66
açılması, ali təhsilin pillələrə bölünərək həyatımıza daxil olması
təhsil sistemində olan yeniliklərdəndir.
Sovet təhsil sisteminin nəzəri və konseptual əsasları
Moskvada hazırlandığından biz sadəcə elmi kökləri bizə bəlli
olmayan təlimatlar əsasında fəaliyyət göstərmişik. Bu səbəbdən
də müvafiq orqanlar yeni təhsil sisteminin nəzəri əsaslarını, əsas
prinsiplərini, konseptual müddəalarını qurduğumuz dövlətin
nəzəri əsası və prinsiplərinə uyğun formada hazırlamalıdır.
Sosialist təhsil nəzəriyyəsində kütləni, liberalizm
nəzəriyyəsində isə fərdi savadlandırmaq diqqət mərkəzinə çəkilir.
Hal-hazırda keçid dövrünü yaşayırıq və bizim təhsilimiz bu iki
qütb arasında dayanmışdır. Liberal təhsil sisteminə uğurla
keçməyimiz üçün çağdaş təhsil sisteminin üzərindən sosializm
qəlibini (və ya kölgəsini) götürmək lazımdır. Bu isə asan məsələ
deyildir.
Ukraynalı
alim
S.Xarçenkonun
fikrincə,
depersonlaşdırılmış təhsildən personlaşdırılmış təhsilə keçidin
nəzəri əsasını yaratmaq müasir pedaqogika elminin əsas aktual
məsələlərindəndir. Təhsil nəzəriyyəsinin mərkəzində fərd
durmalıdır. Bu nəzəriyyə indiki məktəblərin əsaslandığı keçmişin
əsassız emprikasından imtina etməlidir.
Məktəb təhsilinin depersonlaşdırılması bizim məktəb
bəlalarının əsas səbəblərindən biridir. Bu müddəa, müasir
pedaqogika elminin gəldiyi nəticədir.
Öz həyatımızdan sadə bir misal çəkmək istərdim. Hər
kəsin yadındadır ki, sovetlər dönəmində istənilən iclasda,
konfransda çıxış edən zala “yoldaşlar” deyə müraciət edərdi. Bu
müraciət son on ildə “hörmətli xanımlar və cənablar“
formasını almışdır. Bu sadə müraciət sözlərində böyük və gizli
fəlsəfə durur. “Yoldaşlar“ sözü sosializm nəzəriyyəsinə
söykənir. Zalı kütlələşdirir. İnsanlar bir-birinə bərabər tutulur.
“Xanımlar və cənablar“ sözləri liberal nəzəriyyəyə uyğun
olaraq zalı fərdiləşdirir, şəxsiyyətləndirir. Fərz olunur ki, insanlar
bir-birindən çox fərqlidir. Ən azı zalın bir hissəsi qadın, digər
hissəsi kişilərdir.
67
Liberalizm
nəzəriyyəsinin
mərkəzində
insanın
anadangəlmə məhv edilməyən yaşamaq, azadlıq və şəxsi
mülkiyyət hüququ ilə bağlı ideya durur. Sosial sahədə liberalizm
hesab edir ki, öz maddi və mənəvi rifahını təmin etmək üçün hər
bir adamın kifayət qədər imkanı var. Təhsil bu imkanların
açılmasına kömək edən vasitədir.
Təhsilin fəlsəfəsi siyasi quruluşdan asılıdır. Quruluş
dəyişəndə fəlsəfə də dəyişməlidir. Yeni təhsil sistemini yeni
quruluşun fəlsəfəsinə uyğun olaraq, özündə yeni ideya, yeni
münasibət, yeni təhsil texnologiyasını birləşdirərək qurmaq
lazımdır. Yeni təhsil sistemi Azərbaycanın müstəqilliyinə və
iqtisadiyyatına xidmət etməlidir.
Təhsilin heç bir problemi məkandan və zamandan kənarda
həll edilə bilməz. Təhsilin hər bir problemi sağlam və tənqdi
düşüncə və liberal-demokratik dəyərlər əsasında, zaman və
məkan daxilində həll edilməlidir. Misal üçün, 1992-ci ildə BDU-
da “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər”“ fakültəsinin
açılması haqqında qərar vaxtında qəbul edilmişdir. Çünki gənc
Azərbaycan dövlətinə diplomatlar lazım idi. Gecikmək olmazdı.
Ancaq əlifbanın dəyişilməsi haqqındakı qərarın vaxtından qabaq
qəbul edildiyi qənaətindəyəm. Bu səbəbdən də bəzi məktəblərdə
şagirdlər latın qrafikası ilə yazır, müəllimlər isə sinif jurnallarını
kiril əlifbası ilə doldururdular.
Mən
Möhtərəm
Prezidentimiz
Heydər
Əliyevin
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin
təsis edilməsi haqqında 7 avqust 2002-ci il (№1003) tarixli
sərəncamını, elm və təhsil müəssisələri ilə bağlı qərarlarını vacib
və zamanı qabaqlayan addım hesab edirəm. Güman edirəm ki, bu
qərarlar Azərbaycanı gələcəkdə baş verə biləcək problemlərdən
qoruyur.
Təhsilin fəlsəfəsi, təhsil sahəsində dövlət siyasətinin
müddəaları və istiqamətləri, konstitusiya normaları, təhsil
sahəsində fəaliyyət prinsipləri təhsilin konseptual əsasını təşkil
edir. Sovet təhsilinin konseptual əsasını yuxarıda (9-cu
68
paraqrafda) nəzərdən keçirdik. Yeni təhsil sisteminin fəlsəfəsini
müddəalarını formalaşdırmağa cəhd edək.
11.1.
Təhsilin liberallaşması
«Lazımdırsa cəhalətlə güləşmək,
Bir çara var, o da ki, yeniləşmək».
H.Cavid
Yuxarıda qeyd edildiyi kimi (§9) sovet təhsil sistemində
liberal və demokratik dəyərlərin tətbiqi yox dərəcəsində idi.
Cəmiyyətin təhsil prosesinə müdaxiləsi mümkün deyildi. Təhsil
sistemi şaquli idarəetmə sisteminə uyğunlaşdırılmışdır.
Təhsil sistemində liberal dəyərlərə üstünlük verilməsi, o
deməkdir ki, kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə
keçid, kütlənin yox, fərdin təhsilalma prosesi diqqət mərkəzinə
çəkilməlidir. Fərdi təhsilləndirməklə cəmiyyəti təhsilləndirmək
yeni təhsil sisteminin əsas müddəalarındandır.
Tədqiqatlar göstərir ki, milli toplum daxililində insan
sayının ağıllılıq dərəcəsinə görə paylanması normal Qauss
funksiyasına tabedir. Normal paylanmaya görə cəmiyyəti təşkil
edən insanların bir qismi (15%) istedadlı (bu qismin 3%-i isə çox
istedadlı), böyük bir qismi (70%) ağıllı, bir qismi (15%) isə zəif
ağıllı və kəmağıllılardır. Bu deyilənləri nəzərə alıb təhsilalanları
üç qrupa bölmək olar: istedadlı, orta və zəif təhsilalanlar.
Müşahidələr göstərir ki, bu qrupların hər biri təhsil
müəssisələrindən keçdikdə müxtəlif həcmdə, ölçüdə, çəkidə
bilik, informasiya toplayırlar. Əlaçılar az zaman kəsiyində çoxlu
bilik toplayırlar. Yaxşılar çox təhsil aldıqca çox da biliklənirlər.
Zəiflərin informasiya, bilik əldə etmək imkanları məhduddur.
Təhsil müəssisələrində onların üzərində vaxt itirib çox işləməyə
ehtiyac yoxdur. Onlara baza təhsili verib sənətə, sadə peşələrə
istiqamətləndirmək lazımdır.
Dostları ilə paylaş: |