Şahdəniz 2 İnfrastruktur Layihəsi Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə47/181
tarix08.04.2018
ölçüsü5,26 Mb.
#36686
1   ...   43   44   45   46   47   48   49   50   ...   181

Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə 

və Sosial-iqtisadi Sahəyə 

Təsirin 


Qiymətləndirilməsi 

Fəsil 6: 

Ekoloji təsvir 

 

 



 

Dekabr 2011 

Yekun  variant 

 

6/5 



 

Şəkil 6.1  ŞD2 infrastruktur layihəsi ilə əlaqəli quru və sahilyanı sahələr  

 

 




Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi 

Fəsil 6: 

Ətraf mühitin təsvir 

 

Dekabr 2011 



Yekun  variant 

 

6/6 



6.3 Fiziki mühit 

 

6.3.1 Seysmiklik 

 

Avrasiya kontinental şelfinin bir hissəsi olan Xəzər regionu Ərəbistan və Hindistan kontinental 



şelfləri ilə toqquşan tava sərhədinə malikdir. Bu, şimala doğru uzanan Avrasiya ilə cənubdakı 

sahilləri formalaşdıran Afrika və Hindistan arasında yerləşən okeanın (Tetis) parçalanmasına 

gətirib çıxarmışdır. Alp, Qafqaz və Qaraqorum/Himalay sıra dağları bu qədim okeanda və 

okeanın  ətrafında qabarma süxurlarından təşkil olunub. Platformaların bir-birinə doğru 

hərəkəti, adətən, nisbətən daha yüksək seysmik fəallıqla əlaqədardır və zəlzələlər və vulkanik 

proseslər ilə müşayiət olunur. 

 

Azərbaycan öz seysmik fəallığına görə tanınır (xüsusən də Böyük və Kiçik Qafqaz 



dağlarında). 1842-ci ildən bəri Rixter cədvəli üzrə 6,0 baldan yuxarı beş zəlzələ baş vermişdir, 

bunlardan ən sonuncusu 25 noyabr 2000-ci ildə baş verdi və episentri Bakıdan şərqdə, şimal-

şərqə doğru 30km məsafədə yerləşən bu zəlzələnin gücü 6,5 bal təşkil etmişdir.  Ərazinin 

seysmikliyinə  və tektonikliyinə dair daha müfəssəl məlumatı AÇG Faza 1 üzrə  ƏMSSTQ 

sənədindən əldə etmək olar

2



 

6.3.2  İqlim 

 

1977-ci ildən 2000-ci ilədək olan iqlimə dair məlumatlar (küləyə və yağıntılara dair məlumatlar 



istisna olmaqla) Səngəçaldan təxminən 25km cənubda yerləşən Ələt ərazisindəki meteoroloji 

stansiyadan əldə edilmişdir.  

 

6.3.3 Temperatur 

 

Quruda yerləşən Səngəçal  ərazisi 14,4 dərəcə Selsi (°C) illik orta temperatura malik isti, 



yarımquraqlıq səhra kimi təsnif olunur. 1977-2000-ci illər arasındakı müddət ərzində iyul ayı 

ilin  ən isti ayı kimi qeydə alınmışdır, 23 illik orta temperatur göstəricisi 26,4°C təşkil edir. 

Yanvar isə ilin ən soyuq ayıdır, orta temperatur göstəricisi 0°C-dir. Ən kəskin temperatur 

göstəriciləri –16°C və 41°C təşkil etməklə, tarix boyu müvafiq olaraq yanvar və iyul aylarında 

qeydə alınmışdır.  

 

6.3.4 Yağıntı 

 

Qurudakı Səngəçal ərazisi Azərbaycanda ən quraq yerlərdən biridir. Yağıntılara dair məlumat 



Ələt, Bakı və Maştağadan toplanılmışdır

3

. 1992 – 2006-cı illər arasında Bakıda illik yağıntının 



orta göstəricisi 263mm təşkil etmişdir. 2002 – 2006-cı illər arasında  ən yüksək aylıq yağıntı 

2002-ci ilin dekabr ayında baş vermiş  və 184mm təşkil etmişdir. Oktyabr – fevral ayları 

yağmurlu aylar hesab olunub, ayda təxminən orta hesabla 41 – 79mm yağıntı baş verir; İyul – 

avqust ayları isə daha quraq aylar hesab olunmaqla bu aylarda orta hesabla ayda 1 - 5mm 

yağıntı düşür.  

 

Cədvəl 6.2 2002-206-cı illərdə Bakı meteoroloji stansiyasından alınmış yağıntının aylıq orta 



göstəricisini əks etdirir.     

 

 

Cədvəl 6.2  Orta aylıq yağıntı göstəriciləri (Bakı) 2002 – 2006-cı illər  

 











İyun İyul











Orta aylıq yağıntı  (mm)

 

41 43 25 31 20  10  5  1 24 46 46 79 

 

                                                      



2

 AÇG1 ESİQ, 2002 

3

 Əlavə 9E-yə baxın: bu ESİQ-n hidroloji modeli  




Şahdəniz 2 İnfrastruktur Layihəsi 

Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi 

Fəsil 6: 

Ətraf mühitin təsvir 

 

Dekabr 2011 



Yekun  variant 

 

6/7 



6.3.5 Külək 

 

Səngəçal buxtasındakı külək rejimi bütövlüklə Abşeron yarımadasındakı külək rejiminə 



uyğundur (baxmayaraq ki, onun yerli isti hava axınları ilə  hərəkətə  gətirilən küləklər 

sistemindən ibarət olduğu qəbul edilir). Yerli sistemin təsirləri ən çox dənizdə buxta daxilində 

özünü büruzə verməklə  səhərin erkən saatlarında zəif küləyin (1m/s - 2m/s) əsməsi ilə 

nəticələnir və sonra isə dayanır və ilin daha isti aylarında torpaq qızdıqca quruda daha güclü 

bir küləyə çevrilir. Regionun meteoroloji dinamikaları ilə müşayiət olunan bu termal təsir 

əvvəlcədən gözlənilmə ehtimalı az olan güclü küləklər ilə nəticələnə bilər. 

 

Şəkil 6.2-də 2007-ci ildə küləklərlə bağlı  Səngəçal terminalında qeydə alınmış  məlumatlar 



əsasında tərtib edilmiş və Bakı hava limanında həmin il (2007) üzrə əldə edilmiş məlumatlarla  

tamamlanan diaqram (küləklər gülü) göstərilir

4

. Bu diaqram üstünlük təşkil edən külək 



istiqaməti şimal küləyi olmaqla, ilin təxminən 15 %-ni əhatə edir. Şimal - şimal-qərb və şimal - 

şimal-şərq küləkləri təxminən küləklərin 10-12 %-ni təşkil edir. Küləyin sürəti, adətən, 0,5 m/s-

dən 12 m/s-dək dəyişir, sürəti saniyədə 8 metrdən çox olan küləklər isə təxminən 30% təşkil 

edir. 


 

 

Şəkil 6.2  İllik külək göstəricilərini əks etdirən diaqram (Səngəçal terminalı), 2007 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

6.4 Qurudakı mühit  

 

6.4.1 Coğrafi mühitin təsviri 

 

Təxminən 5,5km



2

  ərazini  əhatə edən Terminal cənub-şərqə  və  Xəzər dənizinə doğru az 

meylli düzənlikdə yerləşir. Terminal sahəsi Orta Dəniz Səviyyəsindən (ODS) təxminən 15 – 

20 metr aşağıda yerləşir (Xəzər dənizinin orta səviyyəsi ODS-dən 27 – 28 metr aşağıdır). 

Terminalın  şimalına və  şimal-şərqinə doğru bir sıra dik təpələr mövcuddur və onların 

hündürlüyü  şimala doğru getdikcə 300 metrdən yüksəyə çatır, sonuncu dəfə 2000-ci ildə 

püskürmüş iri palçıq vulkanı olan Qaraquş dağının  ətrafındakı  təpələrin hündürlüyü isə 400 

metr təşkil edir. Ən yaxınlıqdakı təpələr şimal-qərb tərəfdə yerləşir və onların orta hündürlüyü 

ODS-dən 70 – 85 metr yuxarıdır.   

                                                      

4

 Anemometr (külək ölçən) yer səviyyəsindən 10m yuxarıda qoyulmuşdur. 



 

0

0



3

1.5


6

3.1


10

5.1


16

8.2


(dəniz mili)

(m/san)


Küləyin sürəti

10°



20°

30°


40°

50°


60°

70°


80°

90°


100°

110°


120°

130°


140°

150°


160°

170°


180°

190°


200°

210°


220°

230°


240°

250°


260°

270°


280°

290°


300°

310°


320°

330°


340°

350°


300

600


900

1200


0

0

3



1.5

6

3.1



10

5.1


16

8.2


(dəniz mili)

(m/san)


Küləyin sürəti

10°



20°

30°


40°

50°


60°

70°


80°

90°


100°

110°


120°

130°


140°

150°


160°

170°


180°

190°


200°

210°


220°

230°


240°

250°


260°

270°


280°

290°


300°

310°


320°

330°


340°

350°


300

600


900

1200



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə