Məhz buna görə sineqorluq institutu təsis edilmişdi.
Sineqorlar
təqsirləndirilən şəxslərə bilavasitə
məhkəmə prosesində hüquqi yardım göstərir, əvvəlcədən müdafiə nitqləri hazırlayıb məhkəmədə
təqsirləndirilən şəxs tərəfində
n
çıxış edir,
onun
hüquqlarını müdafiə edir və bununla da,
ədalət
məqsədinə nail olmaqda vasitəçilik edirdilər.
Həmin dövrün Afinasında hüquqi yardım göstərən müdafiəçilərin fəaliyyətinin başlıca xüsusiyyəti
ondan ibarət idi ki, onların işi hüquqşünaslıqdan çox əsasən natiqlik sənəti ilə bağlı idi. Bu
təsbitiRomanın görkəmli
natiqlik ustas
ı
Mark Fabi Kvintilian
ın (təqribən 35 – 96‐cı illər) məhşur
sitatı ilə gücləndirmək olar: “Bizə məmnuniyyətlə qulaq asan hakim demək olar ki bizə inanır”
.(6)
Qədim Romanın yaranması və mövcudluğu dövründə (e.ə. VIII əsr – b.e. V əsr), xüsusən sonrakı
mərhələlərdə hüquqi yardım institutu öz inkişafında keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. O,
məzmun etibarı ilə dolğunlaşır, habelə ifadə üsullarına görə çeşidlənir. Müdafiə xidmətini artıq
mütəxəssislər təqdim edir
di
lər. Ümumən demək olar ki, o vaxtın hüquqi yardım mexanizmləri tədqiq
etdiyimiz
hüququn müasir anlayışına daha çox yaxı
n
laşır.
İlk növbədə ona diqqət edilməlidir ki, məhz qeyd olunan tarixi dövrdə yazılı hüquq meydana çıxır.
Roma
hüququnun əsas mətnləri olan XII cədvəl qanunlarını (e.ə. V əsrin ortaları), Qay
institusiyalarını (143‐cü il), Yustinian digestasını
(530
533‐cü illər) araşdırdıqda, həmin dövr
cəmiyyətində hüquqi yardım alma institutunun mövcud olduğunu birbaşa təsdiq edən müddəalara
rast gəlirik. Onlar həmçinin, hüquqi yardım i
nstitutunun
ayrı‐ayrı ünsürləri, səciyyyəvi xüsusiyyətləri
barədə nəticələr çıxarmağa əsas verir.
Məsələn, Qədim Romada hüquqi yardım üzrə peşəkar fəaliyyət göstərmiş hüquq biliciləri şərti olaraq
3 qrupa b
ölünürdülər: cavere (yeni iddia və əqdlər hazırlanması); agere (məhkəmədə iş aparmaq),
respondere (suallara cavab vermək). Göstərilən birinci fəaliyyət növü hüquqşünasların iddia, əqd
və vəsiyyətnamə tərtibində yardım göstərməsindən ibarətidi. Bu sahədə əqd və iddia hazırlığının
formaları tərtib olunurdu ki, həmin formaların bir çoxu onları hazırlayan müəlliflərin adı ilə bağlıdır.
İkinci fəaliyyət növü
olan agere
hüququşünasın məhkəmədə iş
i
aparmasından ibarət idi
. Bu zaman
hüququşünas prosesdə tərəflərdən birinin funksiyasını öz üzərinə götürmüş olurdu, həm mülki, həm
də cinayət işləri üzrə. Qədim Romada cinayət məsuliyyətinə cəlb olunan şəxs
in
hüquqi yardımla
təmin edilməsinə ciddi əhəmiyyət verilirdi. Müdafiəçilər üç növə bölünürdü: advocati, laudatores,
patroni. D
aha bir forma vardı ki, “respondere” adlanmaqla , fərdi şəxslərin sorğuları üzrə hüquqşü
nas
rəyi verməklə məşğul olurdu. Məqalənin həcmi ilə bağlı
tələbləri nəzərə alaraq, Qədim Romada
hüquqi yardım göstərmənin xüsusiyyətlərini geniş şərh etmirik, bununla belə,
tədqiq olunan
subyektiv
hüququn inkişafı ilə bilavasitə bağlı olan bəzi mühüm məqamlara toxunmaq lazım gəlir.
Xüsusən
,
Yustinian digestalarının
Birinci Kitab
ında (XVI Titul) göstərilir ki, prokonsul “vəkil istəyən
hər kəsə, ilk növbədə
q
adınlara, yaxud yetkinlik yaşına çatmayanlara, yaxud digər zəiflərə və ya ağlı
yerində olmayanlara vəkil təmin etməli, əgər kimsə vəkil istəməzsə, onda prokonsul özü vəkil təqdim
etməlidir.(7) Əgər kimsə, rəqibin güclü olmasına görə özünə vəkil tapa bilmədiyini deyirsə, ədalətlik
naminə ona vəkil təqdim olunmalıdır”
.(8)
Göründüyü kimi, əhalinin aztəminatlı təbəqələrinə, habelə
nisbətən az həcmli hüquq qabiliyyəti olan subyektlərə (qadınlar, yetkinlik yaşına çatmayanlar,
xəstələr və s.) hüquqi yardım üçün vəkil xidmətindən istifadə edilməsinə qanun səviyyəsində təminat
verilmişdi.
Roma hüququnun qeyd olunan mənbəsinin Üçüncü Kitabında, daha dəqiqi, “Prokurorlar və
müdafiəçilər haqda (De procuratoribus et defensoribus)» III Titulda bir müddəada yazılırdı ki,
təqsirləndirilən şəxs məhkəmə iclasında iştirak edə bilməyən hallarda ona mütləq qaydada hüquqi
yardım göstərilməlidir. Mənbədə həmin müddəanın ictimai faydası da qeyd olunur: “əgər
məhkəmədə iştirak etməyən şəxs mühakimə oluna bilirsə, onun əvəzindən söz deyəcək və onun
təqsirsizliyini müdafiə edəcək başqa birinin prosesə buraxılması ədalətlidir və müəyyən edilmiş
qaydalara uyğundur”
.(9) Ro
ma respublikası və Roma imperiyasının tarixində bir dövrdən etibarən
aztəminatlı vətəndaşlar üçün təyinatlı və ödənişsiz müdafiə xidməti təmin olunmuşdu.
Qanun
normaları cinayət işləri üzrə müdafiəçinin iştirakını məcburi edirdi. Tərəfin müdafiəçisi olmayan
hallarda pretor onun üçün müdafiəçi təyin etməyə borclu idi.
Dostları ilə paylaş: