80
11.3. Təhsildə kütlə və fərd münasibətləri
«Ziyalı kütləvi ola bilməz. Alimdir, şairdir,
bəstəkardır, rəssamdır, yazıçıdır, artisdir –
bunlar fitri istedada malik olan nadir
adamlardır və öz mədəniyyəti, yaradıcılığı,
fəaliyyəti ilə bizim cəmiyyətin mədəni
səviyyəsini qaldırır».
Heydər Əliyev
Təhsil konsepsiyasını qurarkən nəzərə almaq lazımdır ki,
hər bir insan əvvəlcədən ümumi və xüsusi qabiliyyət dəsti
(naboru) ilə dünyaya gəlir. Psixi cəhətdən normal insanların
ümumi qabiliyyətləri praktiki olaraq eynidir və cəmiyyətdə,
təbiətdə və məişətdə insani davranışların sadə formalarını əldə
etməyə qulluq edir. Xüsusi qabiliyyətlər həm talant səviyyəsinə
görə, həm də fəaliyyətin müxtəlif istiqamətlərinə görə hamıda
müxtəlifdir. Misal üçün, musiqi qabiliyyətini xüsusi qabiliyyətə
aid etmək olar. Lakin talantlı insanlarda da bu qabiliyyət müxtəlif
ölçüdədir. Bu fikirlərimiz insanın təbiət elmlərinə, texniki və
digər xüsusi qabiliyyətlərinə də aid edilir.
Depersonlaşmış təhsildə xüsusi qabiləyyətin nəzərə
alınmamasından şəxsiyyətlər əziyyət çəkirlər. Çox təəssüf ki, bu
ağrını isə heç kəs hiss etmək istəmir. Vəziyyətdən çıxış yolu
təbii forma olaraq, təhsilin fərdiləşdirilməsi konsepsiyasına
üstünlük verilməsidir.
Yeni təhsil sisteminin konseptual müddəalarından biri,
yuxarıda qeyd edildiyi kimi, diqqət mərkəzinə şəxsiyyətin,
fərdlərin çəkilməsidir. Cəmiyyətin aparıcı qüvvəsi istedadlı
insanlar, şəxsiyyətlər hesab edilməlidir. Şəxsiyyətin keçmişdə
danılmış rolu bərpa edilməli, proletariatın (kütlənin) tarixi
missiyasından isə imtina edilməlidir.
Dediklərimizdən aydın olur ki, yeni təhsil sisteminin
dayaq nöqtəsi sosialist təsəvvürünə uyğun olaraq kütlə üzərində
yox, əsasən istedadlı fərdlər üzərində qurulmalıdır. Sual olunur
81
bu iki dünyagörüşlərün fərqi nədir? Qeyd etmək lazımdır ki, bu
dünyagörüşlərdə təhsilə münasibət fərqlidir. Fərq isə bundadır ki,
kütləni öyrətmək lazımdır, şəxsə isə şərait yaratsaq özü
öyrənəcəkdir. Fəlsəfi dillə desək, kütlə təhsillənmə prosesində
həmişə obyekt, fərd isə həm də subyekt ola bilər.
İstedadlı
gənclərin
təhsildən
kənarda
qalması
yolverilməzdir. Belə gənclər yaxşı təhsil sistemindən keçsələr,
gələcəkdə nəinki özləri ayaq üstə möhkəm dayanacaqlar, bir çox
hallarda yeni ideyalar əsasında yeni qurumlar (özəl, ictimai,
yaradıcı təşkilat və s.) yaradaraq yüzlərlə həmvətənlərinə iş yeri
açacaqlar. Xalqın hörmətini qazandıqdan sonra belə insanların
fəaliyyəti, mədəniyyəti, davranışı gənc nəsil üçün örnək ola bilər.
Şagirdlərimiz
beynəlxalq
bilik
yarışlarında,
müsabiqələrdə, olimpiadalarda, yaxşı mənada fərqlənmə
yarışlarında uğurla iştirak edirlər. Daxildə də belə yarışları geniş
tətbiq etmək lazımdır. Əlaçı məzunların orta məktəbi “medalla”“
bitirməsi praktikasını təzədən bərpa etmək, olimpiadalar,
zənnimizcə təhsil səviyyəsinin yüksəlməsinə kömək edərdi.
“qızıl”“ və “gümüş“” medallar praktikası yeni quruluşun ruhuna,
fəlsəfəsinə uyğundur. Belə tədbirlər şagird və tələbə kütləsinin
içərisində talantlı gənclərin yetişməsinə kömək edərdi.
19.04.03 tarixdə Bakı şəhəri 67 saylı orta məktəbin XI
sinif şagirdi Sevda Mehdiyevanın «Pıçıltı» kitabının təqdimat
mərasimində iştirak etdim. Məktəbin müəllim kollektivinin bir
şagirdin yaradıcılığına göstərdikləri qayğını, isti münasibəti
gördüm və sevindim. Belə məktəblərin və belə şagird-müəllim
münasibətlərinin olması insanı sevindirir.
Deməli, yeni təhsil sistemi istedadlı gəncləri diqqət
mərkəzində saxlamalıdır. Bunu sübut etmək üçün bizim tarixə
müraciət etməyə ehtiyacımız yoxdur. H.Əliyev şəxsiyyəti bizə
örnəkdir. Bir Şərq mütəfəkkiri sərrast demişdir: “Bütün aləmi bir
şəxsiyyətdə toplamaq cənabi Haqqa zor gəlməz“...1992-ci il və
2002-ci il Azərbaycanında təməl fərq cəmiyyətdə yox, ali
82
rəhbərlikdə baş veribdir. Dövlətin, cəmiyyətin inkişafında tarixi
şəxsiyyətin rolu çox böyükdür.
Beləliklə, təhsilin konsepsiyasında insanın təbii fərdi
qabiliyyətlərini
nəzərə
alan
təhsildə
fərdiləşməyə
(depersonlaşma) üstünlük verilmədir.
Yeri gəlmişkən, cəmiyyətdə də «fərd-kütlə» münasibətinə
toxunmaq istəyirəm. Bu münasibəti bilmək, cəmiyyətdə düzgün
mövqe seçmək, qərar qəbul etməyə kömək edir.
19.04.03 tarixində TV kanallarının gecə verilişlərinin
birində «qəhrəmanlıq» mövzusu müzakirə edilirdi. Ekranda
tanınmış insanlar bu problemi açmaq istəyirdilər. Ancaq problem
açılmadı. Çünki problemə fərd-kütlə kontekstində baxılmadı.
Orada bir cümlə deyilsəydi kifayət edərdi: qəhrəmanlıq kütlə
yolunda fərdin özünü fəda etməsidir. Şəxsi həyatını ictimai
həyata qurban verməsidir. Satqınlıq ictimai marağın şəxsi marağa
qurban verilməsidir.
Göründüyü kimi həm təhsildə, həm cəmiyyətdə fərd-kütlə
münasibətlərinin aydın dərk olunması, cəmiyyətdə çox problemə
aydınlıq gətirər.
Dostları ilə paylaş: |