Maddə 33.
Patent barəsində məlumatın dərci
1. Müvafiq icra hakimiyyəti orqanı ixtira, faydalı model və sənaye nümunəsini qeydə
aldıqdan və patent verdikdən sonra 3 ay ərzində patent barəsində məlumatı rəsmi bülletenində
dərc edir. Məlumata aşağıdakılar daxil edilir:
patentin sahibinin (sahiblərinin) adı, müəllif kimi göstərilməkdən imtina etməyibsə, müəllifin
(müəlliflərin) adı;
ixtira, faydalı model və sənaye nümunəsinin adı;
iddia sənədinin müvafiq icra hakimiyyəti orqanına daxil olduğu tarix;
ilkinlik tarixi;
ixtiranın və faydalı modelin düsturu;
sənaye nümunəsinin mühüm əlamətlərinin siyahısı və onun təsviri.
2. ixtira, faydalı model və sənaye nümunəsi üçün verilmiş patentin bu Qanunun 7-ci
maddəsinin 3-cü bəndində, 8-ci maddəsinin 3-cü bəndinin 1-ci və 2-ci abzaslarında, 9-cu
maddəsinin 3-cü bəndinin 1-ci abzasında müəyyənləşdirilmiş tələbləri uyğun olmamasına
görə patent sahibi qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Maddə 34.
Verilmiş patentə etiraz
1. Bu Qanunun 3-cü maddəsinin 3-cü abzasının, 7-ci maddəsinin 1, 6, 7, 8-ci bəndlərinin, 8
ci maddəsinin 1, 5, 6-cı bəndlərinin, 9-cu maddəsinin 1, 5, 6-cı bəndlərinin, 27-ci və 29-cu
maddələrinin tələbləri pozulduqda, yaxud ixtiranın, faydalı modelin düsturunda və sənaye
nümunəsinin mühüm əlamətləri məcmusunda əvvəlki iddia sənədində göstərilmiş əlamətlər
olmadıqda istənilən hüquqi və ya fiziki şəxs patent barəsində məlumatın dərc edildiyi tarixdən
6 ay ərzində patentin verilməsinə qarşı əsaslandırılmış etirazla Apellyasiya şurasına müraciət
edə bilər.
2. Etiraz vermiş hüquqi və ya fiziki şəxs, həmçinin patent sahibi Apellyasiya şurasında ona
baxılmasında iştirak edirlər.
3. Patent obyekti barəsində məlumatın dərc olunduğu tarixdən 6 ay keçdikdən sonra
Apellyasiya şurası verilmiş patent barəsində etirazları qəbul etmir.
4. Apellyasiya şurasının qərarından məhkəməyə şikayət edilə bilər.
Maddə 35.
Patentdə və ixtira, faydalı model və sənaye nümunəsinə dair Dövlət
reyestrində dəyişikliklər edilməsi
1. Patent sahibinin vəsatətinə əsasən müvafiq icra hakimiyyəti orqanı verilmiş patentdə aşkar
və texniki səhvləri düzəltməlidir.
2. Patent sahibi patentdə hüquqi şəxsin adını, fiziki şəxsin soyadını, adını, atasının adını
dəyişdirdiyi halda bu barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına bildirməlidir.
Patent sahibi verilmiş patentdə dəyişikliklər barədə vəsatət qaldırıqda və müəyyənləşdirilmiş
rüsumu ödədikdə müvafiq icra hakimiyyəti orqanı ixtira, faydalı model və sənaye
nümunələrinin Dövlət reyestrində dəyişikliklər edir.
Maddə 36.
Patentin_qüvvəsinə_vaxtından_əvvəl_xitam_verilməsi'>Patentin qüvvəsinə vaxtından əvvəl xitam verilməsi
1. Aşağıdakı hallarda patentin qüvvəsinə vaxtından əvvəl xitam verilir:
patent sahibinin müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizə əsasında;
patentin qüvvədə saxlanması üçün rüsumun ödənilməsi üçün müəyyən edilmiş müddətdən 12
aylıq möhlət müddəti keçənədək ödənilmədikdə;
bu Qanunun 37-ci maddəsinə uyğun olaraq patent tamamilə etibarsız sayıldıqda.
2. Müvafiq icra hakimiyyəti orqanı patentə vaxtından əvvəl xitam verilməsi barədə məlumatı
rəsmi bülletenində dərc edir.
Maddə 37.
Patentin etibarsız sayılması
1. İxtira, faydalı model və sənaye nümunəsinin patenti onun qorunduğu bütün dövrə şamil
olunmaqla aşağıdakı hallarda bütövlükdə etibarsız sayıla bilər:
bu Qanunun 7, 8, 9-cu maddələrinə uyğun olmadığı təsdiq edildikdə;
patentin təsviri mütəxəssis tərəfindən həyata keçirilməsi üçün aydın və tam açıqlanmadıqda;
patentlə verilən hüququn həcmi ilkin iddia sənədinin hüdudlarından kənara çıxdıqda;
bu Qanunun 12-ci maddəsinə uyğun patent onu almaq hüququna malik olmayan şəxsə
verildikdə.
2. Bu maddənin 1-ci bəndində göstərilən şərtlər patentə tamamilə aid olmadıqda patent
qismən etibarsız sayıla bilər.
3. Patentin etibarsız sayılmasına dair yaranan mübahisələrə Apellyasiya şurasında və ya
məhkəmədə baxılır.
Maddə 38.
Ötürülmüş müddətlərin bərpası
1. Bu Qanunun 29-cu maddəsinin 6-cı bəndində, 31-ci maddəsinin 3-cü bəndində və 34-cü
maddənin 1-ci bəndində nəzərdə tutulan müddətlər üzürlü səbəbdən ötürüldükdə və
müəyyənləşdirilmiş rüsum ödənildikdə müvafiq icra hakimiyyəti orqanı ötürülmüş müddəti
bərpa edə bilər.
2. İddiaçı və ya etiraz edən şəxs ötürülmüş müddətin bərpası barədə vəsatəti ötürülmüş
müddətin qurtardığı tarixdən etibarən 3 ay ərzində verə bilər.
3. İxtira, faydalı model və sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün müəyyən
edilmiş illik rüsumu vaxtında ödəməyən patent sahibi, ötürülmüş tarixdən 5 il müddətindən
gec olmayaraq müvafiq dövlət rüsumunu ödəməklə, patentin qüvvəsi bərpa edilə bilər. Patent
sahibinin vəsatətinə ötürülmüş illər üzrə rüsumun ödənildiyini təsdiqləyən sənədin surəti
əlavə olunur.
VII fəsil
Yekun müddəaları
M a d d ə 3 9 . Dövlət rüsumları
Bu Qanunla müəyyən edilmiş patentlə bağlı hüquqi əhəmiyyətli işlərin yerinə yetirilməsi,
patent müvəkkillərinin attestasiyası, qeydiyyatı, şəhadətnamələrin verilməsi və onlara dair
məlumatın dərci üçün dövlət rüsumları ödənilir.
Maddə 40.
Mübahisələrə məhkəmə qaydasında baxılması
Bu Qanundan irəli gələn patentlə bağlı mübahisələrə Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmədə baxılır.
Maddə 41.
ixtira, faydalı model və sənaye nümunəsinin xarici dövlətlərdə
patentləşdirilməsi
Sənaye mülkiyyəti obyekti barədə iddia sənədi müvafiq icra hakimiyyəti orqanına verildikdən
sonra xarici dövlətdə patentləşdirilə bilər.
ixtira, faydalı model və sənaye nümunəsi barəsində iddia sənədinin müvafiq icra hakimiyyəti
orqanına daxil olduğu tarixdən etibarən 3 ay ərzində həmin orqan patent alınması üçün iddia
sənədinin xarici dövlətə verilməsinin mümkünlüyü haqqında müvafiq qərar qəbul edir və
iddiaçıya bildiriş göndərir.
Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə əlaqədar mübahisələrə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəmədə baxılır.
Maddə 42.
Xarici hüquqi və fiziki şəxslərin patentlə bağlı hüquqları
Xarici hüquqi və fiziki şəxslər bu Qanunla nəzərdə tutulmuş hüquqlardan Azərbaycan
Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrə və ya qarşılıqlı prinsipinə əsasən
Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər istifadə edirlər.
Maddə 43.
Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq müqavilələrdə müəyyənləşdirilən
qaydalar bu Qanunda nəzərdə tutulan qaydalardan fərqləndikdə beynəlxalq müqavilənin
qaydaları tətbiq olunur.
Maddə 44. Keçid müddəaları
Bu Qanun qüvvəyə minənədək ixtira, faydalı model və sənaye nümunəsi barədə verilən və
barələrində qərar qəbul edilməmiş iddia sənədlərinin ekspertizası bu Qanunun tələblərinə
uyğun aparılır.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV