60
Şahanovun
«Sivilizasiyanın
yanlışlıqları»
əsrindən
götürülmüşdür.
Həmin kitabdan başqa bir misal: «...Hələ 1945-ci ildə, SSRİ-
yə qarşı işlənib hazırlanan bir doktrina da planlaşdırmışdır: «Biz,
ehtiyatla onların mə’nəvi dəyərlərini dəyişərək, şüurlarına seks
kultu, zorakılıq, sadizm, sözə xəyanət, sırtıqlıq, alkoqolizm və
narkomaniya, qorxu və həyasızlıq, bir sözlə, əxlaqa zidd olan şeyləri
yeritməliyik. Namus və vicdan lağa qoyulacaq, keçmişin mə’nasız
qalığına çevriləcək. Yalnız çox az adam bundan xəbər tutacaq, hətta
nələr baş verdiyini anlamayacaqlar da. Onları da gülünc vəziyyətə
salıb, aciz durumda buraxacayıq».
Adamın ağlına fantastik gümanlar gəlir. Görəsən, çağdaş
dövrdə belə doktrinalar bizə tətbiq olunmur ki? Axı mənzərə
tanışdır. TV-nin bütün kanalları sanki yuxarıdakı doktrinaların
müddəalarını tətbiq edirlər. Azərbaycan xalqını A.Kazımovalar,
K.Həsənlilər tərbiyə edirlər.
Məktəblə valideyn arasında ələqə çox zəifdir. Həm
valideyn tərəfdən, həm də məktəb tərəfdən böyük biganəçilik
hökm sürür. Valideyn uşağın məktəbə göndərməklə, məktəb isə
«oxuyur oxusun, oxumur cəhənnəmə oxumasın» -deməklə öz
işlərini bitmiş sayır.
Bəzən eşidirsən, bəzən də KİV-lər yazır ki, filan şəhərdə
yeniyetmə evdən məktəb adı ilə çıxmış, amma məktəbə yox
başqa yerə getmişdir. Məktəblə valideyn arasında ciddi, qarşılıqlı
məsuliyyətin olmamasından iki böyük qüsur: təhsildə
keyfiyyətsizlik, mənəviyyatda pozğunluq törəyir. Təhsil naziri
də
gecə
barlarında
şagird
qızlırın
olduğu
barədə
ictimaiyyətəməlumat vermişdir.
Bəzi işbazlar məktəbi qazanc sahəsinə çevirmək istəyirlər.
İş yerlərinin az olduğu bir vaxtda belə adamlar saxta sənədlərlə
müəllim, sonra direktor, təhsil şöbəsinin müdiri vəzifəsini ələ
keçirir, olmayan məktəblər (papka məktəblər) yaradırlar, dövlət
büdcəsinə əl uzadırlar. Cinayətin səviyyəsi o həddə çatıbdır ki,
bəzən bir şagirdin adı bir neçə məktəbdə jurnala yazılır,
61
şagirdlərin sayı süni surətdə artırılır və dövlətin vəsaiti talan
edilir. Təşviş doğuran odur ki, bu işbazlar dövlətin mənafeini
qorumağa borclu olan məmurlar tərəfindən müdafiə olunurlar.
Moskva metrolarında 250 ABŞ dollarına satılan
diplomlar, sonralar ikinci ali təhsil vasitəsi ilə Azərbaycanda
leqallaşır, milli diploma çevrilir. Nəticədə mütəxəssis səviyyəsi
aşağı düşür.
Ötən ilin əvvəlində bir vətəndaş məktəbli oğlu ilə bağlı
ərizə ilə bizə müraciət etdi. Ərizədə yazılırdı ki, oğlum 14.01.02
tarixdə 4-cü saat nəğmə dərsindən qaçmışdır. Sabahısı gün
məktəbin direktoru Qənirə müəllimə (Bakı şəhəri, Xətai rayonu)
uşağı sinifdən qovmuşdur. Anası dərhal məktəbə gedib, lakin
direktor onu qəbul etməyib. Səhərisi gün 75 yaşlı babası gedib,
direktor onu da qəbul etməyib. Sonra atası gedib və üzr istəyib.
Müraciətdə yazır ki, amma üzürümüz də qəbul edilmədi.
Mən yuxarıda Belçikadakı səfirimizin məktəbli oğlu ilə
bağlı məktəb-valideyn münasibəti haqqında yazmışdım. Yazının
məntiqi bundan ibarətdir ki, Belçikada məktəblər şagirdi küçədən
məktəbə dartır, bizdə isə tərsinədir. Şagirdi məktəbdən küçəyə
itələyirlər. Bu hərəkət sağlam düşüncə tərzinə sığmır. Qənirə
müəlliməni başa düşmək çətindir. Deməli, biz düşüncə tərzimizi
yeniləşdirməliyik. Təhsilə yeni təfəkkür gəlməlidir. Bu cür
düşüncə
tərzinə
malik
direktorlar
vəzifələrindən
uzaqlaşdırılmalıdırlar.
Məktəb həm formaca, həm də məzmunca yeniləşməlidir.
1940-50-ci
illərdə
məktəb
binaları,
şəhərlərin,
rayon
mərkəzlərinin, kəndin ən abad ərazisi olmuşdur. Məktəb həyəti
cəlbedici olmalıdır. Elə olmalıdır ki, hətta ən zəngin villada
böyüyən məktəblinin gözü məktəbə yönəlməlidir. Məktəb,
həyətinin abadlığı, idman qurğuları, kitabxanasının zənginliyi ilə
fərqlənməlidir. Məktəb dövrün tələbləri səviyyəsinə qalxmalıdır.
Qeyd etmək lazımdır ki, dəyişən dünyamızda
universitetin, məktəbin, müəllimin rolu da kifayət qədər dəyişir.
62
Ali məktəblərin cəmiyyətdə rolu dəyişir. Ali məktəb kəsilməz
təhsil müəssisəsinə çevrilməkdədir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK)
apardığı test imtahanlarının nəticələrinə (cədvəl 10.1) görə 2001-
ci ildə Azərbaycan bölməsi üzrə cəmi 813 nəfər (bu göstərici
2000-ci il üçün 235, 2002-ci il üçün 132 nəfər olmuşdur) 600
baldan çox toplayıb. Bu, qəbul imtahanlarında iştirak edən 80 000
nəfərin 1,08%-ni təşkil edir. Deməli, C.Konatın dediyi gəncliyin
talantlı 15%-dən cəmi 1%-i öz potensialını məktəbdə aça bilir,
14%-i isə potensialını reallaşdıra bilmir. Bu dağ boyda varın
itməsi deməkdir. Son illərdə abituriyentlərin nisbi sayının test
imtahanlarında topladıqları bala görə paylanması cədvəldə
göstərilmişdir. On bir il orta məktəbə gedib-gəlmiş, ancaq test
imtahanlarından “0”“ bal toplamış insan övladının sayı da
cədvəlin birinci sətrində göstərilmişdir. Cədvəlin son sətrində
abituriyentlərn biliyə görə paylanmasının mediana qiyməti
göstərilmişdir. Mediana qiyməti abituriyentlərin 50%-nin
topladığı bal intervalını göstərir. Misal üçün, 2002-ci il
imtahanlarında azərbaycan bölməsi üzrə abituriyentlərin 50%-i
120-dən də az bal toplamışlar.
Müasir dövrümüzdə, informasiya, kommunikasiya,
kompüter texnikasının tətbiqi təhsildə yeni cəhətlərin və
imkanların yaranmasına səbəb olmuşdur.
Yeni informasiya texnologiyası, rabitə vasitələri, radio və
peykli TV yayımı, kompüter şəbəkəsi tədris mühitini “divarsız və
sərhədsiz“” edir. “Sinif“” klassik mənada dörd divar mənasında
öz nüfuzunu itirir. Müəllimin sinifdə biliyə, informasiyaya
hakim mövqeyi zəifləyir. Gənclər (təhsilalanlar) biliyi, məlumatı
tək sinifdə, həm də tək müəllimdən almırlar. Təhsil
texnologiyasında bu yeni faktorlar nəzərə alınmalıdır.
Dostları ilə paylaş: |