyüklərim. 

İskəndər onlara etdi çox hörmət, 

Ucaldı başlan, göstərdi şəfqət,

Örtülü dedi çöl qıpçaqlanna:

"Üzünü gizləmək xoşdur qadına. 

Qadın ki, yadlara açar üzünü,

Nə əri düşünər, nə də özünü. 

Bərklikdə ansa da daşı, poladı,

Yenə də qadımn qadındır adı.

O azğın çöl xalqı, o köçərilər 

Padşahı dinləyib durdu bir qədər.

Bu əmrə əymədi boyun heç biri,

Ən doğru sandılar bu ayinləri. 

"Bəndəyik biz, deyə, təslim oldular, 

itaət edərik sənə, tacidar!

Üz örtmək doğru yol deyildir, ancaq, 

itaət etməz bu ayinə qıpçaq.



324


Uz örtmək ayini qoy olsun sənin,


Bizə də göz örtmək olmuşdur ayin. 

Baxmamaq gərəkdir naməhrəm üzə, 

Nə suçu var üzün, cəza ver gözə.

Bu sözlər gəlirsə padşaha ağır,

Nə üçün bəs üzə, arxaya baxır.

Bu hasar deyilmi qıza, gəlinə?

Heç biri girməmiş yad gərdəyinə. 

Bizim qız-gəlinə yetər bu örük

Yadlar gərdəyindən tutmamışdır yük. 

Örtü salmaqdansa xalqın üzünə,

Özün bir örtü çək baxan gözünə. 

Gözünə pərdəm asan bir nəfər, 

Şübhəsiz, nə günəş, nə də ay görər. 

Bu işdə cahandar əmr edir bizə, 

istəsən hər qıpçaq can verər sizə. 

Edərik hər əmrin olsa, itaət,

Öz ayinimizdən dönmərik, əlbət." 

öıpçağın dilini uzun görüncə,

Susaraq, aldı bir acı düşüncə. 

Padşaha apaydın oldu həqiqət,

Bu xalqa bir fayda verməz nəsihət. 

Tutarlı bir tədbir göstərsin, deyə, 

Söylədi bu sirri o fərzanəyə:

"Bu kəmənd saçlılar gözəldir, dilbər. 

Hayıf ki, yadlardan üz örtməyirlər. 

Pərvanə atəşdə yandığı qədər, 

Yadlara bəladır bu qara gözlər.

Nə yolla qıpçağı bəs yumşaldım mən. 

Gizləsin üzünü naməhrəmlərdən?!" 

Bəlinas dil açdı ona hörmətlə:

"itaət edərəm böyük minnətlə,

Mən elə bir tilsim qumm bu yerdə, 

Dastanlara düşüb qalsın dillərdə. 

Tilsimi hər qadın gördüyü zaman. 

Üz-gözünü örtüb keçər yanından.

326



Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə