Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə48/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   44   45   46   47   48   49   50   51   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi 

Fəsil 6: 

Ətraf mühitin təsvir 

 

Dekabr 2011 



Yekun  variant 

 

6/8 



Terminalın yaxınlığında dörd əsas qəsəbə vardır (Şəkil 6.1) və onlardan ən böyüyü təxminən 

2,5km cənubda yerləşən Səngəçal qəsəbəsidir. Ümid qəsəbəsi terminalın  şərqində, 

terminaldan 1 km-dən az məsafədə,  Əzimkənd və Massiv 3 isə terminalın cənub-qərbində, 

terminaldan təxminən 2,7 km aralıda yerləşir.  

 

Ümid və Səngəçal qəsəbələri Xəzər dənizinin sahilyanı zolağına paralel uzanan dörd hərəkət 



zolağına malik bərk örtüklü yol olan Bakı-Salyan magistral yolunun kənarındadır. Magistral yol 

ilə terminal arasında magistral yola paralel dik ərazi boyunca (yer səthindən 2 – 4 m hündür) 

dəmir yolu uzanır. Magistral yol ilə terminal arasında həmçinin çox sayda yola paralel yerüstü 

və yeraltı boru kəmərləri (neft, su və qaz boru kəmərləri) də keçir.  

 

Yaxınlıqda yerləşən digər sənaye müəssisələrinə terminalla Səngəçal qəsəbəsi arasında 



yerləşən və 2008-ci ilin sonundan istismara verilmiş dövlətə  məxsus elektrik stansiyası 

daxildir. Səngəçal Elektrik Stansiyası qazın yandırılması ilə işə düşən generatorlardan istifadə 

edərək elektrik enerjisi hasil etmək üçün layihələşdirilmişdir və stansiya alternativ olaraq 

mazutdan da istifadə edə bilir.  



 

Terminalın yaxınlığındakı su yollarına aşağıdakılar daxildir:  

 

 

Şahqaya vadisi – Terminalın  şimalında yerləşən  Şahqaya təpələrindən axaraq 



Terminal sahəsinin qərbindən keçir və Xəzər dənizinə axır; və  

 

Ümid vadisi – Terminaldan şərqdə yerləşir.  



 

Terminalı mümkün daşqınlardan qorumaq üçün onun şimal, qərb və  şərq perimetrlərinin 

ətrafında drenaj kanalı tikilmişdir. Kanal yağış zamanı yaranan sel sularını terminal ilə Xəzər 

dənizi arasında mövcud olan təbii axın xətlərinə - selovlara yönəldir.  

 

Terminaldan qərbdə  və  cənub-qərbdə yerləşən yeni ŞD2 infrastruktur ərazisi (baxın  Şəkil 



6.1),  əsasən, yastı  ərazidir və bundan əvvəl aparılmış terminal tikintisi işləri ilə  əlaqədar 

nəzərəçarpacaq pozuntulara məruz qalmış sahələrdən (Terminalın sərhədinə yaxın) ibarətdir. 

Burada aparılmış işlər sahədə iki nəzərəçarpacaq torpaq qalağının yaranması ilə nəticələnib. 

ŞD2 infrastruktur ərazisindən cənubda, mövcud boru kəməri dəhlizində aparılmış işlər zamanı 

pozulmuş sahədə drenaj pis olduğu üçün su yığılıb qalır (bax aşağıdakı Bölmə 6.4.2) və 

Xəzər dənizinə doğru meyllənir.    

 

6.4.2 Hidrologiya 

 

Terminalın  ərazisi drenaj suları üçün çoxlu sayda suyığıcı sahələr arasında yerləşdiyi üçün 



onun hidrologiyası mürəkkəbdir (baxın Şəkil 6.3). Bu suyığıcı ərazilər aşağıdakılardır: 

 

 



Şahqaya suyığıcı sahələri (Şahqaya vadisi və onun qərb tərəfindəki axınlar);  

 

Şimal və qərb perimetri boyunca suyığıcı sahələr; 



 Terminalla 

dəmir yolu arasında yağış zamanı yaranan sel sularını saxlama sahələri; 

 

Aşağıdakılardan ibarət Qaraquş dağı suyığıcı sahələri



o

 Qaraquş dağının qərb yamacları və şimal-şərq perimetri boyunca kanal

o

 Qaraquş dağının mərkəzi yamacları və Ümid vadisi çıxışı; və  



o

 Qaraquş dağının şərq yamacları və zibilliklərdən Sahil qəsəbəsinə doğru drenaj 

 

Terminalın drenajını  təfərrüatlı hidravlik modellə xarakterizə etmək üçün yuxarıdakı  əsas 



suyığıcı sahələr 23 köməkçi suyığıcı sahəyə bölünmüşdür

5

. Terminala birbaşa təsir edən 



axınlar qərbdə və şimal-qərbdə ‘nw1’, ‘nw2’ və ‘nw3’ köməkçi suyığıcı sahələr və terminaldan 

şimal-şərqdə və şərqdə yerləşən ‘q81’, ‘q9’ və ‘q91’ suyığıcı sahələrdir (baxın Şəkil 6.3). ‘q7’, 

‘q8’ və ‘q82’ suyığıcı sahələr Qaraquş dağının qərb yamaclarından axaraq Terminalın mövcud 

giriş yolunun altında olan suötürücü xətlər vasitəsilə ‘RES2’ daşqın sularını saxlama sahəsinə 

daxil olur. 

 

                                                      

5

 

Əlavə 9E-yə baxın: bu ESİQ-n hidroloji modeli 



 


Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi 

Fəsil 6: 

Ətraf mühitin təsvir 

 

Dekabr 2011 



Yekun  variant 

 

6/9 



Şəkil 6.3  Terminalın yanında əsas suyığıcı sahələr 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

© Water Resource Associates Ltd. 1:50000 miqyası ilə sovet kartoqrafiyası əsasında, HTA-nın (Hidroloji 

Tədqiqatlar Assosiasiyası) məlumatları əlavə olunmaqla. 

 

Şahqaya vadisi və onun axınları 137 km



2

-ə  bərabər olan ümumi drenaj sahəsinin 77 %-ni 

təşkil edir. Vadi RES1 vasitəsilə Səngəçal qəsəbəsinin şərq tərəfində dəmir yolunun altındakı 

‘B4’ və ‘B3’ körpülərindən, sonra sahil boyu uzanan şosenin altındakı novlardan keçərək 

Xəzər dənizinə çıxır (bax Şəkil 6.3). ‘nw1’, ‘nw2’ və ‘nw3’ köməkçi suyığıcı sahələrdən axınlar 

aşağıda yerləşən sahələrdə yerüstü borular, arxlar və torpaq qalaqlarının mürəkkəb 

sistemindən ibarət olan aşağı Şahqaya vadisi kanalına qoşulur.  

 

Şahqaya vadisinin aşağı hissəsi, adətən, nəm olur və görünür ki, burada qamış, kol və digər 



bataqlıq bitkilərinin bitməsinə  şərait yaradan daimi kiçik su axını var. Çox güman ki, bu, 

Səngəçal terminalından gələn müvəqqəti səth drenaj suları ilə  Əzimkənd, Massiv 3 və 

Səngəçal qəsəbələrindən gələn çirkab su axınlarının birləşməsidir və ola bilsin ki, burada su 

təchizatı borularının sızmasının da bir qədər əlavə rolu var

6



                                                      



6

 

Qeyri-müəyyənliklər modelə daxil edilmiş məlumatlarla və modelin özündə olan qeyri-müəyyənliklərlə əlaqədardır – 



bax: Əlavə 9E

 

Əsas su yolları



Maksimum hündürlüklər

Hidroloji modelləşdirmə üçün suyığıcı

çıxışlar

Köhnə neft quyuları

Enişlər

Əsas yarğanlar

Palçıq axınları/vulkanik çıxışlar

Şahqaya suyığıcı sahəsi

Perimetr boru suyığıcı sahələr

Qaraquş dağı suyığıcı sahələri

Daşqın sularını saxlama sahəsi

Mövcud karxanalar

Şərti işarələr

metr


Şahqaya

vadisi


M. Шахгая

Ceyrankeçməz çayı

Ümid vadisi

Səngəçal


Terminalın mərkəzi drenaj çıxışı

Şahqaya vadisi

Şahqaya

təpələri


Qaraquş

təpəsi


Sahil

qəsəbəsini

n drenajı

Cümətaz


Xəzər dənizi

Əsas su yolları

Maksimum hündürlüklər

Hidroloji modelləşdirmə üçün suyığıcı

çıxışlar

Köhnə neft quyuları

Enişlər

Əsas yarğanlar

Palçıq axınları/vulkanik çıxışlar

Şahqaya suyığıcı sahəsi

Perimetr boru suyığıcı sahələr

Qaraquş dağı suyığıcı sahələri

Daşqın sularını saxlama sahəsi

Mövcud karxanalar

Şərti işarələr

metr


Şahqaya

vadisi


M. Шахгая

Ceyrankeçməz çayı

Ümid vadisi

Səngəçal


Terminalın mərkəzi drenaj çıxışı

Şahqaya vadisi

Şahqaya

təpələri


Qaraquş

təpəsi


Sahil

qəsəbəsini

n drenajı

Cümətaz


Xəzər dənizi

Miqyas 


(kilometr) 


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə