107
zənginləşdirən fikirləri bu blokdakı fənlər vasitəsilə gənclərə
öyrədilməlidir.
Birinci blokda bəşəri dəyərlərə də lazımı diqqət
yetirilməlidir. Çoxlu sayda qiymətli nümunələr gətirmək olar.
Misal üçün, Riyard Kiplinqin (1865-1936) məşhur “Altı qulluqçu
kişi“ şerini misal çəkmək istərdim:
Altı qulluqçum var, cəsur-cəngavər,
Onlar öyrədiblər biliyi mənə.
Söyləyim adını bilsin hər nəfər,
Harda, haçan, niyə, kim, necə və nə?
Bu dəyərli tövsiyyəni bizim şagirdlər də bilsə pis olmaz.
Çünki sual verə bilməsən, cavab ala bilməzsən. Cavab almasan
məlumatın az olar. Məlumatın az olanda düzgün qərar qəbul edə
bilməzsən.
Yeri gəlmişkən, yahudi tərbiyə sistemi ilə bağlı bir misal
çəkmək istərdim.
Bir yəhudi ravvini otağın bu başından o başına gedərək
niyə? niyə? niyə? deyir. Otaqda olan digər yəhudi soruşur:
-Ravvin, Siz niyə öz-özünüzə danışırsınız?
Ravvin deyir:
Mən fikirləşirəm ki, niyə «çörək» sözündə «a» hərifi
yoxdur.
-Ravvin, çörək sözündə «a» hərifi yazılmır.
Ravvin deyir:
Əgər yazsaq?
-Niyə?
Onda ravvin: Allaha şükürlər olsun ki, sən də bir sual
verməyi bacardın- deyir.
Həqiqətən, sual verməyin hikməti böyükdür. Təhsil sual
vermək və tənqidi düşüncə qabiliyyətini təhsilalanlara
öyrətməlidir.
108
İkinci misal olaraq, azadlıq uğrunda mübarizə üçün etalon
ola biləcək (kaş, bu mahnını 1990-cı illərdə oxuya biləydik) bu
mahnı və onun sözləri aşağı siniflərdə öyrədilərsə, bizim
şagirdlərin vətənpərvərlik və azadlığın qədrini bilmək hissləri
daha güclü olar. Bu ingilis mahnısının sözləri belədir:
We shall owercome,
We shall owercome,
We shall owercome, some day.
Mahnının nəqarət hissəsində oxunulur:
Oh, deep in my heart,
A do beliwe,
We shall ower come, some day.
Gözəl melodiyanın səsləri altında (notlar əlavə olunur)
optimist bir ruh tərbiyə olunur:
Biz qalib gələcəyik,
109
Biz qalib gələcəyik,
Bir gün gələcək ki,
Biz qalib gələcəyik,
Ürəyimin dərinliyi,
Məni inandırır ki,
Biz qalib gələcəyik!
Göründüyü kimi həm Şərq, həm də Qərb dəyərlərindən
istifadə edərək, təhsilin məzmununu mükəmməlləşdirərək, XXI
əsrin tələblərinə cavab verən vətəndaşlar hazırlaya bilərik. Çünki
yuxarıda qeyd edildiyi kimi təhsilin keyfiyyətinə təsir edən
faktorların ən başlıcası təhsilin məzmunudur.
Yəhudi milli tərbiyə sisteminə görə hər yəhudi valideyni,
övladı və milləti qarşısında məsuliyyət daşıyır. Yuxarıda qeyd
edildiyi kimi Yapon təhsil sistemi azadlıq üzərində yox,
məsuliyyət üzərində qurulmuşdur. Yapon təhsilindən digər bir
örnək ola biləcək «yazıya bağlılıq prinsipini» diqqət mərkəzinə
çəkmək istəyirəm.
Bu prinsipin dəyərini düz qiymətləndirmək üçün X1X əsr
və XX əsrdə özümüzün yazıya bağlılığımızı müqayisə etsək,
görəriyki XX əsrdə yazıya bağlılığımız çox yüksək olubdur. XX
əsrdə yaradıcı insanlarımızın yaratıqlarını ortaya qoysak böyük
intelektual mülkiyyət malik olduğumuza inanarıq. Bu yazıya
bağlılığın nəticəsində baş veribdir. Tək yaradıcı insanları yox,
milləti yazıya bağlamaq lazımdjır. Bu işi təhsil görməlidir. TV
vasitəsi ilə beynəlxalq görüşləri izləyərkən təəsüf hissi keçirirəm.
Çünki xarici qonaqlarımız yazıya bağlıdır, bizimkilər nə deyirsə
qeyd aparırlar, ancaq bizimkilərin qarşısında kağız –qələm
yoxdur.
Yeri gəlmişkən qeyd edək ki, Çingiz xanla söhbətində
Çinli alim Çan Çun demişdir ki, adamların üç min müxtəlif
cinayətlərindən ən iyrənci öz valideynlərinə hörmətsizlikdir.
Çingiz xan bu təklifi bəyənmiş və qanunlar toplusu “YASA“-ya
110
əlavə edilmişdir. Çoxlu bu cür misallarla təhsilin məzmununu
zənginləşdirmək mümkündür.
Zəmanəmizin görkəmli alimlərindən biri olan Valter
Vayskona (ABŞ) görə: “İnsan həyatı iki balina üzərində
dayanır: elm və hissiyat. Hissiyatsız elm qeyri-insanidir.
Elmsiz hissiyat qeyri-effektlidir“. Biz elmsiz vətənpərvərlər
hazırlasaq, onların gələcək fəaliyyəti effektli olmayacaqdır. Ona
görə bizim təhsilimizin əsas məqsədi vətənpərvər və bilikli
gənclər yetişdirməkdir.
Mükəmməl dünyagörüşün, düzgün düşüncə tərzinin
formalaşmasında təhsilin rolu əvəzedilməzdir. Örnək olaraq Şərq
düşüncə tərzindən (bax: «Ağıl mücrüsü», Bakı, 1962.) iki misal
çəkmək istəyirəm. Birinci hekayətdə söylənilir:
«Bir nazirin namuslu, diqqətli və çox əməksevər bir
köməkçisi var idi. O, nazirin yanında üç il işləyəndən sonra nazir
dedi:
-Mən sizdən razı deyiləm və sizin xidmətinizə artıq
ehtiyacım yoxdur.
Bu sözdən sarsılan köməkçi heyrətlə soruşur:
-Məgər mən sizin tapşırıqlarınızı lazımınca yerinə
yetirməmişəm? Məgər mən bir dəfə də olsun tənbəllik etmişəm?
Məgər mən öz işimə diqqətli olmamışam?
-Bunlar hamısı doğrudur! – deyə nazir təsdiq etdi.
-Onda bəs nə üçün siz məni öz mərhəmətinizdən məhrum
edib, sizə xidmət etməyimə daha icazə vermirsiniz?
Nazir cavab verir:
-Üç il siz mənə köməkçi olmusunuz. Bu illər ərzində bir
dəfə də olsun çatmayan cəhətimi göstərməmisiniz. Demək, siz
mənim yaxşı işləməyim üçün deyil, mənim xoşuma gəlmək
üçün çalışırsınız. Məhz bu səbəbdən də mənim sizin xidmətinizə
daha ehtiyacım yoxdur».
Əvvala, çatışmayan cəhətləri demək lazımdır. İkincisi isə
xoşa gəlmək üçün yox, işin yaxşı getməsinə çalışmaq lazımdır.
Bu nəticələrin hər ikisi bizim üçün çox vacibdir. Bu işdə məktəb
Dostları ilə paylaş: |