P6081 veb və idug məzmun xəritəsi


 Böyütmək üçün yuxarı sürüşdürün və kiçiltmək üçün aşağı sürüşdürün. 4



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə18/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   14   15   16   17   18   19   20   21   ...   35

3. Böyütmək üçün yuxarı sürüşdürün və kiçiltmək üçün aşağı sürüşdürün.
4. Video çəkiliş üçün kamera düyməsini basın. Saniyəölçən işləməyə başlayacaq.
5. Video çəkilişini dayandırmaq üçün kamera düyməsini basın. Saniyəölçən dayanacaq.
İndicə çəkdiyiniz videoya baxmaq üçün vurun:  . Video Şəkillər-da saxlanır.
Şəkilləri və videoları yaddaş kartında saxlamaq
Telefonunuzda yaddaş kartı varsa və telefonun yaddaşı dolursa, çəkdiyiniz şəkil və videoları yaddaş
kartında saxlayın.
Daha yaxşı video keyfiyyəti üçün videoları telefonun yaddaşına yazın. Videoları yaddaş kartına
yazsanız, kifayət qədər sürətli mikroSD kartdan (4-cü sinif və ya növbəti versiya) istifadə etdiyinizi
yoxlayın.
1. Bașlama ekranında sola sürüșdürün və   Parametrlər > Telefon yaddaşı vurun.
2. Yeni şəkilləri saxla seçimini SD kart kimi dəyişin.
Məkan məlumatını şəkillərdə və videolarda saxlamaq
Hər hansı şəkli və ya videonu çəkərkən harada olduğunuzu dəqiq xatırlamaq istəyirsinizsə,
telefonunuzda yerə dair avtomatik olaraq məlumat qeyd etməyi seçə bilərsiniz.
1. Bașlama ekranında sola sürüșdürün və   Parametrlər vurun.
2. Proqramlar seçiminə sürüşdürüb Şəkillər+kamera > Çəkdiyim şəkillərə yer haqqında məlumatı
daxil edin vurun.
Olduğunuz yeri peyk və ya şəbəkə üsulları ilə müəyyənləşdirmək mümkündürsə, yerə dair məlumat
şəkil və ya videoya əlavə edilə bilər. Əgər yerə dair məlumatın olunduğu şəkil və ya videonu paylaşsanız,
şəkil və ya videoya baxan şəxslər yerə dair məlumatı görə bilərlər. Telefon parametrlərindən
geokodlaşdırmanı qeyri-aktiv edə bilərsiniz.
Şəkilləri və videoları paylaşmaq
Ən yaxşı şəkillərinizi birbaşa olaraq kameradan paylaşın.
1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Şəkil və ya video çəkin.
3. Vurun:  . Paylaşmaq istədiyiniz şəkli tapıb 
 > Paylaş... vurun.
4. Paylaşma üslunu seçin və təlimatlara əməl edin.
İşarə:Şəklinizi və ya videonu yaxın biri ilə dərhal paylaşmaq üçün Toxun+göndər seçiminə vurun
və telefonunuzda digər telefona vurun. Digər telefon NFC funksiyasını dəstəkləməlidir və
Bluetooth hər iki telefonda yanılı olmalıdır.
İşarə:Siz həmçinin Şəkillər mərkəzindən də paylaşa bilərsiniz. Şəkli və ya videonu seçin və 
 >
Paylaş... seçiminə vurun.
Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük
həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.
Paylaşma xidmətlərinin hamısı bütün fayl formatlarını və ya yüksək keyfiyyətlə çəkilmiş videoları
dəstəkləmir.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
69


Peşəkar fotoqrafiya
Șəkilləri peșəkar kimi çəkin
Tam yaradıcı potensialınızdan faydalanmaq və peșəkarcasına șəkil çəkmək istərdinizmi? Nokia Pro
Camera ilə siz həm kamera, həm də video rejimində kamera parametrlərini əl ilə dəyişə bilərsiniz.
1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. Parametrlərə baxmaq üçün   işarəsini sola sürükləyin. Parametri dəyișmək üçün barmağınızı
sürüngəcdə yuxarı ya așağı sürükləyin. Məsələn, siz şəklinizdəki işığın miqdarına nəzarət etmək üçün
Ekspozisiya kompensasiyası dəyişə bilərsiniz.
3. Parametrləri bağlamaq üçün   ișarəsini sağa sürükləyin.
4. Șəkil çəkmək üçün   vurun.
İşarə:Müxtəlif parametrlər haqqında praktik məlumat almaq üçün vurun: 
 > təlimat.
İşarə:Ən son kamera yeniləmələri üçün Mağaza yoxlayın və Nokia Pro Camera -nı Nokia
Camera-a təkmilləşdirin, burada bütün Nokia Smart Camera və Nokia Pro Camera xüsusiyyətləri
bir proqramda birləşib.
Șəkillərinizi asanlıqla çərçivəyə salın
Șəkillərinizi peșəkarcasına çərçivəyə salmaq istəyirsiniz? Görüntü axtarıcısının torlarından istifadə
edin və mükəmməl șəkillər yaradın.
1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2. 
 > parametrlər vurun və Çərçivə torları parametrini, məsələn, Qızıl nisbət və ya Üçdə bir
hissələrin qaydası təyin edin.
3. Șəkil çəkmək üçün   vurun.
Nokia Pro Camera ipucları
Nokia Pro Camera-dan tam şəkildə faydalanmaq istəyirsiniz? Bu məsləhətləri gözdən keçirin və
yüksək rezolyusiyali kamera haqqında ətraflı öyrənin.
• Telefonunuz kilidli olduqda tez kameranı yandırmaq üçün bir-iki saniyə kamera düyməsini basıb
saxlayın.
• Kameradan təxminən bir dəqiqə istifadə etməsəniz, o, sönəcək. Kameranı yandırmaq üçün
işəsalma düyməsini basın və ekran kilidini açın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
70


• Kameradan video rejiminə keçmək üçün vurun: 
.
• Nokia Pro Camera ilə miqyası sadəcə bir barmağınızla dəyişə bilərsiniz. Böyütmək üçün yuxarı,
kiçiltmək üçün aşağı vurun.
• Nokia Pro Camera ilə çəkdiyiniz şəkillərə baxmaq üçün ekranın yuxarı sol küncündə   vurun.
• Kameranı xüsusi bir obyektə fokuslamaq üçün ekranda obyektə vurun.
• Ekranı ən yaxşı şəkildə görmək üçün işıq sensorunun üzərini tutmayın.
Mağazadan Nokia Foto-proqramlarını yükləmək
Kameranızı daha da mükəmməlləşdirmək və əla şəkillər çəkmək üçün yeni əyləncəli üsullar tapmaq
istəyirsiniz? Mağaza-dan Nokia Foto-proqramlarını yükləyin.
1. Kameranı yandırmaq üçün kamera düyməsini basın.
2.   > Daha çox foto-proqram tap seçiminə vurun və təlimatlara əməl edin.
Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat qiymətlərinə təsir edə biləcək böyük
həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.
Şəkillər və videolar
Xeyli qəşəng şəkil və video çəkmisiniz? Burada onlara baxa, onları təşkil edə, paylaşa və redaktə edə
bilərsiniz.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
71


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə