Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 2:
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Dekabr 2011
Yekun variant
2/1
2 Siyasi, normativ-hüquqi və inzibati baza
Mündəricat
2.1 Giriş ..............................................................................................................................2
2.2 Konstitusiya .......................................................................................................................2
2.3 Hasilatın Pay Bölgüsü haqqında Saziş .............................................................................2
2.4
Ətraf mühitin mühafizəsi haqqında milli qanunvericilik .....................................................7
2.4.1 ƏMTQ üzrə milli təlimatlar.....................................................................................12
2.5 Regional
Proseslər ..........................................................................................................13
2.5.1 Avropa İttifaqı ........................................................................................................13
2.5.2 Avropa üçün Ətraf Mühit .......................................................................................13
2.6 Beynəlxalq Neft-Qaz Sənayesi üzrə Standartlar və Təcrübələr .....................................13
2.7 BP
şirkətinin tələbləri.......................................................................................................14
Şəkillərin Siyahısı
Şəkil 2.1
Azərbaycanın Hüquq İyerarxiyası ........................................................................... 2
Cədvəllərin Siyahısı
Cədvəl 2.1 Beynəlxalq Konvensiyalara dair Xülasə ................................................................. 5
Cədvəl 2.2 Regional konvensiyalara dair xülasə ...................................................................... 6
Cədvəl 2.3 Ətraf mühit və sosial sahə ilə bağlı əsas milli qanunlar .......................................... 8
Cədvəl 2.4 Azərbaycanda ƏMTQ prosesinə dair təlimatların xülasəsi................................... 12
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 2:
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Dekabr 2011
Yekun variant
2/2
2.1 Giriş
Şahdəniz 2 (ŞD2) İnfrastruktur Layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz
Perspektiv Ərazisinin Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsünə dair Sazişə (bundan
sonra “HPBS” adlanacaq), Azərbaycan hökuməti tərəfindən ratifikasiya olunmuş beynəlxalq
konvensiyaların qüvvədə olan tələblərinə, Beynəlxalq Neft Sənayesi Standartlarına və
Təcrübələrinə, qüvvədə olan milli qanunvericiliyə, BP şirkətinin Sağlamlıq, Əməyin
Təhlükəsizliyi, Təhlükəsizlik və Ətraf Mühit (SƏTTƏM) siyasətinə uyğun həyata keçiriləcəkdir.
ŞD2 İnfrastruktur Layihəsinə tətbiq olunan hüquq iyerarxiyası Şəkil 2.1-də təsvir olunur.
Şəkil 2.1 Azərbaycanın hüquq iyerarxiyası
2.2 Konstitusiya
Konstitusiya Azərbaycan Respublikasının ən ali qanunudur və milli qanunvericilikdən və
beynəlxalq razılaşmalardan üstündür. O, insanların sağlam mühitdə yaşamaq; ətraf
mühitin
vəziyyətinə dair informasiya əldə etmək imkanına malik olmaq və ekoloji qanunvericiliyin
pozulması nəticəsində dəymiş ziyana görə kompensasiya almaq hüquqlarını dəstəkləyir.
2.3 Hasilatın Pay Bölgüsü haqqında Saziş
HPBS Şahdəniz yatağının birgə işlənməsi və hasilatın pay bölgüsü üzrə hüquqi rejimi
müəyyən edir. Bu saziş Podratçı Tərəflər kimi BP şirkəti və onun tərəfdaşları və Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 1996-cı ilin iyun ayında Bakıda
imzalanmışdır. Bu saziş daha sonra, Milli Məclis tərəfindən ratifikasiya edildikdən sonra 1996-
Səviyyə 1
Səviyyə 3
Səviyyə 4
Səviyyə 5 Milli Qanunvericilik
Azərbaycan
Respublikasının
Konstitusiyası
Ekoloji Normalar üzrə
Beynəlxalq Neft Sənayesi
Standartları
Azərbaycan
Respublikasının Ali
qanunu
Milli qanunvericiliklə
beynəlxalq sazişlər arasında
ziddiyyət olduqda beynəlxalq
sazişlərin müddəaları tətbiq
olunur (Konstitusiya, Maddə
151)
Beynəlxalq
konvensiyalar və
sazişlər
Azərbaycanda
referendum vasitəsilə
qəbul olunmuş
hüquqi aktlar
Hasilatın Pay
Bölgüsü haqqında
Saziş
Səviyyə 2
HPBS-lər əməliyyatların beynəlxalq
neft sənayesi standartlarına (Maddə 3,
Bölmə 3.4 ŞD) uyğun həyata
keçirilməsi üçün müstəsna hüquq verir
(Maddə 2, Bölmə 2.1 ŞD)
Parlamentin qəbul etdiyi qanunlar
Prezident sərəncamları NK-nin Qərarları
Mərkəzi İcra Hakimiyyəti Orqanlarının
Normativ Aktları
Təsdiqlənmiş ƏMSSTQ BP
şirkətinin Azərbaycanda fəaliyyəti
üçün qanuni icazə qüvvəsinə
malikdir