Ön söz
32
“Ümmətim arasında Allahın əmrlərinə riayət edən kəslər
həmişə olacaqdır. Bu göstərişlərə riayət edərkən onlara nə düş-
mənlər, nə də azğınlar ilahi əmr gələnədək zərər verə bilər”
1
.
Başqa bir hədisdə deyilir:
“Bu elmə (Sünnəyə) hər bir nəslin ən adil fərdləri sahib
çıxacaq, onu ifratçıların təhrifindən, batil əhlinin əsassız iddia-
larından, cahillərin də yozumlarından qoruyacaqlar”
2
.
Digər bir hədisdə isə oxuyuruq:
“Allah hər yüz ilin başında bu ümmətə dinini yeniləyən kəs
göndərər”
3
.
4. Buxari və ondan sonrakı alimlər tərəfindən hədislərin
istinadlarının araşdırılmasının Dörd İmamdan
4
sonrakı dövrə
təsadüf etməsi. Bu səbəbdən həmin imamlar bildirmişlər ki,
“Onların dediklərini səhih hədislərlə müqayisə etmək çox zə-
ruridir”. Amma onların davamçılarının çoxu bu qaydaya riayət
etməyib onların vəsiyyətini pozdular. İmam Şafeinin sözü necə
də doğrudur: “Belə bir hədis rəvayət olunub ki, qadınlar iki
bayram namazını qıla bilərlər. Əgər hədis səhihdirsə, mən də
bunu təsdiqləyirəm”.
Beyhəqi İmam Şafeinin dediklərini belə izah edir:
“Hədis səhihdir. İmam Buxari və İmam Müslim onu rəvayət
ediblər. Deməli, şafeilərin görüşü bunu təsdiqləməyi zəruri sa-
yır”
5
.
1
Hədisi İmam Buxari rəvayət etmişdir.
2
Hədisi Beyhəqi rəvayət etmişdir.
3
Hədisi Əbu Davud rəvayət etmişdir.
4
Söhbət İmam Malik, İmam Əbu Hənifə, İmam Şafei və İmam Əhməddən
gedir – tərcüməçinin qeydi.
5
Ibn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, III cild, səh. 123.
Ön söz
33
Ümmi-Ətiyyənin
(Allah ondan razı qalsın!)
rəvayət etdiyi həmin
hədis budur: “Əmr olundu ki, çıxaq. Və biz, aybaşı olanlar,
gənc qızlar və bakirələr çıxdıq. Amma aybaşı olanlar camaatla
dayanıb, dua etsələr də, namazgahlarından uzaq durdular”
1
.
Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı olsun!)
aşağıdakı hədisi
kitabımı hazırlayıb başa çatdırmaq üçün mənə stimul oldu:
“Dediklərimi eşidib (başqalarına) çatdıran şəxsin üzünü Al-
lah ağ etsin! Bəzən biliyi çatdıran özü həmin biliyi başa düş-
mür, amma onu özündən daha bilikliyə çatdırır”
2
.
Allahdan diləyim budur ki, Peyğəmbərin
(Ona Allahın xeyir-duası
və salamı olsun!)
dediklərini çatdıranlardan olum. Həmçinin, Allah
Təaladan bu hədisdə müjdələnən şəxslərdən olmağı istəyirəm.
Sələf alimlərindən elələri olmuşdur ki, bir hədis öyrənmək
üçün uzun məsafələr qət etmiş, gecələrini gündüzlərinə qat-
mışlar. Rəvayət olunur ki, səhabələrdən Cabir ibn Abdullah bir
hədis üçün Kufəyə, Abdullah ibn Üneysin yanına getmiş və bu
səfər bir ay davam etmişdir.
Tabeinlərdən Amir Şə`bi hədis öyrətdiyi Xorasanlı bir kişi-
yə belə demişdi: “Biz bu hədisləri sənə asanlıqla öyrətdik.
Halbuki təkcə bir hədis üçün Mədinəyə yola çıxanlar vardır”
3
.
Habelə Busr ibn Übeydullah deyibmiş:
“Təkcə bir hədis üçün neçə ölkələr dolaşmışam”
4
.
1
Hədisi İmam Buxari və İmam Müslim rəvayət etmişlər.
2
Hədisi İbn Macə rəvayət etmişdir.
3
Buxari. Came əs-səhih, I cild, səh. 200.
4
Ibn Həcər əl-Əsqəlani. Fəth əl-Bari, I cild, səh. 202.
Ön söz
34
Allahdan istəyim budur ki, müsəlmanların həyatında böyük
rol oynayan bu hədislərin mütaliəsini onlar üçün asanlaşdırdı-
ğıma görə mənə rəhm etsin.
Dua və üzrxahlıq
Duama Musa peyğəmbərin
(Ona salam olsun!)
sözləri ilə başla-
yıram:
“Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yetirməyə qadir olmaq,
Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə
tab gətirə bilmək üçün) köksümü açıb genişlət;
İşimi yüngülləşdir;
Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, sözümü yaxşı
anlasınlar!” (Taha, 25-28).
Sonrakı duam isə Peyğəmbərin
(Ona Allahın xeyir-duası və salamı ol-
sun!)
etdiyi duadır:
“Allahım! Ey göyləri və yeri yaradan! Ey gizlini və aşkarı
bilən! Qullarını ixtilafda olduqları şeylərdə haqqa yönəldən
Sənsən! Məni Sənin izninlə ixtilafa düşdükləri haqqa yönəlt!
Və Sən istədiyini düz yola yönəldənsən”
1
.
Üzrxahlığım isə böyük iş və ciddi vəzifə qarşısında aciz in-
sanın zəifl iyinə görədir.
Hər bir halda kitabımızda iki məsələyə diqqət yetirmişik.
Birincisi budur ki, ayə və hədislər hərtərəfl i öyrənilib. İkincisi,
dini mətnlərin mənaları üzərində düşünülüb ki, bu da müvafiq
təsnifi təmin etmək məqsədi daşıyır. Əslində, hər iki məsələ
tədqiqatçılar tərəfindən daha ətrafl ı öyrənilməlidir. Mümkün-
1
Hədisi İmam Müslim rəvayət etmişdir.
Dostları ilə paylaş: |