Şahdəniz 2 İnfrastruktur
Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi
Fəsil 2:
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Dekabr 2011
Yekun variant
2/5
Cədvəl 2.1 Beynəlxalq konvensiyalara dair xülasə
Konvensiya
Məqsədi
Statusu
BMT-nin “İqlim Dəyişmələri haqqında Çərçivə
Konvensiya”sı
İstixana qazı emissiyalarına dair informasiyanı tutuşdurub müqayisə və planlaşdırma
sahəsində əməkdaşlıq etmək
Azərbaycandan qeyri-rəsmi surətdə emissiyaların
azaldılması hədəflərinə cavab vermək tələb
olunmur
Bern Konvensiyası Yabanı bitkilərin və vəhşi heyvanların qorunması və onların təbii məskunlaşma yerlərinin
mühafizəsi
Azərbaycanda 2002-ci ildən qüvvəyə minib
YUNESKO-nun Beynəlxalq əhəmiyyətə malik su-
bataqlıq ərazilərin (xüsusən də su quşlarının təbii
məskənlərinin) qorunmasına dair konvensiyası /
RAMSAR Konvensiyası
Su-bataqlıq ərazilərin və su quşlarının mühafizəsini təşviq etmək. Bundan əlavə, bir sıra
su-bataqlıq ərazilər beynəlxalq Əhəmiyyətli Su-Bataqlıq Əraziləri təyin olunub və əlavə
mühafizə əldə edib.
Azərbaycan RAMSAR konvensiyasını 2001-ci
ildə imzalayıb
Davamlı üzvi çirkləndiricilər haqqında Stokholm
Konvensiyası
Dioksinlərin, furanların, heksaxlorbenzolun və PXB-lərin minimuma endirilməsi və
bütövlüklə aradan qaldırılması məqsədilə onların atqısını azaltmaq.
Azərbaycan bu konvensiyaya 2004-cü ildə
qoşulub
BMT-nin Ozon Təbəqəsinin Qorunmasına dair
Konvensiyası (Vyana Konvensiyası)
Ozon təbəqəsinin qorunması üçün beynəlxalq səylərin cəmlənməsi üzrə mexanizm təmin
edir, o cümlədən Konvensiyanın Monreal Protokolunda müəyyənləşdirilmiş ozondağıdıcı
maddələrin istehsalını və istifadəsini məhdudlaşdıran məcburi hüquqi tələbləri əks etdirir.
Azərbaycan bu konvensiyaya 1996-cı ildə
qoşulub
BMT-nin Bioloji Müxtəlifliyə dair Konvensiyası Bioloji
müxtəlifliyi qorumaq, o cümlədən onun komponentlərindən davamlı istifadə etmək
və meydana çıxan faydaları ədalətli və bərabər şəkildə bölüşdürmək
Azərbaycan 2000-ci ildə bu konvensiyaya tərəf
olmuşdur
FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının) Bitkilərin Mühafizəsinə dair
Konvensiyası
Bitkilərin və bitki məhsullarının ziyanvericilərinin yayılmasının və gətirilməsinin qarşısını
almaq və onlarla mübarizə üçün müvafiq tədbirləri təşviq etmək məqsədilə bağlanmış
sazişdir.
Azərbaycanda 2000-ci ildə qüvvəyə minib
Səhralaşma ilə Mübarizə haqqında Konvensiya
Səhralaşma ilə mübarizə aparmaq və quraqlığın təsirlərini azaltmaq
Azərbaycanda 1998-ci ildə qüvvəyə minib
Kökü Kəsilmək Təhlükəsi Qarşısında Olan Vəhşi
Fauna və Yabanı Flora Növləri ilə Beynəlxalq
Ticarət Haqqında Konvensiya (CITES)
Seçilmiş heyvan və bitki növlərinin ticarətinə nəzarəti təmin edir
Azərbaycanda 1999-cu ildə qüvvəyə minib
"Arxeoloji irsin qorunması haqqında" Avropa
Konvensiyası
Konvensiyanın tərəfi olan hər bir dövlətdən tələb olunur ki, dövlət vəsaitlərindən və ya
şəxsi vəsaitlərdən (vəziyyətdən asılı olaraq) istifadə etməklə arxeoloji tədqiqatlara maliyyə
yardımı göstərsin və arxeologiyanı təşviq etsin.
Azərbaycan 2000-ci ildə bu konvensiyanı
ratifikasiya edib
YUNESKO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin
Qorunması və Təşviqi haqqında Konvensiyası
Konvensiya tərəflərinin öz mədəni siyasətlərini formalaşdırmasını və həyata keçirməsini və
mədəni özünüifadə müxtəlifliyini qoruyacaq və təşviq edəcək tədbirlər qəbul etməsini və
beynəlxalq əməkdaşlığı gücləndirməsini təşviq edir.
Azərbaycan bu konvensiyaya 2010-cu ildə
qoşulub.
Şahdəniz 2 İnfrastruktur Layihəsi
Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi
Fəsil 2:
Siyasi, Normativ-hüquqi və İnzibati Baza
Dekabr 2011
Yekun variant
2/6
Cədvəl 2.2 Regional konvensiyalara dair xülasə
Konvensiya
Məqsədi
Statusu
Orhus Konvensiyası *
Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, qərar qəbul edilməsində
ictimaiyyətin iştirakı və ədalət mühakiməsinin açıq keçirilməsi hüquqlarını təmin etmək
Azərbaycan bu konvensiyaya 2000-ci ildə
qoşulub
Espoo Konvensiyası*
ƏMSSTQ-nin xüsusən də ətraf mühitin transsərhəd kontekstində korlanmasına qarşı
qabaqlayıcı tədbir kimi tətbiq olunması vasitəsilə ekoloji baxımdan zərərsiz və davamlı
inkişafı təşviq etmək.
Azərbaycan bu konvensiyaya 1999-cu ildə
qoşulub. Bu sənəd hazırlanan zaman
Azərbaycan Ətraf Mühitin Strateji
Qiymətləndirilməsinə dair protokolu
imzalamamışdı.
Transsərhəd Su Axınlarının və Beynəlxalq Göllərin
Mühafizəsi və İstifadəsi üzrə Konvensiya (Helsinki
Konvensiyası) *
İnsan fəaliyyəti nəticəsində transsərhəd suların çirklənməsindən yaranan transsərhəd
təsirin qarşısını almaq, həmin təsiri nəzarətdə saxlamaq və ya azaltmaq.
Azərbaycan bu konvensiyaya 2002-ci ildə
qoşulub
BMT-nin Təhlükəli Tullantıların Sərhədlərarası
Daşınmasına və Kənarlaşdırılmasına Nəzarət
haqqında Konvensiyası
Təhlükəli tullantıların sərhədlərarası daşınmasını tənzimləyir və konvensiya Tərəflərinin
üzərinə bu cür tullantıların ekoloji baxımdan məqsədəuyğun şəkildə idarə edilməsini və
kənarlaşdırılmasını təmin etmək öhdəlikləri qoyur.
Azərbaycan bu konvensiyanı 2001-ci ildə
ratifikasiya edib
Su və Sağlamlıq haqqında Protokol *
Su ehtiyatlarını daha yaxşı idarə etməklə və su ilə əlaqədar xəstəliklərin qarşısını almaqla,
onları nəzarətdə saxlamaqla və azaltmaqla insan sağlamlığını və rifahını qorumaq
Azərbaycan bu konvensiyaya 2003-cü ildə
qoşulub
UNECE-nin böyük məsafələrdə havanın
transsərhəd çirkləndirilməsi haqqında Cenevrə
Konvensiyası *
Havanın transsərhəd çirkləndirilməsinin nəzarətdə saxlanılması və azaldılması üçün
çərçivə təmin edir
Azərbaycanda 2002-ci ildə qüvvəyə minib.
Konvensiyaya 8 protokol əlavə edilib və həmin
protokollardan heç biri bu sənəd hazırlanan
zaman Azərbaycan Respublikası tərəfindən
ratifikasiya olunmamışdı
Sənaye Qəzalarının Transsərhəd Təsiri haqqında
Konvensiya *
Transsərhəd təsirə malik ola bilən sənaye qəzalarının qarşısını almaq, bu cür qəzalara
hazır olmaq və onlara qarşı cavab tədbirləri görmək
Azərbaycan bu konvensiyaya 2004-cü ildə
qoşulub
Təhlükəli Yüklərin Avtomobil Yolları ilə Beynəlxalq
Daşımaları *
Təhlükəli yüklərin qablaşdırılması və üzərinə yarlıqların vurulması, habelə istifadə olunan
nəqliyyat vasitələrinin konstruksiyası, avadanlıq təchizatı və istismarı üzrə tələbləri ehtiva
edir. Texniki tələblərə dair müfəssəl məlumat əlavələrdə verilir.
Azərbaycanda 2000-ci ildə qüvvəyə minib
Xəzər dənizi üzrə Tehran Çərçivə Konvensiyası
Hər beş sahilyanı dövlət tərəfindən ratifikasiya edilmiş və 2006-cı ildə qüvvəyə minmişdir.
Üzv dövlətlərdən Xəzər dənizində çirkləndirilmə ilə mübarizə aparmaq üçün bir sıra ümumi
tədbirləri həyata keçirməyi tələb edir. Dörd protokolun layihə variantı hazırlanmışdır ki,
bunlar qəbul edildiyi zaman milli qanunvericilik və normalar üçün əsas təşkil edəcək.
Konvensiya ratifikasiya olunub, lakin protokollar
bu sənəd hazırlanan zaman hələ layihə
variantında idi və ona görə də hal-hazırda
qanunvericiliyin işlənib hazırlanması üçün
məcburi tələb irəli sürmür.
* UNECE sazişi; Azərbaycan 1993-cü ildə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasına (UNECE) üzv dövlət olmuşdur. UNECE komissiyasının əsas məqsədi normaların, standartların və
konvensiyaların yaradılması ilə Ümumavropa məkanına inteqrasiyanı təşviq etməkdir.