P6081 veb və idug məzmun xəritəsi


 Yaxınlıqdakı təklif olunan yerləri tapmaq və ya xəritədəki hər hansı nöqtəni seçmək üçün   vurun. 3



Yüklə 1,9 Kb.
Pdf görüntüsü
səhifə21/35
tarix14.05.2018
ölçüsü1,9 Kb.
#44182
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

2. Yaxınlıqdakı təklif olunan yerləri tapmaq və ya xəritədəki hər hansı nöqtəni seçmək üçün   vurun.
3. Vurun:  .
Siz xəritədə müxtəlif növdə yer təklifləri görə bilərsiniz.
Yaxınlıqdakı müəyyən yerləri tapmaq
Yaxınlıqdakı yerlər xəritədə göstərildikdə, ekranın aşağısından yuxarı doğru sürüşdürün və
kateqoriyaları göstər kateqoriyaya vurun.
Kateqoriyada olan yaxınlıqdakı yerlər siyahıda göstərilir. Onlara xəritədə baxmaq üçün xəritəyə vurun.
İşarə:Kateqoriyanı başlanğıc ekranına əlavə etmək üçün kateqoriyanı seçdikdən sonra   vurun.
Beləliklə harada olmanızdan asılı olmayaraq yeni yerləri kəşf edə bilərsiniz.
LiveSight-dan istifadə edərək kameranızın viziri vasitəsilə ətrafdakı maraqlı yerləri görə bilərsiniz.
Cari və ya son məlum yerə baxmaq üçün   vurun. Cari yerinizin yanında   vurun.
Kameranın viziri vasitəsilə yerləri görmək üçün telefonu portret rejimində şəkil çəkdiyiniz kimi
telefonu şaquli vəziyyətdə saxlayın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
79


Yerə dair istiqamətləri və ya əlavə məlumat əldə etmək üçün yerə vurun. Görüntünü dondurmaq üçün
telefonu həmin yerə tuşlamadan onu araşdıra bilməniz üçün buraya vurun  .
Yerlərin xəritədə harada yerləşdiyinə baxmaq üçün telefonun ekranı yuxarı vəziyyətdə kompas kimi
tutun.
İşarə:Siz normal xəritə görünüşündə olduğu kimi yaxınlıqdakı müyyən yerləri tapa bilərsiniz.
Həmçinin asanlıqla daxil olmaq üçün yeri LiveSight -da başlanğıc ekranına kateqoriya, məsələn
kafe & restoranlar əlavə edə bilərsiniz. Bu yolla bir toxunuşda ən yaxınınızda olan restoranların
kamera görünüşünü əldə edə bilərsiniz.
Ticarət mərkəzində yolunuzu tapmaq
Artıq ticarət mərkəzində hər hansı mağazanı tapmaq üçün o tərəf, bu tərəfə getmək lazım deyil. HERE
Maps labirintə bənzər ticarət mərkəzində və digər böyük binalarda sizə bələdçilik edə bilər.
Bașlama ekranında sola sürüșdürün və   HERE Maps vurun.
Bu funksiyadan istifadə etmək üçün siz internetə bağlanmalısınız, və bu zaman daxili xəritəyə giriş
mümkün olacaq. Qapalı yer xəritə məlumatları bütün ölkələrdə və ya regionlarda və ya bütün binalar
üçün mövcud olmaya bilər.
1. Bina xəritədə göstərildikdə, binanın hissələrini (məsələn, ticarət mərkəzinin mağazaları) görənə kimi
böyüdün.
2. Binaya vurun.
İşarə:Binanın hər hansı yeri haqqında məlumata baxmaq üçün yerə və sonra məlumat
qovuqcuğuna vurun.
3. Binanın müxtəlif mərtəbələrinə baxmaq üçün xəritənin sağında mərtəbə nömrələri arasında yuxarı-
aşağı sürüşdürün.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
80


Binalarda müəyyən yerləri tapmaq
Binaya vurun və ekranın aşağısından yuxarısına doğru sürüşdürün. kateqoriyaları göstər vurun və
kateqoriyanı seçin.
Binada müəyyən yeri tapmaq
Binaya vurun və ekranın aşağısından yuxarısına doğru sürüşdürün. Sola məlumat kitabı üzərinə
sürüşdürün və   vurun.
Marșrut istiqamətlərini əldə etmək
Yolunuzu asanlıqla tapmaq istəyirsiniz? Piyada və ya avtomobillə hərəkət zamanı və ya ictimai
nəqliyyatdan istifadə edərkən istiqamətləri əldə edin - bașlanğıc nöqtəsi olaraq cari yerinizi və ya hər
hansı digər yeri götürün.
1. Bașlama ekranında sola sürüșdürün və   HERE Maps vurun.
2. Vurun: 
 > istiqamətlər.
3. Cari yerinizin bașlanğıc nöqtəsi olmasını istəmirsinizsə, buradan vuraraq bașlanğıc nöqtəsini
axtarın.
4. haraya vuraraq gediləcək yeri axtarın.
Xəritədə marșrut və ora çatmaq üçün nə qədər vaxtın lazım olduğu göstərilir. Təfərrüatlı istiqamətlərə
baxmaq üçün ekranın așağısından yuxarısına doğru sürüșdürün.
İşarə:İstiqamətləri əldə etmək üçün siz həmçinin xəritədə hər hansı nöqtəyə vura və ya vurub
saxlayaraq məlumat qabarcığına vura bilərsiniz. Vurun: buraya istiqamətlər və ya buradan
istiqamətlər.
Piyada istiqamətlərini əldə etmək
Marșrutunuzu yaratdıqdan sonra   vurun və görünüșün yuxarısında naviqasiyanı başlat seçiminə
vurun. Olduğunuz yer, növbəti döngə və marșrutun xülasəsi arasında keçid etmək üçün xəritənin
așağısında məlumat sahəsində sola və ya sağa vurun.
HERE Drive+da səs bələdçili idarəetmə istiqamətlərini əldə edin
Getdiyiniz yeri təyin etdikdən sonra (cari yerinizi bașlanğıc nöqtəsi kimi seçin), vurun:   > naviqasiyanı
başlat. Marșrutunuz burada açılır: HERE Drive+.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
81


İctimai nəqliyyat üçün istiqamətləri əldə etmək
Marșrutunuzu yaratdıqdan sonra   vurun.
Sizin marşrutunuz burada HERE Transit açılır. İctimai nəqliyyat məlumatı dünya üzrə yalnız müəyyən
șəhərlərdə mümkündür.
Hər hansı yerə şəkil əlavə etmək
Bəyəndiyiniz nəisə görmüsünüz? Qoyun digərləri də sizin təcrübənizi paylaşsın. Şəkil çəkin və hər
kəsin öz telefonlarında və ya here.com-da görməsi üçün onu yükləyin.
1. Bașlama ekranında sola sürüșdürün və   HERE Maps vurun.
2. Yaxınlıqdakı yerlərə baxmaq üçün   vurun.
3. Xəritədə yer nişanına və məlumat qovuqcuğuna vurun.
4. Yer təfərrüatları görünüşündə şəkillər seçin və   vurun.
5. Şəklə və   vurun.
Sizin bütün yerlərə şəkillər əlavə etməniz mümkün olmaya bilər.
Yerə baxmaq və onu qiymətləndirmək
Yer təfərrüatları görünüşündə rəylər seçin və   vurun. Məkanı qiymətləndirmək üçün ulduzlara vurun
və fikrinizi yazın.
Yeri yadda saxlamaq
Səyahətinizi planlaşdırmaqda köməkçi olmaq üçün siz yerləri, məsələn, otelləri, atraksionları və ya
yanacaq məntəqələrini axtara və onları telefonunuzda saxlaya bilərsiniz.
1. Bașlama ekranında sola sürüșdürün və   HERE Maps vurun.
2. Ünvanı və ya yeri axtarmaq üçün   vurun.
3. Yer xəritədə göstərildikdə təfərrüatlar görünüşünü açmaq üçün məlumat qovuqcuğuna vurun.
4. Yer təfərrüatları görünüşündə   vurun.
İşarə:Həmçinin asanlıqla daxil olmaq üçün yeri başlanğıc ekranına əlavə edə bilərsiniz. Yer
xəritədə göründükdə məlumat qovuqcuğuna və sonra   vurun.
Saxlanmış yerə baxmaq
Əsas görünüşdə   vurun.
Saxlanmış yeri silin
Əsas görünüşdə   burun və yerləşdirin və   vurun.
Saxlanmış yerləri sinxronlaşdırmaq
Getdiyiniz sevimli yerlərin həmişə ehtiyat nüsxəsini çıxardın və onları əl altında saxlayın – sevimli
yerlərinizi Nokia hesabı ilə sinxronlaşdırın.
Bașlama ekranında sola sürüșdürün və   HERE Maps vurun.
Siz here.com ilə kompüterinizdə səyahətinizi planlaşdıra, saxlanmış yerləri telefonunuzda HERE
Maps ilə sinxronlaşdıra və yolda olarkən plana daxil ola bilərsiniz. Sinxronlaşdırma həmçinin əvvəlki
Nokia telefonunuzda olan yerlərin yeni telefonunuza köçürməyin əlverişli üsuludur. Köhnə
telefonunuzu Nokia hesabınız ilə və sonra yeni telefonunuzla sinxronlaşdırın.
© 2013 Nokia. Bütün hüquqlar qorunur.
82


Yüklə 1,9 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə