35
8. Təhsildə keçidlər
“Savadlı, iradəli, bilikli, bacarıqlı, dəyanətli, mərd
gəncləri olmayan bir ölkənin gələcəyi ola bilməz”.
Heydər Əliyev
Təhsil prosesi fasiləsiz, kəsilməz olmaqla bərabər,
çoxsaylı keçidlərlə müşahidə olunur. Təhsil sisteminin uğurları,
həm də bu keçidlərin hüquqi, pedaqoji, etik baxımdan vaxtında
ciddi və güzəştsiz aparılmasından asılıdır. Bu keçidlər
imtahanlarla müşayət olunmalıdır və bu imtahanlar süzgəc (və ya
çəpər) rolu oynamalıdır ki, yuxarı təhsil pilləsinə bilik,
intellektual və əxlaq səviyyəsi az olan gənclər buraxılmasınlar.
İdeyaya görə, yuxarı pilləyə keçə bilməyənlər təkrar sinifdə
qalmaqla öz kəsir və qüsurlarını növbəti tədris ilində
düzəltməlidirlər.
Hal-hazırda təhsil sistemində bu keçidlər formal aparılır
və demək olar ki, məqsədinə xidmət etmir. Təhsil sistemində
keyfiyyət və mənimsəmə göstəricisinin aşağı olmasının əsas
səbəbini burada axtarmaq lazımdır.
Uşaq bağçasından ilk (ibtidai) məktəbin 1-ci sinifinə daxil
olmaq, bu keçidlərin
birincisidir. İlk məktəbin sonuncu
sinifindən
baza təhsilinə keçid,
keçidlərin ikincisidir.
Üçüncü keçid- baza təhsilindən (IX sinifdən) tam orta
təhsilə keçiddir.
Mənim subyektiv fikrimə görə, Konstitusiyamızla verilən
icbari ümumi orta təhsil almaq hüququ baza təhsil ilə
yekunlaşmalıdır. Bu problemin həllində ingilis təhsil sistemini
örnək götürmək olar.
Bu sistemdə baza təhsilini başa vuranlara “0“ səviyyəli
əsas təhsil sertifikatı verilir (General Certificate of Education
“0“” level). X-XI sinifləri qurtaran şagirdlərə “A“” səviyyəli əsas
təhsil sertifikatı verilir (General Certificate of Education, “A“”
36
level). Şübhəsiz, “A“” səviyyəli sertifikat alanlarla müqayisədə
“0“” səviyyəli attestat alanların ixtisas seçmə imkanı məhduddur.
Konstitusiyamızın 42-ci maddəsi yeni ictimai-siyasi
şəraitə uyğun şərh tələb edir. Bu problemin həlli yolları
professor
S.Xəlilovun “Təhsil strateji sahədir” məqaləsində (Azərbaycan
qəzeti, 23.02.99) göstərilmişdir. Hesab edirəm ki, bu nöqteyi-
nəzər milli, fəlsəfi və elmi baxımdan düzgündür.
Baza təhsilindən sonra adi məktəblərlə bərabər müxtəlif
ixtisaslaşmış məktəblər, liseylər də fəaliyyət göstərə bilərlər.
Rəngarənglik nə qədər çox olarsa bir o qədər yaxşıdır.
Gənclərin həyatında həlledici keçid -
dördüncü keçid orta
məktəbin buraxılış imtahanları zamanı baş verir. Bu imtahanlarla
gəncin bilik səviyyəsi qiymətləndirilir. Bu imtahanların məxsusi
cəhəti ondan ibarətdir ki, bu imtahanı keçən şagirdlərə dövlət
sənədi sayılan «
Attestat» verilir. Orta məktəbi əla qiymətlə
bitirənlər əvəllər “qızıl“” və ya “gümüş“” medallar alardılar.
Təhsilin liberallaşması bu praktikanı yenidən gündəmə çıxarır.
Gənclərin 11 illik bilik marafonunda çempionları müəyyən
etməmək və mükafatlandırmamaq, qiymətləndirməmək düzgün
deyil.
Gənclərin həyatında digər vacib keçid
beşinci keçid
- orta
məktəbdən ali məktəbə keçiddir.
Sovetlər dövründə orta məktəbi
qurtaran şagirdlərin üçdən biri ali məktəbə daxil olurdu. İndiki
zamanda bu nisbətin az olması çox qorxulu deyil, ona görə ki,
bizim əsas məqsədimiz talantlı gəncləri itirməməkdir
. Ali
məktəblərdə yerlər kifayət qədərdir və belə gəncləri itirmək
qorxusu az ehtimallıdır. Bu keçid test imtahanları ilə reallaşır.
Şübhəsiz, gələcəkdə əhalinin hər 10 min nəfərinə düşən tələbə
sayını
artırmaq
dövlət
tərəfindən
diqqət
mərkəzində
saxlanılmalıdır. Sovetlər zamanı Ali məktəbi qutaran hər bir gənc
işlə təmin edildiyindən digər keçidlərlə müqayisədə bu keçidə
ictimai maraq daha çox idi.
Altıncı keçid - ali məktəbi qurtardıqda baş verir. Bu keçid
“
bakalavr” ixtisas dərəcəsi almaq üçün dövlət imtahanları ilə