P6081 veb və idug məzmun xəritəsi



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə19/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

Şəkillər mərkəzi
Telefonunuzla çəkdiyiniz şəkillər və ya videolar Şəkillər mərkəzində saxlanır və burada siz onlara baxa
və ya nəzərdən keçirə bilərsiniz.
Şəkilləri və videoları asanlıqla tapmaq üçün sevimliləri qeyd edin və ya onları albomlara yerləşdirin.
Şəkillərə baxmaq
O önəmli anları yenidən yaşayın - şəkillərə telefonunuzda baxın.
Vurun: Şəkillər.
1. Çəkdiyiniz şəklə baxmaq üçün Kamera Şəkilləri və şəklə vurun.
2. Növbəti şəklə baxmaq üçün sola sürüşdürün. Əvvəlki şəklə baxmaq üçün sağa sürüşdürün.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
72


Böyütmək və ya kiçiltmək
2 barmağınızı ekrana qoyun və barmaqlarınızı bir-birinə yaxınlaşdırın və ya uzaqlaşdırın.
İşarə:Sürətlə böyütmək və ya kiçiltmək üçün iki dəfə şəklə vurun.
Şəkli sevimli kimi qeyd etmək
Ən yaxşı şəkillərinizi tez və asanlıqla tapmaq istəyirsiniz? Onları sevimlilər kimi qeyd edin və onlara
Şəkillər mərkəzi, Sevimlilər görünüşündə baxın.
1. Şəkillər > Albomlar vurub şəklə baxın.
Şəkil onlayn albomdadırsa, əvvəlcə onu telefonunuzda saxlayın. Vurun: 
 > Telefonda saxla.
2. Vurun: 
 > Sevimlilərə əlavə et.
İşarə:Bir neçə şəkli sevimli kimi qeyd etmək üçün şəkillərin yerləşdiyi albomu seçib  , şəkilləri
seçin və   vurun.
İşarə:Şəkli çəkdikdən dərhal sonra onu sevimli kimi qeyd edə bilərsiniz. Sadəcə sağa sürüşdürüb
 > Sevimlilərə əlavə et vurun.
Sevimlilərə baxmaq
Şəkillər mərkəzində Sevimlilər seçiminə vurun.
Vebə şəkillər və videolar yükləmək
Dostlarınız və ailənizin görməsi üçün şəkillərinizi və videolarınızı sosial şəbəkə xidmətlərinə yükləmək
istəyirsiniz? Bunu birbaşa olaraq Şəkillər mərkəzindən edə bilərsiniz.
1. Şəkillər vurub şəkli və ya videonu seçin.
2. 
 > Paylaş... və xidməti seçin.
3.   və ya   düyməsinə vurun.
İşarə:Eyni vaxtda bir neçə şəkil seçmək üçün Şəkillər mərkəzində alboma və sonra   vurun,
şəkilləri seçib   vurun.
İşarə:Bütün cihazlarınızdan şəkillərinizə daxil olmaq üçün onları SkyDrive-a yükləməyi quraşdıra
bilərsiniz. SkyDrive albom sonradan şəkillərinizə baxdığınız zaman Şəkillər mərkəzində
mövcuddur.
Xüsusiyyəti quraşdırmaq üçün başlanğıc ekranında sola sürüşdürün   Parametrlər vurun.
Proqramlar seçin, Şəkillər+kamera > SkyDrive vurub seçim edin.
Şəkillər mərkəzində fonu dəyişmək
Hər dəfə baxdığınızda özünüzü yaxşı hiss etdiyiniz əla bir şəkliniz var? Onu Şəkillər mərkəzinin fonu
kimi qurun.
1. Vurun: Şəkillər.
2. Vurun: 
 > Fonu seçin.
3. Şəkli seçin və vurun:  .
İşarə:Siz həmçinin fon şəklinin periodik olaraq avtomatik dəyişməsini qura bilərsiniz. Vurun:
 > fonu avtomatik dəyişdir.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
73


Albom yaratmaq
Tədbirə, şəxsə və ya səyahətə görə şəkilləri asanlıqla tapmaq üçün şəkillərinizi, məsələn, mövzuya
görə albomlara yerləşdirin.
Kompüteriniz Mac-dırsa, Mac App Store-dan Windows Phone proqramını quraşdırın.
1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və şəkillər qovluğunu
seçin.
3. Yeni qovluq əlavə edin, onu adlandırın və qovluğa şəkillər əlavə edin.
Qovluq telefonun Albomlar görünüşündə albom kimi görünür.
İşarə:Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone
proqramından istifadə edə bilərsiniz. Windows 7 ilə onu www.windowsphone.com ünvanından
yükləyə bilərsiniz.
Albomu silmək
Albomu telefondan sildikdə həmin albomda olan şəkillər də silinir. Albomu kompüterinizə
köçürmüsünüzsə, albom və ondakı şəkillər kompüterdə qalır.
Şəkillər > Albomlar vurun. Alboma vurub saxlayın və sonra Sil vurun.
Onlayn albomları telefondan silmək mümkün deyil.
Şəkilləri kompüterə köçürmək
Telefonunuzla şəkil çəkmisiniz və kompüterinizə köçürmək istəyirsiniz? Şəkilləri köçürmək və ya
sürüşdürmək üçün kompüterin fayl menecerindən istifadə edin.
Kompüteriniz Mac-dırsa, www.nokia.com-dan Mac üçün Nokia Şəkil Köçürmə proqramını quraşdırın.
1. Uyğun USB kabeli ilə telefonunuzu müvafiq kompüterlə qoşun.
2. Kompüterdə fayl menecerini, məsələn, Windows Explorer və ya Finder-i açın və telefona baxın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
74


İşarə:Sizin telefonunuz portativ qurğuların altında Windows Phone kimi göstərilir. Sizin
telefonunuzun qovluqlarını görmək, telefonun adını iki dəfə klikləyin. Sənədlər, musiqi,
fotoşəkillər, rinqtonlar və videolar üçün ayrı qovluqlar var.
3. Şəkillər qovluğunu açın, şəkilləri seçin və kompüterə qoşun.
İşarə:Kompüterinizin əməliyyat sistemi Windows 7 və ya Windows 8-dirsə, Windows Phone
proqramından istifadə edə bilərsiniz. Windows 7 ilə onu www.windowsphone.com ünvanından
yükləyə bilərsiniz.
Şəkli redaktə etmək
Siz çəkdiyiniz şəkilləri dərhal redaktə edə, məsələn, fırlada və ya kəsə bilərsiniz. Tək bir toxunuşla
telefonun şəklinizi düzəltməsi üçün avto-düzəlişdən istifadə edin.
1. Şəkillər > Albomlar vurun.
2. Şəklə, 
 > Redaktə et... və sonra seçimə vurun.
İşarə:Mağazadan şəkil redaktəsi proqramları yükləmisinizsə, onlar burada redaktə seçimləri kimi
sadalanıb.
3. Redaktə edilmiş şəkli saxlamaq üçün   düyməsinə vurun.
Şəkillərinizi dostunuzun ekranında göstərmək
Ən yaxşı şəkillərinizi dostlarınıza göstərmək istəyirsiniz? Fotoötürücü mobil proyektorundan istifadə
edin və şəkillərinizi hər hansı naqil olmadan dostlarınızın ekranında göstərin.
1. Șəkilləri göstərmək istədiyiniz cihazda https://www.photobeamer.com seçimini edin (İngilis
dilində).
2. Yeni telefonunuzun başlanğıc ekranında sola sürüşdürün və Fotoötürücü vurun.
3. Ekranda göstərmək istədiyiniz şəkilə vurun.
4. Fotoötürücü veb-səhifəsində telefonunuzla QR kodunu skanlayın.
5. Eyni qovluqdakı digər şəkilləri göstərmək üçün sola və ya sağa vurun.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
75


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə